Məhkəmə qərarları › İş №2-1(102)-2801/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2801/2025

10.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2801/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka (torpaq sahəsinə) dair mülkiyyət hüquqların dövlət qeydiyyatına alınmasından imtina; torpaq sahəsinin başqa şəxslərin sənəd üzrə mülkiyyətlərində olan torpaq sahələri ilə üst-üstə düşməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev S ərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X16 və X14) “çıxarışın və torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2025-ci il tarixli, 2-1(105)397/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının atası və ailə üzvlərinə JN-1312, KOD 30800027 saylı Dövlət aktına əsasən Abşeron rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 10 noyabr tarixli 21 nömrəli qərarı ilə 0,52 ha torpaq sahəsi ayrılmış, sonradan bu torpaq hissə-hissə alqı-satqı müqavilələri ilə özgəninkiləşdirilmiş və 2018-ci ildə iddiaçının mülkiyyətində 0,2982 ha torpaq qalmışdır.

2. İddiaçı 2021-ci ildə torpağın bir hissəsini (0,075 ha) X5 və sonuncunun mülkiyyət hüququ ********** qeydiyyat nömrəli, 13 mart 2023-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Bundan sonra iddiaçı, qalan 0,2232 ha torpağa çıxarış almaq üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 20 fevral 2024-cü il tarixli məktubla torpaq sahəsinin mübahisəli olması səbəbindən iddiaçının müraciətini təmin etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəs i, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olmuş və çıxarış əsasında xx.xx.2021-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X8 təsdiq etdiyi alqı-satqı müqaviləsi və bölgü sxeminə əsasən qalan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatına alınaraq çıxarışın və torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya atası X11 birgə ailə təsərrüfatında Abşeron rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 10 noyabr tarixli 21 nömrəli qərarı ilə 0,52 ha torpaq sahəsi verilmişdir. Həmin qərar əsasında onlara JN1312,KOD 30800027 saylı Dövlət aktı verilmişdir. X23 əsasən iddiaçı ona ƏMDK-nin yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə **********67 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarış əsasında iddiaçı həmin torpaqdan xx.xx.2021-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X8 təsdiq etdiyi alqı-satqı müqaviləsi əsasında 0,075 ha hissəsini bölərək satmışdır. Həmin alqı-satqı müqaviləsi və bölgü sxeminə əsasən satdığı şəxs iddiaçıdan aldığı torpaq sahəsinə çıxarış və plan- ölçü sənədlərini əldə etmişdir. Lakin iddiaçı eyni məzmunda yəni satışdan sonra qalan torpağına çıxarışın və plan-ölçü sənədl ərinin verilməsinə dair müraciətini bir qədər geçikdirmiş və sonda 23 yanvar 2024cü il tarixdə cavabdeh orqana müraciət etmişdir. Lakin xx.xx.2023-cü il tarixdə iddiaçıya cavabdeh orqandan həmin tarixli, 320332/2-2063/24 nömrəli cavab məktubu (bildiriş) ilə ona Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh imtinasının əsasını torpaq sahəsinin mübahisə predmeti olduğunu qeyd etmiş, lakin bu mübahisənin nədən ibarət olduğu barədə heç bir izah verməmişdir. İddiaçı torpağın müstəsna mülkiyyətçisidir. Həmin daşınmaz əmlakı satmazdan əvvəl mübahisəsiz mülkiyyət sənədi mövcud olmuşdur. Həmin mülkiyyət sənədi tam qüvvədə olmuş, ləğv edilməmişdir. Hazırki müraciəti isə sadəcə alqı-satqıdan sonra bölgü sxeminə uyğun mülkiyyətində qalan torpaq sahəs inə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur.

5. Cavabdeh iddiaya qarşı imtina məktubuna uyğun etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(118)-3866/2024 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilərək cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olmuş və çıxarış əsasında xx.xx.2021-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X8 təsdiq etdiyi alqı-satqı müqaviləsi və bölgü sxeminə əsasən qalan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatına alınaraq çıxarışın və torpaq sahəsinə dair plan-ö lçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi ********** qeydiyyat nömrəli, 17 sentyabr 2018-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən İddiaçı məxsus olmuşdur. Daha sonra AN-İ № ******* saylı, 27 dekabr 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 0.2982 ha torpaq sahəsinin 0.075 ha hissəsi iddiaçı tərəfindən X2. Alğı-satqı zamanı tərəflər arasında 27 dekabr 2021-ci il tarixli torpaq sahəsinin bölgüsü haqqında saziş imzalanmış, torpaq sahəsinin bölgü eskizi tərtib edilmişdir. X4 0.075 ha torpaq sahəsinə dair sonuncunun mülkiyyət hüququ ********** qeydiyyat nömrəli, 13 mar t 2023-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən torpaq sahəsinin bir hissəsinin satıldığı şəxsə münasibətdə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış tərtib edilsə də, cavabdeh tərəfindən iddiaçıda qalan torpaq hissəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

9. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi faktiki olaraq dö vlət reyestrində **********39, **********40 və **********77 nömrələri ilə qeydiyyata alınmış, digər şəxslərin — o cümlədən X7 mülkiyyətində olan sahələrlə üstüstə düşür və bu səbəbdən tərəflər arasında məhkəmə mübahisəsi mövcuddur. Elektron məhkəmə sistemindən əldə edilən məlumata əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki X1 İddiaçı və X12 qarşı torpaq sahəsinin boşaldılması və tikililərin sökülməsi tələbi ilə bağlı mülki işə baxılmışdır. Həmin iş üzrə mütəxəssis rəyi ilə təsdiq edilmişdir ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 0.025 hektar hissəsi X9 məxsus **********40 nömrəli çıxarışa daxil olan sahə ilə üst-üstə düşür və onun köməkçi tikilisi həmin ərazi üzərində yerləşir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2025-ci il tarixli 2-1 (105)-397/2025 nömrəli qərardadı ilə X16 və X13 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2025-ci il tarixli, 2-1(105)-397/2025 nömrəli qərarı ilə (hakimlər: Z.Məmmədov - sədrlik edən və məruzəçi, V.Hacıyev və T.Axundov) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətində əsas dəlil ondan ibarətdir ki, mübahisə predmeti olan torpaq sahəsi faktiki olaraq dövlət reyestrində **********39, **********40 və **********77 nömrələri ilə qeydiyyata alınmış, başqa şəxslərin qanuni mülkiyyətində olan sahələrlə üst-üstə düşür. İ ş materiallarında olan çıxarışlar və mütəxəssis rəyi sübut edir ki, iddiaçının faktiki istifadə etdiyi ərazi həm X9, həm də digər şəxslərə məxsus torpaq sahələrinin sərhədlərinə daxil olur. Buna görə də iddiaçının həmin torpaq sahəsinə dair çıxarış və plan-ölçü sənədi əldə etmək tələbi bir neçə mülkiyyətçinin qeydiyyatda olan hüquqlarına ziddir və hüquqi əsasdan məhrumdur.

13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayətinin dəlilləri aşağıdakılardır: – Apellyasiya məhkəməsi öz qərarında ilk olaraq hələ də qanuni qüvvəyə minməmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il ta rixli 2(105)606/2025 nömrəli qətnaməsinə əsaslanaraq inzibati icraata aid olan hazırki işdə olan əsaslandırmanı həmin qətnaməyə uyğun aparmışdır, hətta qanuni qüvvəsini almamış qətnamədə göstərilən halları artıq müəyyən edilmiş və sübuta ehtiyacı olmayan hal kimi təqdim etmişdir. – İddiaçının hüququnu təsdiqləyən dövlət aktı və alğı-satqı müqavilələri hələ də qüvvədədir və mübahisələndirilməmişdir. Buna baxmayaraq, məhkəmə həmin sənədlərin qüvvədə olmasını və onların əsasında yaranan reyestr qeydiyyatını nəzərə almadan, onun mülkiyyət hüququnu pozmuşdur. – Apellyasiya instansiyası məhkəməsi iddiaçının 27 ildən artıq faktiki sahiblik və istifadə faktını və bunun nəticəsində yaranmış qanuni gözləntilərini nəzərə almadan, formal əsaslarla qərar qəbul etmiş, məhkəmə araşdırmasının tam və obyek tiv aparılması prinsipinə əməl etməmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasını n Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müra ciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə

16. Dövlət reyestrində düzəlişlər... 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri s übutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırıl madığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ********** qeydiyyat nömrəli, ******* reyestr nömrəli çıxarışla mülkiyyətində olan 0.2982 hektar torpaq sahəsindən 27 dekabr 2021-ci il tarixli AN-l ******* nömrəli alğı-satqı müqaviləsi əsasında 0.075 hektar hissəni X3 sonra, onun mülkiyyətində qalan 0.2232 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına yönəlmişdir.

25. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən sözügedən torpaq sahəsi üzərində mübahisənin olmasını göstərmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi cavabdehin imtinasında olan dəlillər istiqamətində araşdırma aparmış və müəyyən etmişdir ki, İddiaçı ilə üçüncü şəxs X13 arasında eyni torpaq sahəsinə dair — tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair — başqa bir mülki mübahisə məhkəmə icraatındadır.

27. Belə ki, Elek tron məhkəmə informasiya sistemindən əldə edilən məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında iddiaçı X7 İddiaçı və X12 qarşı eyni torpaq sahəsi üzrə — torpaq sahəsinin boşaldılması və tikililərin sökülməsi tələbi ilə bağlı mülki iş olmuşdur.

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2025-ci il tarixli 2(105)-606/2025 nömrəli qətnaməsi ilə müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(012)-2562/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X15 və İddiaçı 29 iyul 2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən X9 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.20 ha torpaq sahəsindən çıxarılması, 29 iyul 2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən X9 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.20 ha torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlər X10 və İddiaçı öz vəsaiti hesabına sökülməsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.20 ha torpaq sahəsinin boşaldılaraq X9 əvvəlki vəziyyətdə təhvil verilməsi qət edilmiş və bu qətnamə apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

29. Bundan əlavə apellyasiya məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən o da müəyyən olunur ki, iş üzrə alınmış mütəxəssis rəyinə əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 0.025 hektar hissəsi X9 məxsus **********40 nömrəli çıxarışa daxil olan sahə ilə üst-üstə düşür və onun köməkçi tikilisi həmin ərazi üzərində yerləşir. 3

0. Həmçinin qətnamədə istinad olunan mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadə etdiyi ərazi X6 başqa, həm də digər şəxslərə məxsus torpaq sahələrinin sərhədlərinə daxil olur.

31. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qənaətini əsaslı hesab edir və razılaşır ki, iddiaçının torpaq sahəsinə dair çıxarış və plan-ölçü sənədi verilməsi tələbi bir neçə şəxsin dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüquqlarına ziddir və bu tələbin təmin edilməsi üçün tələb olunan hüquqi və texniki əsaslar mövcud deyildir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqları müstəsna hallar xaricində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparıldığı andan əmələ gəlir (Mülki Məcəllənin 14.3, 139.1 və 146-cı maddələri). Daşınmaz əşya üzərində mülkiyyət hüququnun mövcudluğu və kimə məxsus olması barədə məsələlər buna səlahiyyətli olan dövlət orqanı (DƏDRX) tərəfindən aparılan reyestr sayəsində tənzimlənir.

33. Qüvvədə olan qanunvericiliyə əsasən bir fərdi müəyyən əşya üzərində yalnız bir mülkiyyət hüququ mövcud ola bilər və həmin hüquq yalnız bir nəfərə (fərdi mülkiyyət), və yaxud eyni anda birdən çox şəxsə aid ola bilər (ümumi mülkiyyət). Yəni hər hansı əşya üzərində iki və ya bir neçə şəxsin tam mülkiyyət hüququnun eyni vaxtda mövcud olması mümkün deyildir. Əks yanaşma mülkiyyət haqqı sahiblərinin bu haqlarından irəli gələn səlahiyyətlərinin istifadəsini mümkünsüz edər.

34. Məhkəmə kollegiyası əlavə olaraq iddiaçının qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsinə istinad edilməsi barədə dəlilinə münasibətd ə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi öz qərarında birbaşa qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsinə deyil, həmin mülki iş üzrə araşdırma zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin verdiyi 26 aprel 2024-cü il tarixli mütəxəssis rəyinin nəticələrinə əsaslanmışdır ki, həmin rəyin mötəbərsizliyi barədə sübut məhkəməyə təqdim edilməmişdir.

35. Beləliklə, iddianın rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2025-ci il tarixli, 2-1(105)-397/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar