Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2866/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik dərəcəsinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 20.11.2025 Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(103)-1612/2025 nömrəli 10 aprel 2025-ci il tarixli qərarında n cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1997-ci ildə döyüş zonasında hərbi xidmət keçərkən mina partlayışından travma almışdır.
2. Cavabdeh tərəfindən iddiaçının sağlamlıq vəziyyəti 14 iyun 2007-ci il tarixdə qiymətləndirilmiş, kəskin ifadə olunmuş psixopatabənzər sindrom” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
3. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2014-cü il tarixdə baxılmış kəskin ifadə olunmuş psixopatabənzər sindrom” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
4. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2015-ci il tarixdə baxılmış,“Dissosiativ (konvension) pozuntular” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi veri lmişdir.
5. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixdə elektron təyinatla baxılmış və “Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, X1: V Sinif – Psixi pozğunluqlar və davranış” ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
6. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və “Səbəb: ümumi xəstəlik, X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli... Diaqnozun mətni: Baş beyin travmatik xəstəliyi. Tez-tez baş verən simpto-adrenal krizlərlə. Qabarıq asteno-nevrotik sindrom. Travmatik serebrel araxnoiditi. Tez-tez baş verən paroksizmal tutma lar, şəxsiyyət dəyişkənlikləri. Kobud davranış pozuntuları ilə. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.5.25. etiologiyasından asılı olmayaraq, şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması (F06)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir.
7. Həmin qiymətləndimədən verilmiş şikayət üzrə iddiaçının xx.xx.2022-ci il tarixdə əyani müayinəsi aparılmış və TSEK-in xx.xx.2022-ci il tarixli qərarı ilə ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı qərara alınmışdır.
8. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2022-ci il tarixli 870 nömrəli qərarı ilə iddiaçının xx.xx.1997-ci ildə aldığı xəsarəti - “Mina partlayış travması, beyin silkələnməsi, sağ dirsək oynağının deşib-keçən qəlpə yaralanması, oynaq kapsulunun və dirsək sinirinin xədələnməsi, sağ dirsək sinirinin nevrolizi əməliyyatından sonrakı vəziyyət” diaqnozu “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” şəklində tibbi şəhadətləndirilmişdir. Həmin qərarla MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 732 nömrəli qərarı ləğv edilmişdir.
9. Əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi barədə iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixdə əyani müayinəsi aparılmış və TSEK-in xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının “tam reabilitasiya olunması” qərara alınmışdır (diaqnoz: “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Baş beynin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud psixopatabənzər davranış pozuntuları). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsi ndə icraat
10. İddiaçı 07 iyul 2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17- 4/3-3-176/2023 saylı qərarının ləğv edilməsi, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə 3-cü dərəcəli əlilliyin təyin edilməsi bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. Suraxanı RHK tərəfindən xx.xx.1995-ci il tarixdə hərbi xidmətə çağırılmış, N saylı hərbi hissədə hərbi xidmət vəzifələrini yerinə yetirərkən döyüş zonasında xx.xx.1997-ci il tarixdə mina partlayışı nəticəsində “beyin silkələnməsi, sağ bazunun dəlib keçən qəlpə yaralanması, dirsək sinirinin zədələnməsi” xəsarətini almış, Mərkəzi Hərbi Hospitalda müalicə olunmuşdur. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 732 saylı qərarı ilə onun xəstəliyi “Mina partlayışı travması, sağ dirsək oynağının odlu silahdan deşib keçən qəlpə yaralanması. Oynaq kapsulunun və dirsək sinirinin zədələnməsi” diaqnozu, travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. TSEK-in diaqnozu “Dissosiativ (konversion) pozuntular, funksional tutmalarla” müəyyən edilmişdir. Növbəti müayinə tarixi xx.xx.2016-cı i l tarixə təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə təkrar müayinədən keçərək, eyni diaqnozla növbəti müayinə tarixi xx.xx.2021-ci il tarixə təyin edilmişdir. 2022-ci ilin mart ayında müayinədən keçərkən ona təyin edilmiş ikinci dərəcə müharibə əlilliyi ləğv edilmişdir. İddiaçıya ümumi xəstəliklərdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. 2023-cü ilin yanvar ayından həmin əlillik dərəcəsi də ləğv edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən onun barəsində xx.xx.2022-ci il tarixli, 870 nömrəli yeni qərar verilmişdir. Həmin qərarda göstərilir ki, Bakı şəhəri Suraxanı RHK tərəfindən xx.xx.1995-ci il tarixdə hərbi xidmətə çağırılmış, vətəndaş Əİləzov Rauf Vaqif oğlu döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1997-ci il tarixdə aldığı və xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək SQ Baş Klinik Hospitalında müayinə və müalicə olunmuş, travma və yaralanmanın diaqnozu: “Mina partlayış travması. Beyin silkələnməsi. Sağ dirsək oynağının deşib-keçən qəlpə yaralanması. Oynaq kapsulunun və dirsək sinirinin zədələnməsi. Sağ dirsək sinirinin nevrolisi əməliyyatından sonrakı vəziyyət” kimi (Azərbaycan Respublikası SHXŞDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsinin xx.xx.2022-ci il tarixli 57 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli arayışı. SQ Baş Klinik Hospitalından verilmiş N nömrəli hərbi hissəsi komandirinin 08.1997-ci il tarixli 740 nömrəli travma haqqında arayışı. MN MHHKnin həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) müəyyən edilmiş, habelə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdi r. Dəfələrlə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə təyin edilmiş ikinci dərəcəli əlilliyinin bərpası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Hər dəfə, o cümlədən sonuncu dəfə xx.xx.2023-cü il tarixli məktubu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əsassız səbəblərlə imtina verilmişdir və imtinası tamamilə əsassızdır.
12. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış, “tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. İddiaçının əlillik vəziyyəti xx.xx.2021ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə olunmuş və ona ümumi xəstəliklə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Lakin verilmiş qərarın səbəb əlaqəsindən narazı olduğu üçün təkrar əyani müraciət etmişdir. İddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunub ki, İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 29.11,2022-ci il tarixli 870 nömrəli qərar verilmişdir. Həmin qərarda “Mina partlayış travması. Beyin silkələnməsi. Sağ dirsək oynağının dəlib- keçən qəlpə yaralanması. Oynaq kapsulunun və dirsək sinirinin zədələnməsi. Sağ dirsək sinirinin nevrolizi əməliyyatından sonrakı v əziyyət” diaqnozlu, travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Lakin MN reyesterində İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 732 nömrəli qərar qeyd edilmişdir. Həmin qərarda “Mina partlayış travması. Sağ dirsək oynağının odlu silahdan dəlib-keçən qəlpə yaralanması. Oynaq kapsulunun və dirsək sinirinin zədələnməsi" diaqnozlu, travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmiş və həmin qərar qüvvədə olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan və əsəbilikdən şikayətlənmiş, sağ dirsəkdə ehtimal olunan travm aya uyqun çapıq izləri, sol yuxarı ətrafda paralel çapıqlar qeyd olunmuşdur. Hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri, hərəkəti məhdudiyyət və əzələ atrofiyası izlənilməmişdir. Yanaşı olaraq Romberq vəziyyətində dayanıqsızlıq, səndələmə, hər iki gözdə nistaqm, hiperrefleksiya, koordinasion sınaqlarda natamamlıq, davranış pozuntusu elementləri müəyyən edilmişdir. Səhiyyə Nazirliyinin 2 saylı X2 PHŞ xx.xx.2021 - xx.xx.2021-ci il tarixli 1271/21 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Baş beyin travmatik xəstəliyi. Tez-tez baş verən simpto-adrenal krizlərlə. Qabarıq asteno-nevrotik sindrom. Travmatik serebral araxnoiditi. Tez-tez baş verən paroksizmal tutmalar, şəxsiyyət dəyişkənlikləri. Kobud davranış pozuntuları ilə" kimi təqdim edilmişdir. Hərbi qərarda KBT b arədə məlumat qeyd olunmamış, nəticədə əlillik təyinatına əsas verən əsas xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir” kimi qeyd olunmuş, 2.5.25 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, yuxusuzluqdan şikayətlənmiş, sağ dirsəkdə çapıqlar və ~5-6 sm ölçüdə əməliyyat çapığı izlənilmiş, hərəkətləri sərbəst olmuş, əlillik təyinatına əsas verən nevroloji ocaqlı və psixi statusunda aktiv psixoproduktiv əlamətlər və davranış pozuntusu aşkar edilməmişdir. SN 2 Nömrəli X2 xx.xx.2021-xx.xx.2021-ci il tarixli çıxarışda diaqnoz “Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları” kimi qeyd edilsə də, ekspertiza üçün əhəmiyyətli kranial instrumental müayinə (KT, MRT) sənədləri təqdim edilməmişdir. Nəticədə Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş tibbi-sosial ekspertiza müay inəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olm ası (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəy yən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11814/2023 saylı, xx.xx.2023-cü il tarixli qər ardadı ilə iş üzrə iddiaçının əyani müayinəyə dəvət edilərək əlillik vəziyyətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilməsi üçün bir aylıq müddət təyin edilmişdir.
14. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının 19 dekabr 2023-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İddiaçı məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, yuxusuzluqdan, sağ dirsəyində hava soyuq olanda ağrılar olmasından şikayət etmişdir. Medikamentoz preparatlardan “Fenozepam”, “Karbomazepin” qəbul etdiyini bildirmişdir. Əsəbləş diyi zaman özünə xəsarət yetirdiyini (şüşə ilə qollarını kəsdiyini) ifadə etmişdir. Müayinə zamanı sağ bazunun aşağı 1/3-də çapıq, sağ dirsək nahiyəsində 4-5 sm ölçüdə əməliyyat çapığı izlənilmiş, hərəkətləri sərbəst və tam həcmdə olmuşdur. Psixi status: bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı olmuş, ünsiyyətə həvəslə daxil olmuş, özünə xəsarət yetirdiyini qeyd etmiş, lakin müayinə zamanı kəsiklər məişət şəraitində iş zamanı aldığı travmalara bənzəmiş, emosional labil, intellektual funksiyaları, maraq dairəsi yaşına və təhsilinə uyğun olmuş, əlillik təyinatına əsas verən psixi dəyişikliklər aşkarlanmamışdır. Vətəndaşın təqdim etdiyi sənədlər 2021-ci ildən sonrakı dövrlərə aid olmuş, travmanı təsdiq edəcək KT, MRT müayinələri nəticəsi aşkar edilmə mişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
15. Məhkəməyə təqdim edilmiş Səhiyyə Nazirliyinin Məhkəmə X5 xx.xx.2024-cü il tarixli 2226 saylı ekspert rəyində belə nəticəyə gəlinmişdir ki: İddiaçı baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, ifadəli yaddaş və davranış pozuntuları ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Ekspert komissiyasının üzvləri bildirir ki, qərarda qoyulmuş digər suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik ekspe rizasının səlahiyyətlərinə aid deyildir.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1639/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim A.Ə.Əhmədova) iddia təmin edilmişdir.
17. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçıda müəyyən olunan xəstəlik iddiaçının 1997-ci ildə hərbi xidmətdə olduğu zaman mina partlaması nəticəsində huşunu itirməklə başından travma alması, tibbi şəhadətləndirilməsi, SN 2 nömrəli X3 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları (psixopatabənzər)” diaqnozu ilə adı göstərilən xəstəxanada stasionar müalicədə olması, TƏBİB 43 nömrəli şəhər poliklinikasında “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları (psixopatabənzər)” diaqnozu ilə poliklinikanın psixiatriya kabinetində 2006-cı ildən dispanser qeydiyyatında olması, həmçinin psixiatrik ekspertiza zamanı rəydə qeyd edilən iddiaçının bir qədər süst görünməsi, ünsiyyətə həvəssiz daxil olması, verilən sualları bir qədər ləng dərk etməsi, bəzən verilən sualı ona təkrar etmək zərurəti yaranması, şikayətləri barəsində soruşduqda tez yorulma, hövsələsizlik, əhvalında dəyişkənlik olmasını, bununla yanaşı baş ağrıları, baş gicəllənmələri, yuxu pozuntuları, yaddaşda zəiflik yarandığını, göstərilən səbəblərlə əlaqədar işləyə bilməməsini bildirməsi, əsəbi halların tez- tez baş verməsi, əsəbi gərginliklər zamanı özünə kəsmələrlə xəsarətlər yetirməsi, bəzən əlinə düşən hər hansı bir ev əşyasını götürərək yerə çırpması, sındırması, dərmansız ardıcıl olaraq yuxusuz qalması, adi qıcıqlara qarşı dözümsüzlükdən əziyyət çəkdiyini bildirməsi, stasionar müalicələrdə olduqdan sonra evə yazıldıqda ona evdə qəbul etməsi üçün dərman resepti yazılması, həmin dərmanları qəbul etməsi, lakin həmin dərmanların adlarını soruşduqda xatırlamaması, evdəkilərin həmin dərmanı ona verdiklərini bildirməsi və s.) kimi hallar iddiaçının hazırkı vəziyyətinin əlillik təyinatına əsas verdiyi qənaətinə gəlməyə kifayət edir.
18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelly asiya instansiyası məhkəməsində icraat
19. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(103)-1612/2025 nömrəli 10 aprel 2025-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1639/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayətində işin hallarını sadalamış və iddia tələbinə etirazın dəlillərini təkrarlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərl iyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün halların ın araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-cı il tarixli 11 nömrəli qərarı ilə ləğv edilmişdir): 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.3. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. 4.16. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymət ləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. 4.17. Qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. 5.3. Əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişikli k əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə.
25. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
29. Əlilliyin etibarsız hesab edilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabi netinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 5.3.2-ci bəndinə əsasən vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi həyata keçirilir.
30. Göründüyü kimi, qanunvericilik əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə inzibati orqanın hansı qaydada davranmalı olması ilə bağlı məcburi prosedur qayda müəyyən etmiş, lakin cavabdeh buna riayət etmədən faktiki olaraq əlilliyi dayandırmış, bununla da həm inzib ati icraatın, həm də əlilliyin təyini və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edə bilərdi. 31. “İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələrinin tələbləri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı ş əxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir.
32. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar.
33. Cavabdeh orqan ümumi və xüsusi səbəblərdən irəli gələrək iddiaçının 10 ildən çox əlillik statusu olduğu, hətta sonuncu dəfə iddiaçıya müddətsiz əlillik təyin edildiyi halda, yalnız təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı müraciətdən irəli gələrək heç bir əsaslandırma aparılmadan, hər hansı ixtisaslaşmış və instrumental müayinələr aparılmadan onun əlilliyinin ləğv edilməsi barədə qəbul edilmiş qərar qanunsuz və əsassız olmuşdur.
34. Bundan əlavə, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadığı halda, cavabdeh qurum iddiaçını əyani müayinəyə cəlb etmişdir. Eyni zamanda, TSEK-in xx.xx.2022-ci il tarixli qərarında ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul etmişdir. İddiaçının iddia tələbinin ikinci hissəsi əlilliyin səbəb əlaq əsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməsi ilə bağlıdır.
35. İş materialların əsasən iddiaçıya əvvəllər də 2015-2016-cı illərdə 1 il, 2016-2021ci illərdə 5 il müddətinə məhz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edildiyi müəyyən olunur. 36. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 2.2.1.5-ci bəndinə əsasən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa, “Az ərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi müəyyən edilir. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.İddiaçının ə lillik təyinatını ləğv edən qərar 18 yanvar 2023-cü il tarixindən olduğu üçün onun həmin tarixədək əlillik statusu olduğu müəyyən olunur. Odur ki, iddiaçıya xüsusi səbəbdən əlillik də həmin tarixdən, yəni əlillik statusu ləğv edildiyi 18 yanvar 2023-cü ildən təyin edilməlidir.
37. Şikayətin əsas dəlili ondan ibarətdir ki, şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
38. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, cavabdehin özünün də istinad etdiyi İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inz ibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olubolmadığını yoxlayır. 39. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
40. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(103)-1612/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.