Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2875/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin x x.xx.2023-cü il tarixli **********343700 nömrəli əmri ilə verilmiş töhmətin ləğv edilməsi və 2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 Noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbul ediləcək qətnamə icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq cavabdehdən tutularaq verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2-1(107)-401/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmri ilə “ Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi 1-ci dərəcəli müfəttiş İddiaçı töhmət verilmişdir.
2. Sözügedən əmr xx.xx.2023-cü il tarixdə iddiaçıya məlumat üçün elektron qaydada təqdim edilmişdir. 3. xx.xx.2023-cü ildə iddiaçı cavabdehə mübahisənin mediasiya qaydasında həll edilməsi üçün təklif göndərmiş və xx.xx.2023-cü il tarixdə Yevlax 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir.
4. İlkin mediasiya sessiyası xx.xx.2023-cü il tarixə təyin edilmiş, həmin tarixdə Yevlax 1 saylı Mediasiya Təşkilatı tərəfindən “Mediasiya haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasında iştirak edilm əməsi barədə arayış tərtib edilmişdir.
5. Bundan sonra iddiaçı xx.xx.2023-cü ildə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsi tərəfindən qeyd edilən məsələyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması səbəbilə mülki işin icraatına xitam verilməsinə dair xx.xx.2024-cü il tarixdə qərardad qəbul edilmişdir.
6. İddiaçı həmçinin xx.xx.2024-cü il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək mübahisələndirilən əmrin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubu ilə iddiaçıya xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin qəbul edilməsinə əsas olmuş nöqsanların aradan qaldırılmasını vacib edən halların olmaması səbəbindən əmrin ləğvi üçün əsas yoxdur. Eyn i zamanda mükafatların hesablanmaması ilə bağlı bildirilmişdir ki, “Vergi orqanlarında işçilərin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın 2.5.6-cı bəndinə əsasən barəsində intizam tənbehi tədbiri görülmüş işçilərə tənbeh qüvvədə olduğu dövr üçün aylıq vəzifə maaşı əlavələr hesablanmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmri ilə verilmiş töhmətin ləğv edilməsi və 2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 Noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbu l ediləcək qətnamə icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq cavabdehdən tutularaq verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Şəki İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli 2-1(116)-1592/2024 nömrəli qərardadı ilə (hakim V.Musayev) iddia mümkün sayılmamışdır.
9. Birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, “...hazırkı iddia tələbinin “xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin ləğv edilməsi” hissəsi “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət q abiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Hazırkı işin hallarına münasibətdə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə mübahisə ilə bağlı Yevlax 1 saylı Mediasiya Təşkilatında icraat aparılmasına baxmayaraq, artıq sözügedən mediasiya təşkilatına müraciət edilənədək əmrdən iddiaçının məlumatlı olduğu vaxtdan 14 gün keçdiyindən, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı əldə etdikdən sonrakı 16 gün ərzində məhkəmədə iddia qaldırılmalı idi. Yəni, xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin mübahisələndirilməsi ilə bağlı 30 günlük iddia müddətinin buraxılması ilə bağlı Yevlax 1 saylı Mediasiya Təşkilatında icraat aparıldığı dövrün üzürlü hal kimi qəbul edilməsi mümkün olsa da, mediasiya icraatı başa çatdıqdan sonrakı dövr ərzində - xx.xx.2023-cü il tarixədək məhkəməyə müraciət edilmədiyinə görə İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsinə, daha sonra isə Yevlax Rayon Məhkəməsinə müraciət edərkən artıq, xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin mübahisələndirilməsi ilə bağlı 30 günlük iddia müddəti ötürülmüşdür. İddia tələbinin “2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmə k haqqına əlavələrin və mükafatların, 8 noyabr Zəfər bayramı münasibətilə verilmiş olan mükafatın cavabdehdən tutularaq ödənilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin verilməsi nəticəsində iddiaçının məhrum olduğu əmək haqqına əlavələr, mükafatların hesablanaraq ödənilməsi hissəsi ilkin tələbdən asılı tələbdir və həmin ödənişlərin verilməməsi məhz sözügedən əmrin qəbul edilməsi ilə bağlı olduğundan ilkin tələbin qeyri-mümkün olması tələbin həmin hissəsinin də, mümkünsüzlüyünə səbəb olur.”
10. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün yenidən Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instan siyası məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 21(107)-401/2024 nömrəli qərardadı ilə (hakimlər: R.Rəfiyev - sədrlik edən və məruzəçi, T.Həsənov və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli 2-1(116)-1592/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi İPM-in 38.1-ci maddəsinə və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasına dair qərard adın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, əmək mübahisələrindən irəli gələn mübahisələrdə mediasiyanın tətbiqi imperativ normadır. O cümlədən, mediasiya təşkilatına müraciət etməmişdən öncə cavabdeh tərəfə mübahisənin mediasiya qaydasında həll edilməsi üçün təklifin göndərilməsi də məcburidir. İddiaçı xx.xx.2023-cü il tarixində cavabdeh inzibati orqana mübahisənin mediasiya qaydasında həll edilməsi üçün təklif göndərmiş və mediasiyanın keçirilməsi ilə bağlı iddiaçının hərəkətləri məhz xx.xx.2023-cü il tarixdən başlandığı halda apellyasiya instansiyası, mediasiya bağlı hərəkətlərin bağlanğıcını, düzgün olmayaraq xx.xx.2023-cü il tarixdən hesablamışdır.
15. İddiaçı ilkin olaraq Yevlax Rayon Məhkəməsinə müraciət etmiş, mülki işin icraatına xitam verilməsinə dair qərardad xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Həmin qərardadı iddiaçı xx.xx.2024-cü il tarixdə əldə etmiş və xx.xx.2024-cü ildə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. X1 Məhkəməsi səhvən iddianın xx.xx.2024-cü ildə təqdim edildiyini bildirmişdir.
16. Kassator “Mediasiya haqqında” Qanunun 3.1.3, 35.1-ci, Əmək Məcəlləsinin 294, 296-cı, İPM-in 22.1, 22.2-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2-1(107)-401/2024 nömrəli qərardadını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “İnzibati icraat haqqında” Qanun: Maddə
73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tu tulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir.
19. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzib ati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasi ya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi va sitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarı 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarıdadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şik ayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl olunmamış, iddianın mümkünlüyü ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından tam və hərtərəfli araşdırılmamışdır. Bu səbəblərdən şikayət təmin edilməli, apelyasiya məhkəməsinin qərardadı ləğv olunmalıdır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
24. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, müb ahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
25. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mü mkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır. İddianın mümkünlük şərtləri, o cümlədən müddətlə bağlı mümkünlük şərti inzibati məhkəmə icraatının istənilən mərhələsində işə baxan məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən yoxlanılmalıdır.
26. Apellyasiya instansiya məhkəməsi müddətin buraxılması səbəbi ilə iddianı mümkün saymamış və bu barədə qərardadında qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin mübahisələndirilməsi ilə bağlı 30 günl ük iddia müddəti ötürülmüşdür. Belə ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə mübahisə ilə bağlı Yevlax 1 saylı Mediasiya Təşkilatında icraat aparılmasına baxmayaraq, artıq sözügedən mediasiya təşkilatına müraciət edilənədək əmrdən iddiaçının məlumatlı olduğu vaxtdan 14 gün keçdiyindən, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı əldə etdikdən sonrakı 16 gün ərzində məhkəmədə iddia qaldırılmalı idi.
27. Hazırkı mübahisə üzrə iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçının tələbi ona töhmət verilməsi barədə əmrin ləğvinə yönəlmişdir. İnzibati prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normay a görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt), yəni hazırkı mübahisəyə münasibətdə həm əmr, həm də şikayət instansiyasının şikayət üzrə qərarı mübahisələndirmə haqqında iddianın predmeti ola bilər.
28. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mübahisələndirmə haqqında iddialar üzrə müddətlə bağlı mümkünlük şərtinə əməl olunmasının yoxlanılması zamanı, məhkəmə obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim olunması və ya bu barədə ona məlumat verilməsi tarixini, eləcə də iddiaçının şikayət instansiyasına müraciəti üz rə qəbul olunmuş qərarın iddiaçıya təqdim olunması və ya bu barədə ona məlumat verilməsi tarixini, bunun üzərindən məhkəmədə iddia qaldırma müddətinin axımının başlandığı anı araşdırmağa və müəyyən etməyə borcludur. Məhkəmə yalnız bundan sonra iddia müddətinin buraxılması ilə bağlı məsələyə qiymət verməyə haqlı sayıla bilər.
29. Hazırkı mübahisəyə münasibətdə məhkəmə yuxarıda qeyd edilən qaydaya əməl etmədən və iddiaçının inzibati orqana müraciətinə əmrdən verilmiş şikayət anlamında qiymət vermədən müddətin buraxılması barədə nəticəyə gəlmişdir.
30. Belə ki, işdən görünür ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli əmr iddiaçıya elektron qaydada xx.xx.2023-cü ildə təqdim edilmiş, bundan 9 gün sonra xx.xx.2023-cü ildə iddiaçı cavabdehə mübahisənin mediasiya qaydasında həll edilməsi üç ün təklif göndərmiş və xx.xx.2023-cü il tarixdə Yevlax 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. İlkin mediasiya sessiyası xx.xx.2023-cü il tarixə təyin edilmiş, həmin tarixdə Yevlax 1 saylı Mediasiya Təşkilatı tərəfindən “Mediasiya haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir.
31. Bundan 8 gün sonra iddiaçı xx.xx.2023-cü ildə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsi tərəfindən iddia tələbinə Azərbaycan Respublikası MPM-nin 153.2 və 153.2.1-ci maddələrinə əsasən mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması səbəbilə mülki işin icraatına xitam verilməsinə dair xx.xx.2024-cü il tarixdə qərardad qəbul edilmiş, həmin qərardadı iddiaçı xx.xx.2024 -cü il tarixdə əldə etmiş bundan sonra xx.xx.2024-cü il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
32. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, mübahisələndirilən əmrin “Əmr etdi” hissəsində ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti qeyd edilməmişdir.
33. Bu səbəbdən hazırkı mübahisədə mümkünlük şərtləri həmçinin “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinin tələblərinin nəzərə alınmaqla yoxlanılmalıdır.
34. Həmin normaya əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, h əmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
35. Bu baxımdan qeyd edilməlidir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə 11 saylı Ərazi Vergilər Baş idarəsinə müraciət edərək mübahisələndirilən xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsini və mükafatların hesablanmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan həmin müraciətə xx.xx.2024-cü il tarixli imtina məktubu ilə cavab vermişdir.
36. Bundan əlavə qeyd edilməlidir ki, apellyasiya məhkəməsi iddiaçının hazırkı iddia ilə xx.xx.2024-cü ildə məhkəməyə müraciət etdiyini bildirsə də, lakin iddiaçının kassasiya şikayətinə əlavə etdiyi poçt qəbzindən görünür ki, o, iddia ərizəsini xx.xx.2024-cü il tarixdə poçt şöbəsinə təqdim etmişdir.
37. Göründüyü kimi, hazırkı işdə apellyasiya instansiyası məhkəməsi müddə t məsələsinə formal yanaşmış, iddiaçının dəlilləri üzrə araşdırma və qiymətləndirmə aparmamış, İPM-in 38.1-ci maddəsinin tələbini birmənalı tətbiq etmişdir.
38. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan məhkəmə, yuxarıda gostərilən məsələləri tam araşdırmalı və əsaslandırılmış nəticəyə gəlməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 21(107)-401/2024 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.