Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2836/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(108)59/2025 nömrəli q ərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 24 aprel 2015-ci il tarixli, 352 nömrəli qərarının surətindən məlum olur ki, Naxçıvan ŞHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən, xx.xx.1992-ci ilə kimi Naxçıvan şəhər xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sol ayağın İİİ barmağının odlu silahla (qəlpə) sonra irinləmiş yarası və sol saidin ön səthinin qəlpə yarası” (Azərbaycan Respublikası SHXÇDX-nin Naxçıvan şəhər idarəsinin xx.xx.2014-cü il tarixli 1343 saylı göndərişi, xx.xx. 2014-cü il tarixli 774 saylı arayışı, Naxçıvan şəhər xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, vətəndaşın xx.xx.2016-cı il tarixli ərizəsi, MN MHHK-nın həkim mütəxəssisinin və cərrahın rəyləri ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". (Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi. MN MHHK-nın 235 saylı xx.xx.2015-ci il tarixli protokolu).
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 04 avqust 2016-cı il tarixli, 751 nömrəli qərarının surətindən görünür ki, Naxçıvan ŞHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş z onasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Naxçıvan şəhər xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sol ayağın İİİ barmağının odlu silahla (qəlpə) sonra irinləmiş yarası və sol saidin ön səthinin qəlpə yarası” (Azərbaycan Respublikası SHXÇDX-nin Naxçıvan şəhər idarəsinin xx.xx.2014-cü il tarixli 1343 saylı göndərişi, xx.xx.2014-cü il tarixli 774 saylı arayışı, Naxçıvan şəhər xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, vətəndaşın xx.xx.2016-cı il tarixli ərizəsi, MN MHHK-nın həkim mütəxəssisinin və cərrahın rəyləri ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. MN MHHK-nın xx.xx.2015-ci il tarixli 352 nömrəli qərarı ləğv edilir. (Əsas: Azər baycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi. MN MHHK-nın 737 saylı 04.08. 2016-cı il tarixli protokolu).
3. İddiaçı məxsus 004277 nömrəli 28 avqust 2018-ci il verilmə tarixli vəsiqəyə əsasən vəsiqə sahibi Azərbaycan Rspublikasının müdafiəsi zamanı İİ qrup əlildir, əlillik ömürlük müəyyənləşdirilmişdir.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N yanvar 2025-ci il tarixli, 15 nömrəli arxiv arayışından məlum olur ki, Bağırov X5 Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi üzrə xx.xx.1991-ci il tarixli 015 nömrəli əmrlə şəxsi heyətin siyahısına daxil edilmişdir. Şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat yoxdur.
5. Az ərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin 31 yanvar 2025-ci il tarixli, 3-43- 75/2-153/2025 nömrəli məktubdan məlum olur ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində və xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikası Prezidenti yanında Mühafizə Baş İdarəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Mühafizə Baş İdarəsi rəisinin xx.xx.1996-cı il tarixli 133 ş/h №-li əmrinə əsasən ehtiyata buraxılmışdır.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N mart 2025-ci il tarixli, 3-25-210/ 2749/2025 nömrəli məktubu ilə Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi üzrə 1 may 1992-ci il tarixli 133 nömrəli əmrdən çıxarışda (ermənilərin Muxtar Respublika ərazisinə basqını ilə əlaqədar “Sədərək” döyüş bölgəsinə göndərilənlər haqqında) “idman rotası”nda İddiaçı adı qeyd olunmuşdur.
7. Naxçıvan Muxtar Respublikası X3 X7 X8 Respublikası Xəstəxanası publik hüquqi şəxsinin 3 mart 2025-ci il tarixli, 18-1-92-1/135 nömrəli məktubundan məlum olur ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xəstəxananın Travmatologiya şöbəsində stasionar müalicə olmuşdur. Onun adına açılmış stasionar xəstənin tibbi kartasının, rentgen müayinələrinin və stasionar epikrizin surətləri iş materiallarına əlavə edilmişdir.
8. Naxçıvan Muxtar Respublikasının X1 Epikrizin surətindən məlum olur ki, İddiaçı İİİ barmaq orta və proksimal falanqa səviyyəsində ayaq üstə sahədə yumşaq toxumada 3 mm ölçüdə 2 ədəd metal intensivlikli kölgəliklər-qəlpə izlənir. Sol baldırın aşağı 1/3-də arxada yumşaq toxumalar içərisində metal intensivlikli yad cisim-qəlpə izlənilir.
9. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 19 dekabr 2024-cü il tarixli, 3-25-212-B1229820/2024 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün daxil olan sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmış, müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissə tərəfindən verilən xx.x x.2024-cü il tarixli 636 nömrəli arayışa əsasən X6 Komitəsinin əmrlərində şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat olmadığına görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1972-ci il tarixdə anadan olmuşdur. Naxçıvan ŞHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış və Sədərək uğrunda döyüşlərdə iştirak etmişdir. O, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə xəsarət almış və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Naxçıvan şəhər xəstəxanasında müayinə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli qərarında qeyd olunur ki, “Naxçıvan ŞHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Naxçıvan şəhər xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sol ayağın İİİ barmağının odlu silahla (qəlpə) sonra irinləmiş yarası və sol saidin ön səthinin qəlpə yarası” (Azərbaycan Respublikası SHXÇDX-nin Naxçıvan şəhər idarəsinin xx.xx.2014-cü il tarixli 1343 saylı göndərişi, xx.xx.2014 -cü il tarixli 774 saylı arayışı, Naxçıvan şəhər xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, vətəndaşın xx.xx.2016-cı il tarixli ərizəsi, MN MHHK-nın həkim mütəxəssisinin və cərrahın rəyləri ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. O, müharibə veteranı adını və vəsiqəsini almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir.
12. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dö vrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci "hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
13. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2-1(122)-637/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – E.Hüseynov).
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbində qeyd etdiyi tarixdə Sədərək uğrunda döyüşlərdə iştirak etməsi barədə məlumat hərbi biletdə əks olunmasa da, məhkəmə icraatı gedişində əldə olunan arayışlardan, Mərkəzi Hərbi Həkim Komissiyasının 751 nömrəli qərarından, xx.xx.1992-ci il tarixli, 644 nömrəli Xəstənin stasionar tibbi kartoçkasından və şahid ifadələrindən onun döyüşən ordunun sıralarında döyüşlərdə iştirak etməsi faktı təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır.
15. Məhkəmə hesab etmişdir ki, döyüş əməliyyatlarında iştirak etdiyindən, döyüş zamanı yaralandığından, hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin səkkizinci abzasında tələb olunan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikasında döyüş əməliyyatları aparan hərbi hissə tərkibində hərbi xidmət keçmiş şəxslərə, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə nazirliyi tərəfindən verilmiş arayışlar, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sən ədlər əsasında müharibə veteranı adı veriləcəyinə dair şərti iddiaçıya münasibətdə ödənilmişdir.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(108)-59/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2-1(122)-637/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – S.Novruzov, hakimlər – Y.Qurbanov, M.Həsənov).
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qey d etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N nömrəli hərbi hissələrdə hərbi xidmət keçməsi, “Sədərək” döyüş bölgəsində “idman rotası”nda döyüş əməliyyatlarında döyüşlərdə iştirak etməsi və yaralanması cavabdeh tərəfindən mübahisələndirimir.
19. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırır ki, iddiaçının xx.xx.1991-ci il tarixdə şəxsi heyətin siyahısına salınması barədə məlumat olmasına baxmayaraq onun sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata və ya istefaya buraxılması barədə məlumat aşkar edilmədiyinə görə ona "Müharibə veteranı” adının verilməsindən imtina edilmişdir.
20. İddiaçının qanuni əsasla ehtiyata buraxılmadığı barədə cavabdehin dəlili əsaslı deyildir.
21. Qanunverici Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyü ş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni özbaşına tərk etməyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş, barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə münasibətdə Əsasnamənin tələblərinə uyğun olaraq müharibə veteranı adının və vəsiqəsinin verilməsini qadağan etmiş, belə şəxslər dairəsindən isə məhz Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsləri istisna etmişdir. Başqa sözlə şəxs qanuni əsaslarla tərxis olunmasa belə, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edildikdə ona müharibə veteranı adı və vəsiqəsi verilir.
22. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 004277 nömr əli 28 avqust 2018ci il verilmə tarixli vəsiqəyə əsasən vəsiqə sahibi Azərbaycan Respublikasının müdafiəsi zamanı İİ qrup əlildir, əlillik ömürlük müəyyənləşdirilmişdir.
23. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0005 nömrəli xx.xx.2005-ci il tarixli qərarından məlum olur ki, əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi olaraq müəyyənləşdirilmişdir.
24. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı işin faktiki halları, konkret sübutlarla, o cümlədən iş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı, arayışlar, ə mrlər və hərbi biletlə təsdiq edilir.
25. Hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar – sənədləri təqdim etmiş və həmin sənədlərdən onun döyüş əməliyyatlarında iştirak etməsi, yaralanması, aldığı odlu silah (qəlpə) yarası ilə əlaqədar müayinə və müalicə olunması sübuta yetirilmiş, cavabdeh inzibati orqan isə bu halın əksini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir.
26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış hər iki instansiya məhkə məsi iş materiallarını düzgün araşdırmamış və iddia ərizəsi əsasında qərar qəbul etmişdir. Belə ki, iddiaçının xidmət keçdiyi iddia edilən N nömrəli hərbi hissə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olmamışdır. Həmçinin iş materiallarından görünür ki, iddiaçının sonuncu xidmət yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmamışdır. İddiaçının sonuncu xidmət keçdiyi və müvafiq qaydada ehtiyata buraxıldığı Azərbaycan Respublikası Prezidenti yanında Mühafizə Baş İdarəsi olmuşdur. Belə olan halda Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati işdə cavabdeh ola bilməzdi. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il t arixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci maddəsinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilər ində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi d öyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Az ərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarını n izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya in stansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə akt ının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qa nunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. Hazırda iddiaçının hüquqi marağı müharibə veteranı adı və vəsiqəsinin verilməsinə yönəlmişdir.
38. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, iddiaçının Azərbaycan Respubli kasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı işin faktiki halları, konkret sübutlarla, o cümlədən iş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı, arayışlar, əmrlər və hərbi biletlə təsdiq edilir.
39. Bundan başqa, məhkəmə kollegiyası şəxsin qanuni əsaslarla tərxis olunmasa belə, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edildikdə ona müharibə veteranı adı və vəsiqəsi verilməsinə dair apellyasiya instansiya məhkəməsinin mövqeyini də əsaslı hesab edir.
40. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinasının və apellyasiya şikayətlərinin dəlilləri iddiaçının məhz hərbi xidmətdən qanuni əsaslarla ehtiyata və ya istefaya buraxılması barədə məlumat aşka r edilmədiyi olsa da, hazırkı kassasiya şikayətində bu hal mübahisələndirilməyərək tam yeni dəlillər irəli sürülmüşdür.
41. Kassasiya şikayətinin yeni dəlilləri isə iddiaçının xidmət keçdiyi iddia edilən N nömrəli hərbi hissənin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olmaması və iddiaçının sonuncu xidmət keçdiyi və müvafiq qaydada ehtiyata buraxıldığı Azərbaycan Respublikası Prezidenti yanında Mühafizə Baş İdarəsi olduğundan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh qismində iştirakının yolverilməzliyindən ibarət olmuşdur.
42. Kassasiya şikayətinin dəlillərinə münasibətdə ilk öncə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kassasiya şikayətinə əlavədə nə imtina məktubunda, nə iddiaya qarşı etirazında, nə də apellyasiya şikayətində qeyd etmədiyi, iş üzrə biri nci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan tamamilə yeni dəlillər irəli sürərək yeni mübahisə açmışdır. Belə olan halda, həmin dəlillər kassasiya baxışının da predmeti ola bilməz.
43. Cavabdeh nəzərə almalıdır ki, şəxsin müraciətinin təmin edilməsindən imtina ilə bağlı hər dəfə yeni dəlillərə, xüsusən də kassasiya icraatında tamamilə yeni dəlilə istinad etməkdə haqlı sayıla bilməz və belə hal bir tərəfdən, şəxsin səmərəli müdafiə hüququnun təmin olunması, digər tərəfdən isə, prosessual qənaət prinsipinin tələbləri baxımından yolverilməzdir. Obyektiv araşdırma prinsipinin tələbinə görə, inzibati orqan inzibati icraat çərçivəsində şəxsin müraciətinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borc ludur və işin bütün hallarının araşdırılması onun xidməti vəzifəsindən irəli gəlir. Şəxsin müraciətinin təmin edilibedilməməsi qənaətinə gələrkən, cavabdeh məhz qanunvericiliyin tələblərinə uyğun aparılmış inzibati icraatın nəticəsinə əsaslanmalıdır. Cavabdeh imtinanın predmetini təşkil etməyən yeni dəlillərə yalnız obyektiv səbəblərin mövcud olduğu hallarda və iş üzrə kassasiya icraatına qədər olan mərhələdə istinad etməyə haqlıdır.
44. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin N nömrəli hərbi hissənin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olmaması dəlilini əsassız hesab edərək subyektiv mülahizə kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş SHXÇDX-nin Naxçıvan M.R üzrə Baş İdarəsinin 31 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 15 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi üzrə xx.xx.1991-ci il tarixli 015 nömrəli əmrlə şəxsi heyətin siyahısına daxil edilmişdir. Göründüyü kimi, iddiaçının Müdafiə Nazirliyinin tabeliyində olmayan hərbi hissənin tərkibində döyüşdüyü halda iddiaçı barəsində məhz Müdafiə Nazirliyinin tabeliyində olan N nömrəli hərbi hissə tərəfindən şəxsi heyətin siyahısına daxil edilməsi barədə arayışın verilməsi mümkünsüz olardı.
45. Odur ki, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(108)-59/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.