Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2860/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; metropoliten yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh A zərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “58 yaşı tamam olduğu 19 may 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyun 2024-cü il tarixli, 2-1(103)-2588/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək 68 saylı TPM-də təhsil almış, xx.xx.1982-ci ildə 54 saylı mağazaya ştat təcrübəsi üçün kiçik satıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə eyni vəzifə üzrə 13 saylı mağazaya keçirilmiş, xx.xx.1982-ci ildə tutduğu vəzifə üzrə təsdiq edilmiş, xx.xx.1983-cü ildə həmin yer üzrə satıcı vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə 13 saylı mağazaya nəzarətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə eyni yerdə baş nəzarətçi dərəcəsi verilmiş, xx.xx.1989-cu ildə birinci kateqoriya nəzarətçi dərəcəsi verilmiş, xx.xx.1989-cu ildə “Geyim” TPST keçməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1989-cu ildə “Geyim” TPST “Ayaqqabı” TPST-ə köçürülmə ilə 5 saylı mağazaya birinci kateqoriyalı satıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu ildə “Ayaqqabı” TPST-ə köçürülməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1994-cü ildə 42 saylı uşaq bağçasında dayə-sanitar vəzifəsinə qəbul edil miş, xx.xx.1994-cü ildə tutduğu vəzifədən öz xahişi ilə azad edilmiş, xx.xx.1998-ci ildə dezinfektor işinə qəbul edilmiş, xx.xx.2014-cü ildə "xxxx" QSC-nin tunel qurğuları xidməti idarəsində dezinfektor (xüsusilə zərərli əmək şəraitində) təyin edilmiş, xx.xx.2016-cı ildə hərəkət xidmətinə 3-cü dərəcə istehsalat sahələrini və xidməti otaqları yığışdıran (üzlüklərin yuyulması) işinə keçirilmiş, xx.xx.2019-cu ildə əmək müqaviləsinə xitam verilmişdir. 2. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin A/201 nömrəli, 25 yanvar 2024-cü il tarixli arxiv arayışına əsasən, iddiaçı xx.xx.1998-ci il tarixdən Bakı Metropoliteninin Tunel qurğuları xidmətində 4-cü dərəcə ilə dezinfektor (yalnız gecə işi, 24% xüsusi zərərli əmək şəraiti ilə), xx.xx.2016-cı il tarixindən Hərəkət xidmətində istehsalat sahələrini və xid məti otaqları yığışdıran (yeraltı, növbəli iş rejimi olan 20% xüsusi zərərli əmək şəraiti ilə) peşələrində çalışmışdır. xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən, (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsi ləğv edilmişdir. Dezinfektor peşəsinin əsas vəzifə və funksiyaları stansiyalarda, istismarda olan tunellərdə və metropoliten obyektlərində deratizasiya (yoluxucu (parazitar) xəstəliklərin törədicilərinin infeksiya mənbəyi sayılan, həmçinin böyük iqtisadi zərər yetirən gəmiricilərlə mübarizədə həyata keçirilən tədbirlər kompleksi), dezinseksiya (yoluxucu (parazitar) xəstəliklərin törədicilərinin keçiriciləri olan həşaratların və gənələrin, həmçinin sanitar- gigiyenik əhəmiyyətə malik olan və insanların fə aliyyətinə və istirahətinə maneçilik yaradan buğumayaqlıların məhv edilmə prosesi) və dezinfeksiya (yoluxucu (parazitar) xəstəlikərin törədicilərinin (patogen bakteriyalar, viruslar, rikketsiyalar, ibtidailər, göbələklər və s.) infeksiya mənbəyindən həssas şəxslərə ötürülməsi yollarında məhv edilmə prosesi) işlərinin təşkil olunması, həmin işlərin həyata keçirilməsi üçün müvafiq normalara uyğun olaraq dərman, tibb ləvazimatları və preparatlarının hazırlanması və s. işlərdən ibarətdir. Hazırlanan preparatlar geniş antimikrol aktivlik spektrinə, nisbətən tez təsir göstərmək xüsusiyyətinə malikdir, haloidtərkibli, oksigentərkibli, quanidinlər, aldehidtərkibli, səthi-aktiv maddələr, spirtlər, fenoltərkibli vasitələrdən ibarətdir. Dezinfektorun işində dust, emulsiya konsentrantları, lak, boya, aerozol, dixlofos, qeyri-üzvi birləşmələr, kerosin, şkipidar, lizol, benzin və s. birinci sinif təhlükəli zərərli kimyəvi maddələrdən istifadə edilir. Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 2330-dan 0530-dək) dezinfektorun əmək haqqına 40% (qırx), peşənin təhlükəlilik dərəcəsi nəzərə alınaraq əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri barədə tərtib olunmuş protokollar və iş yerlərində əmək şəraitinin qiymətləndirilməsi xəritəsində göstərilən amillərə əsasən xüsusi zərərli əmək şəraitinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. İddiaçının xüsusi zərərli əmək şəraitində işlədiyi dezinfektor peşəsi üzrə əmək stajı 17 il 09 ay 08 gün təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli 451 nömrəli Qərarın 1.4 (21.5 Metropolitenlər bəndi üzrə), 1.4.1 (21.5.1-ci yarımbənd) və 1.4.2-ci (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndlərində əks olunan tunel fəhləsi peşəsinin iş şəraiti və funksiyaları ilə eynilik təşkil etdiyindən ona bərabər tutula bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən tə şkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır.
3. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, təqdim edilmiş sənədlərə əsasən, xx.xx.1998-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində "xxxx" QSC-də dezinfektor peşəsi və xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində hərəkət xidmətində istehsalat sahələrini və xidməti otaqlarını yığışdıran vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndinin (21.5) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində (21.5.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 58 yaşı tamam olduğu 19 may 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçının tələbi hazırkı qərarın 1-3-cü bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılm ışdır.
6. Cavabdeh inzibati orqanın iddiaya qarşı təqdim etdiyi yazılı etirazının əsasını iddiaçının müraciətindən imtinanın dəlilləri təşkil edir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) 08 fevral 2024-cü il tarixli, 2-1(112)-2403/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciəti üzrə bütün əlavə sübutların toplanması və iddiaçının subyektiv hüququnun təmin edilməsi üçün araşdırma aparmaq əvəzinə, iddiaçının müraciətinin təmin edilməsindən formal əsaslarla imtina etmişdir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.M.Abbasova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və C.A.Yusifov) 25 iyun 2024-cü il tarixli, 2-1(103)-2588/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
13. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı yazılı etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsiz liyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kiş ilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. …
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə
58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu günd ən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməm əsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qər arı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunverici liyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla q iymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Məhkəmə kollegiyası iddianın hüquqi əsasına münasibətdə qeyd edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinə çatması və zəruri həddə ümumi iş stajına malik olması cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilməməklə iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır.
26. İşin mübahisələndirilən halına – iddiaçının güzəştli iş stajına malik olubolmamasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi dezinfektor peşəsi üzrə əmək staj ının 17 il 09 ay 08 gün təşkil etməsi və həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli 451 nömrəli Qərarın 1.4 (21.5 Metropolitenlər bəndi üzrə), 1.4.1 (21.5.1-ci yarımbənd) və 1.4.2-ci (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndlərində əks olunan tunel fəhləsi peşəsinin iş şəraiti və funksiyaları ilə eynilik təşkil etməsi "xxxx" QSC-nin A/021 nömrəli, 25 yanvar 2024-cü il tarixli arayışı ilə öz təsdiqini tapır.
27. Qeyd edilməlidir ki, hazırkı məzmunda iddia tələbinin təmin olunması üçün iddiaçının 10 il güzəştli iş stajına malik olması yetərlidir ki, yuxarıdakı bənddə göstərildiyi kimi onun güzəştli stajı10 ildən artıq müddəti əhatə edir. Odur ki, iddiaçı tələbində haqlıdır. 28. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahi sələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyun 2024-cü il tarixli, 21(103)-2588/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.