Məhkəmə qərarları › İş №2-1(102)-2764/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2764/2025

17.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2764/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı sosial yardımın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “bildirişin qanunsuz hesab edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının xx.xx.2025-ci il tarixli, 2-1(107)-307/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, **********10501 nömrəli ərizə ilə cavabdehə müraciət etmişdir.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş f49425c5928748a5ac8cacce3b9b2d11 nömrəli imtinaya dair bildiriş ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim edilən məlumata əsasən **********00000 abonent kodunun aşkarlanmaması əsası ilə imtina verilmişdir. 3. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, **********00000 abonent İD kodu sistemdə mövcuddur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçı və ailə üzvlərinə ünvanlı sosial yardım almaq hüququnun müəyyən edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (VEMTAS) xx.xx.2023-cü il tarixli, f49425c5928748a5ac8cacce3b9b2d11 nömrəli bildirişinin qanunsuz hesab edilməsi və ünvanlı sosial yardım təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvanlı sosial yardım almaq məqsədi ilə xx.x x.2023-cü il tarixli “Ərizə bəyannamə” ilə cavabdehə müraciət etmişdir. Cavabdeh “Ərizə bəyannamə”də təbii qaz abonent kodu aşkar edilməməsi əsası ilə ünvanlı sosial yardımın təyinatından imtina edilməsi haqqında qərar qəbul etmişdir. Halbuki həmin ünvanda qaz sayğacı var və hər ay mütəmadi qazdan istifadə edərək qaz sərfiyyatına görə pul ödəyir. Həmin abonent kodunun sistemdə görsənməməsi onun təqsiri deyildir. Cavabdehin imtinası tamamilə əsassız olmaqla onun Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş sosial təminat hüququnu pozur.

6. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra ÜDSY) təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, **********10501 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə Azərbayc an Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim edilən məlumata əsasən **********00000 abonent kodunun aşkarlanmaması səbəbindən imtina edilmişdir. Bildirilir ki, VEMTAS heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür.

7. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-420/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – F.Hacızadə).

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı ailəni təmsil edən şəxs kimi cavabdehə müraciət etmişdir. Cavabdehin imtina əsası kimi qeyd etdiyi hal Azərbay can Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İB tərəfindən təqdim edilən məlumata əsasən **********00000 abonent kodunun aşkarlanmamasından ibarətdir. Həmin halın mübahisənin baş verdiyi tarixə olan vəziyyətinin araşdırılması məqsədi ilə təbii qazdan istifadə ilə bağlı ödəniş qəbzinin məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilmişdir. Təqdim edilən xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, **********00000 abonent İD kodu sistemdə mövcuddur. Həmin sistemin iş prinsipi isə smart kart məlumatları əsasında müvafiq ödəniş əsasında balansa müəyyən vəsaitin daxil edilməsinə əsaslanır. İddiaçının istifadə etdiyi “Zenner” smart-kart tipli sayğaclara onlayn ödəniş etmək mümkündür. Bu isə yalnız həmin məlumatların “online” ödəmə sistemlərinə inteqrasiyası zamanı mümkündür. Yən i, iddiaçının **********00000 abonent İD kodu müvafiq kart məlumatları əsasında da mövcuddur. Əks halda, onlayn ödəmə sistemlərində məlumatın aşkarlanması mümkün olmayacağı kimi kart məlumatları əsasında balansa vəsait daxil edilməsi də mümkün olmazdı.

9. Göründüyü kimi, inzibati orqan tərəfindən aparılan inzibati icraat natamam və qüsurlu olmuş, iddiaçı barəsində lazımınca araşdırmamış, sistem vasitəsi ilə yoxlanılmalı olan məlumatları araşdırmamışdır. Nəticə etibarı ilə iddiaçının sosial durumu və ünvanlı sosial yardımın təyin edilməsi əsasları mövcud olduğu halda ona əsassız olaraq ünvanlı sosial yardım təyin edilməsi təmin edilməmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmi şdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(107)-307/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-420/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Həsənov, hakimlər – R.Rəfiyev, V.Musayev).

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh orqan qanunvericiliyin tələblərini pozaraq iddiaçının müraciətinə 1 il 4 ay sonra cavab vermiş, ilkin imtina cavabında göstərdiyi xüsusatları sonda ünvanlı dövlət sosial yardım təyin etməklə təkzib etmişdir. Nəticə etibarilə, iddiaçının sosial yardım üçün etdiyi müraci əti qanuni tələblərə cavab verməsinə baxmayaraq, cavabdeh orqan tərəfindən imtina cavabı əsassız olaraq verilmişdir.

13. Bu kontekstdə, iddiaçının sosial yardım almaq hüququ xx.xx.2023-cü il tarixində yaranıb, lakin cavabdeh orqanın qanunsuz imtina qərarı səbəbindən o, yalnız xx.xx.2024cü il tarixindən etibarən sosial yardım ala bilib. Bu isə iddiaçının hüququnun pozulduğunu göstərir.

14. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya cavabdeh orqanın qeyd etdiyi kimi 14 ay (xx.xx.2023-xx.xx.2024) müddətinə deyil, bir il (xx.xx.2023-xx.xx.2024) müddətinə sosial yardım təyin edilmişdir.

15. Əgər dövlət orqanının qanunsuz qərarları nəticəsində şəxs öz qanuni hüququndan yararlana bilməyibsə, onun hüququnun tam bərpa olunması üçün yalnız gələcək dövrə yönəlik tədbirl ər kifayət deyil. Ədalət prinsipinə görə, həmin şəxs itirdiyi hüquqların nəticələrini də bərpa etməli, yəni geriyə dönük olaraq hüquqlarının təmin olunması üçün müvafiq addımlar atılmalıdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, iddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İB tərəfindən təqdim edilən məlumata əsasən abonent kodunun aşkarlanmaması səbəbindən imtina verilmişdir. Lakin müvafiq iş üz rə araşdırma zamanı təmsilçi İddiaçı tərəfindən abonent koduna dair məlumatların ərizə-bəyannamədə düzgün qeyd edilməsi, həmçinin sözügedən imtinanın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İB-yə məxsus elektron informasiya sistemində olan texniki yanlışlıq nəticəsində verilməsi müəyyən edilmişdir.

18. Daha sonra cavabdeh inzibati orqan tərəfindən müvafiq mübahisə məhkəmədən kənar qaydada həll edilərək vətəndaş məmnunluğunun, vətəndaşların sosial təminat hüququnun dövlət siyasətinə uyğun təmin edilməsi məqsədilə iddiaçıya qeyd edilən müraciəti əsasında xx.xx.2024-ci il tarixdən 1 il müddətinə sosial yardım təyin edilmişdir. Müvafiq Qaydaların 3.5-ci maddəsinə bəndinə, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. Həmçi nin analoji məhkəmə mübahisəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 may 2024-cü il tarixli 21(102)-1383/2024 nömrəli qərarında qeyd edilir ki, iddiaçıya cavabdeh tərəfindən ilkin olaraq ünvanlı sosial yardım təyin edilməmiş və iddiaçının ikinci müraciəti əsasında VEMTAS sisteminə daxil edilmiş düzgün məlumatlar əsasında iddiaçıya ailə üzvlərini sayı nəzərə alınmaqla 755,07 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir (mart 2023-cü il - fevral 2024-cü il tarixləri arasında). Yəni apellyasiya məhkəməsi iddiaçıya 1 (bir) il 2 (iki) ay müddətinə ünvanlı sosial yardımın ödənilməsini cavabdehin üzərinə qoymuşdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ünvanlı sosial yardımın 14 (on dörd) ay ərzində ona ödənilməsini tələb etməklə bağlı subyekti v hüququ yoxdur, belə ki, bu subyektiv hüquq qanunla 12 (on iki) ayla, yəni bir illə məhdudlaşdırılmışdır.

19. Zəruri olaraq qeyd edirlər ki, hazırkı halda məhkəmənin cavabdehin üzərinə təyinat aparılmış müraciəti üzrə təkrar öhdəlik qoyması maddi hüquq normalarına və Ali Məhkəmənin yuxarıda qeyd edilən mövqeyinə zidd olmaqla eyni müraciət üzrə 2 il müddətinə sosial yardım təyin edilməsinə gətirib çıxarmaqla dövlət büdcəsində nəzərdə tutulan vəsaitin təyinatı üzrə istifadə olunmamasına gətirib çıxarır. Eyni zamanda bildirilir ki, iddiaçının iddia tələbi üzrə məhkəmədənkənar qaydada təyinat aparılması səbəbindən tərəflərindən iş üzrə icraata xitam verilməsi barədə ərizə təqdim edilməsinə baxmayaraq, əsassız olaraq iş üzrə icraata xitam verilməmiş və birinci instansiya məhkəməsinin qərarı də yişdirilmədən saxlanılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməs i, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın: Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qər ar çıxarılır. Bənd 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X1 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Bənd 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayi nəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Bənd 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə, uyğunsuzluq aşkar olunduğu hallarda isə s osial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır. Bənd 3.4-1. Sosial yardım təyin olunmuş ailənin tərkibi, yaşayış ünvanı dəyişmədikdə və ailədə ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü və ya orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 2 (iki) və daha çox ailə üzvü, 3 (üç) və daha çox uşaq olduqda sosial yardımın təyin edilmə müddəti bitdikdən sonra həmin ailənin sosial yardımın alınması üçün növbəti 1 (bir) il ərzində təkrar müraciəti Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisinə tapşırıq göndərilmədən VEMTAS tərəfindən araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməs i barədə müvafiq qərar çıxarılır.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olund uğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab ed ilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəm ə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının müraci ətinin imtina olunmasına səbəb onun abonent kodunun aşkarlanmaması olsa da, məhkəmə icraatı zamanı iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzində abonent İD kodunun sistemdə mövcud olması müəyyən edilmiş və işə baxan məhkəmə iddianı tələbini haqlı hesab edərək iddianı təmin etmişdir.

31. Apellyasiya və kassasiya şikayətlərinin məzmunundan da görünür ki, iddiaçının müraciətinin imtina olunmasına səbəb olan abonent kodunun aşkarlanmaması “Azəriqaz” İstehsalat Birliyinə məxsus elektron informasiya sistemində olan texniki yanlışlıqla bağlı olmuşdur. Sonradan cavabdeh tərəfindən aparılmış araşdırma nəticəsindən iddiaçının müraciətinin təmin olunmasına mane hallar müəyyən edilmədiyindən sonuncunun xx.xx.2023-cü il tarixli müraciəti əsasında 11.2024-ci il tarixdən 1 il müddətinə ünvanlı sosial yardım təyin edilmişdir.

32. Məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətinin dəlilləri ilə mübahisələndirilən hal iddiaçının ünvanlı dövlət sosial yardımı almaq hüququnun olmaması deyil, məhz eyni müraciət əsasında həm məhkəmə qərarı, həm də inzibati orqan tərəfindən yardımın təyin edilməsi nəticəsində bir müraciət üzrə qanunvericilikdə nəzərdə tutulmuş bir ildən çox müddətə ünvanlı dövlət sosial yardımın təyin olunmasıdır.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd edilmiş dəlillərini əsassız, apellyasiya məhkəməsinin mövqeyini isə haqlı hesab edir.

34. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı xx.xx.2023-cü il tarixli müraciəti əsasında ünvanlı dövlət sosial yardımı təyin edilməsinə yönəlmişdir.

35. Mübahisələndirilən məhkəmə qərarından da göründüyü kimi, iddiaçıy a xx.xx.2023-cü il tarixindən ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Məhz “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələbinə görə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunmasını nəzərə alaraq iddiaçıya məhkəmə qaydasında xx.xx.2023cü il tarixli müraciəti əsas götürülməklə xx.xx.2023-xx.xx.2024-cü il tarixlərində ünvanlı dövlət sosial yardım təyin edilməsi aşkardır.

36. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən məhkəmədənkənar qaydada iddiaçının eyni müraciəti əsasında ünvanlı dövlət sosial yardımı təyin edilsə də, yardımın təyin edilmə tarixi müraciət edilən ayın 1-dən deyil, müraciət tarixindən 1 il 4 ay sonra, yəni xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Belə olduğu təqdirdə c avabdehin iddia tələbinin təmin olunaraq mübahisənin artıq mövcud olmadığı barədə dəlilləri əsassız olmuşdur.

37. Bundan başqa, qeyd edilməlidir ki, eyni müraciət əsasında iddiaçıya həm xx.xx.2023-ci il tarixdən xx.xx.2024-cü il tarixədək, həm də xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ünvanlı dövlət sosial yardımı təyin edilməsi məhkəmə qərarının qanunsuzluğu deyil, məhz inzibati orqan tərəfindən hüquq normasının düzgün tətbiq edilməməsi ilə bağlı olmuşdur.

38. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən iddiaçının hazırkı mübahisələndirilən müraciəti əsasında məhz müraciət edildiyi ayın 1-dən yardımın təyin edildiyi təqdirdə cavabdehin hazırkı dəlillərini əsaslı hesab etmək olardı. Hazırkı halda isə bu baş verməmişdir.

39. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(107)307/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar