Məhkəmə qərarları › İş №2-1(102)-287/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-287/2019

23.04.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-287/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: 23.04.2019 Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı və vəkili X2, cavabdeh İdarənin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsin ə qarşı pensiyanın yenidən hesablanması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh İdarətərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.11.2008-ci il tarixdən 01.05.2017-ci il tarixədək olan dövr nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq birdəfəlik ödənilməsi öhdəliynin cavabdeh İdarənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 may 2018-ci il tarixli qərarı ilə (hakim Ş.Məmmədova; iş № 2-1(81)-2264/2018) iddianın təmin edilməsi; iddiaçıya 21.11.2008-ci il tarixdən 01.05.2017-ci il tarixədək olan dövr nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi öhdəliynin cavabdeh İdarənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən A.Nuriyeva, hakimlər V.Ağayev və C.Yusifov; iş № 2-1(103)1859/2018) cavabdeh İdarə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 may 2018-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxarkən iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək maddi və prosessual hüquq normalarını pozmuşdur, nəticədə əsassız və qanunsuz qərar qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Departamentin vəkili Vəkil kassasiya şikayətinin dəlilərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçının vəkili S.Qasımov kassasiya şikayəyinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 oktyavr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən İddiaçı vəkilin dediklərinə uyğun izahat vermişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı 05.07.2001-ci il tarixdən Azərbaycan Respublikası Silahlı qüvvələrində hərbi xidmətə başlamışdır. Hərbi xidmət dövründə alınmış xəstəliyə görə 18.06.2008-ci ildə sülh dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi xidmətdən tərxis olunmuşdur. Həmin tarixdən də İİ qrup əlilliyə görə aylıq 340 manat məbləğdə əmək pensiyası alır. Sonradan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 08.11.2016 tarixli, 31 saylı qərarı ilə iddiaçının xəstəliyinin diaqnozu dəqiqləşdirilərək "Hərbi travma, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır" kimi müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.2.1-ci maddəsinə əsasən əgər əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə şəxs müharihə əlili hesab olunur. Həmin Qanunun 20.16.1-ci maddəsinə əsasən 2-ci qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - 80 faizi həcmində əlavə ödəniş edilir. İddiaçı yuxarıda qeyd edilən qanuna istiand etməklə, pensiyasının 21.11.2008-ci il tarixdən 2017-ci ilin may ayınadək müddət üçün yenidən yenidən hesablanaraq ona birdəfəlik ödənilməsi haqqında müvafiq ərizə ilə cavabdeh İdarəyə müraciət etmişdir. Lakin sonuncunun iddiaçıya ünvanladığı 30.06.2017-ci il tarixli cavab məktubunda onun müraciətinin təmin edilməsindən imtina olunmuş və göstərilmişdir, ki, 21.11.2008-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nərimanov 2 nömrəli Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİ qrup hərbi xidmət dövrü ilə əlaqədar ilkin əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən daxil olmuş məlumat vərəqinə əsasən iddiaçının vəzifə maaşı - 380,00 manat, rütbə maaşı – 122.00 manat, xidmət illərinə görə 10 faiz əlavə - 50,20 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64,00 manat olmaqla, təminat xərcliyi 616,20 manat təşkil edir və təminat xərcliyinin 55 faizi, yəni 338,91 manat məbləğində pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən 16.05.2017-ci il tarixdə İİ qrüp hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik müəyyən edilmişdir və iddiaçıya təminat xərcliyinin 80 faizi, yəni 492,96 manat məbləğində pensiya hesablanaraq ödənilir. İddiaçının ərizədə qeyd etdiyi pensiya fərqinin ödənilməsi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlilliyi 16.05.2017-ci ildən olduğundan qanunvericilikdə nəzərdə tutulmamışdır. Məlumat üçün bildirilmişdir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.6 -cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda yaranır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, iddiaçının 2008-ci ildə aldığı travma (səbəb Hərbi Travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır) Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 08.11.2016-cı il tarixdə şəhadətləndirilsə də, iddiaçıya xidməti vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar aldığı travma nəticəsində pensiya 21.11.2008-ci il tarixdən təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı olduğundan qəbul edilməlidir. Belə ki, əlilliyi təyin edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərazi üzrə Tibbi Sosial Ekspert Komissiyasıdır. Hər hansı şəxsə əlillik neçənci qrup olduğu, nə vaxtdan təyin edildiyi və əlilliyinin səbəbi Tibbi Sosial Ekspert Komissiyasının Müayinə Aktından Çıxarışında qeyd edilir. Bu Çıxarış ilkin (təkrar) müayinədən keçən əlilə pensiya təyin edilməsi məqsədilə pensiya təyinatı aparan müvafiq orqana göndərilir. Azərbaycan Respub likası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.3-cü maddəsinə əsasən, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik müəyyən edilməsi barədə tibbi ekspertiza sənədləri bilavasitə TSEK-dən rəsmi qaydada qəbul edilir və kargüzarlıq işləri ilə məşğul olan şəxs tərəfindən qeydiyyatdan keçirilir. İş üzrə müəyyən edilir ki, 21.11.2008-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nərimanov 2 nömrəli Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müvafiq müayinə aktı tərtib edilməklə iddiaçın ın hərbi xidmət dövrü ilə əlaqədar ümumi xəstəlik səbəbi ilə İİ qrup əlilliyi müəyyən edilmişdir. Sonradan, 16.05.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən iddiaçıya İİ qrüp hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik müəyyən edilmişdir. Həmçinin iş üzrə müəyyən edilir ki, iddiaçı, ona ilkin olaraq müəyyən edilən əlilliyin səbəbinin ümumi xəstəlik olması ilə əlaqədar heç vaxt mübahisə açmamışdır, ona 2008-ci ildən 2017-ci ildədək müddət ərzində ümumi əsaslarla təyin edilən İİ-ci qrup əlilliyə görə əmək pensiyasını almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 93 saylı 19.08.1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiya ları haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları iki pilləli şəkildə təşkil olunur: ilkin pilləzona tibbi-sosial ekspert komissiyaları; ali pillə-Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi və Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyası. Həmin Əsasnamənin 5.5-ci bəndinə müvafiq olaraq ali pillə ekspert komissiyasının qərarlarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və məhkəməyə şikayət verilə bilər. Həmin Əsasnamənin 5.6-cı bəndinə görə, ilkin tibbi-sosial ekspert komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 36 saylı 05.02.2016-cı il tarixli Qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbayc an Respublikası Nazirlər Kabinetinin 93 saylı 19.08.1997-ci il tarixli qərarı ləğv edilmiş və “Tibbi-sosial ekspert komissiyaları haqqında” yeni Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 5.4-cü bəndinə uyğun olaraq TSEK-in (tibbi-sosial ekspert komissiyaları) qərarından narazı qalan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) tərəfindən aparılır. Həmin Əsasnamənin 5.5-ci bəndinə əsasən, TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd edilən nomativ hüquqi aktları nəzərə alan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə iddiaçıya əlilliklə bağlı təyin edilən aktlar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir. İlkin əlillik təyin edilən dövrdə, həmçinin 21.11 2008-ci il və 17.05.2017-ci il tarixlərdə əlilliklə bağlı müayinə aktlarında TSEK-in diaqnozu qeyd edilmiş, həmin aktlarda qeyd edilən əlilliyin səbəbi ilə bağlı iddiaçı məlumatlı olmuş, lakin həmin aktlarla bağlı mübahisə açmamış, inzibati qaydada və məhkəməyə şikayət verməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə müvafiq olaraq inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçının əlilliyinin səbəbi barədə TSEK tərəfindən əvvəllər tərtib edilmiş aktlar iddiaçıya məlum olduğu vaxtdan onun tərəfindən mübahisə olunmayaraq qüvvədə olmuş və hüquqi cəhətdən etibarlı sayılmışdır. Həmin aktlar əlilliyin səbəbinin dəyişdirilməsi barədə yeni inzibati akt qəbul edilənədək geri çağırılmamış, ləğv edil məmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd etməlidir ki, TSEK-in sonuncu qərarında iddiaçının hərbi travmanı Azərbaycan Respublikasının müdafiəsi zamanı alması qeyd olunmuş və bu qərarın əvvəlki dövrə şamil edilməsi nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16-cı maddəsinə əsasən, bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - 100 faizi, İİ qrup müharibə əlillərinə - 80 faizi, İİİ qru p müharibə əlillərinə - 55 faizi. Bundan başqa, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 36 saylı 05.02.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-ci bəndinə müvafiq olaraq əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yeti rməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Həmin Əsasnamənin 4.26-cı maddəsinə görə, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İddiaçının əlilliyini və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtı TSEK tərəfindən müəyyən edilməli olduğuna görə onun İİ qrup müharibə əlili olması TSEK-in qərarının qəbul edildiyi 17.05.2017-ci il tarixdən müəyyən edildiyindən cavabdeh inzibati orqan tərəfindən, həmin tarixdən ona müharibə əlili kimi pensiya təyin edilməsi barədə cavabdeh İdarənin mövqeyi əsaslı olmuşd ur. Ona görə də, iddiaçının əlilliyinin səbəbinin Azərbaycan Respublikasının müdafiəsi zamanı alması 17.05.2017-ci il tarixdən müəyyən edildiyindən, bu tarixədək iddiaçının əlilliyinin səbəbinin Azərbaycan Respublikasının müdafiəsi zamanı almasına dair qüvvədə olan inzibati akt olmadığından və həmin tarixədək olan dövrlə bağlı əlilliyin səbəbinin ümumi xəstəliklə bağlı olmasına dair qüvvədə olan aktlar olduğundan, iddia əsaslı sayıla bilməz. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin qərarında yuxarıda qeyd edilən hallara kifayət qədər diqqət yetirilməmişdir; nəticədə əsassız və qanunsuz qərar qəbul olnmuşdur. Eyni zamanda işin yenidən araşdırlmasına hər hansı zərurət yaranmır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli; iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 okty abr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar