Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2820/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsi) 11.02.2026 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT Cavabdehnə (üçüncü şəxs "xxxx" MMC) qarşı “Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli 15 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(106)-11/2025 nömrəli 26 may 2025-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh Başçısının 29 iyun 2006-cı il tarixli 78 nömrəli sərəncamının surətindən görünür ki, lift və lift ehtiyat hissələri, eskalator, kənd təsərrüfatı texnikası, dərin quyular üçün su nasosları və digər avadanlıqlar istehsal edən zavodun tikintisi məqsədi ilə "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə 30 hektar torpaq sahəsi verilmişdir. 2.Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-1(81)186/2009 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC-dən 6.959.202 ABŞ dollarının məzənnəsinə uyğun manatla pul əsas borca görə, 2.645.535 ABŞ dollarının məzənnəsinə uyğun pul manatla faiz borcuna görə, 619703 ABŞ dollarının məzənnəsinə uyğun manatla dəbbə pulun a görə, 20 manat ödənilmiş dövlət rüsumuna görə pulun alınaraq "xxxx" ASCyə ödənilməsi, ödəniləcək məbləğlərin ilkin olaraq onun bank hesablarına yönəldilməsi, çatışmayan məbləğlərin cavabdehə məxsus "xxxx" ASC-nin 211.762 ədəd adi adlı səhmlərinə və digər əmlaklarına yönəldilməklə və həmin əmlakların hərrac vasitəsi ilə satılması yolu ilə borcun ödənilməsinin təmin edilməsi, hərraclardan artıq qalan pulun borcun tam ödənildikdən sonra cavabdehə qaytarılması, məhkəmə icraçısına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilməsi, məhkəmə nəzarətçisinin və məhkəmə icraçısının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıması qət edilmişdir. 3.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8-2(113)- 13/2021 saylı qərardadına əsasən, 1 saylı Bakı Yerli iqtisad Məhkəməsinin 2(81)-186/2009 saylı, 23 yanvar 2009-cu il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının ərizəsi təmin edilərək, 1 saylı Bakı Yerli iqtisad Məhkəməsinin 2(81)-186/2009 saylı, 23 yanvar 2009-cu il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək borc "xxxx" MMCnin adına icarə hüququ əsasında qediyyata alınan Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsinə, "Qafqaz Holdinq” MMC-nin adında qeydiyyatdan keçən:(-“KAM AZ 55111Ş-də KC 45721 yük” markalı ** JV *** dövlət qeydiyyat nişanlı;-“QAZ 31105 120 minik” markalı 10 JU237 dövlət qeydiyyat nişanli;-“QAZ 3302 18 yük” markalı 10JV 297 dövlət qeydiyyat nişanlı;-“QAZ 3302 18 yük” markalı ** JV *** dövlət qeydiyyat nişanlı;-“QAZ 31105 120 minik” markalı ** JS *** dövlət qeydiyyat nişanlı;-"MAZ 642290 2122 yük” markalı ** JV *** dövlət qeydiyyat nişanlı;-“MAZ 9506 010 yarımqoşqu” markalı ** ZD *** dövlət qeydiyyat nişanlı;-“QAZ 31105 120 minik” markalı ** JU *** dövlət qeydiyyat nişanlı;- “QAZ 31105 120 minik” markalı ** JU *** dövlət qeydiyyat nişanlı;-“MAZ 642290 2122 yük” markalı ** JV *** dövlət qeydiyyat nişanlı;-“KRAZ 6444 yük” markalı ** AJ *** dövlət qeydiyyat nişanlı;- “MAZ 9506 010 yarımqoşqu” markalı ** ZD *** dövlət qeydiyyat nişanlı;-“QAZ 3110 5 120 minik” markalı ** JU *** dövlət qeydiyyat nişanlı;-“QAZ 31105 120 minik” markalı ** JU *** dövlət qeydiyyat nişanlı) nəqliyyat vasitələrinə yönəldilməsi, "xxxx" MMCnin həmin əmlaklar üzərində müvafiq olaraq mülkiyyət, icarə, istifadə hüquqlarına xitam verilməsi və İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət, icarə, istifadə hüquqlarının tanınması, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının qeyd olunan əmlakların yeni mülkiyyətçisi, icarəçisi, istifadəçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edi lməsi öhdəliyinin qoyulması, yuxarıda qeyd olunan əmlakların borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin borclu "xxxx" MMC-nin digər daşınar və daşınmaz əmlaklarına (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi və həmin əmlaklar hesabına borcun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8-2(113)-13/2021 saylı qərardadı xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. 4.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən 30.0 ha torpaq sahəsi Cavabdeh Başçısının xx.xx.2006-cı il tarixli, 78 saylı sərəncamına əsasən, İd diaçı QSC-nin xeyrinə hüquq yüklü edilmişdir, hüququn əvvəlki yüklülüyü "xxxx" MMC-yə aid olmuşdur. 5.Cavabdeh Başçısının 14 fevral 2012- ci il tarixli 15 nömrəli sərəncamının surətindən görünür ki, "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə quşçuluq kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarların və sair yardımçı binaların tikintisi məqsədi ilə “Çöl Sor-Sor yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən 30 (otuz) hektar yer ayrılmışdır. 6.Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2013-cü il tarixli, AN 426165 saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən, Cavabdeh Başçısının 14 fevral 2012-ci il tarixli 15 nömrəli sərəncamı və xx.xx.2012-ci il tarixli 04 saylı icarə müqaviləsi ilə 99 il müddətinə 300000 kv.m. tikinti mə qsədilə torpaq sahəsinin "xxxx" MMC-yə ayrılması X2 kitabında xx.xx.2013-cü il tarixli, 691 nömrə ilə uçota alınmışdır. 7.xx.xx.2012-ci il tarixli 04 saylı torpaq icarəsi müqaviləsinə əsasən Cavabdeh Başçısı 30 ha torpaq sahəsini 99 il müddətinə tikinti məqsədi ilə "xxxx" MMC-nin icarəsinə vermişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli, 15 saylı sərəncamının ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentin in 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101 s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra - İddiaçı QSC) keçmişdir. Qeyd edilən Fərmanın və Sərəncamın icrası ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" ASC-yə olan problemli borcları üzrə tələb hüququ da təhvil-təslim sənədləri əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. Təhvil-təslim sənədləri araşdırılarkən məlum olmuşdur ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)186/2009 saylı, 23 yanvar 2009-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxx x" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iddiası qismən təmin edilərək, cavabdeh "xxxx" MMC- dən 6.959.202,00 ABŞ dollarının məzənnəsinə uyğun manatla pulun əsas borca görə, 2.645.535,00 ABŞ dollarının məzənnəsinə uyğun manatla pulun faiz borcuna görə, 619.703,00 ABŞ dollarının məzənnəsinə uyğun manatla dəbbə puluna görə, 20 manat ödənilmiş dövlət rüsumuna görə pulun alınaraq "xxxx" ASC-yə ödənilməsi, ödəniləcək məbləğlərin ilkin olaraq onun bank hesablarına yönəldilməsi, çatışmayan məbləğlərin cavabdehə məxsus "xxxx" ASC-nin 211.762 ədəd adi adlı səhmlərinə və digər əmlaklarına yönəldilməklə və həmin əmlakların hərrac vasitəsilə satılması yolu ilə borcun ödənilməsinin təmin edilməsi, hərraclardan artıq qalan pulun borc tam ödənildikdən sonra cavabdehə qaytarılması qət edilmişdir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)186/2009 saylı, 23 yanvar 2009-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almış və həmin qətnamə əsasında xx.xx.2010-cu il tarixdə verilmiş icra vərəqəsi icra olunması üçün əvvəlcə Nəsimi rayon icra şöbəsinə, sonra isə Sabirabad rayon icra şöbəsinə göndərilmişdir. Verilmiş sorğular əsasında DƏDRX-dən verilmiş cavab məktubuna əsasən məlum olmuşdur ki, "xxxx" MMC-nin adına Kürdəmir şəhəri, 15 saylı “Çöl Sorsor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi (99 il müddətinə: xx.xx.2006-xx.xx.2105) icarə hüququ əsasında qeydiyyata alınmışdır. Buna əsas isə Cavabdeh Başçısının xx.xx.2006-cı il tarixli 78 nömrəli Sərəncamı olmuşdur. Sonradan Bakı Kommersiya Məhkəməsinin 8-2(113)- 13/2021 saylı, 26 may 2021-ci il tarixli qərardadı ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)186/2009 saylı, 23 yanvar 2009-cu il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək borcun "xxxx" MMC-nin adına icarə hüququ əsasında qeydiyyata alınan Kürdəmir şəhəri, 15 saylı ”Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə, digər təyinatlı torpaq sahəsinə və "xxxx" MMC-nin adında qeydiyyatdan keçən nəqliyyat vasitələrinə yönəldilməsi, "xxxx" MMC-nin həmin əmlaklar üzərində müvafiq olaraq mülkiyyət, icarə, istifadə hüquqlarına xitam verilməsi, İddiaçı QSC-nin həmin əmlaklar üzərində mülkiyyət, icarə, istifadə hüquqlarının tanınması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Azərbaycan Respublikas ı Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC-nin qeyd olunan əmlakların yeni mülkiyyətçisi, icarəçisi, istifadəçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, yuxarıda qeyd olunan əmlaklar borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin borclu "xxxx" MMC-nin digər daşmar və daşınmaz əmlaklarına (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi və həmin əmlaklar hesabına borcun tutularaq İddiaçı QSC-yə ödənilməsi qərara alınmışdır. Həmin qərardad qanuni qüvvəsini aldıqdan sonra Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli məktubu ilə icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə göndərilmişdir. Həmin qərardad icra olunar aq, Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi üzərində İddiaçı QSC-nin icarə hüquqları dövlət qeydiyyatına alınmış (qeydiyyat tarixi: 03.1 1.2021, qeydiyyat nömrəsi: **********) və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarış, torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh Başçısının 15 nömrəli 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə "xxxx" MMCnin uzunmüddətli istifadəsinə quşçuluq kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu ambarların və sair yardımçı binaların tikintisi məqsədilə “Çöl Sor-Sor” yeri adlanan dövlət fonduna məxsus toıpaq sahəsindən 30 ha yerin ayrılması qərara a lınmışdır. Həmin Sərəncamla Cavabdeh tərəfindən "xxxx" MMC ilə icarə müqaviləsi bağlanması rayon İcra Hakimiyyəti Başçısının Aqrar məsələlər üzrə müavini Ə.X.Şükürova həvalə edilmişdir. Bundan sonra 15 fevral 2012-ci il tarixdə "xxxx" MMC ilə torpaq icarə müqaviləsi bağlanmış və 30 ha torpaq sahəsi 99 il müddətinə "xxxx" MMC-yə icarəyə verilmişdir. Göründüyü kimi “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha torpaq sahəsi Cavabdeh Başçısının xx.xx.2006-cı il tarixli 78 nömrəli Sərəncamı ilə ilkin olaraq "xxxx" MMC-nin 99 il müddətinə icarəsinə verilməsinə və həmin icarə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına baxmayaraq 5 ildən artıq müddət keçəndən sonra Cavabdeh Başçısının 15 nömrəli 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə "xxxx" MMC-nin icarəsinə verilmişd ir. Bu səbəbdən hesab edirik ki, Cavabdeh Başçısının 15 nömrəli 14 fevral 2012-ci il tarixli Sərəncamı ləğv edilməli və həmin sərəncama əsasən tərtib olunmuş sənədlər etibarsız sayılmalıdır. İddiaçı QSC tərəfindən Cavabdeh Başçısının 15 nömrəli 14 fevral 2012-ci il tarixli Sərəncamının ləğv edilməsi bağlı Cavabdehnə müraciət edilsə də, Cavabdeh İddiaçı QSC-nin müraciətinə heç bir münasibət bildirməmişdir. Ona görə də, Şirvan İnzibati Məhkəməsində sözügedən Sərəncamım ləğv olunması tələbi ilə əlaqədar iddia qaldırmaq zərurəti yaranmışdır. Cavabdeh Başçısının 15 nömrəli, 14 fevral 2012-ci il tarixli Sərəncamının ləğv edilməsi ilə bağlı İddiaçı QSC tərəfindən xx.xx.2022-ci il tarixdə 3-11/648 nömrəli məktubla Cavabdeh başçısına müraciət olunsa da, müsbət nəticə olunmadığına görə, İddiaçı QSC tərəfindən həmin sərəncamın ləğv oluması ilə əlaqədar qanunvericiliyin tələbinə əsasən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İnzibati Prosessual Məcəllənin 73.3.1- 73.3.2-ci maddələrinin tələbinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizə lərini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 10.Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2050/2022 saylı 12 dekabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı Cavabdeh başçısının xx.xx.2012-ci il tarxli, 15 saylı sərəncamının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. 11.Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-683/2023 saylı 10 aprel 2023-cü il tarixli qərarı ilə (hakim A.Hüseynova) iddia təmin edilmiş, Cavabdeh Başçısının xx.xx.2012-ci il tarixli 15 saylı sərəncamı ləğv edilmişdir. 12.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. Cavabdeh hazırkı iş üzrə Cavabdeh xx.xx.2012-ci il tarixli, 15 saylı sərəncamını qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl etməmiş, "xxxx" MMC və ya MMC-nin borcları üzrə tələbkar olan "xxxx" ASC-nin və ya onların nümayəndəsinin inzibati icraatda iştirakını təmin etməmiş, onların mülahizələrini dinləməmiş, qəbul etdiyi sərəncamda mübahisəli torpaq sahəsinin hüquqi vəziyyətini araşdırmamış, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları göstərməmişdir. Hal-hazırda mübahisəli torpaq sahəsi üçüncü şəxsin istifadəsindədir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-yə “Çöl Sor-Sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahə sindən 30.0 ha torpaq ərazisinin ayrılması barədə xx.xx.2012-ci il tarixli sərəncam qanunsuz qəbul edilmişdir. 13.Üçüncü şəxs apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-11/2025 nömrəli 26 may 2025-ci il tarixli qərarı ilə (hakimlər S.Həsənov /sədrlik edən və məruzəçi/, C.Quliyev və F.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 15.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 16.Üçüncü şəxs kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə iddianın rədd edilm əsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində mübahisə gedən torpaq sahəsindən üçüncü şəxs "xxxx" MMC-nin hansı məqsədlə istifadə etməli olduğu dəqiq və aydın göstərilmişdir. Hətta, iddiaçının haqlı olduğu məhkəmədə müəyyən edilmiş olsa (halbuki, bunun üçün heç bir hüquqi əsas mövcud deyildir) belə, onda iddiaçı icarəyə verilməsini tələb etdiyi torpaq sahəsindən hansı məqsədlə istifadə edəcəyini və buna icarəyə verənin razı olcağına dair də iddia ərizəsində heç bir hal göstərməmişdir. Çünki, bunlar müqavilənin əsas şərtlərinə aid tələblərdəndir. Bu halda da təsdiq edilir ki, iddiaçının tələbi və məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı deyildir. 18.Bildirir ki, ləğv edilmiş DTXK-nın Kürdəmir rayon şöbəsi tərəfindən tərtib edilmiş və Dövlət kadastr kitabında xx.xx.2013-cü il tarixdə 691 nömrə ilə uçota alınmış A seriyalı 426165 nömrəli “Torpaq sahəsinin ölçüsü”ndən görünür ki, Kürdəmir RİHB-nin xx.xx.2012ci il tarixli 15 nömrəli sərəncamına və xx.xx.2012-ci il tarixli 04 saylı icarə müqaviləsinə əsasən Kürdəmir rayonunda 300000 kv.m. torpaq sahəsi tikinti məqsədilə üçüncü şəxs "xxxx" MMC-nin adına tərtib edilmişdir. Bu məlumatlarla təsdiq edilir ki, torpaq sahəsi icarəyə verilənədək onun koordinatları, qonşu nöqtələri və sərhədləri yerdə (naturada) müəyyən edilmişdir. 19.Xüsusilə qeyd edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamının mətnində üçün cü şəxs "xxxx" MMC-nin icarəsinə verilmiş “Çöl Sor-sor” adlı yerdə yerləşən 30 ha torpaq sahəsinin bundan əvvəl "xxxx" MMC-nin icarə istifadəsində olmasına dair hər hansı fakt və sübut da aşkar edilmədi. Nəzərə alınmalıdır ki, üçüncü şəxs "xxxx" MMC müstəqil kommersiya hüquqi şəxsidir, onun müstəqil balansı vardır və o, "xxxx" MMC-nin öhdəliklərinə görə hər hansı formada cavabdehlik daşımır və ya onun tərkibinə daxil deyildir. 20.İddiaçı QSC-nin tələbinin təmin edildiyini fərz etsək belə, onda o, Kürdəmir rayonu “Çöl Sor-sor” adlı yerdə yerləşən dövlət mülkiyyətində olan 30 ha torpaq sahəsindən icarəçi qismində istifadə etmək və müvafiq olaraq icarə haqqını ödəmək vəzifəsini yerinə yetirməli olacaqdır. Lakin, belə vəziyyətdə İddiaçı QSC 2012-ci ildən indiyədək həmin torpaq sahəsini qanuni əsasla istifadə edən hüquqlarını müdafiə etdiyim üçüncü şəxs "xxxx" MMC-nin orada dəyəri 2 201 665,60 manat təşkil edən əmlak kompleksinin mövcudluğunu nəzərə alaraq, çəkilən xərclərin ödənilməsi məsələsini də həll etməli olacaqdır. Bu hallar iddiaçının tələbinin və məhkəmənin gəldiyi nəticənin qanuni və əsaslı olmadığını təsdiq edir. TƏTBİQ EDİLƏN HÜQUQ 21.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Maddə
51. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətin də olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Maddə
73. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsi torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə əsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaql arın alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə. Maddə
75. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallard a isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. 22.“Torpaq icarəsi haqqında” Qanunun: Maddə
31. Torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtında əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. 23.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasında n imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikay ət verildiyi halda, inzibati şikayət. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxım ından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 24.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilə n məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəb ul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 25.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 26.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassa siya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir. 28.Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərb aycana qarşı” işi üzrə qərarı). 29.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 30.Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. 31.Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli, 15 saylı sərəncamının ləğv edilməsindən ibarətdir. 32.İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh başçısının 29 iyun 2006-cı il tarixli 78 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə lift və digər sənaye təyinatlı avadanlıqların istehsalı məqsədilə 30 hekt ar torpaq sahəsi uzunmüddətli istifadəyə verilmişdir. Həmin sərəncam əsasında torpaq sahəsi icarə hüququ ilə dövlət qeydiyyatına alınmış, sonradan qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən bu hüquq İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, 2006-cı il tarixli sərəncam ləğv edilməmiş və qüvvədən düşməmişdir. 33.Bununla yanaşı, Cavabdeh başçısının 14 fevral 2012-ci il tarixli 15 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə “Çöl Sor-Sor” adlanan ərazidə 30 hektar torpaq sahəsi uzunmüddətli istifadəyə verilmişdir. Məhkəmə araşdırması zamanı alınmış mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, 2006-cı il tarixli sərəncamla ayrılmış torpaq sahəsi ilə 2012-ci il tarixli sərəncamla ayrılmış torpaq sahəsi eyni koordinatlara malik olmaqla, faktiki olaraq üst-üstə düşür.
34. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən eyni torpaq sahəsi üzərində iki müxtəlif hüquqi şəxsə paralel icarə hüququnun yaradıldığı müəyyən edilmişdir. 35.“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 36.3-cü maddəsinə görə qəbul ediləcək inzibati aktın digər şəxslərin hüquq və qanunla qorunan maraqlarına birbaşa təsir göstərəcəyi güman olunduğu hallarda həmin şəxslərin inzibati icraatda iştirakı təmin edilməlidir. Bundan əlavə, zərurət olduqda inzibati orqan ekspert və ya mütəxəssis cəlb etməli, torpaq sahəsinin hüquqi statusunu və əvvəlki hüquqi yüklülüyünü araşdırmalı idi. 36.Lakin iş materiallarından görünür ki, 14 fevral 2012-ci il tarixli sərəncam qəbul edilərkən, 29 iyun 2006-cı il tarixli sərəncamın qüvvədə olub-olmaması məsələsi araşdırılmamış, torpaq sahəsinin əvvəlki icarə hüququ ilə yüklü olub-olmaması müəyyən edilməmiş, əvvəlki icarəçi inzibati icraata cəlb edilməmiş və onun mövqeyi öyrənilməmiş, torpaq sahəsinə yerində baxış keçirilməmiş, müvafiq hüquqi və faktiki vəziyyət obyektiv qiymətləndirilməmişdir. 37.Beləliklə, inzibati orqan öz xidməti vəzifəsindən irəli gələn araşdırma borcunu yerinə yetirməmiş, nəticədə eyni torpaq sahəsi üzərində artıq mövcud olan hüququ nəzərə almadan yeni inzibati akt qəbul etmişdir. 38.Torpaq Məcəlləsinin müddəalarına əsasən torpaq sahəsi üzərində icarə hüququna yalnız qanunda nəzərdə tutulmuş hallarda və müvafiq qaydada xitam verilə bilər. Mövcud halda isə 2006-cı il tarix li sərəncamla yaradılmış hüquqa nə inzibati qaydada, nə də məhkəmə qaydasında xitam verilməmişdir. Hüquqa xitam verilmədən həmin torpaq sahəsinin başqa şəxsə icarəyə verilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. 39.Nəticə etibarilə, 14 fevral 2012-ci il tarixli 15 nömrəli sərəncam qanunvericiliyin tələblərinə riayət edilmədən, əvvəlki hüquqi vəziyyət araşdırılmadan və iddiaçının hüquqları nəzərə alınmadan qəbul edilmişdir. Həmin inzibati akt mövcud icarə hüququna müdaxilə edilməklə iddiaçının hüquqlarını pozmuşdur. 40.Bu baxımdan cavabdehin kassasiya şikayətində irəli sürdüyü arqumentlər hüquqi cəhətdən əsaslı deyildir. 41.Apellyasiya məhkəməsinin qərarı işin faktiki halları və tətbiq olunmuş maddiprosessual hüquq normalarına tam uyğun qəbul olunduğundan qanuni və əsaslı hesab edilməlid ir. 42.Buna görə də mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 43.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-11/2025 nömrəli 26 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.