Məhkəmə qərarları › İş №2-1(102)-2833/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2833/2025

26.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2833/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: VM-in 67-ci maddəsinin ardıcıllığı, ekspert rəyinin mötəbərliyi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 sa ylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 06 may tarixli, 2-1(104)-255/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraatda baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********176704 nömrəli qərarı ilə İddiaçı MMC tərəfindən Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə sentyabr 2020-avqust 2023 vergi dövrlə ri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama xx.xx.2023-cü il tarixdə başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmışdır. 2. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********185008 nömrəli qərarla iddiaçıya hesablanmışdır: 1) 2020-ci ilin mənfəət vergisi üzrə 297,17 manat artıq hesablama; 2021ci ilin mənfəət vergisi üzrə 51.441,97 manat əlavə hesablama və 25.720,99 manat maliyyə sanksiyası; 2022-ci ilin mənfəət vergisi üzrə 66.509,93 manat əlavə hesablama və 33.254,97 manat maliyyə sanksiyası; 2) 2020-ci ilin əlavə dəyər vergisi üzrə 1.832,49 manat artıq hesablama; 2021-ci ilin əlavə dəyər vergisi üzrə 42.556,67 manat əlavə hesablama və 21.278,34 manat maliyyə sanksiyası; 2022-ci ilin əla və dəyər vergisi üzrə 5.25 manat əlavə hesablama, və (39.295,90 manat azaldılmış məbləğə görə) 19.647,95 manat maliyyə sanksiyası; 2023-cü ilin əlavə dəyər vergisi üzrə 43.625,47 manat əlavə hesablama və (54.483,77 manat azaldılmış məbləğə görə) 27.241,89 manat maliyyə sanksiyası; 3) ƏDV məbləğinin ödənilməməsinə görə VM-nin 58.6-cı maddəsinə əsasən 2020-ci il üzrə 2.542,63 manat, 2021-ci il üzrə 4.205,63 manat, 2022-ci il üzrə 13.922,39 manat, 2023-cü il üzrə 3.851,09 manat və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 19.555,00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı məhkəməyə müraciət edərək “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********185008 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********185008 nömrəli qərarının müəyyən etdi hissəsində müəyyən edilmişdir: 1) Mənfəət vergisi üzrə cəmiyyətə Vergi Məcəlləsinin 104, 83.9, 67.14-cü maddələrinə əsasən 117951, 90 manat məbləğində mənfəət vergisi hesablanmış və 297,17 manat azaldılmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 58975, 96 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

2. SVY aktında yoxlama 2021-ci ilin iyun dekabr aylarında ƏDV üzrə əlavə hesablanmış 175,41 manat vergi məbləğinə azalma verilmiş (o cümlədən iyun 7,63 manat, iyul 7,63 manat, avqust 7,63 manat, sentyabr 38,13 manat, oktyabr 38,13 manat, noyabr 38,13 manat və dekabr 38,13 manat) 2022-ci ilin yanvarsentyabr aylarında ƏDV üzrə 130,68 manat vergi məbləğinə azalma verilmiş (o cümlədən yanvar 38,13 manat, fevral 38,13 manat, mart 8,65 manat, aprel-sentyabr ayları üçün isə hər ay üçün 7,63 manat). 2023-cü ilin yanvar-avqust ayları üçün hər ay üçün 7,63 manat olmaqla cəmi, 61,03 manat vergi məbləğinə azalma verilmişdir. ƏDV üzrə cəmiyyətə Vergi Məcəlləsinin 159.1, 166, 175-ci maddələrinə əsasən 2020-ci ilin sentyabr-oktyabr ayları üçün 1832,49 manat məbləğində artıq hesablama müəyyən edilmiş, 2021- 2022-ci illər və 2023-cü ilin yanvar-avqust ayları üçün 86187,39 mana t əlavə vergi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinə və ayrı-ayrı aylarda vergiyə cəlb olunan dövriyyə kənarlaşmalarına görə ümumilikdə 68168,18 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cəmiyyətə Vergi Məcəlləsinin 58.6, 175.1.3-cü maddələrinə əsasən 24521,74 manat maliyyə sanksiyası tətbiq edilmiş (hesablama ilə bağlı cədvəllər səyyar vergi yoxlamasına əlavə edilmişdir).

4. Cəmiyyət tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri pozulmuşdur. Belə ki, cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə “Mercedes-Benz” markalı dövlət qeydiyyat nişanı **-ZB-*** olan nəqliyyat vasitəsinin alışına görə 97550,0 manat, xx.xx.2021-ci il tarixdə “Mercedes-Benz” markalı dövlət qeydiyyat nişanı **-XR-*** olan nəqliyyat vasitəsinin alışına görə 27000,0 manat, “Shacman” markalı dövlət qeydiyyat nişanı **-DN-*** olan nəqliyyat vasitəsinin alışına görə 100000 manat, “Mercedes-Benz” markalı dövlət qeydiyyat nişanı **-BX-*** olan nəqliyyat vasitəsinin alışına görə 31000 manat kassadan nağd qaydada ödənişlər aparılmışdır (kassa məxaric orderləri akta əlavə olunur). VM-nin 58.7-1-ci maddəsinə əsasən təqvim ili ərzində belə hala birinci dəfə yol verdiyinə görə xx.xx.2021-ci il tarixdə aparılmış ödəniş üzrə 30000,0 manatdan artıq olan (97550-30000) 67550,0 manatın 10 % miqdarında, yəni 6755,0 manat və xx.xx.2021-ci il tarixdə aparılmış ödənişlər üzrə 30000,0 manatdan artıq olan 128000,0 manatın (158000,0-30000,0) 10 % miqdarında, yəni 12800 manat ümumilikdə 19555 manat (6755,0+12800) maliyyə sanksi yası tətbiq edilmişdir. Qeyd: 2020-ci il üçün cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş əmlak vergisinin bəyannaməsinin əvvəlinə vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 55900,0 manat olduğu 59900, 0 manat göstərilmişdir. Həmin bəyannaməyə kameral qaydada düzəliş aparılmış və nəticədə 2020ci il üçün hesablanmış əmlak vergisi 20,0 manat azaldılmışdır ki, bu da hazırkı səyyar vergi yoxlaması ilə təsdiq edilmişdir. Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda, vergi orqanının rəhbərinin (onun müavinin) qərarına əsasən mütəxəssis təyin oluna bilər. Vergi Məcəlləsinin göstərilən bu maddələrinə əsaslanaraq Baş İdarənin xx.xx.2023-cü il tarixli, **********178566 nömrə li “Mütəxəssis dəvət edilməsi haqqında” Qərara əsasən Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyindən (VÖEN: **********) mütəxəssis dəvət edilmiş və mütəxəssis X8 təyin edilmişdir. Mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur. ünvan 1 ünvanında yerləşən istehsal obyektində əmtəə betonun istehsalı ilə məşğul olan İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan yoxlama dövrü üzrə istehsal həcmini elektrik enerjisi sərfiyyatına, istehsalda istifadə olunan avadanlıqların istehsal gücünə və xammal-material sərfinə əsasən müəyyənləşdirmək. Mütəxəssis tərəfindən yuxarıda qeyd olunan məsələlərlə bağlı müvafiq rəy tərtib edilərək xx.xx.2024cü il tarixli, **********396100 nömrəli məktubla 12 saylı ƏVBİ-yə göndərilmişdir. Təqdim edilmiş mütəxəssis rəyində cəmiyyət tərəfindən yoxlanılan dövr ərzində istehsal edilmiş və təqdim edilmiş beton istehsalı həcmindən əlavə beton istehsal olduğu müəyyən edilmiş və cəmiyyət tərəfindən həmin malların təqdim edilməsinə dair sənədlər yoxlamaya təqdim edilmişdir. Mütəxəssis rəyində əlavə istehsal həcminin beton markaları üzrə bölüşdürülməsi vergi ödəyicisinin istehsal hesabatlarında göstərilən beton markalarının xüsusi çəkisinə əsasən aparılmışdır. Bununla bağlı mütəxəssis tərəfindən rəyə əlavə izahat verilmişdir (əlavə izahat aktlara əlavə olunmuşdur). Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həya ta keçirilə bilər. Vergi Məcəlləsinin 14.3.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda) Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti müəyyənləşdirilərkən rəsmi və açıq mənbədən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər. 14.6.3.1 sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyən edilir. 14.6.3.2. Dəyərin toplanmas ı üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Aparılmış araşdırma zamanı Vergi Məcəlləsinin 14.6.3.1 maddəsinin tələblərinə uyğun əlavələr müəyyən edilə bilmədiyindən VM-nin 14.6.3.1 maddəsinə istinad oluna bilməmişdir. Vergi Məcəlləsinin 14.6.3.2 maddəsinin tələblərinə uyğun əsaslandırılmış bütün xərcləri və çeşidlər (dövrlər) üzrə mənfəəti müəyyən edilə bilinmədiyindən VM-nin 14.6.3.2 maddəsinə istinad oluna bilinməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2ci mad dəsinə əsasən vergi yoxlamaları keçirildikdə vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. Həmin Məcəllənin 23.1.14-cü maddəsi ilə müəyyən edilmiş qaydada ekspertlərin cəlb edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda, vergi orqanı rəhbərinin (onun müavinin) qərarına əsasən ekspert təyin oluna bilər. Məcəllənin göstərilən bu maddələrinə əsaslanaraq Baş İdarənin xx.xx.2023-cü il tarixli, **********178567 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərarına əsasən ekspert dəvət ed ilmişdir. Ekspertiza Azərbaycan Respublikası TicarətSənaye Palatasının “Azərekspertiza” Birliyindən (VÖEN: **********) mütəxəssis dəvət edilmiş və mütəxəssis X8 tərəfindən keçirilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC üzrə keçirilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024cü il tarixli, **********185008 nömrəli qərarına əsasən İddiaçı MMC-yə 204139,29 manat vergi və 171220,88 manat maliyyə sanksiyası hesablanmışdır. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********185008 nömrəli qərar 09 iyul 2024cü il tarixdə rəsmi təqdim edilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********185008 nömrəli qərar aşağıda göstərilənlərə əsasən əsassız olduğu üçün ləğv edilməlidir. Səyyar ve rgi yoxlaması zamanı istehsal edilmiş məhsulların həcminin aylar üzrə elektrik enerjisinin sərfinə, avadanlığın istehsal gücünə uyğun müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyindən (VÖEN: **********) mütəxəssis dəvət edilmiş və qərar qəbul edilərkən xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə istinad edilərək cəmiyyət vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması əsassızdır. Bu metodla hesablama vergi qanunvericiliyi ilə ziddiyyət təşkil edir. Gəlirlərinin belə metodla hesablanması maddi və prosessual hüquq normalarının pozulmasıdır. Bundan başqa qeyd etmək istərdim ki, Vergi Məcəll əsinin 67-ci maddəsinə əsasən vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təs diq edilmiş “Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, cavabdeh tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Nazirlər Kabinetinin 01 mart 2001ci il tarixi, 55 saylı Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentab ellik norması tətbiq edilməklə vergi ödəyicisinə vergi məbləği hesablanmışdır. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamışdır. Göstərilən istehsal zamanı sərf olunan elektrik enerjisi sərfiyyatı dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici olması vacib şərt deyildir.

5. Cavabdeh iddiaya dair etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı cəmiyyət barəsində mənfəət və əlavə dəyər vergiləri hesablanmışdır. 2021-ci il üçün mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində “yanacaq xərcləri” maddəsi üzrə göstərilmiş 121486,11 manat və “nəqliyyat xərcləri” maddəsi üzrə göstərilmiş 130483,92 manat xərc məbləğləri ilkin sənədlərlə (yol-nəqliyyat qaimələri, nəqliyyat vasitələrinin sürət qutusu göstəricilərinə əsasən və ya digər texnikaların faktiki iş saatlarına əsasən mövcud normalara uyğun olaraq yanacaq silgisi aktları və s.) öz təsdiqini tapmamışdır. Yoxlama ilə cəmiyyət tərəfindən “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydaları”na düzgün əməl edilməmişdir. İddiaçı cəmiyyət mühasibat uçotu sahəsində mövcud qanunvericiliyin tələblərinə uyğun aparmadığından onun əldə etdiyi mənfəət birbaşa müəyyən olunmur. Bu baxımdan VM-nin 67.14 və 83.9cu maddələrinin tələblərinə görə NK-nın xx.xx.2001-ci il tarixli, 55 saylı Qərarı ilə vergi öhdəliyi müəyyən edilmişdir. Həmçinin VM-nin 67.4-cü maddəsinə əsasən uçot-baza məlumatlarında analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi mövcud deyildir. Bu səbəbdən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot-baza məlumatlarından istifadə edilməmişdir. Nəticədə cəmiyyətin 2021-ci il üçün malların təqdim edilməsindən gəliri 1602081,31 manat olmaqla (o cümlədən e-qaimə əsasında malların təqdim edilməsindən gəlirləri 1365655,38 manat, ekspert-mütəxəssis rəyi əsasında müəyyən edilən dövriyyəsi 236425,93 manat, əmlakın icarəyə verilməsindən 974,58 manat olmaqla, ümumi gəliri 1612548,36 manat olmuşdur. NK-nın 55 saylı qərarını tətbiq etməklə 2021-ci il üzrə (cari mənfəət vergisi bəyannaməsi ilə göstərdiyi 2309,64 manat vergi çıxılmaqla) 51441,97 manat mənfəət vergisi hes ablanmışdır. 2022-ci il üçün vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən malların təqdim edilməsindən ümumi gəlirləri 3769183,56 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin cəmi 3679893,81 manat, vergitutma məqsədləri üçün mənfəəti 89289,75 manat məbləğində büdcəyə mənfəət vergisi hesablanmışdır. SVY zamanı iddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş ilkin mühasibatlıq sənədlərindən, istehsal hesabatlarından, mal materialın hərəkəti cədvəllərindən və istehsal edilmiş beton məhsullarının reseptura kalkulyasiya cədvəllərindən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 2022-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayınadək olan dövr ərzində istehsal edilmiş və təqdim edilmiş 33466.55 kub metr müxtəlif markalı beton məhsullarının istehsalına 12364.73 ton sement məhsulu lazımdır. Lakin vergi ödəyicisi tərəfindən təqdim edilmiş hesabatlardan istehsal edilmiş və təqdim edilmiş 33466.55 kub metr müxtəlif markalı beton məhsullarının istehsalına 11747.24 ton sement məhsulunun istifadə edildiyi qeyd edilmişdir. Həmçinin təqdim edilmiş mütəxəssis rəyindən 33466.55 kub metr müxtəlif markalı beton məhsullarının istehsalına 1813.1 ton sement məhsulunun lazım olduğu müəyyən edilir. Eyni zamanda vergi ödəyicisi tərəfindən 2022-ci il üçün vergi orqanına təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin xərclər bölməsində “yanacaq xərcləri” maddəsi üzrə göstərilmiş 328811,07 manat və “nəqliyyat xərcləri” maddəsi üzrə göstərilmiş 801455,00 manat xərc məbləğləri ilkin sənədlərlə öz təsdiqini tapmamışdır. Cəmiyyət tərə findən yoxlanılan dövr ərzində öz təsisçilərindən X4 (VÖEN:**********) logistika xidməti, pompa xidməti, nəqliyyat xidməti adı altında ümumilikdə 404482,49 manat dəyərində e-qaimə əldə etmiş, lakin yol nəqliyyat qaimələri yoxlamaya təqdim edilə bilməmişdir. SVY zamanı vergi orqanında olan uçot baza məlumatları araşdırılaraq müəyyən edilmişdir ki, X1 nəqliyyat vasitəsi və qeyd edilən işləri, xidmətləri yerinə yetirmək üçün işçisi olmamışdır. NK-nın 55 saylı qərarını tətbiq etməklə 2022-ci il üzrə (cari mənfəət vergisi bəyannaməsi ilə göstərdiyi 59156,85 manat vergi çıxılmaqla) 66509,93 manat mənfəət vergisi hesablanmışdır.

6. Gəncə İnzibati Məhkəməsinin (hakim Z.A.Quliyev) 2025-ci il 05 fevral tarixli, 2-1(114)-1271/2025 saylı qərarı ilə iddia tələbi qismən təmin olunmuş, 12 saylı Ərazi Ver gilər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********185008 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının - 2021-ci il üzrə 51441,97 manat mənfəət vergisinin azaldılmasına görə 51441,97 manat əlavə hesablamanın aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 25720,99 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2022-ci il üzrə 66509,93 manat mənfəət vergisinin azaldılmasına görə 66509,93 manat əlavə hesablamanın aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 33254,97 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2021-ci üzrə ƏDV-nin azaldılmasına görə 42556,67 əlavə hesablamanın aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 21278,34 manat maliyyə sanksiyasının tətbiq olunması; 2022ci üzrə ƏDV-nin azaldılmasına görə 39295,90 əlavə hesablamanın aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 19647,95 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2023-cü üzrə ƏDV-nin azaldılmasına görə 54483,77 əlavə hesablamanın aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 27241,81 manat maliyyə sanksiyasının tətbiq olunması; 2020ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 2542,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2021-ci il üzrə ƏDV məbləğinin ödə nilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 4205,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2022-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 13922,39 manat maliyyə sanksiyasının tətbiq olunması; 2023-cü il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 3851,09 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrində ləğv olunması qərara alınmış, iddia tələbi bu hissədə təmin olunmuşdur. Lakin, mübahisələndirilən qərarın “2021-ci ilin icarə dövriyyəsi ilə əlaqədar hesablanmış 175,41 manat əlavə ƏDV hesablanması və həmin məbləğə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 87 manat 71 qəpik, habelə Vergi Məcəllə sinin 58.7-1-ci maddəsinə əsasən 19555,00 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrinin ləğv edilməsi” hissəsində iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin istinad olunan 67.1-ci maddəsinin 2020-ci ildə və 2021-ci qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır. Cavabdeh iddiaçının təqdim etdiyi sənədlərdən əlaqəli məlumat kimi istifadə etmək imkanına malik olduğu halda, bu informasiyaların, həmçinin, analoji fəaliyyət növü ilə məşğul olan vergi ödəyicisinə aid məlumatların müəyyən olunmasına səy göstərməmişdir. Ekspertizanın keçirilməsi ilə bağlı Vergi Məcəlləsinin 44-cü maddəsində və “İnzibati icraat haqqında” Qanunun 41-ci maddəsində qeyd edilmiş prosedurlara əməl edilməsi müəyyən edilmir. Cavabdeh inzibati orqan həmin qanunvericiliyin və Konstitusiya Məhkəməsinin qərarında göstərilən tələblərə riayət etmədən birbaşa ekspert rəyi təyin etməklə həmin norma və qərarın müddəalarını pozmuşdur. Digər tərəfdən, istinad edilən Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən qərarında “ekspert rəyi”, “ekspertlə bağlanan müqavilə”, “ekspertə məsuliyyət barədə xəbərdarlıq” ifadələrinin işlədilməsi onu göstərir ki, aparılmış ekspertiza “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun aparılmalı, cavabdeh istinad etdiyi rəy ekspert rəyi olmalı, aparılmış tədqiqat ekspertiza tədqiqatı olmalıdır. Lakin cavabdeh orqan tərəfindən bu qaydalara əm əl edilməsi müəyyən edilmir. Səyyar vergi yoxlaması aktında cavabdeh tərəfindən ƏDV-nin hesablanmasını xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək dövr üzrə aparılmışdır. Bununla da cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin normaya əsaslanaraq məhkəmə qeyd etmişdir ki, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. İcarə dövriyyəsinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, iddiaçı və müvafiq şəxslər arasında icarə müqavilə bağlandığından qərar “2021-ci ilin ƏDV-si üzrə 175,41 manat əlavə v erginin hesablanması” hissəsində əsaslı olmuşdur.

8. Cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, həmin qərarın qismən, yəni iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli “Səyyar vergi yoxlaması” aktından görünür ki, Birinci instansiya məhkəməsinin gəldiyi nəticə vergi qanunvericiliyinin müddəalarına görə əsaslı hesab edilə bilməz. İlk növbədə normanın (VM-nin 67.1-ci maddəsi) tətbiqindən görünür ki, bir sıra hallarda vergi orqanı əlaqəli məlumatlardan istifadə edərək vergi ödəyicisi barəsində vergi öhdəliyi müəyyən etmək hüququna malikdir. Bu hallardan biri də mühasibat uçotunun aparılmaması və ya mühasibat uçotunun müəyyən edilmiş qaydada aparılmamasıdır. Qanunun mənasından görünən odur ki, hər hansı vergi ödəyicisi mühasibat uçotunu qanunla müəyyən edilmiş qaydada aparmamışdırsa həmin vergi ödəyicisinin vergi öhdəliyini vergi orqanı əlaqəli məlumatlardan (gəlir və ya xərcləri barədə məlumatlardan istifadə edərək) istifadə edərək NK-nın xx.xx.2001-ci il tarixli, 55 saylı qərarı əsasında müəyyən edə bilər. Bu mənada qeyd olunur ki, iddiaçı cəmiyyət tərəfindən “Mühasibat uçotu haqqında” AR Qanunun və “Kiçik və X3 üçün X2 Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın tələblərinə uyğun olaraq mühasibat uçotu aparmamış, mənfəət vergisi bəyannaməsində yanacaq və nəqliyyat xərci kimi göstərdiyi məbləğ ilkin s ənədlərlə (yol nəqliyyat qaimələri, nəqliyyat vasitələrinin sürət qutusu göstəricilərinə əsasən və ya digər texnikaların faktiki iş saatlarına əsasən mövcud normalara uyğun yanacaq silgi aktları və s.) öz təsdiqini tapmamışdır. xx.xx.2024-cü il tarixli imtina aktından görünür ki, yol nəqliyyat qaimələri, nəqliyyat vasitəsinin sürət göstəricilərinə və texnikaların faktiki iş saatlarına əsasən mövcud normalara uyğun olaraq yanacaq silgisi aktları tərtib edilmədiyi üçün həmin sənədlərin yoxlamaya təqdim edilməsi mümkün olmamışdır. Həmçinin bildirirlər ki, xx.xx.2024-cü il tarixli akt cəmiyyətin baş mühasibi tərəfindən də imzalanmışdır. Eləcə də cəmiyyətin mühasibatlığına cavabdeh olan X6 tərəfindən verilmiş izahatda da bu mövqe ifadə olunmuşdur. Buradan belə nəticəyə gəlmək mümkündür ki, iddi açı cəmiyyətdə mühasibat uçotu qanunla müəyyən edilmiş qaydada aparılmamış, cəmiyyətin xərclərinin formalaşmasında iştirak edən elementlər dəqiq formada rəsmiləşdirilməmişdir. VM-nin 67-ci maddəsinin tətbiqi ilə bağlı formalaşmış mövqe ondan ibarətdir ki, vergi orqanı sözügedən normaya istinad edərək hesablama aparmalı olmasını, yəni həmin normaya istinad etməsini əsaslandırmalıdır. İşin faktiki hallarından görünür ki, cəmiyyətin mühasibatlığına cavabdeh şəxs gəlirin əldə edilməsi ilə bağlı xərclərin mənbəyini tam açıqlaya bilməmişdir. Bu xüsusat iddiaçı cəmiyyətdə mühasibat uçotunun qanunla müəyyən edilmiş formada aparılmadığını göstərən hal kimi qəbul edilməlidir. Beləliklə, VM-nin 67.1-ci maddəsinin tətbiqi zərurəti olduğundan cavabdeh inzibati orqan iddiaçı barəsində vergi öhdəliyini h əmin maddənin tələbləri çərçivəsində müəyyən etməkdə haqlı olmuşdur. 03 dekabr 2021-ci il tarixli, 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2022-ci ildə qüvvəyə minmişdir) Vergi Məcəlləsinə 67.17-ci maddə əlavə edilmiş və həmin maddəyə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Yəni məhkəmə VMnin 67.17-ci maddəsindəki tənzimlənmə vasitəsini nəzərə almadan iddiaçı cəmiyyət barəsində hesablanmış 2022-ci ilin mənfəət vergisinə münasibətdə də cavabdehin ən son variant kimi şərti rentabellik əsasında hesablama aparmalı olduğu qənaətinə gəlmişdir. Habelə 2022-ci il mənfəət vergisinə dair məhkəmə hesab etmişdir ki, VM-nin 67 -ci maddəsindəki hesablama ardıcıllığını gözləməməsinin səbəbini cavabdehin əsaslandırmalı olduğu halda bu tələbi gözləməmişdir. Məhkəmə VM-nin 67.17-ci maddəsinin imperativ olaraq hər hansı şərtdən irəli gəlməyərək tətbiq edilməli olmasını nəzərə almamışdır. Qanunda əks olunmuş mövqe bundan ibarətdir ki, vergi orqanı vergi öhdəliyini müəyyən edərkən hər hansı hesablama üsulunu seçmək barədə qərara gəldiyi halda digər üsulu tətbiq etmədən birbaşa seçdiyi üsula istinad edə bilər. Hazırkı iş üzrə mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Vergi qanunvericiliyinə əsasən isə vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşk il edir və kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində qəbul edilir. Qanunvericilik vergilərin hesablanmasını inzibati aktla əlaqələndirdiyindən və Vergi Məcəlləsinin 67-ci maddəsi də vergilərin hesablanması ilə bağlı metod və üsulları tənzimlədiyindən, vergilərin hesablanması barədə müvafiq inzibati aktın qəbul edildiyi tarixdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Başqa sözlə, hazırkı iş üzrə mübahisələndirilən qərar 2024-cü ildə qəbul edildiyindən cavabdehin Vergi Məcəlləsinin 67-ci maddəsindəki ardıcıllığa riayət etmədən hətta 2020 və 2021-ci illərə dair vergi hesablamaq hüququ vardır. Qərarda razılaşmadıqları digər məqam VM-nin 58.1-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə VM-nin 55.1.5-ci mad dəsinin tətbiq edilməsidir. Bununla əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki, “vergi orqanı tərəfindən 2022 və 2023-cü illərin əlavə dəyər vergisi üzrə müvafiq olaraq 39295,90 manat və 54483.77 manat azaldılmasının, 39290.65 manat və 10827,78 manat artıq hesablanmasının müəyyən edilməsinə baxmayaraq, VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış bütün vergilərə görə maliyyə sanksiyasının hesablanması VM-nin 55.1.5-ci maddəsinin tələblərinin nəzərə alınmamasına səbəb olmuşdur.” VM-nin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəz ərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Səyyar vergi yoxlaması aktından görünür ki, iddiaçı cəmiyyət tərəfindən ƏDV bəyannamələrdə əks olunmayaraq yayındırılmış ƏDV məbləği 2021-ci il üzrə 42732,08 manat, 2022-ci il üzrə 39318,79 manat, 2023-cü il üzrə 54514,28 manat olmuş, yayındırılmış vergi məbləğlərinin 50 faizi miqdarında 2021-ci il üzrə 21366,04 manat, 2022-ci il üzrə 19659,40 manat, 2023-cü il üzrə 27257,14 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi, VM-nin 58.1-ci maddəsinin tələblərinə əsasən yayındırılmış məbləğin 50 faizi həcmində cavabdeh maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan ƏDV üzrə artıq hesablanmış vergi məbləğlərini nəzərə aldığı üçün yayındırılmış tam məbləğə maliyyə sanksiyası tətbiq edə bilməz. VMdə əks olunmuş müddəaları qarşılıqlı təhlil edilən zaman məhkəmənin yanlışlığa yol verdiyini görmək olar. Məhkəmənin istinad etdiyi 55.1.5-ci maddədəki tənzimləmə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması ilə bağlıdır. Yəni qanunverici bir tədiyyə üzrə artıq hesablamanın digər tədiyyə üzrə borcların hesablanmasında nəzərə alınması xüsusatını vergi ödəyicisinin təqsirini istisna edən hal kimi qəbul etmişdir. Nəzərə alınmalı hal ondan ibarətdir ki, hazırkı işdə eyni tədiyyə daxilində (ƏDV üzrə) mövcud olmuş artıq hesablama borcun hesablanması zamanı nəzərə alınmışdır. Yəni iddiaçının ƏDV üzrə 39182.85 manat və 10827,78 manat artıq hesablaması elə ƏDV üzrə yekun vergi öhdəliyinin formalaşmasında nəzərə alınmışdır. Daha sonra məhkəmə qərarında qeyd edilmişdir ki, “səyyar vergi yoxlaması aktında cavabdeh tərəfindən ƏDV-nin hesablanması xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək dövr üzrə aparılmışdır. Bununla da cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tələbini pozmuşdur.” Hesab edirlər ki, məhkəmə ifadə etdiyi bu mövqe də digər mövqelər kimi əsaslı deyil. VM-nin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisini n son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmçinin VM-nin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. VM-nin 36.3 və 178-ci maddələrinin qarşılıqlı təhlillərinə görə əlavə dəyər vergisi üzrə 3 illik yoxlama müddəti 36 ayı əhatə edir. xx.xx.2024-cü il tarixli səyyar vergi yoxlaması aktından da görünür ki, ƏDV-ilə bağlı yoxlanılmalı dövr xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək olan müddəti əhatə etmişdir. 2020-ci ilin sentyabr ayı da daxil olmaqla 2023-cü ilin sentyabrın 1-nə kimi ayların sayı (2020-ci ildə 4 ay, 2021-ci ildə 12 ay, 2022-ci ildə 12 ay və 2023-cü ildə 8 ay) 36 ay təşkil edir. Göstərdiklərindən belə nəticə hasil olur ki, cavabdeh ƏDV ilə bağlı hər hansı müddət pozuntusuna yol verməmiş, iddiaçının əlavə dəyər vergisi üzrə 3 ildən (36 aydan) çox olmayan fəaliyyətini yoxlamışdır. Qərardakı razılaşmadıqları növbəti məqam VM-nin 58.6-cı maddəsi əsasında tətbiq edilmiş maliyyə sanksiyalarına görə məhkəmənin gəldiyi nəticə ilə bağlıdır. VM-nin 58.6-cı maddəsinə əsasən bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 175.1.3cü maddəsinə əsasən alınmış mallara görə ƏDV məbləği malın dəyərinin ödənildiyi gündən gec olmayaraq ödənilməlidir, lakin yoxlama ilə müəyyən edilmişdir ki, 2020-ci il üzrə 5085,26 manat, 2021-ci il üzrə 8411,26 manat, 2022-ci il üzrə 27844,78 manat, 2023cü il üzrə 7702,18 manat ƏDV malın dəyərindən gec ödənilmişdir. Bu baxımdan tərəfimizdən VM-nin 58.66, 175.1.3-cü maddələri əsasında vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında yəni 24521,74 manat cəmiyyətə maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin bildirir ki, tərəfimizdən məhkəməyə “Yoxlama ilə əhatə olunan dövr ərzində əvəzləşməyə verilmiş EQ-lər barədə məlumat” təqdim edilmişdir. Sözügedən cədvəldə iddiaçı cəmiyyətə elektron qaiməfakturanı təqdim etmiş vergi ödəyicilərinin adı, elektron qaimə-fakturaların rekvizitləri, bank məlumatları və ƏDV depozit məlumatları əks olunmuşdur. Həmçinin iddia ərizəsin də VM-nin 58.6-cı maddəsinin tətbiqinə görə hesablanmış maliyyə sanksiyalarının əsassızlığı ilə bağlı hər hansı dəlil əks olunmamışdır. xx.xx.2024-cü il tarixli, **********185008 nömrəli qərarın ƏDV hissəsi ilə əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki. “Cavabdeh inzibati orqan vergi qanunvericiliyin və Konstitusiya Məhkəməsinin qərarında göstərilən tələblərə riayət etmədən birbaşa ekspert rəyi təyin etməklə həmin norma və qərarın müddəalarını pozmuş, belə ki, aparılmış ekspertiza “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun aparılmalı, cavabdeh istinad etdiyi rəy ekspert rəyi olmalı, aparılmış tədqiqat ekspertiza tədqiqatı olmalıdır. İş materiallarına əlavə edilmiş sözügedən ekspert rəyində sadəcə, 4 internet səhifəsindən götürülmüş elana istinad olunmaqla, tanış ol duğu ticarət şəbəkələrinin adları sadalanmamaqla, şifahi məlumat vermiş üçüncü şəxsin fəaliyyət sahəsi və digər zəruri informasiyanı qeyd etməməklə müxtəlif markalı əmtəə betonunun qiyməti müəyyən edilmiş, həmin dəyərin necə müəyyən olunduğu isə ətraflı göstərilməmiş, rəyə həmin internet səhifələrindən çıxarış əlavə edilməmişdir. Mütəxəssis kimi cəlb olunan şəxsin bu sahədə bilik və təcrübəsinin olmasını təsdiq edən hər hansı sənəd (sübut) iş materiallarına əlavə edilməmişdir.” Məhkəmə onu da qeyd edir ki, mütəxəssis tərəfindən iddiaçı üzrə faktiki istehsal edilmiş beton məhsulunun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, sement xammalı əsasında beton məhsulunun istehsal həcminin hesablanması məhsulun maya dəyərinin hesablanmas ı prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Vergi Məcəlləsində (yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olan) nəzərdə tutulmamışdır. Aşağıda göstərilən əsaslara görə məhkəmənin ƏDV ilə bağlı gəldiyi nəticə qanunauyğun deyil. Cəmiyyətin xx.xx.2018-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəsi əsasında xx.xx.2018-ci il tarixli, **********6 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişi ilə qeydiyyata alınmış və ƏDV qeydiyyatı xx.xx.2018-ci il tarixdən qüvvəyə minmişdir. ƏDV-nin yoxlanılması üzrə cəmiyyətin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan fəaliyyət dövrü əhatə edilmişdir. Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələri Vergi Məcəlləsinin 159-cu, 166-cı və 175-ci maddəl ərinin tələblərinə uyğun olaraq ilkin sənədlərə əsasən yoxlanılarkən aşağıdakılar müəyyən edildi: 2020-ci ilin sentyabr, oktyabr ayları üzrə dövriyyənin düzgün müəyyən edilməməsinə görə cəmiyyət tərəfindən ümumilikdə 1832,49 manat ƏDV-nin artıq hesablanması aşkar olunmuşdur. (o cümlədən 2020-ci ilin sentyabr ayı üzrə 1040,49 manat və oktyabr ayı üzrə 792,0 manat) 2020-ci ilin dekabr ayı üçün cəmiyyətə kameral qaydada dövriyyənin düzgün müəyyən edilməməsi ilə bağlı hesablanmış 792,0 manat ƏDV məbləği SVY ilə təsdiq edilmişdir. Ekspert və mütəxəssis rəylərinə əsasən formalaşmış 236425,93 manat (ƏDV-siz) əlavə dövriyyə 2021-ci ilin axırıncı hesabat ayının, yəni 2021-ci ilin dekabr ayının dövriyyəsinə əlavə edilmişdir. Həmçinin yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyət xx.xx.2021-ci il tarix dən xx.xx.2022ci il tarixədək 200 kv. metr anbar sahəsini (ƏDV daxil) ayı 200,0 manat olmaqla "xxxx" MMC-yə ( VÖEN **********) və xx.xx.2021-ci il tarixdən yoxlama dövrünün sonunadək sahəsi 30 kv metr olan dayanacağı (qarajı) (ƏDV daxil) ayı 50 manat olmaqla X7 icarəyə versə də, həmin dövr ərzində yalnız bir halda xx.xx.2022-ci il tarixdə X7 318,60 manat (ƏDV daxil) məbləğində 912515 nömrəli EQ təqdim edilmiş və bəzi hallarda ƏDV bəyannamələrində ƏDV-yə cəlb olunan dövriyyəyə daxil edilmiş, bəzi hallarda isə nəzərə alınmamışdır. Yoxlama ilə qeyd olunan icarə gəlirləri aylar üzrə ƏDV-yə cəlb olunan dövriyyəyə aid edilmişdir. Qeyd olunan icarə dövriyyəsi ilə əlaqədar olaraq 2021-ci ilin iyun-dekabr ayları üçün cəmiyyətə ümumilikdə 175,41 manat əlavə ƏDV hesablanmışdır. Beləliklə 2021-ci il üçün mütəxəssis rəylərinə əsasən formalaşan 236425,93 manat (ƏDVsiz) əlavə dövriyyəyə görə (236425,93*18%)=42556,67 manat, icarə dövriyyəsi ilə əlaqədar olaraq 2021-ci ilin iyun – dekabr ayları üçün 175,41 manat olmaqla ümumilikdə (42556,67+175,41) 42732,08 manat ƏDV-nin azaldılması müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 166, 175-ci maddələrinin tələbləri yoxlanılan zaman yəni vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi zamanı 2022-ci ilin yanvar-dekabr aylarında cəmiyyət tərəfindən büdcəyə hesablanmalı olan ƏDV-nin fakta qarşı 135,94 manat azaldılması müəyyən edilmişdir. Bunun səbəbi onunla izah olunur ki, vergiyə cəlb olunan dövriyyənin düzgün müəyyən edilməməsinə görə həmin ilin iyun ayında 7,63 manat, avqust ayında 7,63 manat, sentyabr ayında 7,63 manat, oktyabr ayında 1827,65 manat və oktyabr ayında 37648,25 manat azaldılması, dekabr ayında isə 39182,85 manat artıq hesablanması müəyyən edilmişdir ki, nəticədə 2022-ci ilin yekununa görə (39318,79-39182,85) ƏDV-nin fakta qarşı 135,94 manat azaldılması müəyyən edilmişdir. Ekspert və mütəxəssis rəyi əsasında 2023-cü ilin yanvar ayından 2023-cü ilin avqust ayına qədər olan dövr üzrə müəyyən edilmiş 2375.72 kub metr müxtəlif markalı beton məhsullarının bazar qiymətinin 263305,34 manat olduğu nəzərə alınmaqla Vergi Məcəlləsinin 159.3.1, 166-cı maddələrinə əsasən 47394,96 manat ƏDV-nin hesablaması müəyyən edilmişdir. Səyyar vergi yoxlaması nəticəsində iddiaçı cəmiyyətin təkrar əvəzləşdirdiyi elektron qaimə-fakturaların olması müəyyən edilmişdir. Bu hallar səyyar vergi yoxlaması aktının 19 -cü səhifəsində axırıncı abzasda əks olunmuşdur. Belə ki, İddiaçı MMC-nin 2023-cü ilin avqust ayının ƏDV bəyannaməsində əvəzləşməyə verdiyi elektron qaimə-fakturalar həm də 2022-ci ilin dekabr ayında da əvəzləşməyə təqdim edilmişdir. Buna görə də, 2023-cü ilin avqust ayında təkrar əvəzləşməyə verilmiş 6269,90 manat məbləğində əlavə dəyər vergisi əvəzləşmədən çıxarılmış və müvafiq hesablama aparılmışdır. Tərəflərindən birinci instansiya məhkəməsinə iddiaçının özünün təqdim etdiyi 2022-ci ilin dekabr və 2023-cü ilin avqust ayları üzrə ƏDV bəyannamələri təqdim edilsə də, iddia tələbi əsassız olaraq həmin hissədə də təmin edilmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 06 may tarixli, 2-1(104)-255/2025 nömrəli qərarı ilə (hakimlər A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1271/2025 saylı qərarı iddianın təmin edildiyi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

11. Cavabdeh vergi orqanı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun apellyasiya şikayətinin dəlilləri təşkil edir. Cavabdeh xüsusilə vurğulayır ki, onun apellyasiya şikayətində irəli sürülmüş bir sıra dəlillərinə hər hansı münasibət bildirilməmişdir. Həmin dəlillər aşağıdakılardır: 1) VM-nin 67.17-ci maddəsinə görə vergitutma obyektinin müəyyən edilməsi üçün 67-ci maddədəki sıra ardıcıllığın gözlənilmədən tətbiq edilməsi faktına; 2) Mübahisələndirilən inzibati aktın qəbul edildiyi zaman qüvvədə olan qanunvericiliyin tətbiq edilməsi faktına; 3) VM-nin 58.6-cı maddəsi ilə hesablanmış maliyyə sanksiyasının əsaslığına dair fakta; 4) Təkrar əvəzləşdirməyə verilmiş elektron qaimə-fakturaların mövcudluğu faktına; 5) VM-nin 55.1.5-ci maddəsinin tətbiqinə dair fakta; 6) VM-nin 36.3-cü maddəsində əks olunmuş müddətlərin düzgün tətbiq edilməsi faktına; 7) VM-nin 58.6-cı maddəsi ilə hesablanmış maliyyə sanksiyasının ləğvinə dair sübutların iddiaçının nümayəndəsi tərəfindən məhkəmə icraatında təqdim edilməməsi faktına. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı tərəfindən kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdı r. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları Maddə 67.1 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır:... Maddə 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. (1 yanvar 2022-ci il tarixdən qüvvədə olan bənd). Maddə 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əs asında hesablanır. Maddə

175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. 175.8. ƏDV ödəyiciləri, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaiməfakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bil ər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə Kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini a raşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Buna dair mövqeyini məhkəmə kollegiyası aşağıdakılarla əsaslandırır.

19. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçınə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********185008 nömrəli qərarı ilə: - 2020-ci ilin mənfəət vergisi üzrə 297,17 manat artıq hesablama; 2021-ci ilin mənfəət vergisi üzrə 51.441,97 manat əlavə hesablama və 25.720,99 manat maliyyə sanksiyası; 2022-ci ilin m ənfəət vergisi üzrə 66.509,93 manat əlavə hesablama və 33.254,97 manat maliyyə sanksiyası; - 2020-ci ilin əlavə dəyər vergisi üzrə 1.832,49 manat artıq hesablama; 2021-ci ilin əlavə dəyər vergisi üzrə 42.556,67 manat əlavə hesablama və 21.278,34 manat maliyyə sanksiyası; 2022-ci ilin əlavə dəyər vergisi üzrə 5,25 manat əlavə hesablama və (39.295,90 manat azaldılmış məbləğə görə) 19.647,95 manat maliyyə sanksiyası; 2023-cü ilin əlavə dəyər vergisi üzrə 43.625,47 manat əlavə hesablama və (54.483,77 manat azaldılmış məbləğə görə) 27.241,89 manat maliyyə sanksiyası; - ƏDV məbləğinin ödənilməməsinə görə VM-nin 58.6-cı maddəsinə əsasən 2020-ci il üzrə 2.542,63 manat, 2021-ci il üzrə 4.205,63 manat, 2022-ci il üzrə 13.922,39 manat, 2023-cü il üzrə 3.851,09 manat və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 19.555,00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mübahisələndirilən qərarın 2021-ci il mənfəət vergisi üzrə mövqe

20. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qərarında (birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayaraq) cavabdehin 2021-ci ilə dair hesablanmış mənfəət vergisi üzrə 51.441,97 manat əlavə hesablamanı və 25.720,99 manat maliyyə sanksiyasını ona görə ləğv etmişdir ki, cavabdeh həmin dövr üzrə birbaşa şərti rentabelliyi tətbiq edə bilməzdi.

21. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərarının bu hissəsi ilə razılaşaraq qeyd edir ki, iddiaçıya vergi borcu şərti rentabellik norması tətbiq etməklə "Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 55 nömrəli qərarına istinad edilərək hesablanmışdır.

22. Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər.

23. Lakin, hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki, həmin Məcəllənin 67ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur.

24. Beləliklə, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Mübahisələndirilən qərarın 2022-ci üzrə mənfəət vergisi mövqe

25. Məhkəmə kollegiyası qeyd edir ki, 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş 67.17-ci maddəsinə əsasən Bu Məcəllənin 67-ci maddəsində s adalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir.

26. Vergi Məcəlləsinin 67-ci maddəsinin müddəalarının (o cümlədən, 67.17-ci maddəsinin) məzmunundan göründüyü kimi, həmin norma cavabdeh inzibati orqana diskresion səlahiyyətlər əsasında qərar qəbul etmək vəzifəsi və hüququ, inzibati aktın qəbulu zamanı hüquq normasının tətbiqi şərtlərini özünün seçiminə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə predmeti iddiaçının 2022-ci il vergi dövrü üzrə mənfəət vergisi olduğundan, cavabdeh orqan əsaslı olaraq vergi ödəyicisinin gəlirlərini müəyyən edə bilmədiyi halda, Vergi Mə cəlləsinin 67-ci maddəsinin ardıcıllığını gözləmədən 67.14-cü maddəyə əsaslanaraq iddiaçının gəlirini müəyyən etmək məqsədi ilə şərti rentabellik tətbiq edə bilər.

28. Apellyasiya instansiyası məhkəməsi cavabdehin Vergi Məcəlləsinin 67-ci maddəsini düzgün tətbiq etməsinə nəzər yetirmədən iddia tələbini həmin hissədə təmin etmişdir.

29. Həmçinin vergi orqanı etirazında və apellyasiya şikayətinin dəlillərində həm də o hala istinad etmişdir ki, iddiaçı bir sıra xərcləri (yanacaq, nəqliyyat və s.) təsdiq edən sənədləri təqdim etməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin dəlillər barəsində qiymətləndirmə aparmamışdır. Nəticədə işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi xərclərin həqiqətən təsdiq olunmaması halının sübut olunubolunmamasını araşdırılmalıdır. Mübahisələndi rilən qərarın ƏDV hissəsi üzrə mövqe

30. Məhkəmə kollegiyası nəzərə alır ki, ƏDV-yə dair hissədə cavabdehin qərarı ekspert rəyi ilə əmtəə betonunun bazar qiymətinin müəyyənləşdirilməsinə əsaslanmışdır. Apellyasiya instansiya məhkəməsi ekspert rəyinə əsasında bazar qiymətinin müəyyən olunması ilə razılaşmamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yalnız internet resurslarından istifadə ilə əmtəə betonun bazar qiymətini müəyyən edərək ƏDV hesablanması qanunsuz olmuşdur. Ekspert yalnız sementin istifadəsinə görə qiyməti müəyyən edə bilməsi mümkün deyildir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan səyyar vergi yoxlaması aktı ilə müəyyən edilmişdir ki, iddiaçı “Mühasibat uçotu haqqında” AR Qanunun və “Kiçik və X3 üçün X2 Standartlarına əsasən mü hasibat uçotunun aparılması Qaydaları”nın tələblərinə uyğun olaraq mühasibat uçotu aparmamış, xx.xx.2024-cü il tarixli imtina aktından görünür ki, yol nəqliyyat qaimələri, nəqliyyat vasitəsinin sürət göstəricilərinə nəqliyyat qaimələri, nəqliyyat vasitəsinin sürət göstəricilərinə və texnikaların faktiki iş saatlarına əsasən mövcud normalara uyğun olaraq yanacaq silgisi aktları tərtib edilmədiyi üçün həmin sənədlərin yoxlamaya təqdim edilməsi mümkün olmamış, beləliklə, iddiaçı cəmiyyətdə mühasibat uçotu qanunla müəyyən edilmiş qaydada aparılmamış, cəmiyyətin xərclərinin formalaşmasında iştirak edən elementlər dəqiq formada rəsmiləşdirilməmişdir.

32. Beləliklə, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ekspertin birbaşa cəmiyyətin istehsal sahəsində avadanlıqların real istehsal gücünün qiymətləndirilməsi nəticəsində tərtib edilmişdir. Cavabdeh yoxlama dövrünü əhatə edən müddət ərzində istehsal həcmi beton istehsalında əsas xammal olan sement xammalının sərfiyyatına uyğun olaraq hesablanmışdır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli **********011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 26.3.1-ci maddəsinə əsasən istehsal sahəsində aparılan yoxlamalarda istifadə olunmuş material, elektrik enerjisi, qaz və digər xərc elementlərinə əsasən, aidiyyəti sahə üzrə texniki normalar nəzərə alınmaqla, istehsal olunan məhsulun həcmi araşdırılmalıdır. Zərurət yarandıqda müşahi də aparılmaqla müəyyən vaxt ərzində elektrik enerjisi və qaz sərfiyyatının həcmi müəyyən edilməli, itkilər nəzərə alınmaqla hər məhsul vahidinə sərf olunan enerji xərcləri əsasında istehsalın həcmi müəyyənləşdirilməlidir.

34. Kollegiya qeyd edir ki, iş üzrə əsas mübahisə predmetinin əmtəə betonunun bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı olduğu nəzərə alınmaqla təkrar baxışda tərəflərin dəlilləri əsasında sözügedən halın mötəbər qaydada müəyyənləşdirilməsi təmin edilməlidir.

35. Həmçinin, işin hallarında olan səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, İddiaçı MMC-nin 2023-cü ilin avqust ayının ƏDV bəyannaməsində əvəzləşməyə verdiyi elektron qaimə-fakturalar həm də 2022-ci ilin dekabr ayında da əvəzləşməyə təqdim edilmişdir. Buna görə də 2023-cü ilin avqust ayında təkrar əvəz ləşməyə verilmiş 6269.90 manat məbləğində əlavə dəyər vergisi əvəzləşmədən çıxarılmış və müvafiq hesablama aparılmışdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi 2023cü ilin avqust ayının ƏDV bəyannaməsində əvəzləşməyə verdiyi elektron qaimə-fakturalar dairəsini, həcmini və 2022-ci ilin dekabr ayında da əvəzləşdirilməsi faktını müəyyən etmədən düzgün olmayaraq iddia tələbinin həmin hissədə təmin edilməsi barədə qərarı qüvvədə saxlamışdır.

37. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti q ismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 06 may tarixli, 21(104)-255/2025 nömrəli qərarı “cavabdehin xx.xx.2024-cü il tarixli **********185008 nömrəli qərarının 2021-ci il üzrə 51441,97 manat mənfəət vergisinin azaldılmasına görə 51441,97 manat əlavə hesablanmanın aparılması və 25720,99 manat maliyyə sanksiyasının tətbiq olunmasının ləğv edilməsi”nə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qərar baxılan qalan hissələrdə ləğv olunaraq həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar