Məhkəmə qərarları › İş №2-1(102)-2860/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2860/2025

12.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2860/2025 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğvinin əsasları; subyektiv hüquq; iddianın mümkünlük şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ya nında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Qurbanzadə Elmar Sultanəli oğlu və X11) qarşı “çıxarışların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2025-ci il tarixli, 2-1(103)-522/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya aid sənədlər

1. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 336 nömrəli qərarında qeyd edilmişdir ki, X4 Binəqədi rayonu 9 mkr., C.Cabbarlı küçəsində əlavə edilmiş cizgiyə uyğun olaraq 200 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tiki ntisi üçün mülkiyyətinə alqı-satqı yolu ilə ayrılmışdır. 2. 392642 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X6 ilə İddiaçı arasında olan nikah xx.xx.1990-cı il tarixdə qeydə alınmışdır.

3. AZ-İ seriyalı 757368 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Üçüncü şəxslərə aid sənədlər

4. Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 275 nömrəli sərəncamı ilə X9 Biləcəri qəsəbəsi ərazisində fərdi yaşayış evini tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır.

5. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX nömrəli ******* nömrəli çıxarışına əsasən, ünvan 1 ünvanında olan fərdi yaşayış evi xx.xx.20 14-cü il tarixdə X7 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. 6. xx.xx.2014-cü il tarixli fərdi yaşayış evinin bağlanması müqaviləsindən görünür ki, X7 özünə məxsus olduğu ünvan 1 ünvanında olan fərdi yaşayış evi qohumu X10 bağışlamışdır.

7. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX nömrəli ******* nömrəli çıxarışına əsasən, ünvan 1 ünvanında olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə X8 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

8. X11 Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanan ərizəsi ilə bildirmişdir ki, ünvan 3ləşən fərdi yaşayış evinin çıxarış və texniki pasportda səhvən M.Ə.Rəsulzadə əvəzinə Biləcəri qəsəbəsi yazılmışdır. Həmin çıxarış və texniki pasportda düzəliş edilməsi üçün sənədlərin yenidən qəbul edilməsini xahiş etmişdir.

9. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX nömrəli ******* nömrəli çıxarışına əsasən, ünvan 4 ünvanında olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə X8 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. 10. xx.xx.2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X11 özünə məxsus olan ünvan 4 ünvanında olan fərdi yaşayış evini alıcı Qurbanzadə Elmar Sultanəli oğlunun mülkiyyətinə vermişdir.

11. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövl ət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX nömrəli ******* nömrəli çıxarışına əsasən, ünvan 5 ünvanında olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə Qurbanzadə Elmar Sultanəli oğlunun adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

12. İddiaçı X9 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş xx.xx.2014-cü il tarixdə tərtib edilən RX ******* saylı çıxarışın, X8 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş RX ******* saylı və RX ******* saylı çıxarışların və Qurbanzadə Elmar Sultanəli oğlunun adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş xx.xx.2014-cü il tarixdə RX ******* saylı çıxarışların ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, müraciəti nəticə siz qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin mübahisəli fərdi yaşayış sahəsinə dair X7, X8 və Qurbanzadə Elmar Sultanəli oğlunun adına dövlət reyestrində qeydiyyatların aparılmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi, X9 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş xx.xx.2014-cü il tarixdə tərtib edilən RX ******* saylı çıxarışın, X8 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş RX ******* saylı və RX ******* saylı çıxarışların və Qurbanzadə Elmar Sultanəli oğlunun adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş xx.xx.2014-cü il tarixdə RX ******* saylı çıxarışların ləğv edilməsi barədə q ərar qəbul edilməsi xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 336 nömrəli qərarı, xx.xx.2004-cü il tarixli 189 nömrəli müqavilə sənədi əsasında ünvan 6 ünvanında olan 200 kv.m. torpaq sahəsi X1. Hazırda, həmin ünvanda mərhum X3 həyat yoldaşı İddiaçı rəsmi qeydiyyatda olmaqla, öz övladları ilə birlikdə orada daimi yaşayır. Eyni zamanda, Binəqədi Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 275 nömrəli sərəncamı ilə Biləcəri qəsəbəsi ərazisində X9 fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin, X12 xx.xx.2013-cü il tarixdə vəfat etmiş və onun vəfatından bir ilə yaxın müddət keçdikdən sonra, yuxarıda qeyd edilən torpağa dair ilkin sənədə zidd olaraq vəfat etmiş X7 adına xx.xx.2014-cü il tarixdə RX ******* saylı çıxarış verilmişdir. Bundan sonra, vəfat etmiş X12 həmin fərdi yaşayış evini X10 özgəninkiləşdirmiş və sonuncunun adına RX ******* saylı çıxarış verilmişdir. X2 müraciət edərək ünvan 7 ünvanında göstərilən fərdi yaşayış evinin çıxarış və texniki pasportunda “M.Ə.Rəsulzadə qəsəbəsi” əvəzinə səhvən “Biləcəri qəsəbəsi” yazıldığını və düzəliş olunmasını xahiş etmişdir. Bundan sonra, heç bir araşdırma aparılmadan və heç bir əsas olmadan xx.xx.2014-cü il tarixli RX ******* saylı çıxarışla ünvan 8 ünvanı qeyd edilməklə, X8 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyat aparılmışdır. Bundan sonra, xx.xx.2014-cü il tarixdə RX ******* saylı çıxarışla fərdi yaşayış evi Qurbanzadə Elmar Sultanəli oğlunun xüsusi mülkiyyətinə verilmişdir. Qurba nzadə Elmar Sultanəli oğlu məhkəməyə müraciət edərək ərizəçi İddiaçı rəsmi qeydiyyatda olmaqla daimi yaşadığı fərdi yaşayış evinə iddia etmiş və həmin evin ona məxsus olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə Qurbanzadə Elmar Sultanəli oğlunun adına qeydiyyata alınmış torpaq sahəsinin İddiaçı rəsmi qeydiyyatda olmaqla daimi yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə heç bir aidiyyəti olmadığı müəyyən edilmişdir. Bu səbəbdən hesab edir ki, X7, X8 və Qurbanzadə Elmar Sultanəli oğlunun adına, ünvan da daxil olmaqla, dövlət reyestrində aparılmış qeydiyyatlar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Məsələ ilə əlaqədar iddiaçı cavabdehə yazılı müraciət edərək, X9 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş xx.xx.2014-cü i l tarixdə tərtib edilən RX ******* saylı çıxarışın, X8 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş RX ******* saylı və RX ******* saylı çıxarışların və Qurbanzadə Elmar Sultanəli oğlunun adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş xx.xx.2014-cü il tarixdə RX ******* saylı çıxarışın ləğv edilməsini xahiş etmişdir. Lakin, cavabdeh iddiaçının müraciətinə cavab verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2221/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə hazırkı mübahisənin inzibati məhkəmə icraatının predmetinə aid olması göstərilmişdir.

15. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmla k üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinə dair məhkəmə mübahisəsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2221/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı İdarəyə daxil olmuşdur. Qeyd olunanlarla yanaşı, ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evi üzərində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3344/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı əsasında həbs qoyulmuş, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)1801/2018 saylı bildirişi, Binəqədi RM-in 2(001)-12781/2017 saylı bildirişi, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-7108/2019 saylı bildirişi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-66/2022 saylı xx.xx.2022 tarixli b ildirişləri əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evi Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 275 saylı, xx.xx.1999-cu il tarixli sərəncamı, yerləşmə cizgisi və Binəqədi rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış eskiz layihə əsasında X7 adına xx.xx.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmış, ünvan “ünvan 12dilmişdir. Daha sonra sözügedən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli, 4Ə-01/264 saylı fərdi yaşayış evinin bağışlama müqaviləsi əsasında xx.xx.2014-cü il tarixdə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X11 hüquqların dövlət qeydiyyatı zamanı yazılarda buraxılmış texniki səhvlərin düzəldilməsi haqqında ********** saylı ərizə ilə müraciət edərək o na təqdim edilmiş texniki pasport və çıxarışda ünvanın “Biləcəri qəsəbəsi” əvəzinə “M.Ə.Rəsulzadə” qəsəbəsi qeyd edilməsini xahiş etmişdir. Müvafiq ərizə tərəfimizdən icra edilərək X10 “ünvan 13 ünvanı ilə xx.xx.2014cü il tarixli çıxarış və xx.xx.2014-cü il tarixli texniki pasport verilmişdir. Daha sonra sözügedən fərdi yaşayış evi 4Ə-400 saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Qurbanzadə Elmar Sultanəli oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda sonuncunun mülkiyyətindədir. İnzibati Prosessual Məcəllənin 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddia tələbinin “X7 adına dövlət reyestrində aparılmış qeydiyyatın və onun adına verilmiş xx.xx.2014-cü il tarixdə tərtib edilən RX ******* saylı çıxarışın ləğv edilməsi”nə aid hissədə mümkün sayılmamasını, qalan hissədə isə təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

16. Üçüncü şəxs Qurbanzadə Elmar Sultanəli oğlu iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcud deyildir. Belə ki, sadalanan sənədlərdə Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 275 nömrəli sərəncamı ilə Biləcəri qəsəbəsi ərazisində X9 fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsinin, bunun əsasında çıxarışın verilməsinin, daha sonra həmin çıxarışın X8 adına rəsmiləşdirilməsinin və sonra həmin evin Qurbanzadə Elmar Sultanəli oğluna satılmasının və sonda onun adına rəsmiləşdirilməsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. İddiaçı vəfat etmiş X7 ailə üzvü və ya vərəsəsi deyi ldir. Digər tərəfdən o, X8 da ailə üzvü deyildir. Hazırda onun belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməsi tamamilə əsassızdır. İddiaçı hazırda ləğv olunmasını istədiyi evin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli 336 nömrəli qərarı, 09 dekabr 2004-cü il tarixli 189 nömrəli müqavilə sənədi əsasında mərhum həyat yoldaşı X3 adına verilmiş torpaq sahəsi üzərində yerləşməsi ilə bağlı qarşılıqlı iddia, habelə ailə üzvləri ilə birlikdə ilkin iddia olaraq məhkəməyə müraciət etmiş, bütün instansiya məhkəmələrində işə baxılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-2221/2023 nömrəli qərarı ilə həm ilkin iddiası, eləcə də qarşılıqlı iddiası rədd edilmişdir. Məsələ burasındadır ki, iddiaçı ərizəsində Qurbanzadə El mar Sultanəli oğlunun iddiaçıya qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi qeyd edir, ancaq nədənsə həmin müraciətin yekununa dair məhkəmə aktının olmasını qeyd etmir. Məhz yuxarıda adıçəkilən qərarla iddiaçının hazırkı iddia tələbinin əsasını təşkil edən və guya evin ona məxsus torpaq sahəsi üzərində tikilməsinə dair fikirlərinə münasibət bildirilmiş və yekun məhkəmə aktı ilə iddia tələbi rədd edilmişdir. Göründüyü kimi qeyd edilən qərar preyudisial əhəmiyyətə malikdir və hazırkı iş üzrə də həmin qərarda qeyd edilən halların sübut edilməsinə ehtiyac yoxdur. İddiaçının əlavə olaraq ərizəsində göstərdiyi, heç bir hüquqi qüvvəsi olmayan və necə əldə edilməsi məlum olmayan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin əksinə olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-2221/2023 nömrəli qərarında göstərilmiş (78 və 79 bənd üzrə) və həmin iş üzrə materiallarında olan “X16 və Ekspertiza Mərkəzi” MMC-nin verdiyi mütəxəssis rəyində, eləcə də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/4789 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində İddiaçı və övladlarının hazırda zəbt etdiyi evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğundan Bakı şəhəri, Binəqədi bələdiyyəsinin 336 saylı xx.xx.2004-cü il tarixli qərarı ilə Binəqədi rayonu, 9-cu mikrorayon, C.Cabbarlı küçəsində əlavə olunmuş cizgiyə uyğun olaraq C.İ.Məmmədova satılmış 200 kv.m torpaq sahəsi ilə üst-üstə düşmədiyi aşkar surətdə qeyd edilmiş, onların hazırda zəbt edərək yaşadıqları iş üzrə mübahisələndirilən fərdi yaşayış evinin Bakı şəhəri, ünvan 14 ünvanına uyğun gəldiyi göstərilmişdir. Həmin işdə həm hazırkı iş üzrə digər üçüncü şəxs X11, həm də hazırkı iddia ərizəsində adıçəkilən X7 hüquqi varisi X15 iştirak etmişdir. Bütün bunlar bir daha göstərir ki, iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququ olmamaqla bərabər iddia tələbi də tam əsassızdır və rədd edilməlidir. İddiaçı hazırkı iddia üzrə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)2221/2023 saylı qərarı ilə (Bakı Apellyasiya Məhkəməsinin baxılmamış saxlama qərardadına münasibətdə) ona verilmiş subyektiv hüquqdan sui-istifadə etmişdir. Belə ki, iddiaçı iddia tələbinin prosessual hüquqi əsasının Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2221/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edildiyini bildirir. İddiaçı iddia ərizəsində tələbinin maddi hüquqi əsası kimi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli 336 №-li qərarı, 09 dekabr 2004-cü il tarixli 189 nömrəli müqavilə sənədi əsasında istinad etmişdir. Lakin, Ali Məhkəmənin qərarında göstərilə ekspert rəyi ilə müəyyən edilmişdir ki, həmin ərazidə bələdiyyə torpağı yoxdur, dövlət torpağıdır. Yəni artıq ekspert rəyi ilə iddiaçının subyektiv hüququnun maddi hüquqi əsası kimi göstərdiyi hal aradan qaldırılmışdır.

17. Bakı İnzibati Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2-1(112)-1551/2024 nömrəli qərardadı ilə (hakim L.Musayeva) iddia mümkün sayılmamışdır.

18. Birinci instansiya məhkəməsi gəldiyini nəticəni onunla əsaslandırmışdır ki: - İddiaçı özünün təqdim etdiyi xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsaslanaraq hazırkı iddianı qaldırmışdır. İddiaçı torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) olmamasına baxmayaraq Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2004cü il tarixli qərarına əsaslanmaqla Bakı şəhəri, ünvan 14 ünvanında yerləşən və mövcud olan fərdi yaşayış evinə dair çıxarışları mübahisələndirir. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. - Bundan başqa məhkəmənin araşdırması zamanı məlum olmuşdur ki, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2221/2023 nömrəli qərarında iddiaçının inzibati məhkəmə icraatında tələbinin dairəsi və həcmi müəyyən edilmişdir. Buna baxmayaraq, iddiaçı hazırkı iddia tələbində bu dairədən kənara çıxmışdır. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının sözügedən qərarı nın 96 və 97-ci bəndlərində qeyd edilmişdir ki, “... ünvan 15 ünvanda yerləşən 0,02425 ha. torpaq sahəsində tikilmiş 2 mərtəbəli ev kimi X7 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyatının düzgün olmaması və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfindən seriya ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın, həmçinin A.Məmmədovun adına aparılmış reyestr yazısında düzəliş aparılmaqla, evin ünvanındakı “Biləcəri qəsəbəsi” sözlərinin “Rəsulzadə qəsəbəsi” sözləri ilə əvəz edilməsinə dair X8 adına verilmiş seriya RX N0476024 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli reyestrdən Çıxarışın qanuniliyinin mübahisələndirilməsi mahiyyəti üzrə inzibati orqanı qan unsuz hərəkətləri nəticəsində düzgün qeydiyyatın aparılmaması barədə mübahisə olmaqla, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələblərdir.” - Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbinin bir hissəsi X8 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş RX ******* saylı çıxarışın ləğv edilməsidir. Yuxarıda qeyd edilən qərarda bağışlanma müqaviləsinin mübahisələndirilməsi baxış predmətindən çıxarılmasına baxmayaraq iddiaçı həmin tələbini də inzibati məhkəmə qaydasında mübahisələndirmişdir. Qərarın 101-ci bəndində qeyd edilmişdir ki, “N.Quliyevin adından A.Məmmədovla bağlanmış bağışlama müqaviləsinin (N.Quliyevin ölümü səbəbi ilə) etibarsız hesab edilməsi tələbinin birbaşa mülki hüquq normalarının təsir dairəsinə daxil olması barədə kassasiya şikayətinin d əlilləri isə barəsində kassasiya şikayəti verilən qərardadın baxış predmeti olmayıb. Çünki həmin hissədə iddianın rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi vardır.” - Beləliklə, iddiaçının hüquqi müdafiəyə ehtiyacı olmamaqla hüquqi marağı, nəticə etibarilə iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır.

19. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2025-ci il tarixli, 2-1(103)-522/2025 nömrəli qərardadı ilə (hakimlər: E.Əliyev /məruzəçi/, G.Abbasova və A.Oruczadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 avq ust 2024-cü il tarixli, 2-1(112)-1551/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddia tələbinin predmeti olan torpaq sahəsinə və fərdi yaşayış evinə dair hal-hazırda X7, X8 və Qurbanzadə Elmar Sultanəli oğlunun hüquqları qeydiyyata alınmış, iddiaçının isə hüquq müəyyənedici sənədi olan bələdiyyə qərarına iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə cizgisini müəyyən edən sənəd əlavə edilməmişdir, yəni torpaq sahələrinin üst-üstə düşdüyünü təsdiq edən sənəd mövcud deyildir.

22. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

23. Qərardad əsassızdır və ləğv olunmalıdır. Belə ki, məhkəmə iddiaçının bu iddianı qaldırması üçün subyektiv hüquqa malik olmaması qənaətinə gəlmiş, bu isə iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Qarşı tərəf iddiaçıya məxsus əmlakın sənədlərini göstərərək evi girov qoymuş, bunun nəticəsində də bank iddiaçıya məxsus evi boşaltması tələbi ilə çıxış edir. Bu hal isə iddiaçının subyektiv hüququnun olmasının təsdiqidir.

24. Kassasiya şikayətində Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə, İnzibati Prosessual Məcəllənin 35.1, 87 və 90-cı maddələrinə istinad edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Üçüncü şəxs Qurbanzadə Elmar Sultanəli oğlu kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası m əhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılı r. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassa siyanın mümkünlüyü, kassasiya baxışının hədləri

27. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin q ərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəru ri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktik i hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvv ədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

35. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-66/2022 nömrəli qərardad və qətnaməsində, habelə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2221/2023 nömrəli qərarında müəyyən edilən hallara görə N.Quliyevin adından A.Məmmədovla bağlanmış bağışlama müqaviləsinin və sonrakı əqdlərin etibarsız hesab edilməsi barədə İddiaçı iddiası əmlakın N.Quliyevin adına ilkin qeydiyyatının düzgün olmaması barədə iddia ilə sıx bağlıdır və birinci iddia sonuncu iddianın uğurlu olub-olmamasından asılıdır. Əmlakın N.Quliyevin adına ilkin qeydiyyatının düzgün olmaması barədə iddia da yalnız inzibati icraat qaydasında mümkündür. Belə olan halda, əmlakın N.Quliyevin adına ilkin qeydiyyatının düzgün olmaması barədə tələbə inzibati qaydada baxılmadan, həmin qeydiyyatdan irəli gələn digər əqdlərin mübahisələndirilməsi barədə iddia təmin edilə bilməz.

36. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası göstərir ki, iddiaçı hazırkı tələblə X7, X8 və Qurbanzadə Elmar Sultanəli oğlunun adına dövlət reyestrində aparılmış qeydiyyatları və çıxarışları mübahisələndirir.

37. Hazırkı iş tərəfləri arasında olan mülki məhkəmə çəkişmələri nəticəsində qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsi və fərdi yaşayış evlə bağlı i lkin qeydiyyat X7 adına aparılmışdır. Əmlakın ilkin qeydiyyatı inzibati akta (Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 275 nömrəli sərəncamına) əsaslandığından mülki məhkəmə icraatı zamanı həmin qeydiyyatın inzibati qaydada mübahisələndirilməsi izah edilmiş, eyni əmlakla bağlı mülki-hüquqi əqdlərlə X8 və Qurbanzadə Elmar Sultanəli oğlunun adına aparılmış sonrakı qeydiyyatların məhz bu inzibati icraatın nəticəsindən asılı olduğu göstərilmişdir.

38. İddiaçı hazırkı məhkəmə icraatında X7 adına aparılmış qeydiyyatla yanaşı, X8 və Qurbanzadə Elmar Sultanəli oğlunun adına aparılmış qeydiyyatları da mübahisələndirir. Bununla belə iddiaçının həmin əmlakla bağlı subyektiv hüququnun olduğu öz təsdiqini tapmır.

39. İlk olaraq, iddiaçı X7 adına aparılmış qeydiyyatın əsasında dayanan Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 275 nömrəli sərəncamını mübahisələndirilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Yəni iddiaçı ilkin olaraq X7 adına olan hüquqmüəyyənedici sənədləri mübahisələndirmədən həmin sənəd əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi mübahisələndirməkdə subyektiv hüquqa malik deyil.

40. Bundan başqa, iddiaçı subyektiv hüququnun mövcudluğunun əsası kimi mərhum əri X6 barəsində olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 336 nömrəli qərarına istinad etsə də, qeyd edilən bələdiyyə qərarına torpaq sahəsinə dair plan-ölçü sxemi (yerləşmə cizgisi) əlavə edilməmişdir. Habelə, iş üzrə aparılmış məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin yerləşdiyi ərazi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan ərazidir. Ona görə də, iddiaçı hazırkı halda üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı və çıxarışları mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

42. Yuxarıda göstərilə nlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2025-ci il tarixli, 21(103)-522/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar