Məhkəmə qərarları › İş №2-1(102)-2793/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2793/2025

20.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2793/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması vaxtı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafi ə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(105)-492/2025 nömrəli 15 may 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1962-ci anadan olub.

2. Ona xx.xx.2023-cü ildə güzəştli şərtlərlə pensiya təyin edilib.

3. İddiaçı sonradan cavabdeh inzibati orqana müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun 29 iyun 2022-ci il tarixində yarandığına istinad etməklə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin inzibati orqan pensiyanın yenidən hesablanmasından imtina etmiş və imtinan ı onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1996-xx.xx.1998ci il tarixləri arasındakı dövr üzrə arxiv sənədlərində onun adına rast gəlinmədiyinə görə həmin dövrü əmək stajına daxil etmək mümkün deyil.

4. İddiaçıya aid əmək kitabçasına əksini tapmış qeydlərə əsasən iddiaçı xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək "Mərkəzi Domna Təmir" Sumqayıt Təmir Quraşdırma İdarəsində "boru çəkən çilingər" peşəsində işləmişdir; xx.xx.1982-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək "Mərkəzi Domna Təmir" Sumqayıt Təmir Quraşdırma İdarəsində "boru çəkən çilingər", "quraşdırıcı çilingər", "elektrik qaynaqçısı" peşələrində işləmişdir; xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək “Azərkimyatəmir" Trestinin 2 saylı Təmir Quraşdırma İdarəsində "elek trik qaynaqçısı" peşəsində işləmişdir; xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək "Azərkimyatəmir" Trestinin 3 saylı Təmir Quraşdırma İdarəsində "elektrik qaynaqçısı" peşəsində işləmişdir; xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək "xxxx" ASC-nin Metallurgiya Avadanlıqlarının Təmiri və İstismarı İdarəsində "əl ilə elektrik qaynaqçısı" peşəsində işləmişdir. xx.xx.2012-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək "xxxx" MMC-də fəhlə, xx.xx.2022-ci il tarixindən hal-hazıradək isə "qaynaqçı" peşəsində işləyir.

5. İddiaçı xx.xx.1980-xx.xx.1982-ci ilədək Sovet ordusu sıralarında xidmət keçmişdir.

6. Sumqayıt Təmir Tikinti ASC-nin xx.xx.2022-ci il tarixli 02/4 saylı arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1982 -ci il tarixdən xx.xx.1989-cu il tarixədək "xxxx" Tresti Sumqayıt TTQİ-də, hazırki Domnatəmir Təmir Tikinti ASC-də metallurgiya zavod avadanlıqlarının daimi təmiri ilə məşğul olan texniki boru quraşdırıcısı işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 N-li siyahının 3-cü bölməsinin ******* yarımbölməsinin a)l4841 şifri ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir. İşlədiyi müddətdə ödənişsiz məzuniyyətə olmamışdır.

7. Sumqayıt Təmir Tikinti ASC-nin xx.xx.2022-ci il tarixli 02/5 saylı arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək Mərkəzidomnatəmir Tresti Sum qayıt TTQİ-də, hazırki Domnatəmir Təmir Tikinti ASC-də əl ilə elektrik qaynaqçısı işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 N-li siyahının 3-cü bölməsinin 1030 yarımbölməsinin 1753 şifri ilə güzəştli şərtlərlə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir. İşlədiyi müddətdə ödənişsiz məzuniyyətə olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və əmək pensiyasının yenidən hesablanması tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tar ixdə məhkəməyə daxil olmuşdur.

9. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il anadan olmuşdur və hazırda “Körpü Bina Tikinti" MMC-də çalışır. Ona xx.xx.2023-cü il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixindən təyin edilməlidir. Belə ki, 60 yaşı xx.xx.2022-ci il tarixində tamam olmuşdur. Ancaq həmin dövrdə qüvvədə olan qanunvericiliklə pensiya təyinatı üçün pensiya kapitalı tələb olunurdu və bu tələb xx.xx.2022-ci il tarixində qanuna edilmiş dəyişikliklə aradan qaldırıldı. Əmək pensiyasının həmin vaxtdan yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, lakin cavabdehin 3-17-1/2-M-171930/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Çünki xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək "Mərkəzi Domna Təmir" Sumqayıt Təmir Quraşdırma İdarəsində "boru çəkən çilingər" peşəsində işləmiş; xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək hərbi xidmətdə olmuş: xx.xx.1982-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək "Mərkəzi Domna Təmir" Sumqayıt Təmir Quraşdırma İdarəsində "boru çəkən çilingər", "quraşdırıcı çilingər", "elektrik qaynaqçısı" peşələrində işləmiş; xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək “Azərkimyatəmir" Trestinin 2 saylı Təmir Quraşdırma İdarəsində "elektrik qaynaqçısı" peşəsində işləmiş; xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək "Azərkimyatəmir" Trestinin 3 saylı Təmir Quraşdırma İdarəsində "elektrik qaynaqçısı" peşəsində işləm işdir;xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək "xxxx" ASC-nin Metallurgiya Avadanlıqlarının Təmiri və İstismarı İdarəsində "əl ilə elektrik qaynaqçısı" peşəsində işləmiş, öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövrü çıxmaqla iş stajı 2 il 4 ay təşkil edib); xx.xx.2012-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək "xxxx" MMC-də fəhlə, xx.xx.2022-ci il tarixindən hal-hazıradək isə "qaynaqçı" peşəsində işləyir. Pensiya təyinatı zamanı aşağıda qeyd olunmuş dövrlər üzrə güzəştli iş stajı nəzər alınmamışdır: "xxxx" Sumqayıt xüsusiləşdirilmiş təmir quraşdırma idarəsində (indiki "xxxx" ASC) işlədiyi xx.xx.1979 xx.xx.1980; xx.xx.1982-xx.xx.1984; xx.xx.1987-xx.xx.1989-cu il dövrləri (bu fakt əmək kitabçası və iş yerindən verilən arayışla təsdiq olunub) Bu müəssisənin adı 3 dəfə də yişdirilmişdir: xx.xx.1987-ci ildə "xxxx" trestinin Sumqayıt xüsusiləşdirilmiş idarəsi; xx.xx.1993-cü ildə "Domnatəmir" Təmir Tikinti Quraşdırma İdarəsi; xx.xx.2022-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyəti. Həmin idarə "xxxx" ASC-nin ərazisində fəaliyyət göstərmiş və zavodun marten sobalarının, boruyayma dəzgahlarının və digər əsas avadanlıqların təmiri sahəsi üzrə həmin zavoda xidmət göstərmişdir. Əslində orda işlədiyi boru kəmərləri çəkən çilingər, quraşdırıcı çilingər peşələri Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 2-ci “Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması” bəndinin (a) fəhlələr yarımbəndinin "avadanlığın təmiri və xidməti ilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları"- (2040200a 14641) peşəsi ilə eynidir, sadəcə bu peşələrin adı xx.xx.1987ci ildə dəyişdirilmişdir. Göründüyü kimi əmək kitabçasında da müəssisə tərəfindən bu barədə qeydlər aparılmışdır. "Azərkimyatikinti" Trestinin 3 saylı Təmir Quraşdırma İdarəsində "elektrik qaynaqçısı” peşəsində işlədiyi xx.xx.1996- xx.xx.1998-ci il dövrü; (həmin idarə ləğv olunduğu üçün Dövlət Arxivinin Sumqayıt Filialından arxiv arayışı (işə qəbul barədə əmr) təqdim olunub və əmək kitabçasında müvafiq qeydlər var) Həmin arayışı 2022-ci ildə v erən Arxiv İdarəsi necə olur ki, 2024-cü ildə ona aid sənədi tapa bilmir. Həmin sənədləri təkrar olaraq xx.xx.2024-cü il tarixində də əldə etmişdir. "xxxx" ASC-də "əl ilə elektrik qaynaqçısı" peşəsində işlədiyi xx.xx.2006- xx.xx.2013-cü il dövrü (cəmi 2 il 4 ay); (xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixinədək adının səhv qeyd olunması ilə bağlı olaraq fərdi uçot sistemində sığortaolunanın kimi məlumatlarına sonradan düzəliş edilmişdir) Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi" Qaydalarının 4.1.20-ci maddəsinə yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddə ti- bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir

10. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, Mərkəzi Filial tərəfindən aparılan araşdırmaya əsasən iddiaçının xx.xx.1979-cu il tarixli WT ******* nömrəli əmək kitabçasına əsasən onun xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində "Azərkimyatikinti tresti”ndə qaynaqçı vəzifəsində işlədiyi qeyd edilsə də, adıçəkilən müəssisədəki əmək fəaliyyətinin dəqiqləşdirilməsi məqsədilə aparılmış monitorinq nəticəsində onun sadəcə xx.xx.1996-cı il tarixli, 46 nömrəli əmrlə işə qəbul olunması ilə bağlı məlumat aşkarlanmışdır. Həmçinin, iddiaçının adına arxiv sənədləri müəyyənləşdirilməm iş, sözügedən hallar Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2024 cü il tarixli birgə aktı ilə təsdiq olunmuşdur. Bundan başqa, Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş və 23 yanvar 2007-ci il tarixədək qüvvədə olmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nın “Metallurgiya istehsalı (qara metallar; İİİ bölməsinin polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və Kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində metallurgiya avadanlığının təmirilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları (20401 OOa-14641)” vəzifəsi nəzərdə tutulmuşdur. Lakin, iddiaçının əmək kitabçasında və "xxxx" ASC-nin ona dair 15 avqust 2022-ci il tarixli 02/04 nömrəli arayışında xx.xx.1979 xx.xx.1980-ci il, xx.xx.1982 xx.xx.1984-cü il və xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər ərzində quraşdırıcı çilingər, boru çəkən çilingər, boru çəkən quraşdırıcı çilingər vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi quraşdırıcı çilingər, boru çəkən çilingər, boru çəkən quraşdırıcı çilingər vəzifələri yuxarıda qeyd olunan avadanlığın təmiri ilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsinə uyğun deyildir. Eləcə də iddiaçının əmək kitabçasında xx.xx.1989-cu il tarixli qaynaqçı vəzifəsinə keçirilməsi ilə bağlı qeyddə əmək kitabçasının doldurulma qaydalarının pozulması faktı (ilkin versiyada xx.xx.1991-ci il tarixi qeyd olunmuşdur) qeydə alınm ışdır. Bu da həmin dövrə münasibətdə güzəştli iş stajının mötəbərliyinə əsaslı şübhə yaratmışdır. Qeyd olunan səbəblərdən, həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməmiş və onun müraciətindən imtina olunmuşdur. Bundan sonra. İddiaçı məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir.

11. Məhkəməyə təqdim edilmiş Sumqayıt Təmir Tikinti ASC-nin xx.xx.2022-ci il tarixli 02/4 saylı arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1989-cu il tarixədək "xxxx" Tresti Sumqayıt TTQİdə, hazırki Domnatəmir Təmir Tikinti ASC-də metallurgiya zavod avadanlıqlarının daimi təmiri ilə məşğul olan texniki boru qur aşdırıcısı işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 N-li siyahının 3-cü bölməsinin ******* yarımbölməsinin a)l4841 şifri ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir. İşlədiyi müddətdə ödənişsiz məzuniyyətə olmamışdır.

12. Məhkəməyə təqdim edilmiş Azərikimyatikinti Trestinin 3 N-li TQİ-nin xx.xx.1996cı il tarixli 46 saylı əmrinin arxiv çıxarışında qeyd edilmişdir ki, 02 sentyabr 1996-cı ildən trestin 6 N-li TTQİ-nin 3 N-li TTQİ-nə birləşdirilməsi ilə əlaqədar İddiaçı ixtisas və dərəcəsi saxlanılmaqla köçürmə yolu ilə peşəsi üzrə işə qəbul edilmişdir.

13. Məhkəməyə təqdim edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X1 şöbəsinin böyük mütəxəssisi və Milli Arxiv İdarəsi AR DA-nın Sumqayıt Filialının böyük fond mühafizəçisinin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1993-cü il tarixində 142 N-li əmrlə əmək haqqı işəmuzd ödənilməklə 6-cı dərəcəli elektrik qaynaqçısı kimi 3N-li sahəyə göndərilmişdir. xx.xx.1996-cı il tarixli 46 N-li əmrlə 6 N-li sahədən köçürmə yolu ilə 3 N-li sahəyə işə qəbul edilmişdir. Sonrakı dövlərə aid arxiv sənədlərində adına rast gəlinməmişdir

14. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli AZB 01/25 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı işlədiyi "xxxx" Tikinti Quraşdırma İdarəsi "xxxx" ASC-nin (k eçmiş Azərbaycan Boruyayma zavodu) ərazisində müstəqil müəssisə kimi fəaliyyət göstərmişdir. Həmin idarə marten (poladəritmə) sobalarının, yayma və boruyayma dəzgahlarının, həmçinin digər əsas avadanlıqların təmiri və quraşdırılması üzrə xidmət göstərmişdir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir və bu sahələrdə çalışan işçilər bütün iş vaxtını zərərli və ağır iş şəraitində keçirdiklərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən peşə və vəzifələr ilə müəssisədə mövcud olan peşə və vəzifələr e ynilik təşkil etdiyi təqdirdə tərəflərindən yalnız onların cəmiyyətdə həmin peşə və vəzifələrdə işləyən işçilərə "güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair" araşdırıcı arayışlar verilir. Sorğuda qeyd edilən "quraşdırıcı-çilingər", "boru çəkən çilingər", "boru çəkən quraşdırıcı-çilingər" peşələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 2 saylı Siyahısının 3-cü Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin uyğun olaraq 2-4-cü bəndlərində "avadanlığın təmiri və xidməti ilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları" (2040200a-14641); (2040300a-14641): (20 40400a-14641) peşələrinə uyğunlaşdırmaq mümkündür.

15. Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(118)-2093/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Aynur Axundova).

16. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən qeyd etmişdir ki, Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə “Azərikimyatikinti” Trestinin 3 №-li TQİ-nin 1996-1997-ci illərə dair əmrlər kitablarından sorğu edilən vətəndaş İddiaçı işləməsi barədə təqdim edilmiş arxiv arayışından göründüyü kimi iddiaçı 02 sentyabr 1996-cı ildən trestin 6 №li TTQİ-nin 3 №li TTQİ nə birləşdirilməsi ilə əlaqədar İddiaçı ixtisas və dərəcəsi saxlanılmaqla köçürmə yolu ilə (əl qaynaqçısı) peşəsi üzrə işə qəbul edilməsi, cavabdeh tərəfindən vəzifə uyğunsuzluğu ilə əlaqədar nəzərə alınmayan xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1982xx.xx.1984-cü il və xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər üzrə aparılmış araşdırma nəticəsində təqdim edilmiş "xxxx" ASC-nin xx.xx.2025 ci il tarixli AZB 01/25 saylı arayışında sorğuda qeyd edilən "quraşdırıcı çilingər", "boru çəkən çilingər", "boru çəkən quraşdırıcı-çilingər" peşələrini Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 2 saylı Siyahısının 3-cü “Metallurgiya istehsalatı (Qara metallar)” bölməsinin uyğun olaraq 2-4-cü bəndlərində "avadanlığın təmiri və xidməti ilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları" (2040200a-14641); (2040300a-14641): (2040400a-14641) peşələrinə uyğunlaşdırmağın mümkün olması, cavabdehin əsas gətirdiyi vəzifə uyğunsuzluğu işəgötürənin arayışı ilə təkzib olunması, iddiaçının məhkəməyə təqdim etdiyi notarial qaydada tərcümə edilmiş əmək kitabçasında xx.xx.1987-ci il tarixli əmr № 250 ilə əməyin ödənilməsinin yeni tarif şərtlərinin (Vahid tarif-ixtisas sorğu kitabçası № 3, 1986-cı il nəşri) tətbiq edilməsi ilə əlaqədar olaraq, metallurgiya zavodlarının texnoloji boru kəmərləri üzrə 4-cü dərəcə montajçı peşəsi verilməsinin qeyd edilməsi, iddiaçının əmək kitabçasında mübahisə olunan dövr və sonrakı dövrlərin qeydiyyatı ardıcıl olaraq aparılması, qaralama olsa da, qeyd edilən dövr və sonrakı dövrlər işəgötürənin arayışı ilə eynilik təşkil etməsi, qeyd edilənlərin əmək kitabçasının və orada aparılan qeydiyyatların mötəbərliyinə şübhə yaratmaması, qanunvericiliyin əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul etməsi kimi hallar, iddiaçının hazırkı vəziyyətinin güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və əmək pensiyasının yenidən hesablanmasına əsas verdiyi qənaətinə gəlməyə kifayət edir.

17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini v ə iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

18. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(105)-492/2025 nömrəli iş üzrə 15 may 2025-ci il tarixli qərarı (hakimlər İ.Quliyev (sədrlik edən və məruzəçi) V.Əzizova və G.Cabbarova) ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 21(118)-2093/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın tələbinin təmin edilməməsi barədə qərar qəbul edi lməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh kassasiya şikayətində işin hallarını sadalamış və iddia tələbinə etirazın dəlillərini təkrarlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Q anunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş ş əxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1 dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafi q icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir. Maddə 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;... Maddə 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018 ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə

25. Sığorta stajı müvaf iq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3 cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki aylar ın sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 26. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmişdir)

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Bənd 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bənd 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2 a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy inin tabeliyində X2 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilmə si, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. 26. “İnzibati icraat haqqında” Qanun: Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şə xslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçini n bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanı n mümkünlüyü, kassasiya baxışının hədləri

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

31. Belə ki, iddiaçıya 25 dekabr 2023-cü il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun 29 iyun 2022-ci il tarixində yarandığına istinad etməklə əmək pensiyasının yenidən hesablanmasını tələb edir. İnzibati orqan p ensiyanın 29 iyun 2022-ci il tarixindən yenidən hesablanmasını mümkün hesab etmir və imtinanı aşağıdakı dəlillərlə əsaslandırır: - iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövr üzrə arxiv sənədlərində adınıza rast gəlinmədiyinə görə həmin dövrü əmək stajına daxil etmək mümkün deyil. - İddiaçının xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1982-xx.xx.1984-cü il və xx.xx.1987xx.xx.1989-cu il tarixləri arasında "Mərkəzi Domna Təmir" Sumqayıt Təmir Quraşdırma İdarəsində işlədiyi "quraşdırıcıçilingər", "boru çəkən çilingər", "boru çəkən quraşdırıcı-çilingər" peşələri Siyahıda nəzərdə tutulmayıb. - əmək kitabçasında xx.xx.1989-cu il tarixli qaynaqçı vəzifəsinə keçirilməsi ilə bağlı qeyddə əmək kitabçasının doldurulma qaydaları pozulub (ilkin versiyada xx.x x.1991-ci il tarixi qeyd olunub).

32. İşə baxmış məhkəmələr cavabdehin etiraz dəlillərinin hər biri üzrə araşdırma apararaq, həmin dəlillərin əsassız hesab etmişdir.

33. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.

34. İddiaçının xx.xx.1997-ci il tarixdən 6 ay müddətinə, 6 ayın tamamlandığı xx.xx.1997-ci il tarixdən də yenidən 6 ay müddətinə, ümumilikdə 1 il müddətinə ödənişsiz məzuniyyətdə olması həmin dövrlərin onun sosial sığorta stajı kimi nəzərə alınmasını istisna edir.

35. Belə ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflər in mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

36. Kollegiya işə baxan məhkəmələrin hüquqi dəyərləndirməsi ilə razılaşaraq həmçinin bu qərarın 11-14-cü bəndlərində qeyd edilmiş iş materiallarını (sənədlər) nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.1996-ci ildən xx.xx.1997-ci ilədək çalışdığı dövrlər onun güzəştli iş stajına daxil edilməlidir. İddiaçının sözügedən tarixlərdə müvafiq vəzifələrdə çalışması arxivdən çıxarışlarla öz təsdiqini tapmışdır və bununla bağlı cavabdehin kassasiya şikayətinin dəlili əsassızdır.

37. Cavabdeh inzibati orqanın şikayətinin növbəti dəlili iddiaçının xx.xx.1979xx.xx.1980-ci il, xx.xx.1982-xx.xx.1984-cü il və xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər ərzində çalışdığı quraşdırıcı çilingər, boru çəkən çilingər, boru çəkən quraşdırıcı çilingər vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş və 23 yanvar 2007-ci il tarixədək qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nın Metallurgiya istehsalı (qara metallar) İİİ bölməsinin polad və ferroərintilər istehsalı qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində metallurgiya avadanlığının təmirilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsinə uyğun deyildir.

38. Qeyd olunan dəlillə bağlı birinci instansiya məhkəməsi "xxxx" ASC-yə sorğu vermiş və həmin sorğuya əsasən verilmiş xx.xx.2025-ci il tarixli AZB 01/25 nömrəli arayışı ilə müəyyən edilmişdir ki, iddiaçının işlədiyi "xxxx" Tikinti Quraşdırma İdarəsi "xxxx" ASCnin (keçmiş Azərbaycan Boruyayma zavodu) ərazisində müstəqil müəssisə kimi fəaliyyət göstərmişdir. Həmin idarə marten (poladəritmə) sobalarının, yayma və boruyayma dəzgahlarının, həmçinin digər əsas avadanlıqların təmiri və quraşdırılması üzrə xidmət göstərmişdir. Azərboru" ASC respublikada polad boru istehsalında aparıcı rol oynayan ən böyük metallurgiya müəssisələrindən biridir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir və bu sahələrdə çalışan işçilər bütün iş vaxtını zərərli və ağır iş şəraitində keçirdiklərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci i l tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən peşə və vəzifələr ilə müəssisədə mövcud olan peşə və vəzifələr eynilik təşkil etdiyi təqdirdə tərəflərindən yalnız onların cəmiyyətdə həmin peşə və vəzifələrdə işləyən işçilərə "güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair" araşdırıcı arayışlar verilir. Sorğuda qeyd edilən "quraşdırıcı-çilingər", "boru çəkən çilingər", "boru çəkən quraşdırıcıçilingər" peşələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstə ricilərin" 2 saylı Siyahısının 3-cü Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin uyğun olaraq 2-4-cü bəndlərində "avadanlığın təmiri və xidməti ilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları" (2040200a-14641); (2040300a-14641): (2040400a-14641) peşələrinə uyğunlaşdırmaq mümkündür.

39. Eyni zamanda iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən notarial qaydada tərcümə edilmiş əmək kitabçasında da xx.xx.1987-ci il tarixli, 250 nömrəli əmr ilə əməyin ödənilməsinin yeni tarif şərtlərinin (Vahid tarif-ixtisas sorğu kitabçası № 3, 1986-cı il nəşri) tətbiq edilməsi ilə əlaqədar olaraq, metallurgiya zavodlarının texnoloji boru kəmərləri üzrə 4-cü dərəcə montajçı peşəsi verilməsi qeyd edilmişdir.

40. Beləliklə kollegiya cavabdeh inzibati orqanın həmin dəlilini də əsassız hesab edir.

41. Sonuncu dəlil iddiaçının əmək kitabçasında xx.xx.1989-cu il tarixli qaynaqçı vəzifəsinə keçirilməsi ilə bağlı qeyddə əmək kitabçasının doldurulma qaydalarının pozulması faktı ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan ilkin versiyada xx.xx.1991-ci il tarixinin qeyd olunmasına istinad etmişdir.

42. Kollegiya həmin dəlili əsassız hesab edərək qeyd edir ki, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

43. İddiaçının əmək fəaliyyətini təsdiq edən İT-İ ******* nömrəli əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun ol madığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdehin iddiaçının əmək kitabçasında qeyd edilən dövrləri onun sosial sığorta stajı kimi nəzərə alınmamasının əsası kimi göstərdiyi dəlil iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir.

44. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

45. Eyni zamanda İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Hazırki halda cavabdeh inzibati orqan mübahisələndirdiyi dövrlə bağlı verilmiş əmrin qanunsuz olduğunu sübuta yetirə bilməmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın istinad etdiyi həmin dəlil iddiaçı ilə on un çalışdığı müəssisə arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçının qeyd olunan dövrlərdə işləməsi barədə əmək kitabçasında məlumatlar mövcud olduğundan, həmin məlumatların mötəbərliyi şübhə doğurmadığından, həmçinin cavabdeh tərəfindən iddiaçının sözügedən müəssisədə işləməsini təkzib edən sübutlar təqdim edilmədiyindən, həmin dövrlər də sosial sığorta stajına daxil edilməlidir.

47. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan arayışlarla təsdiq edilən iddiaçının işlədiyi dövrlər ona güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi üçün əsas hesab edilməlidir.

48. İddiaçı hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan güzəştli stajı 1 4 il 7 ay 8 gün (xx.xx.1979- xx.xx.1980-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987- xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1996-cı il, xx.xx.1996- xx.xx.1997-ci il) təşkil etmişdir və iddiaçı həmin tarixdən pensiya təyin edilməsini tələb etməkdə haqlı olmuşdur

49. Həmin dövrlər üçün tələb olunan güzəştli iş stajı 12 il, 6 ay olduğu üçün, iddiaçıya güzəştli şərtlərlə pensiya təyini üçün tələb olunan həm ümumi, həm də xüsusi iş stajı 29 iyun 2022-ci il tarixində toplanmış olur.

50. Kollegiya əlavə olaraq qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 25 dekabr 2023-cü il tarixində güzəştli şərtlərlə pensiya təyin edilməsi həmin dövrdə iddiaçının 10 il, 6 aydan çox güzəştli iş stajının cavabdeh tərəfindən qəbul edilməsi fak tını təsdiqləyir.

51. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcud olmuşdur.

52. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt 29 iyun 2022-ci il tarixində ödənildiyindən cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

53. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin et məmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.

54. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(105)-492/2025 nömrəli, 15 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar