Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2771/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Nurəddin oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü, şikayət verilməsi müddətinin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Nurəddin oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yan ında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-22/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Nurəddin oğlu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəmə sinə müraciət edərək, Xanlar (hazırda Göygöl) rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarı ilə Xanlar rayonunun Hacıməlik kəndi (hazırda Gəncə şəhəri Nizami rayonu Qırmızı kənd ərazisi) ərazisindən 0.05 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair KOD 50800016, JN-1153A qeydiyyat nömrəli şəhadətnaməyə əsasən, həmin torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-583/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilərək, JN-1153A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə müəyyən edilmiş 0.05 ha torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı Nurəddin oğlunun adına qeydə alınması öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
3. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının tam ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-22/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarı ilə (hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X5) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 21(11 4)-583/2022 nömrəli, 17 noyabr 2022-cü il tarixli qərarı qismən ləğv edilərək iddia tələbi təmin edilmiş, JN-1153A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə müəyyən edilmiş 500 kv.m torpaq sahəsinin yoldan kənarda yerləşən 423 kv.m hissəsinin daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı Nurəddin oğlunun adına qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilmişdir.
5. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:
6. İş kassasiya instansiyasına daxil olduqdan sonra cavabdehin şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət müddət ötürülməklə verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan m əhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1- ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 2 4.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştira kçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
9. İş materiallarından görünür ki, apel lyasiya instansiyası məhkəməsinin mübahisələndirilən 2-1(104)-22/2024 saylı, 30 may 2024-cü il tarixli qərarı ilə birlikdə “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” məlumatı 5 iyun 2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayətini 10 iyul 2024cü il tarixdə müddət ötürməklə elektron kabinet vasitəsilə təqdim etmişdir. Bu zaman onun tərəfindən qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürülmüşdür.
10. Yuxarıda göstərilənlərdən əlavə olaraq məhkəmə kollegiyası iş materiallarına istinad edərək bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya qərardadla birlikdə izah da göndərilmişdir. İzahda qeyd edilmiş dir ki, kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları onların tələbləri təmin olunmadıqda apellyasiya instansiyası məhkəməsinin qərarından 1 ay, qərardadından isə 10 gün müddətində kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı məhkəmə aktının təqdim edildiyi gündən başlanır. “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinetlərdə yerləşdirildiyi vaxtdan təqdim edilmiş sayılır. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidi r. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır.
11. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.
12. Məhkəmə kollegiyası qeyd edir ki, məlumat kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq o laraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.
13. İzahda göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsas olduğundan, kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbulundan imtina olunmalıdır.
14. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024cü il tarixli, 2-1(104)-22/2024 saylı qərarından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.