Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-286/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 03 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2079/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir.
2. Cavabdeh 16 yanvar 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim edilən Şuşa rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 22/560 nömrəli arayışında iddiaçının adının müvafiq adlı siyahıda olması qeyd edilsə də, siyahının hansı hüquqi qüvvəsi olan arxiv sənədləri əsasında tərtib olunmasını təsdiq edən sənəd yoxdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü u ğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsinə dair təsdiqedici hüquqi sənədlər olmadığı üçün ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki birinci icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Şuşa könüllü özünü müdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı rayon ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin ona indiyədək “müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir. Ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi üçün cavabdehə müraciət edilsə də, müraciətin təmin edilməsindən imtina edilmişdir.
5. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən şəxsin müharibə vete ranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Lakin iş materiallarında iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hər hansı məlumat və ya sənəd aşkar edilməmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7093/2023 saylı, 11 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim X5) iddia təmin edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının özünümüdafiə dəstəsində fəal hərbi əməliyyatlarda iştirakını sübut edən sənədlər müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, könüllü özünümüdafiə dəstəsi hərbiləşdirilmiş birləşmə olmaqla silahla təchiz olunmuş qaydada döyüş əməliyyatlarında iştirak etdiklərindən onların üzvlərinə silahların təhkimi müvafiq qeydiyyat kitablarına uy ğun olaraq həmin silahların nömrə, model, təhkim edildiyi şəxsin ad, soyad, imza və s. göstərilməklə həyata keçirilmişdir. Hazırkı iş üzrə iddiaçıya fəal hərbi əməliyyatda iştirakı üçün könüllü özünümüdafiə dəstəsinin iştirakçısı kimi müvafiq silahın təhkim edilməsinə dair hər hansı sənəd aşkar olunmamışdır. İddiaçının fəal hərbi əməliyyatların iştirakçısı olması barədə onunla eyni kənddən olan şahidlərin məhkəmədə izahatları təqdim edilsə də, qeyd edilən şahid ifadələri iddiaçının bilavasitə döyüş əməliyyatında iştirak etdiyini sübut etməyə kifayət etmir. Bundan əlavə müharibə veteranı adı və vəsiqəsinin verilməsində nəzərə alınan sübutlar sırasında şahid ifadələri nəzərdə tutulmamışdır.
8. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2079/2024 nömrəli qərarı ilə (hakimlər X6 (məruzəçi), X7 və X8) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7093/2023 saylı, 11 dekabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilmişdir.
10. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şuşa Şəhər Şöbəsi, həmçinin hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırı ş üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanan məktublarla təsdiq edilir. Belə ki, həmin məktublardan anlaşılır ki, İddiaçı Şuşa rayonu üzrə könüllü müdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etmişdir.
11. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
12. Şikayətdə “Veteranlar haqqında” Qanunun 3, 7-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış və nəticədə qanunvericiliyin tələblərinə uyğun olmayan qərar qəbul etmişdir.
13. Qeyd edilir ki, qanunvericiliyin tələbinə görə müharibə vete ranı adı və müvafiq veteran vəsiqəsi döyüşlərdə iştirak etmiş şəxslərə yalnız həmin normalarda nəzərdə tutulmuş imperativ şərtlərin ödənildiyi təqdirdə verilir. Müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərin ödənilmiş olması mütləq şərtdir və imperativ xarakter daşıyır. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 15. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: … Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; … Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
16. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək er məni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təmi natı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetm ə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarl a kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə d üzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Resp ublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarı Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdır.
22. Apelyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbini əsaslı hesab edərək iddianın təm in edilməsi barədə qənaətə gəlmişdir.
23. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olması səbəbi ilə ləğv edilməsini xahiş edir.
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
25. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.
26. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir.
27. Həmin Əsasnamə görə şəxsə müharibə veteranı adı verilməsi üçün o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonla rının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxs olmalı, eyni zamanda bu hal müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq ha qqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir.
28. Beləliklə, yuxarıda qeyd edilən Əsasnamənin tələbinə əsasən şəxsə müharibə veteranı adı verilməsi üçün şərtlər: 1. döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxs olmalı
2. Bu hallar müvafiq sübutlarla təsdiq edilməlidir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, döyüş əməliyyatı dedikdə-Silahlı Qüvvələrin bölmələrinin (qüvvələri), birləşmələrinin və birliklərinin, ayrı-ayrı döyüş silahları, xüsusi təyinatlı qüvvələr və hərbi hissələr tərəfindən döyüş tapşırıqlarını yerinə yetirmək üçün qüvvə və vasitələrin mütəşəkkil istifadəsi, yəni əməliyyat, taktiki və operativ səviyyədə müharibə aparılması başa düşülür.
30. İş materiallarında iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq edən mötəbər sübut mövcud deyildir. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kifayət qədər araşdırma aparmadan iddiaçının iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir.
31. Apellyasiya instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən 16 iyul 2024-cü il tarixli məktuba əsaslanmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir: “... məhkəmə kollegiyasının sorğusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət X idməti tərəfindən verilən 16 iyul 2024-cü il tarixli cavab məktubundan görünür ki, Şuşa rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilərək Xidmətin aparatına təqdim olunmuş Şuşa rayonu üzrə könüllü müdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etmiş şəxslərin adlı siyahısı məhkəməyə təqdim edilmişdir ki, həmin siyahıda İddiaçı adı 319-cu sırada qeyd edilmişdir”.
32. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsi tərəfindən mötəbər sübut kimi istinad edilən sənədi müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün yetərli hesab etmir. Belə ki, məktubda istinad edilən siyahı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün Şuşa rayon İcra Hakimiyyətinə müraciət etmiş vətəndaşların adlı Siyahısı adlanır.
33. Başqa sözlə siyahıda döyüşlərdə iştirak etmiş şəxslərin de yil, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün İcra Hakimiyyətinə müraciət etmiş şəxslərin adları qeyd edilmişdir (iş vər 139). Odur ki, həmin siyahıya istinad etməklə iddiaçının iddia tələbinin təmin edilməsi qanuni sayıla bilməz.
34. Bundan əlavə apellyasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir: “Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şuşa Şəhər Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-58/2-519/2023 nömrəli məktubu ilə Şuşa rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 245 nömrəli təsdiq edilmiş adlı siyahısında torpaqlarımıza erməni hərbi birləşmələrinin təcavüzü ilə bağlı 1988-1992-ci illərdə Şuşa və ətraf kəndlərin müdafiəsi uğrunda gedən döyüşlərdə iştir ak etmiş Şuşa rayonu üzrə özünümüdafiə könüllülər batalyonları döyüşçülərinin siyahısında (sıra sayı 840 səh. 36) xx.xx.1973-cü il təvəllüdlü İddiaçı adının qeyd olunduğu hissəsinin təsdiq olunmuş surəti təqdim edilmişdir”.
35. Məhkəmə kollegiyası iddianın təmin edilməsi məqsədi ilə apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd edilən siyahıya istinad edilməsini də əsaslı hesab etmir. Belə ki, həqiqətən də iş materiallarında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şuşa Şəhər Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-58/2519/2023 nömrəli məktub və həmin məktuba əlavə edilmiş siyahı mövcuddur. Lakin bu siyahının nəyə aid olmasını (hansı məqsədlə tərtib edilməsini) təyin etmək mümkün deyildir. Belə ki, siyahının adı olan səhifə (titul səhifəsi) mə ktub göndərən orqan tərəfindən əlavə edilmədiyindən siyahının təyinatı müəyyən edilmir (iş vər 39).
36. İş materiallarına istinad edən məhkəmə kollegiyası eyni zamanda bir xüsusata da növbəti apelyasiya baxışı zamanı diqqət yetirilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şuşa Şəhər Şöbəsi tərəfindən verilmiş məktubda iddiaçının Şuşa rayonu üzrə X1 döyüşçüsü olduğu qeyd edilsə də, Şuşa rayon İcra Hakimiyyəti başçısının Quşçular kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən birinci instansiya məhkəməsi göndərilmiş 12 sentyabr 2023-cü il tarixli məktubda iddiaçının Quşçular kənd özünümüdafiə dəstəsində iştirak etdiyi qeyd edilmiş, hətta iddiaçının adının siyahıda 33-cü sırada oldu ğu bildirilmişdir (məktuba adı çəkilən siyahı əlavə edilməmişdir).
37. Məhkəmə kollegiyası bildirir ki, növbəti apelyasiya baxışı zamanı bu hal da aydınlaşdırılmalı, iddiaçının Quşçular kənd özünümüdafiə dəstəsində döyüş əməliyyatlarında iştirak edib etmədiyi müəyyən edilməlidir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır”.
39. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qərarda əks edilmiş hüquqi mövqeyə istinad etməklə bildirir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq edən mötəbər sübut mövcud deyildir.
40. Məhz bu səb əbdən də növbəti apellyasiya baxışı zamanı iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi üçün lazımi sənədlər və sübutlar əldə edilməli, onların hər biri mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir.
41. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2079/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.