Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2813/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı iş üzrə QƏRARDADİ Açar sözlər: göndərişdə qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2025-ci il tarixli, 2-1(106)-225/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlilliyin təyin edilməsi kimi baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2015-ci ildə “Hərbi xidmət dövrü ilə əlaqədar” 1 il müddətinə 2-ci dərəcəli əlillik təyin olunmuşdur. xx.xx.2016-ci ildə 2ci dərəcəli əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli Qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklərə əsasən 5 il müddətinə artırılmışdır. xx.xx.2021-ci ildə əlilliyin müddəti bitdiyindən, xx.xx.2021-ci il tarixdə “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X6 tərəfindən əlilliyin yenidən qiymətləndirilməsi üçün 0311003AAWBS nömrəli Forma 088 göndərilmişdir, lakin aylar keçsə də, göndərişə cavab gəlməmişdir, baxmayaraq ki, qanunvericiliyə əsasən əlilli yin qiymətləndirilməsinə dair qərar Forma 088 göndərildiyi gündən ən geci 25 iş gününə verilməlidir. 2022-ci ilin may ayında DTSERA-ya dəfələrlə müraciət etdikdən sonra xx.xx.2022-ci il tarixdə əyani müayinəyə dəvət olunmuş, komissiyaya bütün sənədləri təqdim etmiş (“Hərbi həkim komissiyasının” qərarı, çıxarışlar, rəy və sair) və əyani müayinədə komissiya sədri 25 gün müddətinə cavab veriləcəyini bildirilmişdir. xx.xx.2022-ci ildə elektron qaydada əlilliyin təyin olunmasından imtina gəlmişdir. İmtinaya səbəb kimi, “Diaqnoz və ağırlaşma əlilliyin təyininə əsas vermir” göstərilmişdir. 2016-cı ildən bu günədək epikriz, rəy və xx.xx.2021-ci il tarixli, 0311003AAWBS nömrəli Forma 088 göndərişində qeyd olunan diaqnozlar xx.xx.2015-ci və xx.xx.2016-cı illərdə əlilliyin təyinatında qeyd olunan dia qnozla eynidir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixli, 0311003AAWBS nömrəli Forma 088 göndərişində qeyd olunan diaqnoz təsdiqlənərək əlilliyin təyininə əsas verməməsi qeyd olunmuşdur. Əlilliyin yenidən qiymətləndirilməsinə imtina cavabının xx.xx.2022-ci ildə təsdiqlənməsinə və həmin cavabın elektron və SMS vasitəsilə xx.xx.2022-ci ildə gəlməsinə baxmayaraq, qiymətləndirilmə xx.xx.2022-ci ildə aparılmışdır. Ona ilkin əlilliyin təyin olunduğu vaxtdan, yəni 2015-ci ildən xx.xx.2022-ci ilədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarında (“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də “Xəstəliklərin, zədələrin və çatışmazlıqlar ın adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərində” (XBT)) dəyişikliklik olunmamışdır. Lakin xx.xx.2015-ci il tarixdə qoyulan diaqnoz əsasında ona 2-ci dərəcəli əlillik təyin edilməsinə baxmayaraq, “TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatında” DTSERA tərəfindən təsdiq edilən eyni diaqnoza əsasən xx.xx.2022-cı il tarixdə əlilliyin təyin olunmasından imtina edilmişdir. Əlilliyin təkrar qiymətləndirilməsinin xx.xx.2022-ci il tarixdə aparılmasına baxmayaraq, o, xx.xx.2022-ci il tarixdə əyani müayinə olunmuşdur və əlilliyin yenidən qiymətləndirilməsi xx.xx.2022-ci ildə təsdiq olunmuşdur. Buradan görünür ki, ona əyani yoxlanış keçirilmədən öncə imtina qərarı qəbul olunmuşdur.
3. Şirvan İ nzibati Məhkəməsinin (hakim: A.A.Hüseynova) 20 dekabr 2024-cü il tarixli, 2-1(120)-278/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, xx.xx.2021-ci il tarixli, 0311003AAVVBS nömrəli göndərişə əsasən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar ləğv edilmiş və həmin vaxtdan İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir.
4. Birinci instansiya məhkəməsinin əsaslandırması: 4.1. İddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə inkar edilməmişdir. Belə ki, icraat zamanı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. İş üzrə araşdırılmış hallardan, həmçinin xüsusi bilik tələb edilən məqamlar olduğu üçün ekspert rəyindən aydın olur ki, İddiaçı adına əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı tərtib olunmuş müayinə aktlarında qeyd olunan xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Diaqnozda göstərilən xəstəliklər aparılmış funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2021-ci il tarixli, 0311003AAWBS nömrəli Forma 088 göndərişində qeyd olunur ki, o, göndərişdə qeyd edilən xəstəliklər üzrə müalicələr qəbul etsə də, vəziyyətində yaxşılaşma olmamışdır, xəstə hal-hazırda da həmin xəstəliklərdən əziyyət çəki r. İddiaçı “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi meyarlarına dair” Əsasnamənin 2.2.4-ci bəndi - ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9, J35-J37.1J41.0-J70.9, J84-J86.9, J91-J95.8) tətbiq edilməlidir. 4.2. Beləliklə, iddiaçıda hazırda mövcud olan xəstəliklərlə 2015-ci il tarixdən əlilliyin təyinatına əsas olan xəstəliklər eynilik təşkil etmişdir. İş materiallarından əvvəlki tarixdə təyin edilmiş əlilliyin səhv olması, ləğv edilməsi barədə hər hansı məlumat yoxdur. Beləliklə də, iddiaçının ona təyin edilmiş əlilliklə bağlı qərarlara dair etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəlik lərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2015-ci il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı iş materialları ilə müəyyən edilir. Cavabdeh orqan iddiaçıda olan həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixli göndərişlər əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil edir. Odur ki, b u səbəbdən, eləcə də iddiaçının diaqnozu digər səhiyyə müəsissəsi tərəfindən də təsdiqləndiyindən, həmçinin əlilliyin təyin olunmasına əsas olan bu diaqnozlar (J40-47, J44, J44.8) müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır.
5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.F.Həsənov /sədrlik edən və məruzəçi/, F.C.Hüseynov və C.Ə.Quliyev) 27 may 2025-ci il tarixli, 2-1(106)225/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məh kəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq həmçinin qeyd etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin sorğusu əsasında ixtisaslaşmış tibb müəssisəsi - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2 İnstitutu” X7 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-28-9/2- 401/2025 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı həmin müəssisədə qeydiyyatdadır və ona “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli. Əhəmiyyətli ventilyasiya pozğunluğu” diaqnozu təyin edilmişdir və bu xəstəlikdən də əziyyət çəkir. Həmçinin, iddiaçıya təyin edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 412 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.4-cü bəndinə (ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri – J41.0J70.9 XBT kodlarına) uyğundur. Beləliklə, göründüyü kimi, iddiaçıda hazırda mövcud olan xəstəliklərlə 2015-ci il tarixdən əlilliyin təyinatına əsas olan xəstəliklər eynilik təşkil etmişdir.
8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikay əti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyi şdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnziba ti Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardad(lar)da (xx.xx.2024-cü il tarixli 2-1(102)-1940/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən müvafiq əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla, onun vəziyyətinə mütənasib olmayacaqdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi y anaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir.
14. Həmçinin, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından, şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid fakt iki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən, şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi nin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsin in təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
15. Hazırkı iş üzrə “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən xx.xx.2021-ci il tarixli, 0311003AAVVBS nömrəli Forma 088 göndərişində qeyd edilir ki, göndərişdə qeyd olunan xəstəliklər üzrə müalicələr qəbul etsə də, iddiaçının vəziyyətində yaxşılaşma olmamışdır, o, hal-hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2 İnstitutu” X7 tərəfindən apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-28-9/2-401/2025 nömrəli məktubda qeyd olunmuşdur ki, iddiaçı həmin müəssisədə qeydiyyatdadır və ona “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli. Əhəmiyyətli vent ilyasiya pozğunluğu” diaqnozu təyin edilmişdir və bu xəstəlikdən də əziyyət çəkir. Həmçinin, iddiaçıya təyin edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 412 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.4-cü bəndinə (ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri – J41.0-J70.9 XBT kodlarına) uyğundur. Həmin xəstəliyin həqiqətən də, iddiaçıda mövcud olması və həmin diaqnozun ona əlillik təyininə əsas olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iş materiallarında olan xəstəxana tərəfindən verilmiş arayışlar, ekspert rəyi və “Əlilliyin müə yyən olunması meyarları”na Əlavə) öz təsdiqini tapmışdır.
16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin e dilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
18. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin ha llarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
19. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2025-ci il tarixli, 21(106)-225/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.