Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2876/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə dair kodun verilməsi və verilən koda dair Şəhadətnamənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 01.11.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “İddiaçı məxsus tikili obyektində, yəni Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (Göyçay Rayon İcra Hakimiyyətinin x x.xx.2007-ci il tarixli 103 nömrəli sərəncamı və xx.xx.2010-cu il tarixli 653 saylı icazəsi əsasında aparılan və Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 20 nömrəli icazəsi əsasında istismarına icazə verilən tikinti, yenidən qurma və genişləndirmə işləri nəzərə alınmaqla) dair kodun verilməsi və verilən koda dair Şəhadətnamənin iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(107)-388/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Göyçay RİH başçısının xx.xx.2007-ci il tarixli 103 nömrəli sərəncamına əsasən, ünvan 1 ünvanda yaşayan İddiaçı mülkiyyətində olan 966,2 kvm sahədə iki mərtəbəli “Şadlıq evi” binasında fərdi layihə üzrə 1014 kvm ölçüyədək genişləndirmə və yenidənqurma işlərinin aparılmasına, ərazisində isə sakinlərin mədəni istirahətinin təşkili üçün əlavə tikililərin tikintisinə icazə verilsin. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı məxsus tikili obyektində, yəni Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (Göyçay Rayon icra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 103 nömrəli sərəncamı və xx.xx.2010-cu il tarixli 653 saylı icazəsi əsasında aparılan və Göyçay Rayon icra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 20 nömrəli icazəsi əsasında istismarına icazə verilən tikinti, yenidə n qurma və genişləndirmə işləri nəzərə alınmaqla) dair kodun verilməsi və verilən koda dair Şəhadətnamənin iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçının məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “İddiaçı məxsus tikili obyektində, yəni Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (Göyçay Rayon icra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 103 nömrəli sərəncamı və xx.xx.2010-cu il tarixli 653 saylı icazəsi əsasında aparılan və Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 20 nömrəli icazəsi əsasında istismarına icazə verilən tikinti, yenidən qurma və genişləndirmə işləri nəzərə alınmaqla) dair kodun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə həmin tarixli iclas protokolun qərardadı ilə qəbul edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsini (şadlıq sarayını) xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə almışdır. Qeyri-yaşayış sahəsini aldıqdan sonra Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 103 nömrəli sərəncamı və sonradan əlavə olaraq tələb edildiyi üçün iddiaçı tərəfindən alınan Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2010cu il tarixli icazəsi əsasında mülkiyyətində olan Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsini (şadlıq sarayını) müasir tələblərə uyğunlaşdırmaq üçün yenidən qurma və genişləndirmə işlərinə icazə verilmişdir. Həmçinin iddiaçıya icra edil əcək tikinti işlərinin sxematik planı təqdim edilmişdir, iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla yanaşı onun qanunla müəyyən edilən hüquqlarını pozur.
5. Şəki İnzibati Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli, e-2-1(116)-2070/2023_; nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan l Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə İddiaçı məxsus tikinti obyektinə (Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsi) dair kodun verilməsi öhdəliyi qoyulmuşdur.
6. Məhkəmə qeyd etmişdir ki, Reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və y a sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 103 nömrəli sərəncamına əsasən iddiaçıya Şadlıq evinin tikintisinə icazə verilmişdir, iddiaçın təkrar müraciəti əsasında Göyçay Rayon icra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli icazəsi əsasında qeyri-yaşayış binasının yenidən qurma və genişləndirmə işlərinə icazə verilmişdir. Cavabdehin imtina əsasına münasibətdə məhkəmə qeyd etmişdir ki, kodun verilməsi tələb olunan tikili Reyestrin yaranmasından əvvəl tikintisinə başlanıldığından yuxarıda qeyd olunan Qaydaların 4.4-cü bəndinin müddəaları tətbiq olunmalıdır. Həmin müddəalara uyğun olaraq iddiaçı tərəfindən sənədlər cavabdehə təqdim e dildiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası mehkemesində icraat
8. Şəki Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(107)-388/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.Rəfiyev sədrlik edən və məruzəçi, T.Həsənov və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi ilə bağlı yeni qərar qəbul edilməsi ni xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon icra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 103 nömrəli Sərəncamı və sonradan əlavə olaraq iddiaçı tərəfindən alman Göyçay Rayon icra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli məktubu əsasında mülkiyyətində olan Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (şadlıq sarayının) koda dair şəhadətnamənin alınması üçün Komitəyə təqdim edilmişdir. Lakin təqdim edilən memarlıq-planlaşdırma bölməsində bir sıra nöqsanlar aşkar olunduğundan və tikinti obyektinin tikintisinə icazənin surəti təqdim edilmədiyindən sözügedən müraciətə yenidən baxılacağına dair Komitənin xx.xx.2023- cü il tarixli, 3-35/2İ- 666-36-364/2023 nömrəli məktubu ilə münasibət bildirilmişdir.
12. İşin hallarından göründüyü kimi, Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyriyaşayış sahəsinə (şadlıq sarayına) dair verilmiş xx.xx.2010-cu it tarixli məktubu tikinti obyektinin tikintisinə icazə ilə bağlı deyil, mövcud tikinti obyektinin X1 adına rəsmiləşdirilməsi barədə verilmişdir.
13. Belə ki, İddiaçı məxsus olan Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyriyaşayış sahəsinə (şadlıq sarayına) dair Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 103 nömrəli Sərəncamı ilə iddiaçının mülkiyyətində olan 966 m2 sahədə iki mərtəbəli "Şadlıq evi” binasında layihə üzrə 1014 m2 ölçüyə qədər yenidənqurma işlərinin aparılmasına icazə verilmişdir. Lakin xx.xx.2017-ci il tarixli "istismara hazırlıq” aktından görünür ki, icazə verilən və razılaşdırılan layihədən kənara çıxılaraq 1501 m2 ümumi sahəsi olan tikinti obyekti inşa edilmişdir.
14. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci bəndinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinəjstisnaj)lmaqla) tikintiyə icazə verməlidir. Mövcud tikintiyə Göyçay Rayon icra Hakimiyyəti tərəfindən tikintiyə icazə sənədi verilməmişdir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən verilən Sərəncam tikintiyə icazə sənədi olmadığından, inşası başa çatmış tikinti obyekti özbaşına tikili sayılır.
16. Bütün yuxarıda göstərilə nlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması” Qaydaları: 1.3.1. Reyestrə qeydiyyat və uçot məqsədilə daxil edilən tikinti obyektlərinə dair məlumatları və onların tərkibini; 1.3.2. məlumatların Reyestrə təqdim edilməsini; 1.3.3. məlumatların Reyestrə daxil olunmasından imtina edilməsini və imtina edilmənin əsaslarını və müddətini; 1.3.4. məhdudiyyət və qadağaların qeydiyyatını. 1.4. Reyestrin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra - Komitə) tərəfindən büdcə vəsaiti hesabına həyata keçirilir. 3.1. Reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakılardır: 3.1.1. tikintiyə icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən: 3.1.1.1. obyektin tikintisinə icazənin surəti; 3.1.1.2. sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 3.1.1.3. tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması; 3.1.1.4. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 3.1.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nö qtələrinin koordinatları (koordinatlar bu Qaydaların 3.1.1.2-ci yarımbəndində nəzərdə tutulan sənədlərdə göstərilmədiyi hallarda), situasiya planı və təyinatı barədə məlumat; 3.1.1.6. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi. 3.1.2. Tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aşağıdakı məlumatlar istismara icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilir: 4.2. Tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alını r, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Kağız və elektron daşıyıcılarda qeydə alınmış göstəricilər bir-birinə uyğun olmalıdır. Fərq aşkar edilərsə, kağız üzərində olan yazılara üstünlük verilir. Reyestrə daxil edilmiş tikinti obyektlərinə dair sənəd və məlumatlar qovluqlarda saxlanılır. Gələcəkdə həmin tikintilərdə müvafiq dəyişikliklər edilməsi barədə məlumat daxil olduqda həmin məlumatlar aidiyyəti qovluqlara əlavə olunur və rəhbərin yazılı göstərişi əsasında Reyestrdə müvafiq dəyişikliklər aparılır. 4.2-2. Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra, si farişçi bu barədə məlumatı sifarişli poçt göndərişi ilə 10 iş günü müddətində tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərir və ya bilavasitə təqdim edir. Sifarişçi öz arzusu ilə həmin məlumatı sifarişli poçt göndərişi ilə Reyestrə göndərə və ya bilavasitə təqdim edə bilər. 4.3. Bu Qaydaların 3.1.1-ci yarımbəndində qeyd olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilmədikdə, tikinti obyekti Reyestrdə qeydə alınmır və bu barədə 3 (üç) iş günü müddətində məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) əsaslandırılmış imtina məktubu göndərilir. Tikintiyə icazə verən orqan (qurum) çatışmayan sənəd və məlumatları imtina məktubunu aldığı tarixdən 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir. 4.4. Reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lak in istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məlum olduğu kimi, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “İddiaçı məxsus tikili obyektində, yəni Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (Göyçay Rayon İ cra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 103 nömrəli sərəncamı və xx.xx.2010-cu il tarixli 653 saylı icazəsi əsasında aparılan və Göyçay Rayon icra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 20 nömrəli icazəsi əsasında istismarına icazə verilən tikinti, yenidən qurma və genişləndirmə işləri nəzərə alınmaqla) dair kodun verilməsi və verilən koda dair Şəhadətnamənin iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Qeyd edilməlidir ki, hazırkı inzibati mübahisəyə baxan həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi digər hüquqi normalarla yanaşı düzgün olaraq mübahisəli məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət rey estrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması” Qaydalarını tətbiq etmişlər.
23. Belə ki, reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir.
24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Göyçay yon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 103 nömrəli sərəncamına əsasən iddiaçıya 966,2 kv.m sahədə iki mərtəbəli “Şadlıq evi” binasında fərdi layihə üzrə 1014 kv.m ölçüyədək genişləndirmə və yenidənqurma işlərinin aparılmasına, ərazisində isə sakinlərin mədəni is tirahətinin təşkili üçün əlavə tikililərin tikintisinə icazə verilmişdir. Sonradan iddiaçının təkrar müraciəti əsasında Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli icazəsi ilə qeyri-yaşayış binasının yenidən qurma və genişləndirmə işlərinə, yəni iddiaçının mülkiyyətində olan şəhərin Nizami küçəsi ilə Vaqif küçəsinin kəsişən hissəsinin cənubi-şərq tərəfindən yerləşən 0.39 ha torpaq sahəsində verilmiş sxem üzrə 33m x 7.5m ölçüdə iki mərtəbəli iaşə obyektinin, 219 kv.m ölçüdə isə mətbəx və köməkçi otaqların tikintisinə icazə verilmişdir.
25. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, kodun verilməsi tələb olunan tikili Reyestrin yaranmasından əvvəl tikintisinə başlanıldığından yuxarıda istinad olunan Qaydaların 4.4-cü bəndinin müddəaları t ətbiq olunmalıdır. Həmin bəndə əsasən Reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir.
26. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əwəl əmələ gələn münasibətlərə şamil e dilir.
27. Hətta qeyd edilməlidir ki, yuxarıda göstərilmiş sərəncamlardan göründüyü kimi, müvafiq icazələrin verilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qanuni qüvvəyə minməmişdən əvvəl baş vermişdir.
28. Xüsusi olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin 39-40cı səhifələrində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti müfəttişliyinin 01 avqust 2017-ci il tarixli, ö/001429 nömrəli “istismara hazırlıq aktı” mövcuddur.
29. Həmin aktda deyilir ki, “Obyektin əsas göstəriciləri 2 mərtəbəli şadlıq evi və iaşə obyekti: Binanın ümumi həcmi V=1830,10 ümumi sahəsi S=1501,0 m2, tikinti sahəsi S=1085,0 m2, bu akt obyektdə tikinti-quraşdırma işlərinin sifarişçi tərəfindən texniki nəzarətin, podr atçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən Dövlət Nəzarətinin, müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq edir.”
30. İş materiallarında (iş səh.42) olan cavabdehin 3-35/2-İ-666-36-364/2023 saylı iddiaçıya ünvanladığı məktubundan yazılmışdır ki, “Bildiririk ki, təqdim olunmuş sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, digər köməkçi obyektlərin (iaşə, mətbəx və köməkçi obyektlər) tikintisinə Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli, 653 nömrəli məktubu ilə icazə verilmişdir. Sözügedən məktubun tikintiyə icazə kimi qəbul olunmadığını nəzərə alaraq...”.
31. Lakin cavabdeh tikintiyə olan həmin icazənin hansı səbəblərə görə nəzərə alınmadığını açıqlamamış, halbuki işin 66-cı səhifəsi ndə olan Göyçay Rayon İcra Hakimiyyəti Başçısının 653 saylı, xx.xx.2010-cu il tarixli məktubundan görünür ki, sözügedən 0,39 ha torpaq sahəsində verilmiş sxem üzrə 33m x 7,5m ölçüdə iki mərtəbəli iaşə obyektinin, 219 kv.m. ölçü də isə mətbəx və köməkçi otaqların tikintisinə icazə verilir.
32. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2- 1(107)388/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir