Məhkəmə qərarları › İş №2-1(102)-2821/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2821/2025

20.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2821/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fond unun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(106)-374/2025 nömrəli 04 iyun 2025-ci il tarixli qərarından cavabdehin vəkili Nümayəndə tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur.

2. İddiaçıya məxsus əmək kitabçasında əksini tapmış məlumatlara görə o, xx.xx.1979-cu il tarixdə Lənkəran rayonu “Oktyabr” s/x 2 saylı briqadaya fəhlə qəbul edilmiş, xx.xx.1982-ci il tarixədək Sovet ordusunda xidmətlə əlaqədar işdən azad edilmiş, xx.xx.1984-cü i l tarixdən xx.xx.1987-cü il tarixədək “Oktyabr” sovxozuna 3 saylı briqadada fəhlə, xx.xx.1988-ci il tarixdən Azərbaycan Dəmir Yollarının Ələt stansiyasında refrijerator seksiyalarının mexaniki vəzifəsinə təyin edilmiş, xx.xx.1991-ci il tarixdə refrijerator seksiyalarının mexaniki (rəhbər) vəzifəsinə keçirilmiş və xx.xx.1999-cu il tarixdə işdən azad edilmişdir. xx.xx.2017-ci il tarixdən hal-hazıradək Refrijerator seksiyalarının mexaniki vəzifəsində işləyir.

3. İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Azərbaycan Dəmir Yolları Bakı Texniki Məktəbinə refrijerator seksiyalarının mexaniki kursunda təhsil almışdır. 4. "xxxx" QSC tərəfindən verilmiş “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” 13-1/2-M-1231/1-42/2024 saylı, xx.xx.2024-cü il tari xli arayışda qeyd olunmuşdur ki, Elman Xankişi oğu “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: - Yeni-Ələt refrijerator vaqon deposu-refrijerator seksiyaların mexaniki xx.xx.1988- xx.xx.1988; - Yeni-Ələt refrijerator vaqon deposu-refrijerator seksiyaların rəhbər mexaniki xx.xx.1991-xx.xx.1999; - Yeni-Ələt refrijerator vaqon deposu- refrijerator seksiyaların mexaniki xx.xx.2017 xx.xx.2013; - Şərq vaqon deposu - refrijerator seksiyaların mexaniki-xx.xx.2018-xx.xx.2018; - "xxxx" MMC-nin Şərq vaqon depo su-refrijerator seksiyaların mexaniki xx.xx.2019 xx.xx.2023 - Hərəkət vasitələrinin təmiri departamentinin Yük vaqonlarının təmiri xidmətinin Şərq vaqon deposu - refrijerator seksiyaların mexaniki- xx.xx.2023- hal-hazıradək.

5. İddiaçı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona xüsusi şərtlərlə pensiya təyin edilməsini xahiş etmiş, lakin Filial pensiya tətin etməkdən imtina etmiş və iddiaçıya xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-121699/2024 nömrəli məktubla cavab verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Nəqliyyat” bölməsinin “(21) dəmiryol nəql iyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bəndində “(21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-M-1231/1-42/2024 nömrəli arayışında iddiaçının xx.xx.1991xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 9 ay 4 gün (xx.xx.1988-xx. xx.1991-ci il, xx.xx.2017-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlara əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşının tamam olduğu, 29 avqust 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ö hdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir

7. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadla belə əsaslandırılmışdır ki, iddia tələbinin əsasında əmək fəaliyyəti dövründə 60 yaşı tamam olan tarixdə 25 ildən çox ümumi və həmin stajın 12 il 6 aydan çox güzəştli iş stajının olması dayanır. Topladığı güzəştli iş stajı, qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda 21.4. “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsində qeyd edilmiş “refrijerator qatarların (seksiyaların) m exanikləri” peşəsi ilə eynilik təşkil edir. Cavabdehin qəbul etdiyi inzibati aktdan görünür ki, cavabdeh guya onun refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməməsini əsas tutaraq, pensiya təyin edilməsi xahişini rədd etmişdir.

8. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növd ən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyqun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xa rakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş verinin arayışında dəqiq göstərilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli məktubunda iddiaçının təqdim etdiyi məlumatlara əsasən onun güzəştli iş stajının 12 il 6 aydan az (8 il 9 ay 4 gün (xx.xx.1988-xx.xx.1991 -ci il, xx.xx.2017-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2020- 11 10.2023-cü il, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr)) təşkil etdiyi qeyd edilmişdir. Belə ki, Azərbaycan R espublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin “(21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bəndində “(21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi nəzərdə tutulmuşdur. "xxxx" QSC:nin xx.xx.2024-cü il tarixli 13-1/2-M-1231/1- 42/2024 nömrəli arayışında İddiaçı xx.xx.1991-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin İddiaçı işlədiyi vəzifə sözügedən arayışla istinad edilən, yuxa rıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsinə uyğun deyil. Bu səbəbdən də, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (8 il 9 ay 4 gün (xx.xx.1988-xx.xx.1991-ci il, xx.xx.2017-xx.xx.2018-ci il, xx.xx.2018- xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2020- xx.xx.2023-cü il, xx.xx.2023- xx.xx.2024-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanla rdan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

9. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC-nin 13-1/2-6459/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, iddiaçının ADY-nin Yeni Ələt refrijerator və Şərq vaqon depolarında xx.xx.1988-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2019-cu il tarixindən hal-hazıradək (ümumilikdə 9 il 1 ay 19 gün olmaqla) işlədiyi refrijerator seksiyaların mexaniki vəzifəsi Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə ə mək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. İddiaçı ADY-nin Yeni Ələt refrijerator vaqon deposunda xx.xx.1991-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək (8 il 10 gün olmaqla) çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi isə sözügedən qərarın 1-1-ci bəndi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Göstərilənləri nəzərə ala raq, müvafiq qərarın 1-1-ci bəndi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir.

10. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3- 17-1/2-272979/2024 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı ümumi iş stajı 25 il 3 ay 3 gün (xx.xx.2006-cı il tarixinədək 19 il 2 ay 3 gün (xx.xx.1981-xx.xx.1983-cü il (hərbi xidmət dövrü), xx.xx.1979- xx.xx.1981 -ci il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1988xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 6 il 1 ay), xx.xx.2024-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı isə cəmi 29519,51 manat təşkil edir.

11. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 28 yanvar 2025-ci il tarixli, 21(120)-1241/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtin mövcudluğu ilə bağlı qeyd edib ki, işdə olan "xxxx" QSC-n in 13-1/2-M-1231/1-42/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1988-xx.xx.1991-ci ilədək refrijerator seksiyaların mexaniki, xx.xx.1991-xx.xx.1999-cu ilədək refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.1999-cu il tarixdən hal-hazıradək refrijerator seksiyaların mexaniki vəzifələrində çalışmışdır və refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmuşdur. İddiaçı ADY-nin Yeni Ələt refrijerator vaqon deposunda xx.xx.19 91-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək (8 il 10 gün olmaqla) çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi isə sözügedən qərarın 1-1-ci bəndi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Göstərilənləri nəzərə alaraq, müvafiq qərarın 1-1-ci bəndi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı iddiaçının işlədiyi müəssisə tərəfin dən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. 13. “Refrijerator seksiyasının rəhbər mexaniki”, “Refrijerator seksiyasının böyük mexaniki” və “Refrijerator seksiyasının mexaniki” vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər üç vəzifənin iş şəraiti eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərə məruz qalırlar. İddiaçının xx.xx.1991-xx.xx.1999-cu illərdə işlədiyi “Refrijerator seksiyaların rəhbər mexaniki” vəzifəsi həm Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və gö stəricilərin" 2 №-li Siyahının XXVİİİ bölməsinin 23001000-23598 şifrinə, həm də Nazirlər Kabinetinin 23.1.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlanan 21.4-cü bölməsində nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri peşəsinə uyğundur. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 1.1-ci bəndində qeyd olunmuşdur ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilər güzəştli pensiya hüququna malikdirlər Bundan əlavə Dövlət Sosial Müdafiə Fondunun sədri tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan MR İdarəsinin, bütün şəhər və rayon şöbələrinin rəhbərlərinə ünvanlanmış “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiqi barədə 08 noyabr 2007-ci il tarixli xx/xx-3402 №li məktubda göstərilmişdir ki, siyahıya işçilərin peşələri ümumi adda daxil edilmişdirsə, bu halda bütün peşələrdə çalışan işçilərin, o cümlədən baş, böyük mütəxəssislər və onların köməkçilərinin güzəştli şərtlərlə pensiya hüququ vardır. Məsələn: Qazmaçı-qazmaçı köməkçisi, mexanik, mexanik köməkçisi, usta, usta köməkçisi və s. Məhkəmə qanunvericiliyin müddəalarını v ə əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən edir ki, iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı olduğundan və onun iş stajı iş materialları ilə təsdiq edildiyindən, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz olmuşdur. İşin hallarının bu vəziyyətində, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşə və istehsalatlarda işlədiyinə və o cümlədən sübutların cavabdeh inzibati orqan tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməsi prinsipinə uyğun gəlmir və hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(106)-374/2025 nömrəli iş üzrə 04 iyun 2025-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(120)1241/2025 tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və id dianın tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayətini iddia tələbinə etirazın və apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Yuxarıda qeyd olunanları ümumiləşdirdikdə, iddiaçının xx.xx.1991-xx. xx.1999-cu il tarixlərdə “refrijerator seksiyalarının rəhbər mexaniki” vəzifəsi Siyahıda nəzərdə tutulan “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil etmədiyi və bu səbəbdən də iddiaçının güzəştli iş stajının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmədiyi müəyyən edilmişdir. Lakin məhkəmə qərar qəbul edərkən obyektiv araşdırma prinsipini pozaraq müəssisə tərəfindən verilən arayışa dair araşdırma aparmamış, bu hala məhkəmə tərəfindən hüquqi qiymət vermədən yalnız formal cəhətdən iddia tələbini təmin etməklə qərar qəbul etmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanunun: -1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, -1.0.2-ci maddəsinə görə s osial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. “Əmək pensiyaları haq qında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1 -ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin xx.xx.2007 -ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali M əhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİ YA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Məhkəmə kollegiyası iddianın təmin olunması barədə apellyasiya instansiyasının mövqeyi ilə razılaşır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

24. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuşdur. Deməli, iddiaçıya münasibətdə yaş şərti ödənilmişdir. İddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan ümumi iş stajı da cavabdeh tərəfindən mübahusələndirilmir.

25. Cavabdeh iddiaçının 8 il 9 ay 4 gün (xx.xx.1988-xx.xx.1991-ci il, xx.xx.2 017xx.xx.2018-ci il, xx.xx.2018- xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2020xx.xx.2023-cü il, xx.xx.2023- xx.xx.2024-cü il tarixləri arasındakı dövr) xüsusi staja malik olduğunu qəbul edir. Lakin iddiaçının xx.xx.1991-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində Yeni-Ələt refrijerator vaqon deposunda işlədiyi “refrijerator qatarların (seksiyaların) rəhbər (böyük) mexaniki” vəzifəsinin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun olmadığını iddia edir. 26. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Əldə edilməsi mümkün olmadığı hallarda isə ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Şəxsin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdəki iş müddəti isə işəgötürənin arayışına əsasən müəyyən edilir.

27. Buna görə də işə baxmış məhkəmə, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə işlədiyi peşəyə görə icra etdiyi funksional vəzifəsinin Siyahıda göstərilən peşələrlə eyniliyini müəyyən etməkdən ötrü "xxxx" QSC-nin 13-1/2-6459/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışını almışdır. Müəyyən edilmişdir ki, iddiaç ının ADY-nin Yeni Ələt refrijerator və Şərq vaqon depolarında xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2019-cu il tarixdən hal-hazıradək (ümumilikdə 9 il 1 ay 19 gün olmaqla) işlədiyi refrijerator seksiyaların mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. İddiaçı ADY-nin Yeni Ələt refrijerator vaqon deposunda xx.xx.1991ci il tarixdən xx.xx.1999-cu il tarixədək (8 il 10 gün o lmaqla) çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi isə sözügedən qərarın 1-1-ci bəndi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir.

28. Kollegiya qeyd edir ki, qeyd olunanlarla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə araşdırmalaraı zamanı müəyyən edilmişdir ki, “Refrijerator seksiyasının rəhbər mexani ki”, “Refrijerator seksiyasının böyük mexaniki” və “Refrijerator seksiyasının mexaniki” vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər üç vəzifənin iş şəraiti eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərə məruz qalırlar.

29. Məhkəmə kollegiyası cavabdehin dəlillərinin formal mülahizələrə əsaslandığını hesab edir və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. 30. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yön əldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Şirvan Apelyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(106)-374/2025 nömrəli 04 iyun 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar