Məhkəmə qərarları › İş №2-1(102)-287/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-287/2024

01.02.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-287/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması, işin hallarının araşdırılmaması, ziddiyyətlərin aradan qaldırılmaması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər Şəmkir bələdiyyəsi, X29 və X18) qarşı “torpaq sahəsinin konfiqurasiyasının dəyişdirilməsi və yeni çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2023-cü il tarixli, 2-1(104)-13/2023 nömrəli qərarından cavabdeh və üçüncü şəxs X29 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Şəmkir Bələdiyyəsinin 16 iyul 2004-cu il tarixli, 72 nömrəli qərarına əsasən Qasımova (Vəliyevə) Validə Şahid qızına Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsini n arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsinin satılması qərara alınmışdır.

2. Şəmkir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarına, Şəmkir rayon Tikinti və Memarlıq şöbəsinin xx.xx.2004-cü il tarixli, 49 nömrəli arayışına və Şəmkir Rayon TİB-nin xx.xx.2004-cü il tarixli, 501 nömrəli arayışına əsasən Vəliyeva (Qasımova) Validə Şahid qızına məxsus olan Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən torpaq sahəsindəki yarımçıq mağaza 09 sentyabr 2004-cü il tarixli, 4Ə-03-358 reyestr nömrəli müqavilə əsasında X3.

3. Şəmkir rayon DTİ və MHQİ-nin reyestr kitabı, k-6-72 nömrəli inventar işi, 1009 nömrəli Qeydiyyat vəsiqəsinə və xx.xx.2005-ci il tari xli, 1183 nömrəli arayışa əsasən X22 məxsus olan Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən torpaq sahəsindəki mağaza 29 avqust 2005-ci il tarixli, 4Ə-03-327 reyestr nömrəli müqaviləyə əsasən X2.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli çıxarışa əsasən Şəmkir şəhəri, Bakı-Qazax yolunun sol tərəfində 0.0416 ha torpaq sahəsində yerləşən 1 girişli, 376.4 kv.m ümumi sahədən ibarət bir mərtəbəli qeyriyaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə X15 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində MH ******* nömrəli çıxarışla qeydiyyata alınmışdır.

5. X5 şəhəri, Bakı-Qazax yolunun sol tərəfin də yerləşən 0.0416 ha torpaq sahəsi və 376.4 kv.m ümumi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (mağaza) 27 oktyabr 2009-cu il tarixli, 4Ə-02-235 reyestr nömrəli müqavilə əsasında İddiaçı satmışdır.

6. Şəmkir şəhəri, Bakı-Qazax yolunun sol tərəfində 0.0416 ha torpaq sahəsində yerləşən 1 girişli, 376.4 kv.m ümumi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir şəhəri, BakıQazax yolunun sol tərəfində 376.4 kv.m qeyri-yaşayış binası və 0.0416 ha torpaq sahəsi mülk iyyət hüququ üzrə İddiaçı, 0.0184 ha torpaq sahəsi isə mülkiyyət hüququ üzrə X11 adına qeydiyyata alınmışdır.

8. X23 mülkiyyətində olan 0.0184 ha torpaq sahəsini AN-İ ******* nömrəli, xx.xx.2019cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən İddiaçı satmış, həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

9. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək torpaq sahəsinin konfiqurasiyasının dəyişdirilməsini xahiş etmişdir.

10. Cavabdeh 27 yanvar 2020-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, iddiaçının adına verilmiş xx.xx.2019-cu il tarixli, **********1506301 reyestr nömrəli çıxarışda qeyd edilən 0.06 ha torpaq sahəsinin konfiqurasiyası düzgün tərtib edilmişdir. Eyni zamanda iddia edilən torpaq sahəsinə (0.0271 ha) Şəmkir Bələdiyyəsinin adına xx.xx.2018-ci il tarixli, **********06 reyestr nömrəli çıxarış verilmiş və xx.xx.2019-cu il tarixli, 4Ə-2057 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X1. Vilayət Qocayev isə həmin torpaq sahəsinə xx.xx.2019-cu il tarixli, **********71 reyestr nömrəli çıxarış almış və xx.xx.2019-cu il tarixli, 4Ə-3150 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X4. Odur ki, həmin torpaq sahəsinə Mənsur Kazımovun adına xx.xx.2019-cu il tarixli **********71 reyestr nömrəli çıxarış verildiyi üçün konfiqurasiya dəyişikliyinin aparılması mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Şəmkir Bələdiyyəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir Bələdiyyəsinin adına verilmiş xx.xx.2018-ci il tarixli, **********06 reyestr nömrəli çıxarışın və onun verilməsinə əsas olmuş torpaq sahəsinin planının və ölçüsünün ləğv edilməsi, Bakı-Qazax yolunun sol tərəfində yerləşən onun adına olan qeyri-yaşayış binasının (mağazanın) torpaq sahəsinin konfiqurasiyasının dəyişdirilməsi, buna müvafiq olaraq onun adına yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində və istifadəsində olan 0.06 ha torpaq sahəsində Şəmkir şəhəri ərazisində Bakı-Qazax magistral yolunun sol tərəfində yerləşən “İpək yolu” boyunca baş plan əsasında ona verilmiş 28 metr torpaq sahəsinin uzunu, 22 metr eni olan mağaza və anbar tikdirmişdir. Qeyd olunan torpaq sahəsi Şəmkir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 72 nömrəli qərarına, Şəmkir rayon Tikinti və Memarlıq şöbəsinin xx.xx.2004-cü il tarixli 49 nömrəli arayışına və Şəmkir rayon Texniki İnventar Bürosunun xx.xx.2004-cü il tarixli 501 nömrəli arayışı əsasında X16 məxsus torpaq sahəsində yerləşən yarımçıq tikili olan mağaza Şəmkir rayon 2-ci notariat kontorunda təsdiq edilən xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi ilə əvvəlcə X3. X7 rayon DTİ və MHQİ-nin reyestr kitabı k-6-72 nömrəli, inventar işi 1009 nömrəli Qeydiyyat vəsiqəsinə və xx.xx.2005-ci il tarixli 1183 nömrəli arayışı əsasında özünə məxsus mağazanı Şəmkir rayon 2-ci notariat kontorunda təsdiqlənmiş xx.xx.2005-ci ol tarixli alqısatqı müqaviləsi ilə X10na alqı-s atqı etmişdir. X10 DƏDRX-nin Şəmkir rayon Ərazi İdarəsinin xx.xx.2009-cu il tarixli ********** Qeydiyyat nömrəsi olan, ******* nömrəli çıxarışına və xx.xx.2009-cu il tarixli arayışına əsasən özünə məxsus həmin mağazanı Şəmkir rayon 2-ci notariat kontorunda təsdiqlənmiş xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmış və hazırda da həmin mağaza torpaq sahəsi ilə birlikdə iddiaçının xüsusi mülkiyyətindədir. Bakı-Qazax magistral yolunun sol tərəfində “İpək yolu” boyunca əvvəlki mülkiyyətçisi tərəfindən 2004-cü ildə tikilmiş və hazırda iddiaçının mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən torpaq sahəsinə və üzərində tikilmiş mağazaya DT və XK- nin Şəmkir şöbəsinin müdiri R.Rüstəmov, Şəmkir rayonunun Baş Memarı R.Rəhimov və Şəmkir Bələdiyyəsinin sədri M.Cəfərov tərəfindən möhürlənərək hər üç səlahiyyətli şəxslər tərəfindən təsdiqlənərək verilmiş torpaq sahəsinin sxematik çıxarışında göstərilən əsas döngə nöqtələri mağazanın Bakı-Qazax yolu boyunca uzununa göstərilmişdir. Lakin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi işçilərinin texniki səhvləri və yaxud vəzifələrindən sui-istifadələri nəticəsində iddiaçıya sonradan verilən qeyri-yaşayış sahəsi olan mağazaya dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla əvvəlki sənədlərə zidd olan sxematik cizgilər planı dəyişdirmişlər ki, bu da mağazanın sxemini Bakı-Qazax magistral yolunun sol tərəfində “İpək yolu” boyunca uzununa deyil, eninə düşmüşdür. Bu da öz növbəsində qonşuluqda torpaq sahəsini əldə etmiş şəxslər arasında lüzumsuz mübahisələrə, qa rşıdurmalara və bir sıra xoşagəlməz halların baş verməsinə səbəb olmuşdur. Cavabdeh 11 saylı Şəmkir Ərazi idarəsi işçilərinin texniki səhvləri aradan qaldırılmalıdır. Lakin, müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi müxtəlif bəhanələr gətirərək yaranmış vəziyyətin aradan qaldırılması ilə əlaqədar heç bir tədbir görməmiş və 27 yanvar 2020-ci il tarixli məktubu ilə Bakı-Qazax magistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasının torpaq sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən imtina edilmişdir.

13. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil etmişdir.

14. Gəncə İnzibati Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qərardadı ilə X29, 23 aprel 2021-ci il tarixli qərardadı ilə X18 üçünc ü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşlar.

15. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı-Qazax yolunun sol tərəfində yerləşən onun adına olan qeyri-yaşayış binasının (mağazanın) torpaq sahəsinin konfiqurasiyasının dəyişdirilməsi, buna müvafiq olaraq iddiaçının adına yeni çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-56/2021 saylı, 23 fevral 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

17. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-56/2021 saylı, 03 noyabr 2 021-ci il tarixli qərarı ilə (hakim X13) iddia təmin edilmiş, xx.xx.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin konfiqurasiyası Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına əsasən X16 verilmiş BakıQazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsinin konfiqurasiyasına uyğun dəyişdirilərək çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Gəncə Ərazi İdarəsinin üzəri nə qoyulmuşdur.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şəxsin mülkiyyətində, sərəncamında və ya daimi istifadəsində olan torpaq sahəsinin həmin torpaq sahəsinə dair tərtib edilmiş sənədlərə uyğun olaraq yerində müəyyən edilib ölçülməsi və sərhədlərinin müəyyən edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin öhdəliyidir. Belə olan halda hazırki iddia tələbi üzrə cavabdehin torpaq sahəsinin konfiqurasiyasının dəyişdirilməsi tələbi üzrə aşkar hərəkətsizliyi əsassızdır və yuxarıda qeyd edilən maddi hüquq normalarına ziddir.

19. Birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verilmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

20. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2023-cü il tarixli, 2-1(104)-13/2023 nömrəli qərarı ilə (hakimlər X6 (məruzəçi), X33 və X9) apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-56/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. Üçüncü şəxs X29 və cavabdeh kassasiya şikayəti vermişlər. Şikayətlərdə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətlərinin dəlilləri

23. Şikayətlərdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 16.6-cı maddələrinə, eləcə də Mülki Məcəllənin 140-cı maddəsinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassız hesab edilir.

24. Qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi üçüncü şəxsin xeyrinə olan sübutları və halları araşdırmamış, iş materiallarında 3 mütəxəssis rəyi olmasına baxmayaraq sonuncu rəyi əsas götürmüş, bu zaman gəlmiş olduğu nəticəni əsaslandırmamışdır.

25. Daha sonra qeyd edilir ki, bağlanmış alqı-satqı müqaviləsinə əsasən X8 aldığı Şəmkir şəhərində yerləşən 0.0271 ha torpaq sahəsi üzərində X20 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixli, **********71 reyestr nömrəli çıxarış verilmiş, həmin çıxarış hazırda qüvvədədir və ləğv edilməmişdir. Belə olan halda isə xx.xx.2019-cu il tarixli RX seriyalı **** *** nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin konfiqurasiyası Şəmkir bələdiyyəsinin xx.xx.2004-cü il tarixli,72 nömrəli qərarına əsasən X16 verilmiş Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsinin konfiqurasiyasına uyğun dəyişdirilərək çıxarış veriləcəyi halda X20 mülkiyyətində olan 0.0271 ha torpaq sahəsi ilə üst-üstə düşəcək, eyni torpaq sahəsinə isə 2 çıxarış verilməli olacaq, bu isə qanunvericiliyinin tələblərinə ziddir, heç bir halda icra oluna bilməz. b. kassasiya şikayətinə etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əml ak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 10.3. Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər (ərizənin notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə verildiyi hallar istisna olmaqla). 10.3-1. Hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların X14 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X14 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 10.4. Hüquqların dövlət qey diyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə

16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağ lı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılm ış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə

102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 29-1. Məhkəmə ekspertizası İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Maddə

58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassa siya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkə mə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

30. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şik ayətlər mümkün hesab edilmişdir.

31. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8, 10, 16-cı maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkr ar apelyasiya baxışına göndərilməlidir.

33. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvi ilə əlaqədar mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir. Hazırki inzibati iş üzrə mübahisə predmeti Bakı-Qazax yolunun sol tərəfində yerləşən iddiaçının adına olan qeyri-yaşayış binasının (mağazanın) torpaq sahəsinin konfiqurasiyasının dəyişdirilməsi, buna müvafiq olaraq onun adına yeni çıxarışın verilməsi ilə bağlıdır.

34. İşin hallarından görünür ki, bu tələblə iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən torpaq sahəsinin konfiqurasiyasının düzgün tərtib edildiyini bildirmiş, eyni zamanda qeyd etmişdir ki, həmin torpaq sahəsinə Mənsur Kazımovun adına xx.xx.2019-cu il tarixli **********71 reyestr nömrəli çıxarış ve rildiyi üçün konfiqurasiya dəyişikliyinin aparılması mümkün deyil.

35. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı məhkəməyə müraciət etmiş, həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyi ilə razılaşaraq iddia tələbini qanuni və əsaslı hesab etmişlər.

36. Hazırda cavabdeh və üçüncü şəxs X30 apelyasiya instansiyası məhkəməsinin qərarını mübahisələndirməklə həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edirlər.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə mahiyyəti üzrə baxarkən ətraflı araşdırma aparmadan iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir.

38. Belə ki, iş materiallarında bir neçə mütəxəssis rəyi mövcuddur.

39. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri D övlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********65 nömrəli məktubuna əlavə edilmiş həmin idarənin yerquruluşu üzrə mütəxəssisi X24 tərəfindən tərtib edilmiş rəydə qeyd edilmişdir ki, Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına əsasən ayrılmış sahibkarlıq məqsədli 0.06 ha torpaq sahəsinin bələdiyyə və DT və XK tərəfindən işlənmiş yerquruluşu sxemi ilə İddiaçı adına işlənmiş xx.xx.2019-cu il tarixli RX 1502031nömrəli reyestrdən çıxarışla və texniki pasportun baş plandakı konfiqurasiya eynilik təşkil etmir. Belə ki, İddiaçı baş planı naturada mövcud olan tikiliyə icazə sənədlərinə layihəyə və digər sənədlərə əsasən tikilmiş qeyri-yaşayış binasına uyğun işlənmişdir. Odur ki, konfiqu rasiyalar eynilik təşkil etməmişdir.

40. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli 11/M-206 nömrəli mütəxəssis rəyindən görünür ki, Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına əsasən X16 verilmiş BakıQazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsinin konfiqurasiyası ilə İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.06 ha torpaq sahəsinin konfiqurasiyası eynilik tə şkil etmir. Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli 72 nömrəli qərarına əsasən X16 verilmiş Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsi ilə bağlı təqdim olunmuş sənədlərdə koordinatlar olmaması səbəbindən İddiaçı faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsinin koordinatlarının eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmadı. Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına əsasan X16 verilmiş Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0,06 ha torpaq sahəsinin koordinatların olmaması səbəbindən X21 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0,06 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün olmadı. Lakin iddiaçılar İddiaçı və Nümayəndə2 faktiki istifadələri kimi təqdim etdikləri 0,816 ha torpaq sahəsinin 0,0271 ha torpaq sahəsi X21 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla üst-üstə düşür.

41. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli 11/M-162 nömrəli mütəxəssis rəyindən görünür ki, Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına əsasən X16 verilmiş BakıQazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsinin konfiqurasiyası ilə İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.06 ha torpaq sahəsinin konfiqurasiyası eynilik təşkil etmir və çıxarış üzrə işlənmişdir. Yəni Bakı-Qazax magistral yoluna perpendikulyar vəziyyətdə işlənmişdir. İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində n çıxarışda qeyd olunan 0.06 ha torpaq sahəsinin konfiqurasiyası – Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına uyğun dəyişdirildiyi təqdirdə hər hansı üçüncü şəxslərin hüquqlarının qeydə alındığı torpaq sahəsi ilə üst-üstə düşmür. Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli 72 nömrəli qərarına əsasən X16 verilmiş BakıQazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşür.

42. İş materiallarından görünür ki, məhkəmələr bu rəyləri müqayisə etdikdən sonra bu qənaətə gəlmişdir ki, sonuncu rəy əsaslıdır.

43. Lakin məhkəmələr digər ilk iki rəylə deyil, sonuncu mütəxəss is rəyi ilə razılaşmama səbəblərini qərarda göstərməmiş, rəylər arasında kəskin ziddiyyətlərin olmasına baxmayaraq, gəlmiş olduğu nəticəni əsaslandırmamışdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, növbəti apelyasiya baxışı zamanı ziddiyyətli halların aradan qaldırılması məqsədi ilə müvafiq rəyləri vermiş mütəxəssislər məhkəmə prosesinə dəvət edilməli, müqayisə təhlil aparmaqla rəylər arasındakı ziddiyyətlər aradan qaldırılmalıdır.

45. Bundan əlavə cavabdeh kassasiya şikayətində bildirmişdir ki, mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsinin konfiqurasiyasına uyğun dəyişdirilərək çıxarış veriləcəyi halda həmin torpaq sahəsi X20 mülkiyyətində olan 0.0271 ha torpaq sahəsi ilə üst-üstə düşəcəkdir.

46. Kassasiya şikayətinin bu dəlili ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş materiallarında olan sənədlərlə kassasiya şikayətində göstərilən xüsusatın müəyyən edilməsi mümkün deyildir. Bu səbəbdən də torpaq sahəsinin konfiqurasiyası dəyişdirildiyi təqdirdə baş verə biləcək mübahisələrin qarşısını almaq məqsədi ilə növbəti apelyasiya baxışı zamanı mübahisəli torpaq sahəsi ilk dəfə iddiaçının və üçüncü şəxsin adına qeydə alınarkən bu qeydiyyatın hansı ilkin hüquqmüəyyənedici sənədlər əsasında (plan-cizgi, sxem) aparıldığı müəyyən edilməli, ilkin qeydiyyatın faktiki sənədlərə uyğun aparılması yoxlanılmalı, konfiqurasiya dəyişdirilməsinə səbəb olan işin faktiki halları araşdırılmalı, mövcud vəziyyətə uyğun qeydiyyatın aparılmasına əsas olan hallar müəyyən edilməlidir.

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şi kayətlərinin dəlilləri əsaslı olduğundan qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, əlavə araşdırmaya zərurət olduğundan iddianın rədd edilməsi hissəsində şikayətlər təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2023-cü il tarixli, 2-1(104)-13/2023 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar