Məhkəmə qərarları › İş №2-1(102)-2824/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2824/2025

20.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2824/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü, mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərti, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Vəliyev Sərvər Yaqub oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun “gizir” hərbi rütbəsindən məhrum edilməklə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı 24 sentyabr 2022-ci il tarixli, 0172 nömrəli əmrin ona aid hissədə ləğv edilməsi, i şə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyun 2025-ci il tarixli, 2-1(104)324/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı informasiya təhlükəsizliyinin təmin edilməsi haqqında əmrlərin tələblərini kobud şəkildə pozduğuna görə müdafiə nazirinin müavini - X1 xx.xx.2022-ci il tarixli müvafiq əmrinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.7-ci maddəsinə və İntizam Nizamnaməsinin 61-ci maddəsinin “i” bəndinə müvafiq olaraq, həqiqi hərb i xidmətdən ehtiyata buraxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun “gizir” hərbi rütbəsindən məhrum edilməklə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı 24 sentyabr 2022-ci il tarixli, 0172 nömrəli əmrin ona aid hissədə ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi barədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı 29 avqust 2016-cı ildən 2020-ci ilədək N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmişdir. 2020-ci ildən xx.xx.2022-ci ilədək isə “gizir” rütbəsində həmin hərbi hissənin məxfi hissə rəisi olmuşdur. Xidmət etdiyi dövrdə nizam-intizamlı hərbi qulluqçu olmuş, barəsində hər-hansı intizam tədbiri olmamış və müxtəlif vaxtlarda fəxri fərmanlarla təltif edilmişdir. Xidmətdə olan zaman ona hərbi qulluqçuların maaşlarının artımı ilə bağlı əmr gəlmişdir. O da həmin əmrin şəkilini çəkərək öz sahəsi üzrə çalışan digər hərbi qulluqçulara, yəni Nurlan Cəfərova, Saqif Qaracayevə və Elnur Cavadova göndərmişdir. Nurlan Cavadov nizami hissə rəisi vəzifəsində, Saqif Qaracayev və Elnur Cavadov isə məxfi hissə rəisi vəzifəsində çalışmışlar. Daha sonra ona məlum olmuşdur ki, 24 sentyabr 2022-ci il tarixli, 0172 nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 41.0.7-ci maddəsinə və İntizam nizamnaməsinin 61-ci maddəsinin “i” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmçinin onun xidməti qaydaları pozması xüsusatı üzrə Kəlbəcər Hərbi Prokurorluğuna araşdırma aparılması üçün müraciət edilmişdir. Uzun müddət araşdırma aparılmış və nəticədə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən onun barəsində xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi onun əməllərində cinayət tərkibi olmamışdır. Yəni, qeyd olunan əmrin əsaslandırıldığı xüsusatlar əsassız olmuşdur. Belə ki, əmrdə göstərilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin 10 dekabr 2019-cu il tarixli, 010 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda dövlət sirrinin mühafizəsinin təşkil və təmin edilməsi barədə T əlimat”ın 587.7-ci yarımbəndini, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 088 nömrəli 09 aprel 2020-ci il tarixli “Azərbaycan Ordusunda mobil telefonların istifadəsi zamanı informasiya təhlükəsizliyinin təmin olunması” barədə əmrinin və X1 18 avqust 2021-ci il tarixli 03 nömrəli əmrinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikası müdafiə nazirinin 12 sentyabr 2022-ci il tarixli, 0126 nömrəli əmrinin 47-ci nüsxəsini “WhatsApp” mobil tətbiqi üzərindən və sosial şəbəkələrdə paylaşmaqla informasiya təhlükəsizliyinin pozmaları faktı üzrə araşdırma aparılmış və müəyyən edilmişdir ki, 15 sentyabr 2022-ci il tarixdə o, smartfon tipli mobil telefondan istifadə etməklə həmin gün hərbi hissəyə daxil olan Azərbaycan Respublikası müdafiə nazirinin 12 sentyabr 2022-ci il tarixli, 0126 nömrəli əmrinin foto şəkilini çəkərək “WhatsApp” mobil tətbiqi vasitəsi ilə yuxarıda adları göstərilən hərbi qulluqçulara göndərmiş, nəticədə məxfi qrifli əmr sosial şəbəkələrdə paylaşılmışdır. Qeyd olunan Azərbaycan Respublikası müdafiə nazirinin 12 sentyabr 2022-ci il tarixli, 0126 nömrəli əmri hərbi qulluqçuların müavinətlərinin artırılması ilə bağlı olmuşdur. Göründüyü kimi müavinətlərinin artırılması ilə bağlı əmr dövlət sirrinə və yaxud hərbi sirrə aid edilən məlumatlar deyildir. Cavabdeh tərəfindən zəruri inzibati icraat aparılmamış, inzibati icraat haqqında hüquq normalarının, həmçinin maddi hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, İddiaçı hərbi rütbəsindən məhrum edilməklə xidmətdən ehtiyata buraxılmazdan əvvəl onunla söhbətləşmə a parılmamış və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsində dinlənilməmiş, prosedurlara əməl edilməmişdir. Həmçinin cinayət işinin rədd olunması barədə qərardan da görünür ki, onun hərəkətlərində hər hansı cinayət tərkibi olmamış və barəsində aparılan araşdırmaya bəraətverici əsaslarla xitam verilmişdir. Nəzərə almaq lazımdır ki, şəxsin əməlində əgər qanun pozuntusu yoxdursa qeyd olunan məsələ nə dövlət sirri, nə də hərbi sirr hesab edilmir. Qeyd olunan sənəd maaş artımı ilə bağlı olmuş və bunun digər hərbi qulluqçuya göndərilməsinin hərbi sirrin yayılması kimi qiymətləndirməsi absurddur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl Cavabdeh ilə əvəz edilmişdir. Daha sonra idiaçının vəkili buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1026/2025 saylı, 18 mart 2053-ci il tarixli qərardadı ilə (hakim R.Tağıyeva) ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xidmətdən ehtiyata buraxılması barədə məlumatlı olmuş, xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən hərbi qeydiyyata alınmışdır. Yenidən xidmətə daxil olması üçün Müdafiə Nazirliyinə müraciət etmiş, Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə ona barəsində müsbət qərar qəbul edilmədiyi bildirilmişdir. Həmçinin iddiaçının barəsində aparılan araşdırma üzrə Kəlbəcər hərbi prok rorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və bu barədə ona xx.xx.2023-cü il tarixli məktubla rəsmi məlumat verilmişdir. Göründüyü kimi iddiaçı nəinki ehtiyata buraxılması barədə əmrdən məlumatlı olduqdan sonra iddia müddətini ötürmüş, həmçinin iddia müddətinin ötürməsinin əsası kimi qeyd etdiyi Kəlbəcər hərbi prokrorluğunda aparılan araşdırmanın nəticəsi və yenidən xidmətə daxil olmaq üçün etdiyi müraciətə müsbət cavab verilməməsi barədə məlumatı aldıqdan sonra da qanunvericilikdə göstərilən 30 (otuz) gün müddətdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün məhkəməyə qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində Kəlbəcər Hərbi prokrorluğunda araşdırma aparılmış və daha sonra cinayət işi rədd edilmişdir. Qeyd olunan qərarı rəsmi qaydada əldə edə bilməmiş, rəsmi qaydada bir neçə dəfə qərarın surətinin verilməsinə dair müraciət ünvanlamışdır. Daha sonra o, işə bərpa olunması ilə bağlı aidiyyəti qurumlara və Müdafiə Nazirliyinə müraciət etmiş, lakin ona müsbət cavab verilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyun 2025-ci il tarixli, 21(104)-324/2025 nömrəli qərardadı ilə (hakimlər A.V.İsgəndərova (məruzəçi), P.Z.Mamedov və A.V.Bayramov) apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2-1(114)-1026/2025 nömrəli qərarı dəyişdiri lmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun apelyasiya şikayətinin dəlilləri təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqı nda iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasın a şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materiallarını və kassasiya şikayətinin dəl illərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir. İşə baxmış apelyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, aşağı məhkəmə instansiyalarının müəyyən etdiyi işin faktik hallarından göründüyü kimi iddiaçı, inzibat orqan tərəfindən 24 sentyabr 2022-ci il tarixdə qəbul olunmuş inzibati aktların ləğv olunmasını tələb edir. Yəni verilmiş iddia mübahisələndirmə barədə iddiadır. Azərbaycan Respublikası İPM -in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahi sələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən b iri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Hazırkı iş üzrə iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirilmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 38.1-ci maddəsinin tələb inə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın (hazırki iddia ilə məhkəməyə müraciət olunduğu tarixdən) təxminən 1 il 6 ay əvvəl qəbul edilmiş inzibati aktının ləğv olunmasını tələb edir. Başqa sözlə iddiaçı iddia vermə müddətini ötürmüşdür. Çünki iş materiallarında olan SX ******* nömrəli hərbi biletdə aparılmış qeydlərə əsasən, iddiaçı xx.xx.2022-ci ildə X1 xx.xx.2022-ci il tarixli, 0159 nömrəli əmri əsasında ehtiyata buraxılmış, xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən hərbi qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçının barəsində qəbul edilmiş əmr əsasında ehtiyata buraxılması ona xx.xx.2022-ci il tarixində məlum olmuşdur. Bu da onu deməyə əsas verir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İddiaçı prosessual müddətin buraxılmasını Kəlbəcər Hərbi prokrorluğunda araşdırma aparılması, araşdırmanın yekununda qəbul olunan cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı əldə edilə bilməməsi, həmçinin digər dövlət orqanlarına müraciət etməsi ilə əsaslandırmışdır. Lakin Kəlbəcər Hərbi prokrorluğunda araşdırmanın aparılması və nəticədə qəbul olunan cinayət işinin başlanmasının rədd edilməsi, prosessual müddətin axımına təsir edən hal deyildir. İddiaçı mübahisələndirdiyi akt barəsində xx.xx.2022-ci il ta rixində məlumatlı olmuşdur və onun üçün prosessual müddətin axımı məhz həmin tarixdən başlayır. Bununla yanaşı müəyyən olunur ki, prosessual müddəti buraxmasını cinayət təqibi orqanının qərarını əldə edə bilməməsi ilə əsaslandırsa da, həmin qərar barəsində də əvvəlcədən məlumatlı olmuş, Kəlbəcər hərbi prokrorluğunun xx.xx.2023-cü il tarixli, 3-326/2-3323 nömrəli məktubu ilə ona bu barədə rəsmi məlumat verilmişdir. Beləliklə, iddiaçı nəinki ehtiyata buraxılması barədə əmrdən məlumatlı olduqdan sonra iddia müddətini ötürmüş, həmçinin iddia müddətinin ötürməsinin əsası kimi qeyd etdiyi Kəlbəcər hərbi prokrorluğunda aparılan araşdırmanın nəticəsi və yenidən xidmətə daxil olmaq üçün etdiyi müraciətə müsbət cavab verilməməsi barədə məlumatı aldıqdan sonra da qanunvericilikdə nəzərdə tutulan 30 ( otuz) gün müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 04 iyun 2025-ci il tarixli, 21(104)-324/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar