Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2853/2024 30.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbayc an Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə, 28 saylı protokola əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində məişət xidməti obyektinin tikintisi məqsədilə rəsmiləşdirilməsi nəzərdə tutulan 19.6 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının cavabdehə həvalə olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyun 2024-cü il tarixli, 2-1(105)-337/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ ŞİN HALLARİ
1. Sumqayıt şəhər bələdiyyəsinin 28 saylı, 29 iyun 2005-ci il tarixli qərarı ilə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisindən 20 kv.metr torpaq sahəsi məişət xidməti obyekti tikintisi üçün İddiaçı ayrılmışdır.
2. İddiaçı Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisindən 0,002 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir.
3. Cavabdeh 26 yanvar 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, sənədlərin araşdırılması zamanı 22 iyun 2005-ci il tarixində Sumqayıt Bələdiyyəsinin müva fiq torpaq sahəsinin ayrılması barədə qərar qəbul etdiyi, lakin sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmadığı müəyyən olunmuşdur. Mövcud qanunvericiliyə əsasən, sözügedən torpaq sahəsi üzərində əvvəlcə bələdiyyənin hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bələdiyyə ilə müvafiq müqavilənin bağlanması zəruridir. Belə ki, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 2007-ci il 23 oktyabr tarixli 466-11İQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının İdarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində edilmiş dəyişikliyə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət və İcarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri v asitəsilə əldə edilə bilər. Qanunun 9.6-cı maddəsində edilmiş dəyişikliyə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Əlavə olaraq, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə əsasən, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərar qəbul edir. Həmçinin ərizəyə torpağın dəyərinin bələdiyyənin hesabına ödənilməsinə dair qəbz əlavə edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə 28 saylı protokola əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində məişət xidməti obyektinin tikintisi məqsədilə rəsmiləşdirilməsi nəzərdə tutulan 20 kv.m torpaq sahəsinə dair onun hüquqlarının dövlət qeydiyyatına alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə, 28 saylı protokola əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində məişət xidməti obyektinin tikintisi məqsədilə rəsmiləşdirilməsi nəzərdə tutulan 20 kv.m torpaq sahəsi onun adına rəsmiləşdirilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 320 nömrəli “ayrılmış torpaq sahəsində obyektin in tikintisinə icazə verilməsi barədə” Sərəncamına əsasən ona ayrılmış 20 kv.m torpaq sahəsində məişət xidməti obyektinin tikintisinə icazə verilmişdir. Həmin Sərəncam əsasında torpaq sahəsinə dair xx.xx.2006-ci il tarixdə 645 nömrəli inşaat Pasportu ona təqdim edilmişdir. Daha sonra müvafiq qurumlardan ( AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AR Səhiyyə Nazirliyi, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsi, Sumqayıt şəhər Yanğınsöndürmə İdarəsi) rəylər alınmış, etiraz edilməmişdir. Tərəfindən bütün sənədləşdirmə işləri aparılmış və həmin torpaq sahəsində müvafiq qeyri-yaşayış sahəsi tikilmişdir. Bu günə qədər həmin qeyri-yaşayış sahəsi onun və həvalə etdiyi şəxslərin istifadəsində olmuşdur. Lakin Bələdiyyə tərəfindən ona alqı-satqı müqaviləsi təqdim edilməmiş və bu barədə heç bir m əlumat verilməmişdir. Daşınmaz əmlak üzərindəki hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh təşkilata müraciət etsə də, cavabdeh təşkilat alqı-satqı müqaviləsinin olmaması əsası ilə müraciətindən imtina etmişdir.
6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə, 28 saylı protokola əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində məişət xidməti obyektinin tikintisi məqsədilə rəsmiləşdirilməsi nəzərdə tutulan 19.6 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
7. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-1(118)-2914/2023 nömrəli qərarı ilə (hakim X2) iddia təmin edilmiş, Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 28 saylı protokol qərarı ilə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində məişət xidməti obyektinin tikintisi məqsədilə rəsmiləşdirilməsi nəzərdə tutulan 19.6 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdi r ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqan ı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. Torpağa dair alqı-satqı aktının səlahiyyətli orqanlar tərəfindən tərtib edilməyərək bələdiyyə mülkiyyətində olan torpağın “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun tələblərinə əsasən torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarına uyğun olaraq alqı-satqısının həyata keçirilməklə iddiaçı tərəfindən bələdiyyənin hesabına torpağın satışına görə pulun ödənilməsi özüözlüyündə həmin aktın mövcudluğunu ehtiva edir. Həmin alqı-satqı aktının tərtib edilməməsi iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz.
10. Cavabdeh apellyasiya şikayəti verərə k, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-337/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər X1 /məruzəçi/, X4 və X6) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 21(118)-2914/2023 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə, 28 saylı protokola əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazi sində məişət xidməti obyektinin tikintisi məqsədilə rəsmiləşdirilməsi nəzərdə tutulan 19.6 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının cavabdehə həvalə olunması” tələbinə dair iddia tələbi təmin edilməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materialları ilə mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi halının müəyyən edilməsi mümkün olmadığından iddia tələbi əsaslı sayıla bilməz.
13. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 21-ci maddəs inə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin mövqeyinin əsassız və qanunsuz olduğu qeyd edilir.
15. Belə ki, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə, 28 saylı protokola əsasən, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində 20 kv.m torpaq sahəsinin məişət xidməti obyektinin tikintisi məqsədilə İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 320 nömrəli ''ayrılmış torpaq sahəsində obyektinin tikintisinə icazə verilməsi barədə” Sərəncamına əsasən X3 ayrılmış 20 kv.m torpaq sahəsində məişət xidməti obyektinin tikintisinə icazə verilmişdir. Həmin Sərəncam əsasında torpaq sahəsinə dair xx.xx.2006-ci il tarixdə 645 nömrəli inşaat Pasportu iddiaçıya təqdim edilmişdir. Daha sonra müvafiq qur umlardan (AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AR Səhiyyə Nazirliyi, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsi, Sumqayıt şəhər Yanğın söndürmə İdarəsi) rəylər alınmış, etiraz edilməmişdir. Bütün sənədləşdirmə işləri aparılmış, hətta torpaq sahəsinin dəyəri və həmin torpaq sahəsində müvafiq qeyri-yaşayış sahəsi tikilmişdir. Bu günə qədər həmin qeyriyaşayış sahəsi İddiaçı və onun həvalə etdiyi şəxslərin istifadəsində olmuşdur. Bələdiyyə tərəfindən ümumiyyətlə heç bir müqavilə təqdim edilməmiş, həmçinin ötən 18 il ərzində xüsusi mülkiyyət kimi iddiaçı tərəfindən istifadə olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qan unu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasını n (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanla rı tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə
6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.... 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanların ın rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə
9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (əvvəlki redaksiyada). 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. 9.3. Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Maddə
11. Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi... 11.6. Bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə icarə əsasında verilir. Maddə
20. Torpaqla əlaqədar əqdlərin rəsmiləşdirilməsi 20.1. Bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı, ipotekası, nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləs i: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şik ayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri g östərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı inst ansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Hazırkı işin hallarına görə iddi açının hüquqi marağı Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə, 28 saylı protokola əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində məişət xidməti obyektinin tikintisi məqsədilə rəsmiləşdirilməsi nəzərdə tutulan 19.6 kv.m torpaq sahəsinin onun adına xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir.
27. Lakin məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələbin qanuni əsası mövcud deyildir. Belə ki, Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarında iddiaçının istifadə etdiyi 8-ci mikrorayon ərazisində sahəsi 20 kv.m olan məişət xidməti obyektinin tikintisi üçün onun adına rəsmiləşdirilməsi qeyd edilmişdir.
28. Həmin qərarın məzmununda torpaq sahəsinin iddiaçının adına satılması barədə hər hansı məlumat mövcud deyildir. Bundan əlavə, həmin torpaq sahəsi ilə bağlı arxiv sənədlərində də torpaq sahəsinin iddiaçının adına satılmasına dair alqı-satqı aktı və torpaq sahəsinin dəyərinin ödənilməsinə dair qəbz aşkar edilməmişdir.
29. Eyni zamanda iş materiallarında olan Sumqayıt Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, bağ torpaq sahələrinin, eləcə də fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş bələdiyyə torpaqlarının ayrılmasından fərqli olaraq sahibklarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş torpaq sahələri Sumqayıt Bələdiyyəsi tərəfindən, bir qayda olaraq mülkiyyət hüququ ilə deyil, icarə hüququ əsasında ayrılır. Mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq alqı-satqı aktının tərtib edilməməsinin və ödəniş qəbzinin olmamasının səbəbi həmin torpaq sahəs inin Suqmayıt Bələdiyysəi tərəfindən İddiaçı mülkiyyətinə deyil, icarəsinə verilməsi ilə əlaqədardır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində olduğu kimi kassasiya şikayətində də mübahisəli torpaq sahəsinin satın aldığını qeyd etsə də, satışın reallaşması ilə əlaqədar hər hansı sübut təqdim edə bilməmişdir. 31. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununa əsasən bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. Həmçinin bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı, ipotekası, nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxs lər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir.
32. Məhkəmə kollegiyası bildirir ki, iş materialları əsasında torpaq sahəsinin iddiaçıya satılmasına dair hər hansı sənədləşmə (aqlı-satqı, ödəniş qəbzi) aparılması müəyyən edilmədiyindən, müvafiq bələdiyyə tərəfindən də belə bir sənədləşmə aparılması halı qəbul edilmədiyindən, habelə iddiaçı tərəfindən torpaq sahəsinin məhz onun mülkiyyətə verilməsinə dair heç bir sübut təqdim edilmədiyindən mübahisəli torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun təsdiqi yol verilməzdir.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq norm alarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyun 2024-cü il tarixli, 2-1(105)-337/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.