Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2832/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrindəki qeydinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Sərvər Vəliyev və Xəqani Məmmədovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı “çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 2-1(107)-128/2025 nömrəli 16 may 2025-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Qax rayon Qaxbaş kəndində yaşayır və onun əvvəlki soyadı “Seyidova” olmuşdur. X2 iddiaçının əmisidir. 2.Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli, 2 nömrəli qərarı ilə iddiaçıya kolxoz fondundan 0,06 ha torpaq sahəsi ayrılmışdır. 3.Həmin qərarla ayrılmış 0,06 ha (30 metr x 20 metr) torpaq sahəsi xx.xx.1997-ci ildə kolxozun baş aqronomu, təftiş komissiyasının sədri, 1 nömrəli təsərrüfat briqadasının briqadiri tərəfindən naturada ölçülərək iddiaçıya verilmiş və bu barədə akt tərtib edilmişdir. Aktda torpaq sahəsinin qonşuları kimi şimaldan Nümayəndə2, cənubdan Xürrəm Seyidov, şərqdən Eldar Salamov, qərbdən isə yol göstərilmişdir. 4.Qax rayon Şota Rustaveli adına kolxozun “Torpaq kadastrı kitabı”nda 1081-ci sırada iddiaçının 0,06 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. 5.“Qax rayon Qaxbaş kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”in 721-ci sətrində mülkiyyətinə torpaq sahəsi veriləcək şəxs kimi iddiaçının adı qeyd edilmiş və onun qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi kimi 0,06 ha göstərilmişdir. 6.Həmçinin JN-721A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 nömrəli qərarı ilə 0,06 ha torpaq sahəsi də iddiaçının mülkiyyətinə verilmişdir. 7.Bundan əlavə, xx.xx.2011 -ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Qax rayon Qaxbaş bələdiyyəsi tərəfindən iddiaçıya 0,06 ha torpaq sahəsi satılmışdır. 8.Eyni zamanda Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolundan çıxarışa əsasən, Qax İngiloy kənd sakini X3 öhdəsində kolxozun qaytanlanmış kitabında 0,07 ha həyətyanı torpaq sahəsi olduğu halda, ona bitişik olan 0,05 ha torpaq sahəsinin də əlavə olaraq X4 verilərək 0,12 ha-ya çatdırılması qərara alınmış və bununla bağlı kolxoz tərəfindən xx.xx.1995-ci il tarixli akt tərtib edilmişdir. 9.2004-cü ilin iyul ayında X3 adına “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” tərtib edilmişdir. 10.“Qax rayon Qaxbaş kəndində vətəndaşların xüsusi mülkiyyətinə ve rilən həyətyanı torpaq sahələrinə aid cədvəl”in 717-ci sətrində mülkiyyətinə torpaq sahəsi veriləcək şəxslər kimi X3, X6, X10, X7 və X8 adları qeyd edilmiş və onların qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinin ölçüsü 0,12 ha göstərilmişdir. 11.Qax rayon Qax İngiloy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışa əsasən, Qax rayon Qax İngiloy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qaxbaş kəndinə aid 3 saylı təsərrüfatbaşına kitabın 192 saylı şəxsi hesabında X3 adına 0,12 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. 12.Qax rayon Qaxbaş kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə (114,7 kv.m) X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyy ata alınmış və bu barədə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. 13.X5 xx.xx.2020-ci ildə vəfat etdikdən sonra Qax rayon Notariat Ofisi tərəfindən X6 adına xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. 14.Qax rayon Qaxbaş kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə X6 mülkiyyət hüququ (vərəsəlik qaydasında) xx.xx.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 15.İddiaçı X1 adına xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın ləğv olunması ilə bağlı cavabdehə müraciət etmişdir. 16.İddiaçının ərizəsi məhkəməyə müraciət edənədək cavabdeh tərəfindən cavablandırılmamış, sonradan isə xx.xx.2022-ci il tarixli imtina məktubund a ona tələbi ilə bağlı məhkəməyə müraciət edə biləcəyi bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
17. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, X1 adına xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsini xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, qarşı tərəfin saxta sənədlər əsasında əldə etdiyi çıxarışla onun torpaqla bağlı mülkiyyət hüququ məhdudlaşdırılmış, öz qanuni torpağından istifadə etməsinə imkan verilməmişdir. Halbuki, sözügedən torpaq sahəsi uzun müddət onun istifadəsində olmuşdur. 19.Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X11 üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir. 20.Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçının iddia etdiyi faktiki 0,06 ha torpaq sahəsi mərhum Xürrəm Seyidovun adına qeydiyyata alınmış çıxarışda göstərilən 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşür. 21.Şəki İnzibati Məhkəməsinin 2-1(116)-676/2022 nömrəli 23 avqust 2022-ci il tarixli qərarı ilə (hakim V.Qasımov) iddia qismən təmin edilmiş, daşınmaz əmlakın dövlət reyestrində X1 adına aparılmış xx.xx.2019-cu il tarixli, ********** nömrəli qeydiyyatın Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli, 2 nömrəli qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsi ilə üst-üstə düşən və koordinatları aşağıda göstərilmiş 565 kv.m torpaq sah əsinə aid hissədə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. 22.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya 0,06 ha həyətyanı torpaq sahəsi Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli, 2 nömrəli qərarı ilə verilmişdir. Bu barədə məlumat Respublika Dövlət Arxivinin Şəki filialında mövcuddur. X3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış və hazırda iddiaçı tərəfindən mübahisələndirilən qeydiyyatla bağlı cavabdehdən tələb edilərək alınmış sənədlərlə isə müəyyən edildi ki, 2019-cu ildə həmin qeydiyyatın aparılması üçün cavabdehə təqdim olunmuş sənədlər arasında Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolundan çıxarış da var dır. İddiaçı öz iddia ərizəsində həmin sənədin saxta olmasını bildirdiyinə görə məhkəmə tərəfindən Qax rayon Dövlət Arxivinə sorğu edilərək, Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolunun X4 torpaq sahəsi verilməsi barədə hissəsi və torpaq sahəsinin X4 verilməsi barədə xx.xx.1995-ci il tarixli akt tələb edilmişdir. Lakin Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, arxivdə mühafizə olunan Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolunda X4 torpaq sahəsinin verilməsinə dair məlumat tapılmadı (Əsas: fond № 41, siyahı 1, saxlama vahidi 113, iş 1995-1997-ci il), xx.xx.1995-ci il tarixli akt isə Şota Rustaveli adına kolxozun sənədlərində yoxdur. Bundan sonra məhkəmə tərəfindən Qax rayon Dövlət Arxivinə təkrar sorğu edilərək, Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolunun təsdiqlənmiş surəti alınıb işə əlavə olunmuşdur. X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas vermiş Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolundan çıxarışın məzmunu protokolun məzmununa uyğun deyil və əslində, göstərilən iclas qərarında X4 torpaq sahəsi verilməsi barədə müddəa yoxdur. Eyni zamanda, cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyi ilə müəyyən edildi ki, iddiaçıya kolxoz qərarı ilə ayrılmış 0,06 ha torpaq sahəsi faktiki olaraq 0,0565 ha təşkil edir, iddiaçının iddia etdiy i faktiki 0,06 ha torpaq sahəsi X1 adına qeydiyyata alınmış **********596 nömrəli çıxarışda göstərilən 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. 23.Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
24. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-340/2022 nömrəli 16 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.Məlikov və G.Cavadova) cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddi a təmin edilməmişdir. 25.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçıya Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli, 2 nömrəli qərarına əsasən verilmiş torpaq sahəsi ilə bağlı JN-721A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” mövcud olduğundan, “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddəsinə əsasən, hər bir subyektə yalnız bir dəfə torpaq payı verilə bildiyindən, eyni zamanda iddiaçının nümayəndəsinin (atası) izahatına əsasən həmin torpaq sahəsi başqa yerdə yerləşdiyindən və hazırda onların istifadəsində olduğundan, Qax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X4 verilmiş 0,12 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından iddia tələbi əsassızdır, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri isə əsaslıdır. 26.İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kəmaləddin Bədəlov /məruzəçi/, Nigar Rəsulbəyova və İlqar Hüseynov) 18 aprel 2023-cü il tarixli, 2-1(102)-513/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 28.Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bir şəxs digər şəxsin adına aparılm ış qeydin onun hüquqlarını pozması halından çıxış edirsə, o halda aşağıdakı məzmunda iddialarla məhkəməyə müraciət edə bilər: birinci halda, şəxs digər şəxsin adına aparılmış qeydin ehtiva etdiyi daşınmaz əmlakın ona məxsus olduğunu iddia edirsə, bu halda qeydin əsasında duran hüquqmüəyyənedici sənədləri mübahisələndirməlidir; ikinci halda, şəxs digər şəxsin adına aparılmış qeydin ehtiva etdiyi daşınmaz əmlakın ona məxsus olmadığını, lakin cavabdeh orqan tərəfindən qeydin aparılması zamanı şəxsin hüquqlarının pozuntusu halından çıxış edirsə, bu zaman mübahisənin predmetini həmin qeydin düzgün icra olunmadığı təşkil etməlidir. Hazırkı halda, cavabdehin arxivində saxlanılan sənədlərə əsasən belə qənaətə gəlmək olur ki, mərhum Xürrəm Seyidovun adına aparılmış qeydin əsasında Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolundan çıxarış, Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli aktı və 2004-cü ilin iyul ayında tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” dayanır. İddiaçı iddia ərizəsində Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolundan çıxarışın və Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli aktının mötəbər olmadığına istinadən Xürrəm Seyidovun adına aparılmış qeydi mübahisələndirir. Göründüyü kimi, iddiaçının hüquqi marağı qeyri-müəyyəndir. Belə ki, əgər qeydin əsasında hüquqmüəyyənedici sənədlər varsa, bu halda, həmin sənədlər müvafiq icraatda müstəqil mübahisələndirilməlidir. Əgər, iddiaçı qeydin əsas ında duran hüquqmüəyyənedici sənədlərin mötəbərliliyini mübahisələndirmədən, qeydin aparılmasının düzgün icra edilməməsini iddia edirsə, onda həmin qeydi aparmış inzibati orqanın faktiki xarakterli hərəkətini mübahisələndirməlidir. Başqa sözlə, iddiaçının Xürrəm Seyidovun adına aparılmış qeydin mübahisələndirilməsinin əsasında duran dəlili dəqiqləşdirilməlidir. Yəni müəyyən edilməlidir ki, iddiaçı Xürrəm Seyidova 0,12 ha torpaq sahəsi verilmədiyini, yaxud torpaq sahəsi verilsə də, bu torpaq sahəsinin onun torpaq sahəsi ilə üst-üstə düşmədiyinə baxmayaraq, inzibati orqan tərəfindən Xürrəm Seyidovun adına qeyd aparılarkən qanunsuzluğa yol verildiyini mübahisələndirir. Bu səbəbdən, iddiaçının mübahisələndirdiyi məsələ dəqiq müəyyən edilməli və bu məqsədlə, iddia tələbinin hüquqi marağına uyğu n formalaşdırılmasında ona hüquqi yardım edilməlidir. Bununla yanaşı, iddiaçıya aid sənədlərin (Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 nömrəli qərarı, JN-721A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”) əsli tələb edilməli və arxivə bununla bağlı müvafiq sorğular verilməli, eləcə də, iddiaçının iddia tələbinin əsasını Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli, 2 nömrəli qərarı, yaxud JN-721A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təşkil etməsi məsələsi də aydınlaşdırılmalıdır. Belə ki, iddiaçı subyektiv hüququnun əsasında duran hüquqmüəyyənedici sənədi dəqiq müəyyən etməlidir ki, məhkəmə araşdırmasının predmeti və istiqaməti müəyyənləşdirilə bilsin. Digər tərəfdən, işə baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, iddiaçıya Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1996cı il tarixli, 2 nömrəli qərarına əsasən verilmiş torpaq sahəsi ilə bağlı JN-721A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” mövcud olduğundan, “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddəsinə əsasən, hər bir subyektə yalnız bir dəfə torpaq payı verilə bildiyindən, eyni zamanda iddiaçının nümayəndəsinin (atası) izahatına əsasən həmin torpaq sahəsi başqa yerdə yerləşdiyindən və hazırda onların istifadəsində olduğundan, Qax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X4 verilmiş 0,12 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından iddia tələbi əsassızdır, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlər inin dəlilləri isə əsaslıdır. Qeyd edilməlidir ki, Qax rayon Aqrar İslahat Komissiyasının qərarı iş materiallarında yoxdur. Torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi məsələsinin aydınlaşdırılması ilə bağlı birinci instansiya məhkəməsində əldə edilmiş və cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi faktiki 0,06 ha torpaq sahəsi mərhum Xürrəm Seyidovun adına qeydiyyata alınmış çıxarışda göstərilən 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşür. İşə baxan apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının nümayəndəsinin izahatı əsasında torpaq sahələrinin üst-üstə düşmədiyi qənaətinə gəlsə də, nəzərə alınmalıdır ki, bu izahat sübut kimi o halda qəbul edilə bilərdi ki, işdəki digər sübutlarla təkzib olunmasın. Hazırkı hald a isə, torpaq sahələrinin üst-üstə düşməsi məsələsi mübahisəlidir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat 29.Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-9/2024 nömrəli 23 may 2024-cü il tarixli qərardadı ilə (hakimlər: Mahir Əsədli /sədrlik edən və məruzəçi/, Ələddin Məcidov və Elçin Mehdiyev) cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. 30.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəmə kollegiyası tərəfindən təklif göndərilmiş, lakin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə iclasında da i ddiaçının nümayəndəsinə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı təklif verilmiş, lakin iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsindən imtina etmişdir. 31.Məhkəmə kollegiyasının qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-1616/2-10/1242 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, JN-721A (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə görə iddiaçıya məxsus 0,06 ha torpaq sahəsinin və xx.xx.2011-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Qaxbaş bələdiyyəsi tərəfindən iddiaçıya satılmış **********57 nömrəli çıxarışda göstərilən 0,06 ha torpaq sahəsinin coğrafi yerləşməsi mütəxəssis rəyinə əlavə edilmiş sxem 1-də g östərilmişdir. JN-721A (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə görə iddiaçıya məxsus 0,06 ha torpaq sahəsi naturada faktiki olaraq 623 kv.m olub döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxem 1-də göstərilmişdir. Üçüncü şəxsin istifadəsində olan X4 məxsus reyestr nömrəsi **********96-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,12 ha torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxem 2-də göstərilmişdir. Həmin 0,12 ha torpaq sahəsi, TEKUİS (X9 X13) məlumat bazasına əsasən Nümayəndə2 və üçüncü şəxsin istifadəsində olub, tərəflər arasında ortaq sərhəddə mübahisəli olan torpaq sahələri sxem 2-də göstərilmişdir. Tərtib edilmiş yerquruluşu planı sxem 1 və sxem 2-də göründüyü kimi JN-721A/0,06 ha to rpaq sahəsi ilə üçüncü şəxsin istifadəsində olan (X4 məxsus **********96-10301 reyestr nömrəli 0,12 ha) torpaq sahəsi ayrı-ayrı ərazilərdə yerləşir. Həmin torpaq sahələrinin coğrafi yerləşməsi tamamilə fərqlidir, üst-üstə düşməsi yoxdur. JN-721A (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə görə iddiaçıya məxsus 0,06 ha torpaq sahəsi üçüncü şəxs tərəfindən istifadə edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. 32.İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. kassasiya instansiya məhkəməsindəki ikinci icraat
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2319/2024 saylı 23 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: S.Kərimov/sədrlik edən və məruzəçi/, R.Nəbizadə və A.Hüseyn) apellyasiya məhkəməsinin 23 may 2024-cü il tarixli qərardadı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
34. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbinin əsasını hansı sənədin (Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli, 2 nömrəli qərarı, yaxud JN-721A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin) təşkil etməsi məsələsinin aydınlaşdırılmasına dair iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişini yerinə yetirməmiş, bununla yanaşı araşdırma zamanı iddiaçıya Qax rayon Qaxbaş bələdiyyəsi tərəfindən alqı-satqı müqaviləsi nə əsasən 0,06 ha torpaq sahəsinin satıldığını müəyyən etdiyi halda, iddiaçının tələbinin əsasını təşkil etməsi baxımından həmin hala hüquqi qiymət verməmiş, həmçinin həmin alqı-satqı müqaviləsinin qüvvədə olub-olmadığını, həmin müqavilə əsasında satılmış torpaq sahəsinə iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıbalınmadığını və ən əsası, həmin torpaq sahəsi ilə daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydiyyatı aparılmış 0,12 ha torpaq sahəsinin üst-üstə düşüb-düşmədiyini müəyyən etməmişdir. İşə təkrar baxacaq apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları araşdırarkən Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin onun adına tərtib edilmiş sözügedən şəhadətnamədək i torpaq sahəsi ilə eyni olmadığını və ya mübahisənin bələdiyyə tərəfindən satılmış torpaq sahəsi ilə bağlı olduğunu aşkar etdiyi təqdirdə, müvafiq torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydiyyatı aparılmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etməli, üst-üstə düşdüyü halda, cavabdehin daşınmaz əmlakın dövlət reyestrində X3 adına 0,12 ha torpaq sahəsi ilə bağlı qeydiyyatı hansı hüquqmüəyyənedici sənəd əsasında apardığını aydınlaşdırmaldır. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat 35.Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-128/2025 nömrəli 16 may 2025-ci il tarixli qərarı ilə (hakimlər: İ.Şükürov /sədrlik edən və məruzəçi/, Z.Tahirov və Ə.Kərimov) cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayət ləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin 23 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 36.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. 37.Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
38. Üçüncü şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanuni və obyektiv qərar qəbul edilməsi üçün yerli baxışın keçirilməsi məcburidir və bu Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarında apellyasiya məhkəməsi üçün məcburi icra olunmalı hərəkət kimi qeyd edilmişdir. Mühüm əhəmiyyətli sübutlar məhkəmə tərəfindən araşdırılmamışdır. Mütəxəssis tərəfindən verilmiş rəy və ifadə məhkəmə tərəfindən araşdırılmamış və əhəmiyyət verilməmişdir. Nəticədə qeyd edilən prosessual hüquq normaları məhkəmə tərəfindən pozulmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 39.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılma sının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reye strindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. 40.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilm iş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya mü vəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış nəzərdə tutulmuşdur. 41.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiy a şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə pros es iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 42.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, ş ikayət mümkün hesab edilmişdir. 43.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir. 45.Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yu xarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı). 46.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 47.Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının mübahisələndirdiyi reyestr qeydinin onun hüquq larına toxunan hissədə ləğv edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 48.Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. 49.Məhkəmə kollegiyası hazırkı mübahisəyə münasibətdə hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi tərəfindən bundan öncə kassasiya instansiyasının qərarlarında sərgilənən hüquqi mövqeyi ilə bağlı verdiyi göstərişlər tam icra olunmuş, iş hərtərəfli araşdırmış və nəticə etibarilə qanuna uyğun və əsaslandırılmış qərar qəbul olunmuşdur. 50.Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 51.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 2-1(107)-128/2025 nömrəli 16 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.