Məhkəmə qərarları › İş №2-1(102)-2812/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2812/2025

10.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2812/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-N(N06)-228/2025 nömrəli qərarından id diaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin 7-ci səhifəsində onun xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək Ağdam şəhəri ərazisində gedən döyüşlərdə iştirak etməsi qeyd edilmişdir.

2. N saylı hərbi hissənin xx.xx.N993-cü il tarixli arayışına görə İddiaçı N saylı hərbi hissənin tərkibində Ağdam şəhəri ərazisində gedən döyüşlərdə iştirak etmişdir.

3. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(N20)-358/2023 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inziba ti mübahisə üzrə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuş və iddia qalan hissədə təmin edilməmişdir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanlanmış xx.xx.2023cü il tarixli, 2/2-7966 nömrəli məktubunda qeyd edilmişdir ki, döyüş əməliyyatlarının aparıldığı dövrdə N və N nömrəli hərbi hissələrin tərkibində xidmət müddətində (xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək) hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrlərində döyüş tapşırığının yerinə yetirilməsi üçün döyüş əməliyyatları aparılan rayonlara və hərbi hissələrə ezam olunması barədə məlumatlar aşkar olu nmadığına və 987, N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur.

5. Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, N036 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N №-li əmrində MDBnin hərbi hissəsindən xidmətlərini davam etdirmək üçün gəlmiş, xx.xx.N992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlarla salınmış hərbi qulluqçuların siyahısında, Maddi təminat bölüyünə təyin olunmuş, sıravi İddiaçı adı qeyd olunmuşdur. xx.xx.N992-ci il tarixdən Astara RHK-dan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətə çağırılmış, N973-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 34 №-li əmrilə şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N34 №-li əmrilə sıravi İddiaçı N №-li hərbi hissədə rabitə manqasında mexanik vəzifəsinə təyin edilmişdir. Xidmətini davam edirmək üçün N №-li hərbi hissədən gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 3N0 №-li əmrilə maddi təminat bölüyündə qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994cü il tarixli 33 №- li əmrilə sıravi İddiaçı maddi təminat bölüyünün N-ci Avtomobil tağımında sürücü-elektrik vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 8N №-li əmrilə sıravi İddiaçı sürücü elektrik vəzifəsinə təyin olunmuşdur. Maddi təminat bölüyündə sürücü-elektrik vəzifəsində xidmət edən, sıravi İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N8-ci maddəsinin “D” bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N49 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Astara RHK-na göndərilmişdir. N №-li hərbi hissə komandirinin avqust-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il və yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş bölgəsinə ezam olunması barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin N992-N996-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.

6. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-43-7/2-54N/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara rayon Şahağacı kənd sakini xx.xx.N973-cü il təvəllüdlü İddiaçı qeydiyyat kartasına əsasən məlumat verirəm ki, o, xx.xx.N992-ci ildə keçmiş Astara RHK tərəfindən hərbi xidmətə çağırılmış və N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.N996-cı il tarixdə həmin hərbi hissədən ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.N993-27.07 rayonu uğrunda gedən döyüş əməliyyatlarında iştirakı, yaralanması, xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur.

7. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, NN4N nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 34 №-li əmrilə (əsas: səh-72, §-N, sıra-N0) şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N34 №-li əmrilə (əsas: səh-268, §-2, sıra-8) sıravi İddiaçı N №-li hərbi hissədə rabitə manqasında mexanik vəzifəsinə təyin edilmişdir. Xidmətini davam edirmək üçün N №-li hərbi hissədən gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 3N0 №-li əmrilə (əsas: səh-N04, §-NN, sıra-N) maddi təminat bölüyündə qazan t əminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 3N №-li əmrilə (əsas: §-7, sıra-8) sıravi İddiaçı maddi təminat bölüyünün N-ci Avtomobil tağımında sürücü-elektrik vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 8N №-li əmrilə (əsas: səh-2NN, §-8, sıra-7) sıravi İddiaçı sürücü elektrik vəzifəsinə təyin olunmuşdur. Maddi təminat bölüyündə sürücü-elektrik vəzifəsində xidmət edən, sıravi İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N8-ci maddəsinin “D” bəndinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N49 №-li əmrilə (əsas: səh-N3, §-8) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılara q qeydiyyata düşmək üçün Astara RHK-na göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin avqust-dekabr N992-ci il, yanvar- dekabr N993-cü il və yanvar-dekabr N994cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş bölgəsinə ezam olunması barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin N992-N996-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N №-li hərbi hissə komandirinin avqust-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il yanvardekabr N994-cü il, iyul N996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilməmişdir.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3N09 nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “ Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N973-cü ildə anadan olmuşdur. xx.xx.N992-ci il tarixdə Astara rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan ordusunun sıralarına həqiqi hərbi xidmətə çağırılmış, N992-ci ildən N993-cü ilə kimi Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu fakt onun hərbi biletində qeyd olunmuş və hərbi hissənin komandanlığı tərəfindən imza və möhürlə təsdiq olunmuşdur. Bundan əlavə ona verilmiş N saylı hərbi hissənin komandanlığı tərəfindən N3 sentyabr N993-cü il tarixli, NN7 saylı arayışla da onun Ağdam şəhəri uğrunda gedən döyüşlərdə iştirak etməsi təsdiq olunur. N996-cı il tarixdə o, Milli Ordu sıralarından tərxis olunmuşdur. Buna baxmayaraq uzun illərdir ki, müxtəlif dövlət orqanlarına müraciət etmiş olsa da, bu faktı sübut edə bilməmişdir. Dəfələrlə bu barədə Müdafiə Nazirliyinə müraciət etmiş olsa da, ona “Müharibə veteranı adı və vəsiqəsi” verilməsindən imtina edilmişdir. İmtinaya səbəb kimi göstərilmişdir ki, Hərbi hissə komandi rinin xx.xx.N993-xx.xx.N993-cü il və xx.xx.N993xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş bölgəsinə ezam olunması barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə üzrə komandirinin N992-N996-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır”. Ona “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-N(N20)-358/2023 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və m üvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması qərara alınmışdır. Lakin Müdafiə Nazirliyi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda ona yenidən “Müharibə veteranı adının və vəsiqəsi”nin verilməsindən imtina edilmişdir. X8 Məhkəməsində aparılan əvvəlki araşdırma zamanı tərəfindən məhkəməyə təqdim edilmiş və dindirilmiş şahidlər - X4 və X7 eyniməzmunlu ifadələrində bildirmişlər ki, İddiaçı ilə birlikdə onlar N992-N996-cı illərdə Astara rayonu Şahağacı kəndində yerləşən N nömrəli hərbi hissədə xidmət etmiş, Ağdamda döyüş əməliyyatlarına ezam əmri ilə getdiklərini, dəfələrlə ezam olunduqlarını, ezamın N0-N5 gün çəkdiyini, ezam əmrlərinin bəzilərini Mingəçevir şəhərində yerləşən N nömrəli hərbi hissəyə müraciət edərək aldığını, müharibə veteranı vəsiqələrini aldı qlarını bildirmişdirlər. İşdə olan Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən məhkəmənin sorğusu əsasında verilmiş xx.xx.2023-cü tarixli, NN/35 nömrəli məktuba əlavə olunmuş sənədlərdən görünür ki, şahid XN tərəfindən Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-N(N20)-979/2020 nömrəli qərarına uyğun olaraq komissiyanın xx.xx.2020-ci il tarixli iclasında baxılması və müharibə veteranı adının verilməsi müəyyən edilmişdir. Cavabdehin yenidən imtina etməsi səbəbindən hal-hazırda yenidən məhkəməyə müraciət etmək məcburiyyətindədir.

11. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırkı iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iddiaçının adına açılmış kartadan görünür ki, o xx.xx.N992-ci ildən xx.xx.N995-ci ilədək sıravi əsgər rütbəsində dizel elektrikçi vəzifəsində N saylı hərbi hissədə, xx.xx.N995-ci ildən xx.xx.N996-cı ilədək sürücü-elektrik vəzifəsində N saylı hərbi hissədə xidmət etmişdir. İddiaçıya məxsus H3 ******* nömrəli hərbi biletin N8-ci bəndində döyüş əməliyyatlarında iştirakı ilə bağlı qeyd edilmiş qeydlər arxiv arayışında öz təsdiqini tapmamışdır. İddiaçının əvvəlki müraciətləri zamanı tərtib edilmiş xx.xx.20N9-cu il tarixli 9/2-NN62N nömrəli Arxiv arayışında qeyd olunmuşdur ki, N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü ildən xx.xx.N993-cü ilədək və 0N,03.N993-cü ildən xx.xx.N993-cü ilədək nizami hissə üzrə əmrlərində İddiaçı döyüş bölgəsinə ezam olunması barədə məlumatlar aşkarlanmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən iddiaçının müraciəti əsasında müvafiq sənədlər toplanaraq baxılmış və onun döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə döyüş əməliyyatları aparan hərbi hissələrə ezam olunması barədə məlumatlar aşkarlanmamışdır. Beləliklə, iş materialına əlav ə edilmiş sənədlərdən görünür ki, iddiaçının xidmət etdiyi N və N nömrəli hərbi hissələr döyüşlərdə iştirak edən hərbi hissələr siyahısında deyil və iddiaçının döyüş tapşırığının yerinə yetirilməsi üçün döyüş əməliyyatları aparılan rayonlara və hərbi hissələrə ezam olunması barədə məlumatlar aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

12. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-N(N20)-2882/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – P.Qurbanova).

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh imtina və etiraz ərizələrində bildirmişdir ki, N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Lakin iş materiallarına əlavə edilən sənədlərə əsasən iddiaçın ın döyüş əməliyyatlarında iştirak etdiyi, döyüş əməliyyatlarında iştirakı zamanı N saylı hərbi hissənin tərkibində olduğu və xx.xx.N993-cü il tarixdə həmin hərbi hissədən N nömrəli hərbi hissəyə geri qayıdaraq qazan təminatına salındığı, və qanuni əsaslarla təxris edildiyi öz təsdiqini tapır. Belə olan halda, məhkəmə cavabdehin imtinasının qanunazidd və iddiaçının hüquqlarının pozulması halı kimi qəbul edir.

14. Həmçinin məhkəmə vurğulamışdır ki, arxivdə hərbi hissənin sənədlərin saxlanılmaması iddiaçının təqsiri nəticəsində yaranan bir hal deyildir və onun ziyanına təfsir oluna bilməz. Həmçinin analoji hal kimi iddiaçının döyüş yoldaşı olmuş, onunla birlikdə N saylı hərbi hissədə vuruşmuş və məhkəmə prosesində şahid kimi iştirak etmiş X3 da eyni əsaslar üzrə imtina verilmiş və Şirvan İnzi bati Məhkəməsinin 2-N(N20)979/2020 saylı 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən, iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuşdur. Qərar cavabdeh inzibati orqan tərəfindən icra edilmiş, iddiaçı barədə əlverişli inzibati akt qəbul edilərək ona müharibə veteranı adı verilmişdir.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2N(N06)-228/2025 nömrəli q ərarı ilə apellyasiya şikayəti təmin edilərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-N(N20)-2882/2024 nömrəli qərarı ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir (sədrlik edən – F.Hüseynov, hakimlər – S.Həsənov, C.Quliyev).

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi qənaəti iddiaçının N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əsaslandırsa da, həmin hərbi hissənin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmaması halına qiymət verməmişdir. Həmin hərbi hissənin döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmaması isə bu qənaətə gəlməyə əsas verir ki, iddiaçının döyüşlərdə iştirakı onun döyüşən hərbi hissəyə ezam edilməsi yolu ilə baş verə bilərdi. Lakin iş materiallarında onun ezam edilməsi barədə hər hansı sübut yoxdur. İddiaçıya məxsus hərbi biletdə olan qeyd isə yuxarıda qeyd olunan əsasnaməyə görə nizami hissə üzrə əmrlərlə təsdiq edilmədiyindən mötəbər hesab edilə bilməz. Bu yanaşma həm də ondan qaynaqlanır ki, bir halda ki, N saylı hərbi hissə döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmamışdır, bu halda hərbi biletdə həmin hərbi hissə tərəfindən aparılmış iddiaçının döyüşlərdə iştirakı barədə qeydlər həqiqəti əks etdirə bilməz.

18. Məhkəmə kollegiyasının icraatında olan X5 analoji tələbi ilə bağlı iş üzrə Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda bir daha bildirilmişdir ki, 987, N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisini n təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmamışdır.

19. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti həmçinin analoji hal kimi iddiaçı ilə birlikdə N saylı hərbi hissədə xidmət etmiş və şahid qismində ifadə vermiş X3 da eyni əsaslar üzrə imtina verilməsi və sonradan məhkəmə qərarına əsasən müvafiq status verilməsi ilə əsaslandırsa da, məhkəmə kollegiyası tərəfindən həmin məhkəmə işi əldə edilərək, öyrənilmiş və müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin arxivində X2 N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə N nömrəli hərbi hissədən xx.xx.N993-cü il tarixdə döyüş tapşırıqlarını yerinə yetirmək üçün Ağdam döyüş bölgəsinə ezam edilməsi barədə məlumatlar (işə əlavə edilmişdir) mövcuddur.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci bəndinə əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsər həd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başq a sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli 422 nömrəli qərarına əsasən Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv a rayışları ilə birgə təqdim edildiyi halda) sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜN LÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İnsan Hü quqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olun ur.

31. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Kassasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı N saylı hərbi hissənin xx.xx.N993-cü il tarixli arayışına və hərbi biletində döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydə istinad edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.

33. N saylı hərbi hissənin arayışına münasibətdə qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi, həmin hərbi hissə döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmamışdır. Bundan başqa, N №-li hərbi hissə komandirinin N992N996-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Həmin hərbi hissənin döyüşlərdə iştirak edən hərbi h issələrin siyahısında olmaması isə bu qənaətə gəlməyə əsas verir ki, iddiaçının döyüşlərdə iştirakı onun döyüşən hərbi hissəyə ezam edilməsi yolu ilə baş verə bilərdi. Lakin iş materiallarında onun ezam edilməsi barədə hər hansı sübut yoxdur.

34. Nəzərə alınmalıdır ki, iddiaçından fərqli olaraq, iddiaçı ilə birlikdə N saylı hərbi hissədə xidmət etmiş və şahid qismində ifadə vermiş X3 münasibətdə Müdafiə Nazirliyinin arxivində N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə N nömrəli hərbi hissədən xx.xx.N993-cü il tarixdə döyüş tapşırıqlarını yerinə yetirmək üçün Ağdam döyüş bölgəsinə ezam edilməsi barədə məlumatlar olduğundan cavabdeh tərəfindən ona müharibə veteranı adı verilmişdir.

35. Məhkəmə kollegiyası iddiaçının hərbi biletindəki qeydlərə münasibətdə isə bildirir ki, hazırkı qər arda istinad edilən qanunvericilik normalara əsasən, hərbi bilet, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda “Müharibə veteranı” adının verilməsi üçün hərbi döyüşlərdə iştirakı sübut edən sənəd hesab edilir.

36. Hazırkı mübahisəyə münasibətdə hərbi biletdəki məlumatları təsdiq edən hərbi hissələrin nizami hissə üzrə Əsasnamə ilə tələb olunan məzmunda əmrləri və ya arxiv arayışları iş üzrə materiallarda mövcud deyildir.

37. Məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək bildirir ki, müharibə veteranı statusunun verilməsi üçün şəxs ya döyüşlərdə iştirak edən hərbi hissələrdə xidmət etməli, ya da müvafiq qaydada belə hərbi hissələrə ezam olunmalıdır. Hər iki halda şəxsin döyüşlərdə iştirak etməsi mötəb ər sənədlərlə öz təsdiqini tapmalıdır. Hazırkı iddiaçıya münasibətdə isə belə sənədlərin mövcudluğu işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.

38. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2N(N06)-228/2025 nömrəli qərarı dəyişdirilmədə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar