Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2792/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionu cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlüyü. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: "xxxx" MMC; "xxxx" MMC; Əmlak Məsələləri Döv lət Xidməti) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyul 2024-cü il tarixli, 2-1(103)-2858/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MMC-yə mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 426 nömrəli sərəncamına əsasən, Gənclər və İdman Nazirliyinin xx.xx.2012-ci il tarixli razılıq məktubu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2012-ci il tarixli müraciəti nəzərə alınaraq, Nərimanov rayonu, 830-cu məhəllə, T.Bəhramov adına R espublika Stadionunun ərazisində mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün 0.3031 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir.
2. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 426 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin addan-ada keçirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 60 nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2019-cu il tarixli müraciəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli məktubu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubu nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 426 s aylı sərəncamı ilə Nərimanov rayonu, 830-cu məhəllə, T.Bəhramov adına Respublika Stadionunun istifadəsində olan ərazidə mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə ayrılmış 0.3031 ha torpaq sahəsi "xxxx" MMC-nin adına sənədləşdirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş Nərimanov rayonu, 830-cu məhəllə T.Bəhramov adına Respublika Stadionunun istifadəsində olan ərazidə mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün 0.3031 ha torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi barədə olan 426 nömrəli xx.xx.2012ci il tarixli Sərəncamı və həmin sərənca m əsasında qəbul edilmiş 60 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamların etibarsız hesab edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia ərizəsində işin hallarına istinadən tələbini onunla əsaslandırmışdır ki, ilk növbədə iddia tələbi müddətlə bağlı mümkündür. Belə ki, hazırkı iddia tələbinin predmetini məhz cavabdeh orqan tərəfindən qəbul edilmiş sərəncamların etibarsızlığı təşkil edir. Qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə əksinə, hüquqi nəticələr yaradır və qanunla müə yyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hazırkı iddia tələbinin predmeti də sözügedən etibarsızlıq olduğundan, məhz müvafiq olaraq hesab edir ki, həmin sərəncamların etibarsızlğı üçün əsaslar mövcuddur və bu əsasların məhkəmənin diqqətinə çatdırılmasını zəruri hesab edir. İlk öncə, sərəncamda göstərilən torpaq sahəsi məhz dövlət obyektinin yerləşdiyi sahə olmaqla, iddiaçının qanuni sahibliyində olan və dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyətinin Nərimanov rayonu, 830cu məhəllə, T.Bəhramov adına Respublika Stadionunun istifadəsində olan ərazidə mehmanxana binasını n tikintisinin layihələndirilməsi üçün 0.3031 ha torpaq sahəsinin icarə əsasında “Rossler İntro" MMC-nin istifadəsinə verilməsi ilə bağlı sərəncam qəbul etmək səlahiyyəti olmamış və həmin səlahiyyət sərəncam verilərkən Əmlak Məsələləri Dövlət Komitəsinə aid olmuşdur. Başqa sözlə, cavabdeh inzibati orqanın həmin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müvafiq inzibati akt qəbul etmək səlahiyyəti olmamışdır. Beləliklə, yuxarıda göstərilən qanunvercilyin tələblərinə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 426 nömrəli xx.xx.2012-ci il tarixli Sərəncamı bütün müdəaları ilə birlikdə qəbul edildiyi tarixdən yararsız olmuş və heç bir hüquqi nəticə yaratmamışdır. Bundan əlavə, həmçinin həmin sərəncam qanunverciliyin tələblərinə zidd olmuşdur. Belə ki, “Torpaq icarəsi haqqında” Qanunun 12-ci mad dəsinə əsasən, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Habelə, sözügedən etibarsız sərəncam verilərkən, bu barədə iddiaçı təşkilatın özünün razılığı alınmamış, torpaq icarəsi müqaviləsi bağlanmamış, həmin icarə müqaviləsi dövlət qeydiyyatına alınmamış, ümumiyyətlə sərəncam özü qeyri-müəyyən olmaqla, faktiki səbəblərdən icrası mümkün olmayan sənəd olmuşdur. Həmçinin həmin sərəncam heç bir hüquqi nəticəsi olmadığından və səlahiyyətsiz qəbul olunduğundan, onun əsasında qəbul edilmiş "Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 426 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə ayrılmış 0.3031 ha torpaq sahəsinin "xxxx" MMC-nin adına sənədləşdirilməsi barədə olan Bakı Şəhər İcra Hakimiyyətinin 60 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamı da etibarsız olmuşdur. Sonuncu olaraq, həmin sərəncam əsasında orada tikilmiş yarımçıq tikli də zibil tullantılarının, yanğına səbəb ola biləcək qurumuş ot və digər tullantıların atıldığı sahəyə, "evsiz insanların" məskunlaşma məkanına çevrilmişdir. Göstərilən sahədə mövcud olan anti-sanitar şərait real xəstəlik mənbəyi olmaqla yanaşı, Tofiq Bəhramov adına Respublika Stadionunda Beynəlxalq və ölkə səviyyəli futbol oyunları və idman tədbirlərinin təşkili zamanı gələn qonaqlarda stadionun imici haqqında mənfi rəy formalaşdırır.
5. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etməmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3971/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərardadı ilə (hakim L.Musayeva) iddia mümkün sayılmamışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbində Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli sərəncamın və həmin sərəncam əsasında qəbul edilmiş xx.xx.2019cu il tarixli sərəncamın etibarsız hesab edilməsini xahiş edir və tələbini onunla əsaslandırır ki, stadionun qanuni sahibliyində olan torpaq sahəsinin bir hissəsi qeyri-qanuni şəkildə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən üçüncü şəxslərin icarəsinə verilmişdir. Lakin qeyd edilən hal iddiaçıya sərəncamların mübahisələndirilməsinə hər hansı hüquq vermir. Belə ki, iddiaçının torpaq sahəsinə hüquqi marağını əsaslandıran hər hansı hüquqmüyyənedici sənəd mövcud deyildir. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. İddiaçının məhkəməyə təq dim edilmiş və özü tərəfindən təsdiq edilmiş “Genplan xəritəsi” sərəncamların mübahisələndirilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçının həmin torpaq sahəsinə dair sərəncamların etibarsız hesab edilməsi ilə bağlı hüquqi müdafiəyə ehtiyacı olmamaqla hüquqi marağı, nəticə etibarilə iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır, baxmayaraq ki, iddia ərizəsinə əlavə etdiyi fotoşəkillədən və mütəxəsis rəyində ərazinin fototəsvirlərindən aydın görünür ki, mehmanxana binası artıq uzun illərdir ki, tikilir. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olması və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir.
8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və E.Ə.Əliyev) 09 iyul 2024-cü il tarixli, 2-1(103)2858/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3971/2024 nömrəl i, 21 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddianın təmin edilməsini və ya işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
12. İşə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən işin halları hərtərəfli araşdırılmamışdır. Belə ki, sözügedən torpaq sahəsi məhz stadionun ərazisində yerləşir və iddiaçı təşkilatın balansındadır. Mübahisəli sərəncamın məzmunundan da görünür ki, torpaq sahəsi stadiounun istifadəsində olan ərazidədir. Bundan əlavə, 1989-cu ildə tərtib edilmiş genplan və mütəxəssis rəyi də həmin torpaq sahəsinin iddiaçıya məxsus olmasını təsdiq edir. Qeyd edilənlərə baxmayaraq, məhkəmə ərazinin kimə məxsus olması ilə bağlı ekspertiza keçirməmiş, işdəki sənədləri hərtərəfli qiymətləndirməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar da mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şi kayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlsə də, baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, İPM-in 96.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı olsa da, əsaslandırılması dəyişdirilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
18. İşə baxan aşağı instansiya məhkəmələri iddianın mümkün sayılmaması ilə bağlı nəticəy ə gələrkən o hala istinad etmişlər ki, iddiaçının torpaq sahəsinə hüquqi marağını əsaslandıran hər hansı hüquqmüyyənedici sənəd mövcud deyildir. İddiaçının məhkəməyə təqdim edilmiş və özü tərəfindən təsdiq edilmiş “Genplan xəritəsi” sərəncamların mübahisələndirilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçının həmin torpaq sahəsinə dair sərəncamların etibarsız hesab edilməsi ilə bağlı hüquqi müdafiəyə ehtiyacı olmamaqla hüquqi marağı, nəticə etibarilə iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur.
19. Qeyd edilməlidir ki, iddiaçının mübahisələndirdiyi sərəncamların məzmununa nəzər yetirdikdə, üçüncü şəxslərin icarəsinə verilmiş torpaq sahəsinin T.Bəhramov adına Respublika Stadionunun istifadəsində olan əraziyə aid olmasını ehtimal etmək mümkünsüz deyil. Bundan əlavə, Azərbay can Respublikası Gənclər və İdman Nazirliyinin cavabdehə ünvanlandığı 2012 və 2019-cu il tarixli məktublarda da mehmanxananın T.Bəhramov adına Respublika Stadionunun istifadəsində olan ərazidə inşa edilməsinə etiraz edilmədiyi qeyd olunmuşdur. Başqa sözlə, tikintinin T.Bəhramov adına Respublika Stadionunun istifadəsində olan ərazisində olması ehtimal olunandır. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin bu istiqamətdə araşdırma aparmadığına və ekspertiza təyin edilmədiyinə istinad etsə də, qeyd olunmalıdır ki, torpaq sahəsi iddiaçının balansında və istifadəsində olsa belə, iddia tələbi digər əsaslarla mümkünsüzdür.
20. Belə ki, hazırkı iş üzrə iddiaçı mübahisəli sərəncamların etibarsızlığına dair iddia qaldırsa da, nə qədər ki, iddiaçı ona məxsus ərazinin digər şəx slərin icarəsinə verilməsinin qanunsuzluğundan çıxış edir, bu mahiyyətcə, mübahisələndirmə haqqında iddiadır. Başqa sözlə, iddiaçı sərəncamların qanuniliyini mübahisələndirir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin bu sərəncamı qəbul etmək səlahiyyətinin olmadığını qeyd etsə də, qeyd olunmalıdır ki, cavabdehin dövlət torpaqları ilə bağlı sərəncam qəbul etmək səlahiyyəti mövcuddur. Əgər hətta cavabdeh səlahiyyət həddindən kənara çıxmış olsa belə, bu qəbul edilən sərəncamın etibarsızlığına deyil, qanunsuzluğuna gətirib çıxarar.
21. Odur ki, hazırkı iddia tələbinə mübahisələndirmə haqqında iddia kimi yanaşılmalı və iddia tələbinin həmin növ iddialar üçün mümkünlük şərtlərinə cavab veribverməməsi yoxlanılmalıdır. 22. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnz ibatiİqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...Konstitusiya Məhkəməsinin Plenumu İnzibati Prosessual Məcəllənin göstərilən normalarını nəzərə alaraq hesab edir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İnzibati Prosessual Məcəllənin 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. İş materiallarından göründüyü kimi, məhkəmələr tərəfindən N.Quliyevin iddiası inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qiymətləndirilmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıbyaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında ” Qanunun 65-ci maddəsində müəyyən edimişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətin ə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı N.Quliyev Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Bu hal isə irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığın ın tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir...”
23. Mübahisələndirmə haqqında iddianın əsas mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən edilmiş müddətlər daxilində verilməsidir. Qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı iş üzrə iddiaçı 2012 və 2019-cu illərin sərəncamları ilə bağlı 2023-cü il tarixdə müraciət etməklə, iddia müddətini ötürmüşdür. Belə ki, iş materiallarında olan razılıq məktublarının (iş v. 55 və 60) məzmunundan görünür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliy i mehmanxananın T.Bəhramov adına Respublika Stadionunun istifadəsində olan ərazidə inşa edilməsinə etiraz etməmiş, başqa sözlə, iddiaçı tərəf torpaq sahəsinin icarəyə verilməsindən hələ 2012-ci ildən məlumatlı olmuşdur. Buna baxmayaraq, iddiaçı uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür.
24. Bundan əlavə, İPM-in 35.1-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsinin onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında iddia mümkün sayılır. Hazırkı iş üzrə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən mehmanxananın T.Bəhramov adına Respublika Stadionunun istifadəsində olan ərazidə inşa olunmasına etiraz edilməməsi, hazırda mübahisələndirilən, cava bdeh tərəfindən qəbul edilən inzibati aktların iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozduğu nəticəsinə gəlməyə əsas vermir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli qərarına əsasən, Tofiq Bəhramov adına Respublika Stadionu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur.
25. Beləliklə, iddiaçının tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən mümkünsüzdür.
26. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyul 2024-cü il tarixli, 21(103)-2858/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.