Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2850/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: əlilliyin təyin edilməsi və ya təyin edilməsindən imtina olunmasına dair tibbisosial ekspert komissiyalarının qərarları inzibati aktdırlar, iddia müddəti, mümkünlük. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1742/2019 saylı iş üzrə 03 iyul 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında TibbiSosial Ekspert Komissiyasının 16 mart 2018-ci il tarixli qərarı ilə İddiaçı əlavə müalicəyə ehtiyacın olduğuna istinadla əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Daha sonra yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasının 29 may 2018-ci il tarixli qərarı ilə İddiaçı yenə də əlavə müalicəyə ehtiyacın olduğuna istinadla əlilliyin təyin edilməsindən imtina olunmuşdur. İddiaçı cavabdehin hərəkətlərini qanunsuz hesab edərək məhkəməyə müraciət etməklə onun həqiqi hərbi xidmət dövründə tutulduğu xəstəliyi ilə bağlı müvafiq əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2069/2019 saylı, 16 may 2019-cu il tarixli qərardadı (hakim - E.Ə.Əliyev) ilə iddia mümkün sayılmamışdır. Məhkəmə özünün mövqeyini onunla əsaslandırmışdır ki, idd iaçı 07 fevral 2019-cu il tarixdə məhkəməyə müraciət etməklə İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1742/2019 saylı, 03 iyul 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və K.N.Abiyeva) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2069/2019 saylı, 16 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 iyul 2019-cu il tarixli qərardadını ləğv edib, işin yeni məhkəmə bax ışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, məhkəmə qərardadı ilə tanış olarkən açıq-aşkar müəyyən olunur ki, işin faktiki halı tam, hərtərəfli araşdırılmamış, cavabdehin əsassız dəlillərinə istinad edilməklə qərardad qəbul edilmiş, bununla da, MPM-nin 88-ci, və İPM-nin 12.1, 12.2-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. İşin mahiyyəti ondan ibarətdir ki, o, 1997-ci ildə həqiqi hərbi xidmətə getmiş və xidmətdə olarkən ağır xəstələnmişdir. Xəstəliyi ilə bağlı 04 noyabr 1998-ci il tarixdən 20 noyabr 1998-ci il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında “sol ağ ciyərin aşağı payının kəskin bucaql ı pnevmaniyası” diaqnozu ilə müalicə olunmuşdur. Hazırda aradan keçən müddətdə xəstəliyi daha da kəskinləşmiş, aylarla müalicə olunmasına baxmayaraq xəstəlik daha da ağır mərhələyə keçmişdir. Hazırda tibbi sənədlərdən müəyyən olunur ki, onun xəstəlik diaqnozu “AXOX.Emfizematoz forma, kəskinləşmə mərhələsi orta ağır gedişli. Xronoki ağciyərürək çatışmazlığı İİ mərhələ. Xronoki tənəffüs çatışmazlığı İİİ dərəcə”-dir. Ona görə də, pozulmuş hüquqları məhkəmə tərəfidən bərpa edilməlidir. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. Bununla yanaşı, cavabdeh məhkəməyə kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etm işdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti ilə bağlı qiymətləndirmə aparılarkən əlavə müalicəyə ehtiyacın olması müəyyən olunduğu üçün əlilliyin təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. Belə ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.4-cü bəndinə görə ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşaiyət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri olduğu hallar ikinci dərəcə əlilliyin təyininə əsas verir. Səhiyyə müəssisəsi tərəfindən İddiaçı rəsmiləşdirilmiş hər iki göndərişdə son bir il ərzində dörd dəfə kəskinləşməni göstərən stasionar müalicələr barədə məlumat qeyd e dilmir. Köməkçi diaqnostik müayinənin nəticəsi isə ikinci dərəcə tənəffüs çatmamazlığının olmasını təsdiq etmir. Buna görə də, əlillik təyinatının aparılması mümkün olmamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.3-cü bəndinə əsasən, TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxç ıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmin Əsasnamənin 3.1.3-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarını n qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyən etmək TSEK-in vəzifələrindən biridir. Həmin Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Həmin Əsasnamənin 5.4-cü bəndinə əsasən, TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. Həmin Əsasnamənin 5.5-ci bəndinə əsasən, TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş he sab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. Qeyd edilənlərin hazırkı işin hallarına tətbiqi ilə bağlı müəyyən olunur ki, iki dəfə - TibbiSosial Ekspert Komissiyasının 16 mart 2018-ci il tarixli və 29 may 2018-ci il tarixli qərarları ilə iddiaçıya əlilliyin təyin olunmasından imtina olun muşdur. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, sonuncu 29 may 2018-ci il tarixli qərarın çap tarixi 21 avqust 2018-ci il tarixdir. Belə olan halda, ən geci həmin tarixdə iddiaçı TSEK-in qərarı barədə məlumatlı olmuşdur. Lakin o, məhkəməyə 07 fevral 2019-cu il tarixdə hazırkı iddia ilə müraciət etmiş, bununla da, İPM-in 38-ci maddəsində təsbit olunmuş iddia müddətlərini ötürmüşdür. Həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina ba rədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən edilmiş hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Ona görə də, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti isə təmin olunmadan saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İdiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-1742/2019 saylı iş üzrə 03 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2850/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2850/2019
29.10.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver