Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2870/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınm ış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə satılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2025-ci il tarixli, 2-1(103)-2621/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 24853,66 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 60000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə satılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4228/2023 nömrəli qərardadı ilə hazırkı iş üzrə icraat, iddiaçı X1 cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-2195/2023 saylı iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2195/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2195/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı “cavabdehin qəbul etdiyi “əmlakın siyahıya alınması haqqınd a” **********2 saylı qərarının ləğv edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçının vəsatəti əsasında geri qaytarılması qərara alınmışdır.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-590/2024-cü il saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
5. Bakı İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(112)-140/2025 nömrəli qərarı ilə (hakim F.İsmayılzadə) iddia təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 24853,66 manat məbləğdə borcun ödənilməsinin təmin edilməsi məqsədilə xx.xx.2022-ci il tarixli protokol əsasında siyahıya alınmış cavabdehə məxsus 60000 manat dəyərində əmlakın (Bakı şəhəri, Sabunç u rayonu, Bakıxanov qəsəbəsi, 3-cü Yavər Əliyev küçəsi, 19 saylı fədi yaşayış evinin) satışını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə qanunvericiliyə uyğun olaraq təşkil etmək öhdəliyi iddiaçının üzərinə qoyulmuşdur.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2025-ci il tarixli, 2-1(103)-2621/2025 nömrəli qərardadı ilə (hakimlər: E.Əliyev – məruzəçi, G.Abbasova və A.Oruczadə) Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-140/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edi lmiş və şikayətin qəbulundan imtina edilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-140/2025 nömrəli qərarı xx.xx.2025-ci il tarixində cavabdehin elektron kabinetinə yerləşdirilmiş, həmin qərardan apellyasiya şikayəti xx.xx.2025-ci il tarixində verilməklə, qanunla müəyyən edilən 30 günlük müddət (5 gün) ötürülmüşdür. Göründüyü kimi, cavabdeh müvafiq qərarı lazımi qaydada əldə etməsinə baxmayaraq, apellyasiya şikayətini prosessual müddət ötürməklə vermişdir. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi qəbzdə şikayətin xx.xx.2025-ci il tarixində göndərildiyi qeyd edilsə də, “ekspress” poçt vasitəsilə göndərilən şikayətin 5 gün müddətində çatması, eləcə də cavabdeh tərəfindən apellyasiya şikayətini hansı səbə blə “Azərpoçt” vasitəsilə göndərmədiyi sual doğurmaqla yanaşı, apellyasiya şikayətinə əlavə edilmiş “ekspress” poçta məxsus qəbzdə hər hansı möhür vurulmamış, şikayəti alan şəxsin vəzifəsi qeyd edilməmişdir. Hazırkı apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmiş və cavabdehin elektron kabinetinə xx.xx.2025-ci il tarixində İPM-in 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım məktubu göndərilmiş, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Lakin cavabdeh tərəfindən bununla bağlı hər hansı ərizə təqdim edilməmişdir.
9. Cavabd eh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin mümkün hesab olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il 2-1(112)-140/2025 nömrəli tarixli qərarı xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmiş, qanunvericilikdə nəzərdə tutulmuş 30 gün müddətində yəni, xx.xx.2025-ci il tarixdə şikayət tərtib edilərək ekspress poçta təqdim edilmişdir. Bir sözlə müddət ötürülmədən apellyasiya şikayəti vaxtında verilmişdir. Ekspress poçt həmin şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Bununla da cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayəti vermişdir. Şikayətin hansı əsa sla məhkəməyə xx.xx.2025-ci il tarixdə çatması cavabdehin yox, rabitə orqanın işidir. Buna görə cavabdehin hüquqları pozula bilməz.
11. O ki, qaldı məhkəmə tərəfindən sənədlər qəbul edilərkən əməkdaşın vəzifəsini yazmaması, bu da cavabdehin təqsiri ucbatından baş verməmiş, kargüzarlığı aparan işçinin etdiyi səhvdir. Buna görə də cavabdehin hüququ pozula bilməz. Məhkəmə tərəfindən qəbul olunur ki, sənəd xx.xx.2025-ci il tarixdə məhkəmə tərəfindən qəbul edilmişdir.
12. Məhkəmə qeyd edir ki, “cavabdeh tərəfindən apellyasiya şikayətini hansı səbəblə “Azərpoçt” vasitəsilə göndərmədiyi sual doğurmaqla yanaşı” fikri ilə razılaşmırlar. Hər bir halda hər ikisi rabitə orqanıdır, hər ikisi ilə məktub və şikayət göndərmək mümkündür. Belə olan halda təbii ki, seçim cavabdehindir. Məhkəmənin cavabdehin seçimini şübhə altına alması yolverilməzdir. Hər iki rabitə orqanı ilə məktub göndərilir. Məktubun dərhal və ya 3-5 günə çatması barədə hansısa bir şərt yoxdur. Məhkəmə qeyd etdiyi günün artıq ikisinin şənbə və bazar gününə düşməsini nəzərə almamışdır. Məhkəmədə bunun sual doğurması qərəzli və əsassızdır. Rabitə orqanının və məhkəmə kargüzarlığının əməkdaşının ucbatından apellyasiya şikayətinin mümkünsüz hesab edilməsi qəbul edilən deyil və yolverilməzdir. Təbii ki, vətəndaşın şikayət hüququnu məhdudlaşdırmaqdır.
13. Məhkəmənin hüquqi yardımı ilə bağlı bildirilir ki, hansısa müddət ötürülməmiş, qətnamənin alınması, şikayətin verilməsinin təsdiq edən və şikayətin qəbul edilməsini təsdiq edən sübutlar iş materiallarında mövcuddur. Məhkəmə həmin sübutlara əsasən şikayəti mümkün hesab etməli idi. Apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla ba ğlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə
85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şika yəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
16. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə düzgün olmayan qərardad qəbul etmişdir.
19. Hazırda kassasiya baxışının predmetini cavabd eh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü, yəni apellyasiya instansiyası məhkəməsinin prosessual müddətin ötürülməsi ilə bağlı gəldiyi nəticənin qanunauyğun olub-olmaması təşkil edir.
20. Bununla bağlı qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və qanunvericiliklə nəzərdə tutulmuş müəyyən məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də məhkəmə aktlarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi ilə bağlı nəzərdə tutulan prosessual müddətlərdir. Belə bir tənzimetmənin əsas məqsədlərindən biri hüquqi müəyyənlikdir ki, bu institut hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüq uq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır.
21. İşə baxan apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin ötürüldüyü nəticəsinə gələrkən, cavabdeh tərəfindən məhkəmə aktının təqdim edildiyi tarixdən qanunla müəyyən olunmuş müddətdə şikayət verilməməsinə istinad etmişdir.
22. Hazırda cavabdeh birinci instansiya məhkəməsinin qərarından vaxtında apellyasiya şikayəti verdiyini, hər hansı müddətin ötürülmədiyini bildirir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual müddətlərin müəyyən edilməsi və onlara riayət edilməsi hüquqi müəyyənlik prinsipinin mühüm tərkib hissəsidir. Lakin eyni zamanda qeyd edilməlidir ki, prosessual müddətlərin tətbiqi formal yanaşma ilə deyil, real və f aktiki halların araşdırılması əsasında həyata keçirilməlidir. Prosessual qanunvericiliyin tələblərinə görə, apellyasiya şikayəti vermə müddətinin axımı məhkəmə aktının tərəfə təqdim edildiyi andan başlanır və 30 gün sonra apellyasiya şikayətinin verilməsi üçün müddət bitir. Belə olan halda, məhkəmə aktının təqdim edildiyi və apellyasiya şikayətinin verildiyi anların dəqiq müəyyən edilməsi zəruridir.
24. Hazırkı işin hallarından görünür ki, birinci instansiya məhkəməsinin qərarı xx.xx.2025-ci il tarixində cavabdehin elektron kabinetinə yerləşdirilmişdir və həmin qərardan apellyasiya şikayətinin verilməsi üçün son gün xx.xx.2025-ci ildir.
25. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi “ekspress” poçt qəbzindən görünür ki, cavabdeh apellyasiya şikayətini poçt rabitəsinə xx.xx.2025-ci il t arixdə təqdim etmiş, poçt rabitəsi tərəfindən həmin apellyasiya şikayəti məhkəməyə xx.xx.2025-ci il tarixdə çatdırılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün hesab edib şikayətin qəbulundan imtina edərək bildirmişdir ki, “ekspress” poçt vasitəsilə göndərilən şikayətin 5 gün müddətində çatması, eləcə də cavabdeh tərəfindən apellyasiya şikayətini hansı səbəblə “Azərpoçt” vasitəsilə göndərmədiyi sual doğurmaqla yanaşı, apellyasiya şikayətinə əlavə edilmiş “ekspress” poçta məxsus qəbzdə hər hansı möhür vurulmamış, şikayəti alan şəxsin vəzifəsi qeyd edilməmişdir.
27. Nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin cavabdehin birinci instansiya məhkəməsinin aktından verdiyi apellyasiya şikayətinin vaxtında poçt rabitəsinə təqdim olunmaması, h abelə seçilən poçt rabitəsinin “Azərpoçt” olmaması, “ekspress” poçta məxsus qəbzə hər hansı möhürün vurulmaması, şikayəti alan şəxsin vəzifəsinin qeyd edilməməsi barədə bildirdiyi hallar formal və ümumi xarakter daşımamalıdır. Apellyasiya instansiyası məhkəməsi həmin hallara ehtimal kimi yanaşmamalı, əksinə, bu hallar üzrə faktiki vəziyyətin müəyyən edilməsi məqsədilə müvafiq araşdırma aparılmalı və əldə olunmuş nəticələr əsasında əsaslandırılmış mövqe formalaşdırmalı idi.
28. Xüsusilə vurğulanmalıdır ki, apellyasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulan müddətdə təqdim edilib-edilməməsi faktı şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Şübhələr tərəfin məhkəməyə çıxış hüququnun məhdudlaşdırılması xeyrinə deyil, hüququn təmin edilməsi xeyrinə şərh olunmalıdır.
29. Beləliklə, ape llyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin qeyd edilən dəlilləri istiqamətində işin halları hərtərəfli araşdırılmamışdır. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi bu halları hərtərəfli araşdırmalı və qiymət verməli, zərurət olarsa, İPM-in 12.1-ci maddəsinin tələblərinə əsasən əlavə zəruri sübutları tələb etməlidir.
30. Məhkəmə kollegiyası, həmçinin, apellyasiya instansiyası məhkəməsinin cavabdehin hüquqi yardım məktubu ilə bağlı hər hansı ərizə təqdim etməməsinin apellyasiya şikayətinin qeyri-mümkün sayılmasının əsası kimi qəbul edilməsi ilə bağlı mövqeyi ilə razılaşmır və bildirir ki, cavabdehin hüquqi yardım məktubu ilə bağlı məhkəməyə hər hansı ərizənin təqdim edilib-edilməməsindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsi xidməti vəzifəsinə görə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
31. Odur ki, işə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı işin hallarını təkrar qiymətləndirməklə nəticəyə gəlməlidir.
32. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2025-ci il tarixli, 2-1(103)-2621/2025 nömrəli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayətinin mümkünlüyü apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid olduğundan apellyasiya şikayətinin mümkün sayılması hissəsində şikayət təmin olunmamalıdır.
33. Yuxarıda göstəril ənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2025-ci il tarixli, 21(103)-2621/2025 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.