Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2880/2025 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2025-ci il tarixli, 2- 1(103)-9 68/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AZ 159402 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1962ci il tarixində Bakı şəhərində anadan olmuşdur.
2. Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” 28 aprel 2022-ci il tarixli, ******* nömrəli Qərarına əsasən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır.
3. Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi barədə” 04 oktyabr 2022-ci il tarixli, ******* nömrəli Qərarına əsasən iddiaçı barəsində Azərbaycan Respublikasının Dövl ət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 28 aprel 2022-ci il tarixli ******* nömrəli qərar ləğv edilmiş və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Əsas: digər ölkə vətəndaşıdır.
4. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, X1 xx.xx.1981-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Həmçinin İdarə tərəfindən xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı (STOLİAROVA İRADA) şəxsiyyət vəsiqəsi almaq barədə müraciəti zamanı onun Rusiya Federasiyasının vətəndaşı olması müəyyən edildiyindən hazırda şəxsiyyət vəsiqəsi sənədləşdirilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci ins tansiyası məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 04 oktyabr 2022-ci il tarixli ******* saylı qərarın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdı ki, o, 30 yanvar 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, valideynləri Azərbaycan vətəndaşları olan şəxsdir. O, 15 yaşından etibarən sirk artisti kimi SSRİ məkanında fəaliyyət göstərmiş, SSRİ dağıldığı dövrdə Rusiya Federasiyasında səfərdə olduğundan sənədsiz qalmamaq məqsədilə həmin ölkənin pasportunu almışdır. Azərba ycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 28 aprel 2022-ci il tarixli, ******* nömrəli qərarla iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Lakin sonradan iddiaçıya məlumat verilmədən və əsaslandırma göstərilmədən həmin qərar xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya şəxsiyyət vəsiqəsinin verilməsi təmin edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş cavabda onun Rusiya Federasiyasının vətəndaşı olduğu əsas gətirilmiş, lakin imtinanın konkret hüquqi əsası göstərilməmişdir. İddiaçı hesab edir ki, vətəndaşlığının tanınmasına dair qanuni qüvvədə olmuş qərarın əsas göstərilmədən və məlumat verilmədən ləğvi, habelə şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi qanunsuzdu r.
7. Cavabdeh iddia dair etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9939/2024 nömrəli qərarı ilə (hakim G. Sevdimalıyeva) iddia təmin edilmiş, iddiaçı İskəndərova (Stolyarova) İradə Ömər qızına münasibətdə Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli ******* nömrəli Qərar etibarsız hesab edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, İddiaçı İdris qızı vətəndaşlıq mənsubiyyətinin tanınması ilə bağlı cavabdeh inzibati orqana müraciəti zamanı digər ölkə vətəndaşlığını təsdiq edən sənədləri (Rusiya Federasiyasına məxsus pasportu) də təqdim etmişdir. Belə olan təqdir də müvafiq inzibati akt (“Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərar) fiziki şəxs tərəfindən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlərin təqdim edilməsi nəticəsində qəbul edilməmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərar ilə İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmaqla iddiaçı faktiki olaraq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdir, yəni cavabdeh Dövlət Miqrasiya Xidməti qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlərini tamamlamışdır. Belə olan təqdirdə Azərbaycan Respublikası vətəndaşlığını əld ə etmiş İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi cavabdeh Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərinə daxil deyildir. Buna baxmayaraq, cavabdeh Dövlət Miqrasiya Xidməti müvafiq səlahiyyəti olmadığı təqdirdə faktiki olaraq Azərbaycan Respublikası vətəndaşlığı əldə etmiş şəxsin vətəndaşlığına xitam verilməsi ilə nəticələnən “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərarı qəbul etmişdir. İddiaçı İdris qızına münasibətdə 1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxma halı mövcud olduğu təqdirdə qeyd edilən məsələ şəxsin öz vəsatəti əsasında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə; 2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmə ü çün əsaslar olduğu halda isə müvafiq məsələ cavabdeh Dövlət Miqrasiya Xidmətinin müraciəti əsasında məhkəmə tərəfindən həll edilə bilər. Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərarı müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktdır və etibarsız inzibati akt kimi qiymətləndirilməlidir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, İskəndərova (Stolyarova) İradə Ömər qızının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 04 oktyabr 2022-ci il tarixli ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2025-ci il tarixli, 21(103)-968/2025 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, O.İsmayılov və R.Samedov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi iddianın rəddini aşağıdakı kimi əsaslandırmışdır: – İddiaçı Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş və ona xx.xx.2030-cu il tarixədək etibarlılıq müddəti olan ********* nömrəli pasport ve rilmişdir. –Cavabdeh qurum xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qənaətinə gəlsə də, sonradan iddiaçının digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğunu əsas götürərək xx.xx.2022-ci il tarixli qərarını ləğv etmiş və iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması ilə bağlı 04 oktyabr 2022-ci il tarixli ******* saylı qərar qəbul etmişdir. – İnzibati orqanın öz inzibati aktını qanunsuz hesab etdiyi hallarda onu ləğv etmək hüququ vardır. Hazırkı işdə də cavabdeh qurum iddiaçıya münasibətdə əlverişli inzibati akt olaraq qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarını sonradan aparılan araşdırma nəticəsində xx.xx.2022-ci il tarixli qərarla ləğv etməkdə səlahiyyətli olmuş dur. Bu baxımdan iddiaçı cavabdeh qurumun qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarın qanunsuz olduğuna istinad edərək tələbini haqlı olaraq məhz həmin qərarın ləğv edilməsi ilə bağlı irəli sürmüşdür. Məhkəmə mübahisələndirilən inzibati aktın onu qəbul etməyə səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilməsinə istinadən mübahisələndirilən inzibati aktın etibarsız sayılması üçün hər hansı halların mövcud olmadığı qənaətindədir. Bu barədə qeyd edilmişdir ki, inzibati aktın etibarsız sayılmasının əsasları “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində konkret olaraq göstərilmişdir. Hazırkı işdə xx.xx.2022-ci il tarixli qərarın etibarsız sayılması ilə bağlı İİQ-nun 65-ci maddəsində göstərilən əsaslardan hər hansı biri mövcud deyildir. – Dəqiqləşdirilmiş tələbə yəni “cavabdeh qurumun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərar qəbul edilərkən inzibati orqan tərəfindən işin bütün faktiki halları, o cümlədən iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməsi nəzərə alınmamışdır. İddiaçının “cavabdeh qurum tərəfindən xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərar qəbul edilərkən iddiaçının Rusiya Federasiyasının vətəndaşı olması barədə məlumatlı olması” dəlilinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, bu barədə inzibati orqan məlumatlı olsaydı belə, bu hal onun qəbul etdiyi, hüquqi əsası olmayan və qanuni məqsəd daşımayan xx.xx.2022ci il tarixli qərarı üzrə inzibati icraatı təzələmək, məsələni yenidən qiymətləndirmək hüququnu həyata keçirməyin qarşısını ala bilməz. Əksinə, inzibati orqan inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtin a barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. – İddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edildikdən sonra cavabdeh qurum həmin qərarın düzgün qəbul edilmədiyinə, iddiaçının digər ölkə vətəndaşlığını qəbul etmiş olduğuna əsaslanaraq və buna görə də xx.xx.2022-ci il tarixli qərarın qəbul edilməsi üçün hüquqi əsasın mövcud olmadığı, inzibati aktın qanuni məqsəd daşımadığı qənaətinə gələrək, apardığı araşdırma nəticəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarla xx.xx.2022-ci il tarixli qərarı ləğv etmiş və iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasını qərara almışdır. Hazırkı işdə qanunsuz əlverişli inzibati aktın ləğvini məhdudlaşdıran hallar müəyyən edilmədiyi ü çün inzibati orqan xx.xx.2022-ci il tarixli inzibati aktı qəbul etməkdə haqlı olmuş və bu zaman inzibati orqan xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi üçün əsasların ona məlum olduğu vaxtdan qanunla müəyyən edilmiş 1 illik müddət çərçivəsində davranmışdır. – “Rusiya Federasiyasının vətəndaşı olan digər şəxslərə münasibətdə cavabdeh qurum tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması” dəlilinə münasibətdə qeyd edilmişdir ki, iddiaçı tərəfin təqdim etdiyi sənədlərdə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini əldə edən şəxslərin iddiaçı ilə eyni faktiki və hüquqi vəziyyətdə olması halı sübuta yetirilmir. Digər tərəfdən, yuxarıda da qeyd olunduğu kimi, əvvəllər hansısa dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, bu hal inziba ti orqanın yekdil praktikası kimi dəyərləndirilməməlidir. Çünki inzibati orqanların ilk növbədə həmin qanunsuzluğun aradan qaldırılmasına yönəlmiş hərəkətləri etmək, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərmək və bu halı aşkar nümayiş etdirmək kimi hüquqları vardır. Odur ki, iddiaçının sözügedən dəlilləri mübahisələndirilən inzibati aktın ləğvi üçün heç bir əsas yaratmadığı üçün qəbul edilməmişdir.
14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh mübahisələndirilən qərar qəbul edərkən səlahiyyət həddini aşmas ı faktı apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Apellyasiya məhkəməsi Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarını sadəcə DMX-nin “daxili məsələsi” kimi qəbul etmiş, lakin həmin qərarın vətəndaşlıq hüququna dair hüquqi nəticə doğurması və bu nəticənin yalnız Prezidentin sərəncamı və ya məhkəmə qərarı ilə mümkün olması hüquqi baxımdan qiymətləndirilməmişdir. Bu, İPM-nin 12.2-ci maddələrinin, eyni zamanda Konstitusiyanın 109-cu maddəsinin 20-ci bəndinin pozulmasıdır. Belə ki, vətəndaşlıq hüququ yalnız Konstitusiyada müəyyən olunmuş orqanlar tərəfindən tənzimlənə bilər. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətlərinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Azərbaycan Respublikasının vətəndaşlığ ı haqqında” Qanun (1998-ci il 30 sentyabr tarixdə qəbul edilmiş, 1998-ci il 7 oktyabr tarixdə qüvvəyə minmişdir): Maddə
1. Vətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır Maddə
5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respu blikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir Maddə
18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, a şağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;... 18. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli, 84 №-li qərarı ilə təsdiq edilmişdir): 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir.... 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “ Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa;...
4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubi yyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hü dudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublika sının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı.... 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. 19. “İnzibati icraat haqqında” Qanun Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması... 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictim ai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati a ktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv o lunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddəti ndə müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal b axımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğvi və iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarın da ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və nail olmaq istədiyi məqsəd onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasıdır.
28. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respubli kasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir). Belə ki, həmin maddənin 1-ci hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. İddiaçı isə hazırda Rusiya Federasiy ası vətəndaşıdır.
30. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul edilmiş qərardad(lar)da (xx.xx.2024-cü il tarixli 2-1(102)-373/2024 nömrəli; xx.xx.2025-ci il tarixli 2-1(102)234/2025 nömrəli; xx.xx.2025-ci il tarixli 2-1(102)-1482/2025 nömrəli) hüquqi mövqe ondan ibarət olmuşdur ki, “iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır, bu vətəndaşlığı könüllü olaraq qəbul etmişdir. Belə ki, o, hazırkı vaxtadək bu halı mübahisələndirməmişdir. Belə olan halda, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmama sı barədə cavabdeh inzibati orqanın imtinası qanuni, iddiaçının tələbi isə əsassızdır”.
31. Qanunvericiliyin tələbinə və formalaşmış məhkəmə təcrübəsinə görə, şəxsin digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır. Hazırkı halda da, iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır. 32. xx.xx.2022-ci il tarixli qərarın ləğvi ilə bağlı cavabdehin səlahiyyətinə dair iddiaçının dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
33. Göründüyü kimi cavabdeh iddiaçıya münasibətdə əvvəl qəbul etdiyi qanunsuz əlverişli inzibati aktın ləğv etməklə səlahiyyətli olmuş və ona sonradan ona məlum olan əsasla (iddiaçının digər ölkə vətəndaşlığını qəbul etməsi) hazırda mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərarı qəbul etmişdir.
34. Odur ki, cavabdehin qərarı qanuni və əsaslı olmuşdur.
35. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, vətəndaşlıq mənsubiyyətinin tanınmasından imtina edilməsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən iddiaçını naturalizasiya qaydasında Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün müraciət etmək imkanından məhrum etmir.
36. Göründüyü kimi, İPM-in 14.3-cü maddəsinin tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi iddiaçı tələbinin təmin edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarına uyğundur. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yux arıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2025-ci il tarixli, 21(103)-968/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.