Məhkəmə qərarları › İş №2-1(102)-2884/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2884/2025

21.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2884/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: keçmiş dövrdə artıq ödənilmiş vəsaitə görə tutmanın yalnız son üç il üzrə hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı “ke çmiş dövrdə artıq ödənilmiş vəsaitə görə tutmanın yalnız son üç il üzrə hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-162/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Sosial X5 rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 16 fevral 2007-ci il tarixli qərarına əsasən, iddiaçıya ömürlük yaşa görə pensiya təyin edilmişdir.

2. İddiaçının Dövlət Sosial X5 rayon Şöbəsinə ünvanladığı xx.xx.2010-cu il tarixli ərizəsinə əsasən bildirmişdir ki, o yaşa görə pensiya alır, əlavə olaraq mərhum ərinin uzun müddət prokurorluq orqanlarında çalışdığına görə ailə başçısının itirilməsinə g örə pensiya məbləğinin yenidən hesablanmasını xahiş etmişdir.

3. Dövlət Sosial X5 rayon şöbəsinin 68 nömrəli, 01 mart 2010-cu il tarixli qərarına əsasən, iddiaçıya xx.xx.2009-cu ildən ailə başçısının itirilməsinə görə ömürlük pensiya təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X4 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək artıq ödənilməsi əsası ilə iddiaçıdan tutulmalı olan məbləğin son 3 il üzrə müəyyən edilməsi, 3 ildən artıq müddətdə hesablanmış məbləğin ümumi məbləğdən çıxıl ması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü ildə vəfat etmiş X3 pensiyasını qanuni əsaslarla, ailə başçısını itirməyə görə almış, lakin xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək 45649.99 manatın artıq verilməsi əsası ilə xx.xx.2015-ci il tarixdən hal-hazıradək ona verilən pensiyadan hər ay 268.53 manat tutulur. xx.xx.2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cü maddəsinə edilmiş dəyişikliyə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, raz ılığı olmadıqda məhkəmə qaydasında tutulur. xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək ona artıq verilməsi əsası ilə 45649.99 manatın tutulmalı olması müəyyən edilsə də, xx.xx.2022-ci il tarixdə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39-cü maddəsinə edilmiş dəyişikliyə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulmalı olması müəyyən edildiyindən, ona artıq ödənilmiş məbləğdən yalnız son üç il üçün olan hissəsi tutula bilər. Ona görə də iddiaçı cavabdehə müraciət edərək ondan tutulmalı olan məbləğ Qanunun tələbinə uyğun olaraq 3 ildən artıq ola bilməyəcəyindən, tutulmalı olan məbləğin müddəti 3 ilədək azaldılmaqla 3 ildən artıq müddətə hesablanmış məbləğin ümumi məbləğdən çıxılmasını x ahiş etsə də, cavabdeh əsassız olaraq ərizəni təmin etməkdən imtina etmişdir. İmtinanı onunla əsaslandırmışdır ki, ona artıq ödənilmiş pul vəsaiti Mərkəzi Filial tərəfindən deyil, əsassız olaraq Nəsimi rayon Şöbəsi tərəfindən ödənilmiş pensiya məbləği olmuş, yəni guya ona qanunsuz olaraq eyni zamanda iki sosial ödəniş həyata keçirilmişdir. Halbuki ərizədə qeyd etdiyi kimi, iddiaçı yalnız ailə başçısını itirməyə görə pensiya almış, lakin xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək 45649.99 manatın artıq verilməsi əsası ilə xx.xx.2015-ci il tarixdən hal-hazıradək həmin məbləğ tutulur. Digər tərəfdən, iddiaçıya artıq verilməsi qeyd olunan pensiya Nəsimi rayon Şöbəsi tərəfindən verilərkən ümumiyyətlə Fondda mövcud olmamış, qeyd olunan qurum yaradıldıqdan sonra məhz Nəsimi rayon şöbə sindən xüsusi şərtlərlə, o cümlədən prokurorluq işçisi kimi pensiya alan şəxslərin pensiya təminatları həmin İdarəyə verilmişdir.

6. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Nəsimi rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixindən yaşa görə, 19 noyabr 2009-cu il tarixindən isə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi qeyd edilib. Fondun Nəsimi rayon şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində sözügedən rayon şöbəsi tərəfindən iddiaçıya eyni zamanda ikili əmək pensiyası ödənildiyi müəyyən edilib. Yaşa görə əmək pensiya ödənişi sözügedən rayon şöbəsi tərəfindən dayandırılıb, həmçinin 45649,99 manat məbləğində artıq ödənilmiş pul vəsaiti hesablanıb. Həmin artıq ödənilmiş 45649,99 manat məbləğində vəsait 1 o ktyabr 2015-ci il tarixindən etibarən əmək pensiyasından hissə-hissə (hər ay 268,53 manat) çıxılmaqla büdcəyə bərpa edilir. İddiaçıya artıq ödənilmiş pul vəsaiti Mərkəzi Filial tərəfindən ödənilən əmək pensiyası deyil, əsassız olaraq Nəsimi rayon şöbəsi tərəfindən ödənilən pensiya məbləğidir. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin iddiaçıya münasibətdə tətbiq edilməsi mümkün deyil.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2401/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – M.Hаcıbəyоvа).

8. Məhkəmə hesab etmişdir ki, iddiaçıya ilkin olaraq yaşa görə əmək pensiyası təyin edilmiş, sonradan o ailə başçısının itirilməsinə görə pensiyanın təyin edilməsi üçün səlahiyyətli inzibati orqana təqdim etdiyi ərizəsində bildirmişdir ki, o hal-haz ırda yaşa görə əmək pensiyası alır. Sonradan iddiaçıya təyin edilmiş pensiyanın “iki sosial ödənişin həyata keçirilməsi ilə” təyin edilməsi iddiaçının müraciəti əsasında olmamışdır, iddiaçı tərəfindən alınan pensiya məbləği nağdsız qaydada vahid məbləğdə alınmış və məbləğin açıqlaması iddiaçıya bildirilməmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-162/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2401/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (s ədrlik edən – E.Əliyev, hakimlər – G.Abbasova, A.Oruczadə).

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, qanunverici artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Əmək pensiyaçısı İddiaçı razılığı iş materialları ilə sübuta yetirilmişdir. 12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2022-ci il tarixdə edilən dəyişiklikdən sonra 39.1-ci maddə aşağıda qeyd edilən məzmunda verilmişdir: Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razıl ığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Kollegiya qeyd edir ki, artıq ödənilmiş əmək pensiyası barədə əmək pensiyaçısının razılığı xx.xx.2022-ci il tarixindən əvvəl alınmış olsa belə, hazırkı işdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsi yeni məzmunda tətbiq edilməlidir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılaraq bildirilmişdir ki, iddiaçıya artıq ödənilmiş pul vəsaiti Mərkəzi Filial tərəfindən ödənilən əmək pensiyası deyil, əsassız olaraq Nəsimi rayon şöbəsi tərəfindən ödənilən pensiya məbləğidir. Yəni, iddiaçıya qanunsuz olaraq eyni zamanda iki sosial ödəniş həyata keçirilib. Bu səbəbdən də "Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin iddiaçıya münasibətdə tətbiq edilməsi mümkün deyil. Əlavə olaraq bildirilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən, əmək pensiyası həmin tarixdən 2580,60 manat, həmçinin 29-cu maddəsinə əsasən, indeksləşdirmə ilə əlaqədar 2959,95 manat məbləğində müəyyən edilib.

15. Bundan başqa, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş “bona fides” prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – “qanunsuzluğu bilməmə” və "dürüst davranma" formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər v ə tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmçinin şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də 2 hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, birinci instansiya məhkəməsi hazırkı iş üzrə "etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd edilənləri nəzərə almamışdır.

16. Əlavə olaraq bildirilir ki, "İnzibati icraat haqqında" Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilib-ödənilmədiyini yoxlasınlar. Başqa sözlə, qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşıdırılmaqla qərar qəbul edilməlidir. Bu nöqteyinəzərdən yanaşdıqda görürük ki, 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarlar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Bu baxımdan, etimad hüququnun qorunmağa layiq olubolmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və “bona fides” prinsipi ilə bağlı bu qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməli idi.

17. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. b. Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: … 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir;... Maddə

39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanı n qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, m əhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona gö rə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiy a məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Hazırkı iş üzrə iddiaçının hüq uqi marağı xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək artıq ödənilməsi əsası ilə iddiaçıdan tutulmalı olan məbləğin son 3 il üzrə müəyyən edilməsi, 3 ildən artıq müddətdə hesablanmış məbləğin ümumi məbləğdən çıxılmasına yönəlmişdir.

28. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xx.xx.2007-ci il tarixdə yaşa görə (çoxuşaqlı ana kimi 51 yaşından), xx.xx.2010 ailə başçısının itirilməsi ilə əlaqədar əmək pensiya təyin edilmiş, sonradan xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək 45649,99 manatın artıq, verilməsi əsası ilə xx.xx.2015ci ildən hər ay müəyyən məbləğlər tutulur. İddiaçı cavabdeh müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin ona tətbiq edilməsi xahiş etmiş, lakin cava bdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İmtinaya səbəb kimi isə iddiaçıya eyni zamanda ikili əmək pensiyası ödənildiyi üçün Qanunun 39.1-ci maddəsinin tətbiq edilməsinin mümkün olmaması göstərilmişdir.

29. İş materiallarından görünür ki, iddiaçının razılığının mövcudluğu iş materialları ilə sübuta yetirilmişdir.

30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, artıq ödənilmiş əmək pensiyası barədə əmək pensiyaçısının razılığı xx.xx.2022-ci il tarixindən əvvəl alınmış olsa belə, hazırkı işdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinin yeni məzmunda tətbiq edilməsi ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

31. Belə ki, Azərbaycan Respublikası Konstitusi yasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətiniaradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (xx.xx.2022-ci il tarixdə edilən dəyişiklikdən sonrakı redaksiyasısı) 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

33. Odur ki, yuxarıda istinad olunan norma lara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)162/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar