Məhkəmə qərarları › İş №2-1(102)-2858/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2858/2025

02.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2858/2025 02.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı (hüquqi varisi X2) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (hüquqi varisi X2) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci 17 iyun il tarixli, 2-1(103)-1607/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 01 iyul tarixli, 2-1(112)-570/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 204 “ç/t” saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu ba rədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 26 yanvar tarixli, 2-1(103)-37/2023 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2021-ci il 01 iyul tarixli, 2-1(112)-570/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 17 noyabr tarixli, 2-1(102)-1631/2023 nömrəli qərarı il ə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 26 yanvar tarixli, 2-1(103)-37/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 14 may tarixli, 2-1(103)1607/2024 nömrəli qərardadı ilə iş üzrə İddiaçı hüquqi varisi X2 ilə əvəz edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il tarixli 02 iyul tarixli, 2-1(103)-1607/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2021-ci il 01 iyul tarixli, 2-1(112)-570/2021 nömrəli qərarı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 204 “ç/t” saylı bağ sahəsinə İddiaçı mülkiy yət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində dəyişdirilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən, 204 ç/t saylı bağın (0,12 ha torpaq sahəsinin) mərhum İddiaçı məxsus olması (mülkiyyət hüququ ilə) barədə arayışın (elektron çıxarışın) iddiaçının hüquqi varisi X1 verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edil məsi qərara alınmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 04 dekabr tarixli, 2-1(102)-2913/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il tarixli 02 iyul tarixli, 2-1(103)-1607/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizənin təmin edilməsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il tarixli 02 iyul tarixli, 2-1(103)-1607/2024 nömrəli qərarının ləğv edilməsi və sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla işə yenidən baxaraq İddiaçı iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, İdarəyə daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1607/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının icra edilib məlumat verilməsi ilə əlaqədar Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-570/2021 nömrəli məktubu ilə bağlı aparılmış araşdırmalar nəticəsində qərarın icrasını mümkünsüz edən yeni hallar və sübutlar müəyyən edilmişdir. Belə ki, İddiaçı tərəfindən 204 “ç/t” kimi göstərilən ərazi üzərində “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” xx.xx.2025-ci il tarixli, 10855 nömrəli m üqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli elektron çıxarış hazırlanmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan hal məhkəmə prosesi zamanı məlum olmamışdır. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1607/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və sonradan müəyyən edilən hallar nəzərə alınmaqla işə yenidən baxılaraq iddia tələbinin rədd edilməsi ilə bağlı yeni qərar qəbul edilməlidir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 17 iyun tarixli, 2-1(103)-1607/2025 nömrəli qərardadı ilə (hakimlər R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, N.X.Nəbizadə və O.N.İsmayılov) əriz ə təmin edilməmişdir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin ərizədə yeni açılmış hal kimi istinad etdiyi hal işə məhkəmələrdə baxılarkən mövcud olmamışdır. Belə ki, istinad olunan müqavilədən də görünür ki, cavabdehin üst qurumu olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli qərarı qəbul edildikdən sonra (apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır) imzalanmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİ NİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayətində ərizədə göstərdiyi dəlillərə istinad etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi i lə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olun duğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərarda d qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

16. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayət inin dəlilləri mahiyyətcə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də ərizənin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

19. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

20. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktlar ın aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq və ya təkzib etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.

21. Həmçinin bununla bağlı nəzərə almaq lazımdır ki, yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, məhkəmə tərəfindən mad di hüquq normalarının tətbiqi və yaxud da prosessual qanunvericilik normalarının pozulması ilə bağlı məsələlər araşdırılmır. Yeni açılmış hallar üzrə icraat zamanı işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edə bilən və ya işin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin düzgün həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.

22. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı, hə mçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir.

23. Hazırkı mübahisəyə münasibətdə işin apellyas iya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh ərizədə yeni açılmış hal kimi İddiaçı tərəfindən 204 “ç/t” kimi göstərilən ərazi üzərində “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” xx.xx.2025-ci il tarixli, 10855 nömrəli müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadə hüquqları ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli elektron çıxarış verilməsinə istinad etmişdir. Beləliklə, cavabdehin yeni açılmış hal kimi təqdim etdiyi hal mübahisənin həll edilməsi zamanı mövcud olmamış, iş üzrə məhkəmə mübahisələri yekunlaşdıqdan sonra yaranmış hal olmuşdur.

24. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı nın təzələnməsi üçün İnzibati Prosessual Məcəllənin 100-cü maddəsində təsbit olunmuş aşağıdakı dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır: yeni sübutlar və ya hallar ilkin məhkəmə icraatı zamanı obyektiv mövcud olmalıdır; həmin sübutların və ya halların mövcudluğu məhkəməyə və tərəfə məlum olmamalıdır; həmin sübutlar və ya hallar sonradan, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatından sonra aşkar və ya məlum olmalıdır; həmin sübutların və ya halların ilkin icraat zamanı təqdim olunmaması ərizəçidən asılı olmayan səbəblərə bağlı olmalıdır; işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməlidir; bu şərtlər birlikdə və eyni zamanda mövcud olmalıdır. Bu şərtlərin və ya onlardan hər hansı birinin mövcud olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul e dilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsini istisna edir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iş üzrə məhkəmə icraatının təzələnməsi üçün əsas qismində istinad etdiyi hallar yuxarıda istinad olunan normada nəzərdə tutulmuş anlamda icraatın təzələnməsini şərtləndirən yeni hallar və ya sübutlar kimi qiymətləndirilə bilməz. Odur ki, hazırkı ərizəyə münasibətdə qeyd olunan dispozisiya şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmadığından, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsini tələb etməkdə haqlı sayıla bilməz.

26. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qəra rdadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 17 iyun tarixli, 2-1(103)-1607/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar