Məhkəmə qərarları › İş №2-1(102)-2855/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2855/2025

29.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2855/2025 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmədən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə üçüncü şəxs qis mində məhkəmə icraatına cəlb edilmə barədə ərizəçi Maraqlı şəxs2 və digərlərinin ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 18 iyun tarixli 2-1(103)-2918/2025 nömrəli qərardadından ərizəçi Maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2023-cü il 18 dekabr tarixli, 2-1(112)-12819/2023 nömrəli qərarı ilə Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsi, 51 saylı yaşayış sahəsinin İddiaçı adına qeydiyyata alınmaqla, hüquqların döv lət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

3. Həmin məhkəmə qərar icra olunaraq mübahisə predmeti olan daşınmaz əmlaka dair İddiaçı mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. Maraqlı şəxs2 və qeyriləri Bakı İnzibati Məhkəməsinin 2023-cü il 18 dekabr tarixli, 2-1(112)-12819/2023 nömrəli qərarından şikayət vermişdir. Sonradan həmin şəxslər üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmələrini xahiş etmişdir.

5. Daha sonra ərizəçilər dəqiqləşmə edərək üçüncü şəxs qismində icraata cəlb edilmələrin i, məhkəmənin qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

6. Vəsatət belə əsaslandırılmışdır ki, həmin şəxslər çıxarışın verildiyi yaşayış sahəsinə dair orderdə adıçəkilən Etibar Məmmədovun vərəsələridir və iddiaçının evin özəlləşdirməsinə dair müraciətindən xəbərləri olmamışdır. Eləcə də, məhkəmə iclaslarından xəbərləri olmamışdır. Ərizəçilər qeyd edir ki, orderdə adı olan şəxsin ailə üzvləri kimi 1992-1993-cü il tarixlərdə həmin evdə yaşamışdırlar. Sonradan isə, məcbur olaraq yaşayış sahəsindən cəmi bir-iki metr aralıqda özbaşına tikili inşa edərək, orada yaşamışdırlar. Məmmədov Yaşar İsmayıl oğlu 19 avqust 2007-ci il tarixdə, Məmmədov Etibar Yaşar oğlu 26 avqust 2022-ci il tarixdə vəfat etmişdir. Ölməmişdən öncə X7 Yaşarda miras qalmış əmlakı qəbul etməsi b arədə ərizə ilə müraciət etmiş, vərəsəlik işi açılmışdır Ərizəçilər hesab edir ki, işin faktiki halları, qanunvericiliyin tələbləri, Konstitusiya Məhkəməsinin qərarının tələbinə əsasən evin kirayəçisi olmuş Yaşar Məmmədov və Etibar Məmmədovun evə mülkiyyət hüquqları mövcud olmuşdur. Onların vəfatından sonra onlara məxsus pay miras qalmışdır. Ərizəçilərin vərəsəlik hüququ mövcuddur.

7. Bakı İnzibati Məhkəməsinin 2025-ci il 16 may tarixli, 2-1(112)-12819/2023 nömrəli qərardadı ilə ərizəçi Maraqlı şəxs2 və qeyrilərinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatəti təmin edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, istər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində, istər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarı da adıçəkilən Qərarında, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərardadında üçüncü şəxs statusunda tanınma ilə bağlı meyar qanunla qorunan maraqlarına toxunma ilə əlaqələndirmişdir. Başqa sözlə, qanunvericilik və məhkəmələrin üçüncü şəxsin cəlb edilməli olması ilə bağlı mövqeyi onunla bağlı olmuşdur ki, əgər baxılan və ya baxılmış iş şəxsin qanunla qorunan maraqlarına toxunursa həmin şəxsin icraata cəlb edilməsindən söhbət gedə bilər. Məhkəmə isə, hesab edir ki, hazırkı iş üzrə qəbul edilmiş qərar ərizəçilərin marağını pozsa belə, hər hansı qanunla qorunan marağının pozuntusundan söhbət gedə bilməz. Buna münasibətdə ilkin olaraq qeyd edilməlidir ki, hazırkı halda üçüncü şəxs qoşulma barədə tələb irəli sürən şəxslər məhz vəfat etmiş şəxsin vərəsələri halına istinadla qoşulma barədə müraciət etmişdir. Belə ki, həmin şəxslərin özünə dair istifadə hüququnun mövcudluğundan söhbət gedə bilməz ki, məhkəmə qərar qəbul edərkən də 3 instansiyada baxılmış mülki işə istinadən həmin şəxslərin hüquqlarının tanınmaması səbəbindən onları cəlb etməmiş, eləcə də onların razılığına istifadə hüququna malik olmalı şəxs kimi münasibət bildirmişdir. Belə ki, işin faktiki halları ilə də müəyyən edilir ki, İlqar Abbasov küçəsi ev 51 ünvanda yerləşən yaşayış sahəsin İddiaçı mülkiyyət hüququna məxsus olması haqqında iddia qaldırmış, yaşayış sahəsinə dair orderdə iddiaçının özü ilə yanaşı bu gün varisləri olduğu qeyd edilən Etibar Məmmədovun da adı göstərilmişdir. Həmin şəxs 2022-ci il tarixdə vəfat etmişdir. 3 instansiya məhkəməsinin qətnamələr və qərarından gö rünür ki, iddiaçılar Məmmədov Etibar Yaşar oğlu və Maraqlı şəxs2, X5, X3, X4 cavabdeh İddiaçı və qeyrilərinə qarşı iddia ərizəsi ilə müraciət edərək adıçəkilən mənzilin 1 otağının onların istifadəsinə verilməsi və onlarla icarə müqaviləsinin bağlanılmasını, ora köçürülmələrini xahiş etmişdir. İddianın rədd edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilmiş, qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçılar Məmmədov Etibar Yaşar oğlu və ailə üzvləri olan digər şəxslər mənzildə qeydiyyatda olsa da, 2013-cü il tarixdən həmin mənzildən köçmüşdürlər. Həmin ünvanda daha 3 fərdi yaşayış evi mövcuddur ki, yaşayış evlərindən birində iddiaçı ailə üzvləri ilə birlikdə yaşamaqdadır. Hazırda mübahisəli mənzildə isə R.Məmmədova yaşamaqdadır. Məhkəmə hesab etmişdir ki, həmin şəxslərin, eləcə də Məmmədov Etib ar Yaşar oğlunun mənzildə qeydiyyatda olmasına baxmayaraq istifadə hüquqları 6 aylıq müddət şərti nəzərə alınmaqla artıq mövcud olmamışdır. Son nəticədə də göstərilən iş üzrə Məmmədov Etibar Yaşar oğlunun kassasiya şikayəti təmin edilməmiş, həmin şəxsin istifadə hüququnun itirildiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Göründüyü kimi nəinki hazırkı ərizədə adları çəkilən şəxslərin, orderdə adıçəkilən Məmmədov Etibar Yaşar oğlunun adıçəkilən fərdi yaşayış evinə istifadə hüququnun itirildiyi müəyyən edildiyindən, həmin fərdi yaşayış sahəsinə hər hansı hüququnun olmadığı aşkar edildiyindən, onun ailə üzvləri kimi ərizəçilərin hər hansı qanunla qorunan marağının mövcudluğundan, mövcud olmadığı üçün də hazırkı işin nəticəsində onun pozuntusundan söhbət gedə bilməz. Adıçəkilən şəxslərin yaşayı ş sahəsinə faktiki marağı isə, həmin şəxslərin üçüncü şəxs qismində qoşulması üçün kifayət etmir. Lakin, işin faktiki hallarından görünür ki, adıçəkilən şəxslər orderdə adıçəkilən Məmmədov Yaşar İsmayıl oğlunun vərəsəsi kimi Etibar Məmmədovun vərəsələri olmasına istinadən hazırkı müraciətlə məhkəmə qarşısında çıxış etmişdir ki, məhkəmə hesab edir ki, göstərilən hal da qoşulma üçün əsas qismində çıxış etmir. İlkin olaraq qeyd edilməlidir ki, məhkəmə qətnamələrində Etibar Məmmədov və digər şəxslərin yaşayış sahəsinə köçürmələri, icarə müqaviləsinin bağlanılması tələblərinə baxılarkən istifadə hüququnun itirilməsinə istinaddən əlavə, ümumiyyətlə hər hansı hüququnun mövcud olduğu da müəyyən edilməmişdir ki, şəxsin yaşayış sahəsinə köçürülməsi üçün məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təkc ə istifadə hüququnun mövcudluğu kifayət etməməklə, vərəsə kimi hüququnun mövcudluğu da kifayət edir. Lakin, məhkəmə qətnamələrindən görünür ki, nəinki hazırkı ərizəçilərin Məmmədov Yaşar İsmayıl oğlunun vərəsəsi kimi müraciət edən Etibar Məmmədovun belə 51 saylı yaşayış evinə köçürülməsinə əsas ola biləcək hər hansı bir hüququn, eləcə də vərəsəlik hüququnun mövcudluğu müəyyən edilməmişdir.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Şərt və qaydalarla bağlı göstərilən tələblərdən görünür ki, subyekt baxımından həmin əvəzsiz özəlləşmə prosesində mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri çıxış edir. Belə ki, Qanunda da göstərildiyi kimi mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi təqdim edilən sənədlərdən biri qismində çıxış edir. Lakin, ərizəçilər həmin müddəaların tələbləri nəzərə almadan hesab edir ki, orderdə adıçəkilən şəxsin vəfat etdiyi halda, onun vərəsələri üçün də hər bir halda həmin hüquq münasibəti davam etdirilir. Qeyd olunmalıdır ki, ərizəçilər nəzərə almamışdır ki, özəlləşdirilməsi tələb edilən mənzil və evlər dövlət və ictimai mənzil fonduna aiddir və həmin mənzillərin özəlləşdirilməsində məqsəd kirayə müqaviləsində və ya orderdə adıçəkilən və müraciət edilən anda faktiki həmin mənzil və orderdə adı çəkilən, çəkilməsə belə ailə üzvlərinin mülkiyyət hüquqlarının müdafiəsini təmin etməkdir. Şəxsin vəfat etməsi və ya istifadə hüququnun itirməsi isə göstərilən mənzil və evlərə hüququn saxlanılması baxımından hər hansı əhəmiyyət kəsb etməkdədir. Nəzərə alınmalıdır ki, nəinki vərəsə kimi çıxış edən ərizəçilər, hətta orderdə adıçəkilən Etibar Məmmədovun belə hər hansı hüququ yaşayış sahəsinə olmamışdır. X2 Məmmədov Yaşarın vərəsəsi qismində çıxış etməsinə dair dəlili də vəziyyəti dəyişməməkdədir. Ümumiyyətlə, bununla əlaqədar olaraq ərizəçilərin diqqətinə çatdırılır ki, özəlləşdirmə baxımından orderdə adıçəkilən Məmmədov Yaşarın Etibar Məmmədovdan hər hansı hüquqi baxımından üstünlüyü mövcud olmamış, hər iki orderdə adıçəkilən şəxslər olmuşdur. Birinin özəlləşdirmədə iştirak hüququ vəfat etməsi, digərinin məhkəmə qətnaməsi ilə bitmişdir ki, məhkəmə qətnaməsi ilə istifadə hüququ, özəlləşdirmədə iştirak hüququ mövcud olmayan şəxsin, digər əsasla özəlləşdirmədə iştirak hüququ mövcud olmayan şəxsin vərəsəsi kimi hər hansı hüququnun mövc udluğuna istinadı dövlət və ictimai mənzil fondunun özəlləşdirilməsinə dair qanunvericiliyin göstərilən müddəalarının tələbləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, dövlət və ictimai mənzil fondunun özəlləşdirilməsi prosesində iştirak etmək hüququna malik şəxslərin dairəsi konkretdir, kirayəçi və onunla birlikdə yaşamış şəxslər həmin hüquqa malikdirlər. Şəxsin vəfati zamanı varisin həmin hüququ davam etdirməsi üçün isə, buna dair yeni kirayə müqaviləsinin həmin şəxsin adına bağlanılmasına əsas ola bilər ki, hazırkı halda həmin kirayə müqaviləsi və ya sərəncam mövcud olmamışdır və ola da bilməz. Belə ki, orderdə adıçəkilən digər şəxslərin hüquqları mövcud olmaqda davam edir ki, vəfat edən şəxsin vərəsələrinin həmin hüququ hansı halda saxlaması göstərilməkdədir. Qeyd olunur ki, dövlət və ictimai mənzil fondunda adları çəkilən şəxslərin siyahısı məhz elə həmin şəxslərlə qohumluq münasibətlərinə əsaslanır. Bu səbəbdəndir ki, orderdə məhz Məmmədov Yaşar və onun ailə üzvlərinin adıçəkilməkdədir və həmin şəxslərin hansı halda hüququ saxlanılması, hansı halda itirməsi konkret müəyyən edilmiş, vəfat halında da hansı prosedur həyata keçirilməlidir göstərilmişdir. Belə ki, 6 aylıq müddət ötdükdə istifadə hüququ itirilmiş sayılır, şəxs vəfat etdikdə isə şəxsin ailə üzvünün razılığı ilə kirayə müqaviləsi davam etdirilir. Nəzərə alınmalıdır ki, kirayə münasibətinin davam etməsi anlayışı ilə vərəsə anlayışı hazırkı halda ərizəçilər tərəfindən eyniləşdirilməyə çalışılmış, nəzərə alınmamışdır ki, hazırda fərdi yaşayış evi xüsusi mənzil fonduna daxil oaln ev olmamış, istər Məmmədov Ya şar və digərlərinin mənzil sahəsində faktiki yaşaması, hüququnun mövcud olması özəlləşdirmə üçün əsas olmuşdur. Bu səbəbdəndir ki, Məmmədov Yaşarın vəfatından sonra hazırkı iddia hüququn şəxsə məxsus olması ilə əlaqədar yox, mülkiyyət hüququnun birbaşa iddiaçının adına qeydə alınması ilə əlaqədar olmuş, vəfat etdikdən sonra məhz vərəsəliklə hazırkı hüququn keçmədiyi, mənzilə hüququ saxlanılan şəxslərin kirayə müqaviləsi və ya orderdə adıçəkilən şəxs və ailə üzvləri olması müəyyən edilmişdir ki, göstərilən səbəbdən ərizəçilərin nəinki özlərinin, hətta Etibar Məmmədovun istər istifadə, istər mülkiyyət hüququnun realizəsini tələb etmək hüququ olmamışdır. Qeyd olunmalıdır ki, məhkəmə qətnamələrində ərizəçilərdən X1 adı çəkilməsə də, hüququn saxlanılmaması, atasının istifadə hüququnun və icar ə müqaviləsinin bağlanılması hüququnun mövcud olmaması baxımından, həmin şəxsin də hər hansı hüququnun mövcudluğundan söhbət getmədiyindən məhkəmə hesab edir ki, ərizə bütünlükdə rədd edilməlidir.

10. Ərizəçi apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizəsinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Oruczadə /sədrlik edən və məruzəçi/, G.Abbasova və E.Əliyev) 2025-ci il 18 iyun tarixli, 2-1(103)2918/2025 nömrəli qərardadı ilə ərizəçinin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Ərizəç i Maraqlı şəxs2 kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizəsinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

14. Ərizəçinin kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə barədə ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, kassasiya şikayətinin əsassız olduğu, apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndi rdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müva fiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 17. “ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi qərarı “... İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir.... Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir.” 18. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli qərardadı “37... qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin....

38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüq uqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.

42. Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin da xil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur.

43. Vahid qərardan isə o zaman söz edilə bilər ki, çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edə bilsin. Əgər məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq v ə vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verirsə, hüquqi statusa həmin qərarla birbaşa təsir edilmiş olur. Qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisənin tərəfi olmayan digər şəxslərin hüquqi statuslarına göstərəcəyi mümkün təsirin dərəcəsi və intensivliyi cəlbetmənin adi, yaxud zəruri olduğunun müəyyənləşdirilməsi baxımından önəm kəsb edə bilər. Təsirin yüksək dərəcəsi və müdaxilə intensivliyinin çoxluğu bir qayda olaraq zəruri cəlbetmənin mövcudluğuna işarə edir. Beləliklə, əgər aidiyyəti olan şəxsin hüquqi statusuna birbaşa təsir və ya müdaxilə etmədən məhkəmə qərarını qəbul etmək mümkün deyilsə, o zaman hüququna müdaxilə edilməsi nəzərdə tutulan şəxs zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb olunmalıdır.

76. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquq i marağın mövcudluğu müəyyən olunmalıdır. Əgər məhkəmə qərarının çıxarılmasından sonra həmin qərar əsasında yaradılmış statusdan irəli gələrək dövlət büdcəsindən müəyyən birdəfəlik və ya davamlı ödəmələr aparılmalı olduğu vəziyyəti yaranırsa (məsələn, müxtəlif müavinətlərin, təqaüdlərin, pensiyaların, kompensasiyaların ödənilməsi və s.), bu halda, çıxarılmış məhkəmə qərarları həmin ödəmələri etməli olan orqanların hüquqi maraqlarına toxunmur.

77. İcra hakimiyyətinin vahidliyi prinsipinin tələbinə görə eyni hakimiyyət qolu tərkibində olan ödəmələri həyata keçirən digər icra hakimiyyəti orqanları hüquqi statusun özünün yaranması məsələsini təftiş etmək və mübahisələndirmək hüququna malik deyillər. Həmin orqanların vəzifəsi müvafiq hüquqi status yarandıqdan sonra ondan irəli gələn ödəmələri h əyata keçirməkdir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Ona görə də, məhkəmə qərarı icraatda iştirak edən inzibati orqan üçün məcburi olmaqla bərabər, eyni zamanda, həmin hakimiyyət qoluna aid olan digər suveren hakimiyyət daşıyıcılarının (orqanların) da bu qərara münasibətdə davranışını müəyyən etməlidir. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına əsassız olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələr indən istifadə etmək imkanına malik olur.

78. Kollegiya qanunvericiliyin tələblərini nəzərə almaqla qeyd edir ki, məsələn, şəxsə müharibə veteranı adının, şəhid ailəsi statusunun və ya pensiya təyin edilməsi üçün müvafiq təminat xərcliyinin verilməsi səlahiyyəti bu sahədə qanunvericiliklə müəyyənləşdirilmiş müvafiq orqanlara məxsusdur. İcra hakimiyyətinin vahidliyi prinsipindən irəli gələn həmin hakimiyyət qoluna daxil olan orqanların fəaliyyətinin təşkilinin ümumi qaydasına görə məhz həmin orqanlar şəxsin müvafiq statusunu (məsələn, müharibə veteranı, şəhid ailəsi, işsiz və s.) tanımaq səlahiyyətinə malikdirlər. Onlar tərəfindən verilmiş qərarlar maraqlı şəxslərə müvafiq status qazandırır. “İnzibati icraat haqqında” Qanuna görə sözügedən orqanlar bu qaydada statusu müəyyən edən qərarlar q əbul edərkən daha sonra həmin statusdan irəli gələrək hansısa ödəmələr həyata keçirməli olan digər orqanları bununla bağlı apardıqları inzibati icraata məcburi qaydada cəlb etmək öhdəlikləri daşımırlar. Çünki həmin icraatda həll edilməli olan məsələ müstəsna olaraq statusun özünün yaranıb-yaranmadığı halına qiymət verilməsidir. Bu məsələyə qiymət vermək üçün isə ödəməni həyata keçirəcək olan digər orqanın icraatda iştirakı tələb olunmur. Müvafiq olaraq ödəmələri həyata keçirən orqanlar da statusu müəyyən edən orqanın qərarını məhkəmə qaydasında mübahisələndirmək hüququna malik deyillər.” KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi k assasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

24. İPM-in 28-ci maddəsinin müddəalarının tələblərindən göründüyü kimi, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına o hallarda cəlb edə bilər ki, məhkəmə qər arının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı müəyyən edilmiş olsun, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirsin. Həm də şəxsin icraata cəlb edilməsinə əsas verən hallar və şərtlər iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə müəyyən edilməlidir (28.1 və 28.2-ci maddələr).

25. Hazırkı işdə İPM-in 28.1 və 28.2-ci maddələrində təsbit edilən və ərizəçilərin icraata cəlb edilmələrinə əsas verən hallar və şərtlər müəyyən edilməmişdir. Həmçinin ərizəçilər tərəfindən də onların icraata cəlb edilmələrinə əsas verən hallara dair sübutlar apellyasiya instansiyası məhkəməsi nə təqdim edilməmişdir.

26. Məhkəmə kollegiyası bu qənaətə gələrkən, həmçinin nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həddə təmin edilmişdir.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiyası məhkəməsi ərizənin əsasları ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi, həm də əvvəlki icraat zamanı tədqiq edilmiş sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edir.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 18 iyun tarixli 21(103)-2918/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar