Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2856/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müd afiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2025-ci il tarixli, 21(103)-2476/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya xx.xx.2002-ci il tarixində güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir.
2. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-907/2018 nömrəli qərarına əsasən müəyyən edilir ki: - iddiaçı 2002-2014-cü illərdə əmək fəaliyyəti ilə məşğul olmuş və müvafiq pensiya kapitalı toplamışdır. - Bundan sonra, 2014-cü ildə Müdafiə nazirinin əmrinə əsasən təkrarən həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2017-ci ildə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - iddiaçı ZE53707 nömrəli, xx.xx.2017-ci il tarixli məlumat vərəqini ona əmək pensiyasının təyin edilməsi (yenidən hesablanması) ilə bağlı DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim etsə də, İdarə onun müraciətindən imtina etmişdir. - iddiaçı cavabdeh DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə əmək pensiyasının yenidən hesablanması tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2017-ci il tarixli, 2-1(81)5048/2017 nömrəli qərarı ilə iddia təmin edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018- ci il tarixli, 2-1(103)-907/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2017-ci il tarixli, 2-1(81)-5048/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Həmin qərara əsasən iddiaçının hesablama tarixinə qədər pensiya məbləği 3253,68 manat, hesablamadan sonra 3728,56 manat məbləğində müəyyən olunmuşdur.
4. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx.xx.2002-ci il ta rixdə xidmət illərinə görə pensiya təyin edilmişdir. Mərkəzi Filiala təqdim edilmiş xx.xx.2017-ci il tarixli ZE-11492 nömrəli yeni məlumat vərəqinə əsasən iddiaçı xx.xx.2017-ci il tarixdən hərbi xidmətdən tərxis olunduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən onun əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı əmək pensiyasının fərdi şəxsi hesabında toplanmış pensiya sığorta kapitalına görə yenidən hesablanması üçün xx.xx.2022-ci il tarixdə Mərkəzi Filiala yenidən müraciət etmişdir. O, xx.xx.2017-ci il tarixdən etibarən əmək fəaliyyətini davam etdirdiyindən müraciət etdiyi xx.xx.2022-ci il tarixinə əmək pensiyaçısı kimi 6 il və daha çox işləmədiyinə görə, yaxud işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyindən əmək pensiyasının həmin tarixdən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. İddiaçının Mərkəzi Filiala müraciət etdiyi 5 fevral 2024-cü il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanmış pensiya sığorta kapitalı 34198,20 manat təşkil etmişdir. Həmin 34198,20 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya bölünməklə (34198,20:72 ay (144 ay – 72 ay) = 474,98 manat) həmin tarixədək mövcud olmuş pensiyanın (3253,58 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 3728,56 (3253,58+474,98) manat məbləğində hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, fərdi sığorta hesabında xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət ərzində qeydə alınmış pensiya sığorta kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2002-ci il tarixdən hərbi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası iddiaçıya AR Əmək və ƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Pensiya təyin olunduqdan sonra iddiaçı 6 ildən çox işləmişdir və hazırda da işləyir (2004-ci ilin may ayından bu günə qədər əmək fəaliyyəti ilə məşğuldur). İddiaçı cavabdehə ərizə ilə müraciət edərək pensiyaya çıxdıqdan sonra işlədiyi müddət ərzind ə fərdi hesabında qeydə alınmış qazanılan sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalının məbləği nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab etmişdir.
7. Cavabdeh xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2Ə97417/2023 nömrəli cavab məktubu ilə əmək pensiyasının yenidən hesablandığı qeyd olunmuşdur. İddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-2363/2024 nömrəli qərarla qu lluq stajına görə əmək pensiyasına əlavə artım qədər azaldılmamaqla yenidən hesablanmışdır. Nəticə etibarilə, qanunvericilik normalarının tələlərinə əsasən işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.
8. Bakı İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2-1(112)-815/2025 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü ilədək olan dövrdə fərdi hesabında toplanmış pensiya kapitalı nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəti cəni onunla əsaslandırmışdır ki, iddiaçıya münasibətdə 2006-cı il tarixdən sonra fərdi hesabında toplanan (yenidən hərbi xidmətə qayıtdığı 2014-cü il tarixədək) 54356,62 manat məbləğində pensiya kapitalı əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmamışdır. Faktiki olaraq sığortaolunanın hesabından çıxarışından İddiaçı 2006-2014-cü illərdə işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi (54356,62 manat) işin mübahisəsiz halıdır. İddiaçıya aid pensiya işindən görünür ki, iddiaçının əmək pensiyası ilk dəfə 2017-ci il tarixdə yenidən hesablanmışdır. Cavabdeh pensiyanın yenidən hesablanması zamanı 2006-2014-cü illər tarixində toplanmış pensiya kapitalının nəzərə alındığını sübut edə bilməmişdir. Belə ki, iddiaçıya ilk dəfə əmək pensiyası 2002-ci ildə hərbi xi dmətdən tərxis olunduqdan sonra məlumat vərəqəsinə əsasən təyin edilmişdir. Növbəti dəfə əmək pensiyası 2014-2017-ci illərdə hərbi xidmətdən növbəti dəfə tərxis olunduqdan sonra yenilənmiş məlumat vərəqinə (sonuncu təminat xərcliyinə) əsasən əmək pensiyası (ancaq xidmət dövrü nəzərə alınmaqla) yenidən hesablanmış və bu zaman (sonuncu təminat xərcliyinə əsasən) məhz hərbi xidmət dövrü (məlumat vərəqi) nəzərə alınmışdır. Qeyd edilən dövrdə və sonrakı illər üzrə pensiyanın və pensiya kapitalının məhz istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilməsi aparılmışdır (toplanmış pensiya kapitalı nəzərə alınmamışdır). Növbəti dəfə iddiaçının əmək pensiyası hərbi xidmətdən ikinci dəfə tərxis olunduqdan sonra (2017-ci ildən) əmək fəaliyyətinə davam etdirməsi ilə əlaqəd ar 5 fevral 2024-cü il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanmış 34198,20 manat pensiya sığorta kapitalına əsasən yenidən hesablanmışdır. Odur ki, iddiaçının həmin dövr ərzində (2006-2014-cü illər) topladığı pensiya kapitalının əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınması hüququ mövcuddur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyun 2025-ci il tarixli, 21(103)-2476/2025 nömrəli qərarı ilə (hakimlər: C.Məmmədov – məruzəçi, K.Əkbərov və R.Səmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsi nin 27 fevral 2025-ci il tarixli, 2-1(112)-815/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
14. İddiaçı xx.xx.2002-ci il tarixdən hərbi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə müraciət edərək pensiyaya çıxdıqdan sonra işlədiyi müddət ərzində fərdi hesabında qeydə alınmış qazanılan sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalının məbləği nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmiş, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Mərkəzi Filiala təqdim olunmuş 25 may 2017-ci il tarixli ZE53707 nömrəli yeni məlumat vərəqinə əsasən iddiaçı xx.xx.2017-ci il tarixdən hərbi xidmətdən tərxis olunmuşdur. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 7 dekabr 2017-ci il tarixli 2-1(81)-5048/2017 nömrəli qərarının icrası məqsədilə İddiaçı əmək pensiyası xx.xx.2017-ci il tarixdən yeni məlumat vərəqinə əsasən 1880,50 manat məbləğində yenidən hesablanmışdır. Eyni zamanda, ona ötən dövr üzrə ödənilməli olan 2801,50 manat fərq məbləği müəyyən edilmişdir. Həmin məbləğ xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay 280,15 manat olmaqla əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə m əhkəmə qərarının icrası tam başa çatdırılmışdır.
15. İddiaçı əmək pensiyasının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə yenidən hesablanması üçün 25 aprel 2022-ci il tarixdə Mərkəzi Filiala müraciət edib və 19 oktyabr 2017-ci il tarixdən etibarən əmək fəaliyyətini davam etdirir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 56367,53 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. İddiaçının İddiaçı əmək pensiyası Mərkəzi Filiala növbəti dəfə müraciət etdiyi 5 fevral 2024-cü il tarixdən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, 56367,53 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq gözlənilən pensiy a ödənişi müddətinin aylarının sayına bölünərək (56367,53:72=782,88 manat) əmək pensiyanın sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 1026,18 (243,30+782,88) manat müəyyən edilmişdir. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (2075,70 manat) həmin artım qədər (782,88 manat) azaldılmışdır. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 1026,18 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 1292,82 (2075,70-782,88) manat təşkil edir. Göstərilənlərdən məlum olur ki, məhkəmə işi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayət inə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.. Tətbiq edilən hüquq 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu mad dəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;... 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata k eçirilir;... 37.3.5. bu qanunun 20.1.11-ci-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir. (bu maddə xx.xx.2017-ci il tarixdən ləğv edilmişdir) Qeyd. 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur....
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onlar ın təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəmə sinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
19. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.
22. Hazırki işin hallarından görünür ki, iddiaçının tələbi 2006-2014-cü illərdə işlədiyi müddətdə topladığı pensiya kapitalının əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmaması ilə bağlıdır.
23. Cavabdehin məhkəmələrə ünvanlandığı məktublarda və kassasiya şikayətinin dəlillərində isə qeyd edilir ki, cavabdeh iddiaçının 5 fevral 2024-cü il tarixində etdiyi mürac iətə əsasən onun əmək pensiyasını yenidən hesablamış və bu zaman pensiya kapitalı nəzərə alınmışdır.
24. Qeyd edilənlərlə bağlı, məhkəmə kollegiyası vurğulayır ki, iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda bunları etməmiş, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır.
25. Belə ki, işin hallarından görünür ki, iddiaçıya ilk dəfə əmək pensiyası xx.xx.2002-ci ildə təyin edilmişdir. Lakin iş materiallarından həmin pensiyanın təyin edilməsi, pensiya məbləğinin hesablanması zamanı nəzərə alınan məbləğlər və təyin edilmiş pensiya məbləği müəyyən edilmir. Eləcə də, idd iaçının mübahisələndirdiyi 20022014-cü illərdə harada işləməsi, konkret olaraq həmin dövrdə hansı məbləğdə pensiya kapitalını toplaması barədə məlumatlar iş materiallarında mövcud deyil.
26. Cavabdehin aşağı instansiya məhkəmələrinə ünvanlandığı məktublarda iddiaçının pensiya kapitalının nəzərə alınmaqla onun əmək pensiyasının yenidən hesablanması göstərilsə də, apellyasiya instansiya məhkəməsi cavabdehin yenidən hesablamanı həyata keçirən zaman hansı hesablama qaydasından istifadə etməsini, konkret dövrlərə görə pensiya kapitalının hansı formada hesablamasını tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamışdır.
27. Belə ki, işin hazırkı materialları ilə müəyyən edilir ki, iddiaçıya hərbi qulluqçu kimi xx.xx.2002-ci ildən əmək pensiyası təyin edildikdən sonra o, əmək fəaliyyətinə davam etm iş (2002-2014-cü illərdə hansı qurumda işləməsi iş materiallarından müəyyən edilmir), 2014-2017-ci illərdə isə yenidən hərbi qulluqçu kimi işləmiş və xx.xx.2017-ci ildə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı bundan sonra da əmək fəaliyyətini davam etdirmişdir.
28. Məhkəmə kollegiyası yuxarıda göstərilən işin hallarına istinadən qeyd edir ki, iddiaçının xx.xx.2017-ci ildə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasından bir gün sonra xx.xx.2017-ci ildən “Əmək pensiyaları haqqında” Qanunda köklü dəyişikliklər edilmiş və qanunvericiliyə əmək pensiyaları ilə bağlı yeni tənzimləmələr gətirilmişdir. Eləcə də, iddiaçıya 2017-ci ildən sonra yeni məlumat vərəqi əsasında əmək pensiyasının təyin edilməsi (yenidən hesablanması) məhkəmə qərarı (1 saylı Bakı İnzibati-İ qtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-5048/2017 nömrəli qərarı) əsasında aparılmışdır.
29. Buna baxmayaraq, iş materiallarında iddiaçıya 2017-ci ildən əmək pensiyasının təyin edilməsi (yenidən hesablanması) zamanı 2002-2014-cü illər üzrə toplanmış pensiya kapitalının nəzərə alınıb-alınmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının yeni məlumat vərəqinə əsasən əmək pensiyası xx.xx.2017-ci ildən nəzərə alınacağı halda hazırkı iş üzrə mübahisə predmeti olan 2002-2014-cü illərin pensiya kapitalının məhz 2017-ci ildən hesablanmalı olub-olmaması məsələsinə də qiymət verilməlidir. Belə ki, cavabdeh həmin dövr üzrə toplanmış pensiya kapitalını xx.xx.2024-cü il tarixli qərarına əsasən nəzərə aldığını bildir sə də, məhkəmə kollegiyası qeyd edir ki, 2002-2014-cü illərin pensiya kapitalının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-5048/2017 nömrəli qərarının icrası zamanı nəzərə alınmalı olması ilə cavabdehin bildirdiyi kimi 2024-cü ildə nəzərə alınması xx.xx.2017-ci ildən “Əmək pensiyaları haqqında” Qanunda edilmiş köklü dəyişikliklərə görə ciddi fərqliliklərə səbəb ola bilər.
31. Odur ki, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman iddiaçıya ilk dəfə xx.xx.2002-ci il tarixində hansı məbləğdə əmək pensiyası təyin edildiyi; iddiaçı xx.xx.2006-cı il tarixdə əmək fəaliyyəti ilə məşğul olduğu zaman pensiyasının hansı məbləğdə olması; iddiaçının mübahisələndirdiyi xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət ərzində harada i şləməsi, nə qədər pensiya kapitalı toplaması; həmin pensiya kapitalı ilə nə vaxt, hansı hesablama qaydasında pensiyasının yenidən hesablanması; həmin pensiya kapitalı nəzərə alınaraq pensiya yenidən hesablanmışdırsa, bu zaman “Əmək pensiyaları haqqında” Qanunun hansı normalarına istinad edilməsi və bu hesablamanın qanunauyğun aparılıb-aparılmaması; xx.xx.2014-cü il tarixdə iddiaçının işdən çıxması, xx.xx.2014-cü il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 9.6, 37.3.1 və 29.2-ci maddələrinin tətbiqinin əsasları; eləcə də, iddiaçıya məhkəmə qərarının (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-5048/2017 nömrəli qərarı) icrası nəticəsində onun xx.xx.2017-ci ildə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı verilmiş yeni məl umat vərəqi əsasında əmək pensiyası hesablanan zaman iddiaçının mübahisələndirdiyi xx.xx.2006-xx.xx.2014-cü illər arasında toplanan pensiya kapitalının nəzərə alınıb-alınmaması yoxlanılmalıdır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, işin təkrar apellyasiya baxışı zamanı yuxarıda qeyd edilən bütün məsələlərə kompleks şəkildə yanaşılmaqla işin halları tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmalı, iddiaçının mübahisələndirilən dövrdə harada işləməsi, nə qədər kapital toplaması, həmin kapitalın xx.xx.2017-ci il tarixdən öncə və ya sonra əmək pensiyasına yenidən hesablanmasının nəzərə alınması araşdırılmalı, bundan sonra iddia tələbinin əsaslılığına hüquqi qiymət verilməlidir.
33. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2025-ci il tarixli, 2-1(103)-2476/2025 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməməsi hissəsində şikayət təmin olunmamalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2025-ci il tarixli, 21(103)-2476/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.