Məhkəmə qərarları › İş №2-1(102)-2851/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2851/2024

28.11.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2851/2024 28.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müavinətin məbləğinin azaldılmasının qanuniliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “onun diaqnostik qiymətləndirmədən keçməməyi səbəbindən Mingəçevir Şəhər Ə.Quliyev adına peşə liseyindən əmək xəsarətinə görə ödənilən məvacibdən hər ay 14 manat pulun çıxılması nın qanunsuz hesab edilərək, əmək xəsarətinə görə ödənilən məvacibin üzərinə hər ay üçün 14 manat məbləğin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2024-cü il tarixli, 2-1(105)-410/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1988-ci ildə Mingəçevir şəhər 39 nömrəli Texniki Peşə Məktəbində İstehsalat əmək xəsarəti almış, 219057 nömrəli vəsiqəyə əsasən İ qrup əlildir.

2. İddiaçı cavabdehə müraciət edərək əmək xəsarətinə görə ona ödənilən aylıq müavinətdən tutulmaların dayandırılmasını xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bild irmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2022-ci il tarixli, 16 nömrəli qərarı ilə təsdiq olunmuş Dövlət Peşə Təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış və aparılmamış istehsalat təlimi ustalarının aylıq vəzifə maaşlarının xx.xx.2022-ci il tarixdən qüvvədə olan cədvəlin 5-ci bəndinə əsasən diaqnostik qiymətləndirmədən keçməyən istehsalat təlimi ustalarının aylıq əmək haqqısı 414 manat təşkil edir. İddiaçıya həmin məbləğin 25 faizi həcmində hər ay 103.50 manat məbləğində təqaüd ödənilməlidir. Ona 2022-ci ilin yanvar ayından iyun ayınadək köçürülən təqaüd məbləği 103.50 manat əvəzinə 117.50 manat olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qa rşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “onun diaqnostik qiymətləndirmədən keçməməyi səbəbindən Mingəçevir Şəhər Ə.Quliyev adına peşə liseyindən əmək xəsarətinə görə ödənilən məvacibdən hər ay 14 manat pulun çıxılmasının qanunsuz hesab edilərək, əmək xəsarətinə görə ödənilən məvacibin üzərinə hər ay üçün 14 manat məbləğin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 1988-ci ildə əvvəlki adı Mingəçevir şəhər 39 nömrəli Texniki Peşə Məktəbi, hazırkı X1 adına Mingəçevir şəhər 1 saylı Texniki Peşə Məktəbində istehsalat təlimi ustası işləyərkən əmək xəsarəti almış, sol əlinin 3 barmağı amputasiya olunmuşdur. 1998-ci il tarixli istehsalda bədbəxt hadisə barədə akta əsasən həkim-ekspert komissiyası tərəfindən ona aldığı xəsarətə görə əmək haqqının 25 faizi məbləğində ömürlük təqaüd müəyyən edilmişdir. Həmin təqaüdün məbləği Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən 2022-ci ilin yanvar ayından 117,5 manat olmuşdur. Qeyd edilən təqaüd məbləğini 2022-ci il may ayına kimi almış, iyun ayından etibarən isə təqaüdü 14 manat azaldılaraq 103,5 manat müəyyən edilmişdir. Bu barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət etmiş, onun müraciətinə aidiyyəti üzrə Peşə Təhsili üzrə Dövlət Agentliyində baxılmışdır. Lakin müraciəti təmin edilməmişdir. İddiaçı cavabdehin imtina məktubu ilə razılaşmamış, yenidən Təhsil Nazirliyinə yazılı müraciət etmişdir. Təkrar müraciəti də təmin olunmamışdır. O, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 də müraciət etmiş, lakin ona heç bir köməklik edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Cavabdeh iddia dair etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli qərarına əsasən təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Diaqnostik qiymətləndirmə isə müəllimlərin dərs yükünün və əməkhaqlarının artırılması məqsədilə aparılır. NK-nın 1 fevral 2018-ci il tarixli, 26 nömrəli qərarına əsasən dövlət peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış müəllimlərin, baş ustaların və istehsalat təlimi ustalarının aylıq vəzifə maaşı müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, baş ustaların və istehsalat təlimi ustalarının aylıq vəzifə maaşından 25 faiz aşağı, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış gənclərin çağırışa qədərki hazırlığı və fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşı müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışa qədərki hazırlığı və fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşından 10 faiz aşağı müəyyən edilmişdir. Sözügedən qərarın 1.4-cü bəndinə əsasən hamilə qadınlar, uşağının üç yaşınadək sosia l məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində, azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər. Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin istehsalat təlim ustası, 1-ci qrup əlil İddiaçı müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etmədiyi üçün onun aylıq vəzifə maaşının müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, baş ustaların və istehsalat təlimi ustalarının aylıq vəzifə maaşından 25 faiz aşağı ödənilməsi müəyyən edilmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(118)-2065/2024 nömrəli q ərarı ilə (hakim C.Məmmədov) iddia tələbi rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, cavabdehin imtinası qanunidir. Belə ki, İddiaçı istehsalat təlim ustasının vəzifəsində işlədiyinə görə ona səhvən müəllim üçün nəzərdə tutulmuş vəzifə maaşının 25% həcmində əmək zədəsi üzrə müavinət ödənilmiş və bir müddətdən sonra həmin səhv cavabdeh təşkilat tərəfindən aradan qaldırılmışdır.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyun 2024-cü il tarixli, 2-1(106)-120/2024 nömrəli qərarı ilə (hakimlər: Z.Məmmədov - sədrlik edən və məruzəçi, G.Cabbarova və H,Babayeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya müavinətin səhvən müəllim vəzifəsinin 25 faizi həcmində təyin edildiyi müəyyən olunmuşdur. Bu səbəbdən həmin tarixdən İddiaçı istehsalat təlim ustasının vəzifə maaşının 25 faizi həcmində müavinət verilmiş və müəllim kimi ona artıq ödənilmiş vəsait geri qaytarılmışdır. Bundan sonra, diaqnostik qiymətləndirmədən keçən istehsalat təlim ustalarının əmək haqqında artım olmuş, Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş həmin artım ona şamil edilməmişdir. Bu səbəbdən 2022-ci il üçün İddiaçı müavinəti onun əmək stajına müvafiq hesablanmaqla dia qnostik qiymətləndirmə aparılmamış istehsalat təlim ustası kimi ən yüksək stavkanın-414 manatın 25 faizi olaraq 103.50 manat ödənilmişdir. Daha sonra, 2023-cü il tarixdən istehsalat təlim ustalarının əməkhaqqının 10 faiz artması ilə əlaqədar olaraq ona diaqnostik qiymətləndirmə aparılmamış istehsalat təlim ustasının maaşının, yəni 455 manatın 25 faizi olaraq 114 manat məbləğində müavinət ödənilir. 2023-cü il tarixdən istehsalat təlim ustalarının əməkhaqqı 10 faiz artmış, qiymətləndirmə aparılmamış istehsalat təlim ustasının maaşı 414 manatdan 455 manata çatdırılmış, iddiaçıya da həmin məbləğin 25 faizi olaraq 114 manat məbləğində müavinət ödənilir. Beləliklə iddiaçının bildirdiyi kimi, artan müavinətin iddiaçıya şamil olunmaması, onun tərəfindən alınmaması halı iş materialları ilə müəyyə n olunmur.

12. Həmin nəticəyə gələrkən apellyasiya məhkəməsi Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 26 nömrəli Qərarına istinad etmişdir.

13. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayətini işin hallarına uyğun əsaslandıraraq apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 38-cı maddəsinin İ İİ hissəsi və 49-cu maddəsinin Yİİ hissəsinin pozulduğunu bildirmiş və Mülki Prosessual Məcəlləsinin 418.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsas olduğunu qeyd etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətlərinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 26 nömrəli Qərarı 6-1. Dövlət peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətlə ndirilməsi aparılmamış müəllimlərin, baş ustaların və istehsalat təlimi ustalarının aylıq vəzifə maaşı müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, baş ustaların və istehsalat təlimi ustalarının aylıq vəzifə maaşından 25 faiz aşağı, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşı müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşından 10 faiz aşağı müəyyən edilsin. 17. “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilə rin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 1 fevral tarixli 26 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 395 nömrəli Qərarı 1.2. aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin: 6-1. Dövlət peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış müəllimlərin, baş ustaların və istehsalat təlimi ustalarının aylıq vəzifə maaşı müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, baş ustaların və istehsalat təlimi ustalarının aylıq vəzifə maaşından 25 faiz aşağı, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış gənclərin çağırışaq ədərki hazırlığı və fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşı müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşından 10 faiz aşağı müəyyən edilsin.”;

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və ya lnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məh kəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icra at çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarından görünür ki, iddiaçı 1988-ci ildə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ömürlük əlil olmuş və bununla bağlı ona vəzifə maaşının 25 faizi həcmində müavinət ödənilir. Lakin ona müavinət səhvən müəllim vəzifəsinin 25 faizi həcmində təyin edildiyi müəyyən olunmuşdur. Bu səbəbdən həmin tarixdən İddiaçı istehsalat təlim ustasının vəzifə maaşının 25 faizi həcmində müavinət verilmiş və müəllim kimi ona artıq ödənilmiş vəsait geri qaytarılmışdır.

25. Bundan sonra, diaqnostik qiymətləndirmədən keçən istehsalat təlim ustalarının əmək haqqında artım olmuş, Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş həmin artım on a şamil edilməmişdir. Bu səbəbdən 2022-ci il üçün İddiaçı müavinəti onun əmək stajına müvafiq hesablanmaqla diaqnostik qiymətləndirmə aparılmamış istehsalat təlim ustası kimi ən yüksək stavkanın-414 manatın 25 faizi olaraq 103.50 manat ödənilmişdir. Daha sonra isə 2023-cü il tarixdən istehsalat təlim ustalarının əməkhaqqı 10 faiz artmış, qiymətləndirmə aparılmamış istehsalat təlim ustasının maaşı 414 manatdan 455 manata çatdırılmış, iddiaçıya da həmin məbləğin 25 faizi olaraq 114 manat məbləğində müavinət ödənilir.

26. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini qanunvericiliyin normaları ilə birlikdə təhlil etmiş, iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmış, iş üzrə bütün sübutları prosessual qanunvericili yin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirərək əsaslı olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir.

27. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsində irəli sürülmüş dəlillərlə eyniyyət təşkil etdiyindən və həmin xüsusatlarla bağlı hallar araşdırıldığından məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum görmür.

28. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

29. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və ape llyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2024-cü il tarixli, 2-1(105)-410/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar