Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2894/2025 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın qeyri-mümkünlüyü, cavabdehin iddiaya cavab verməli inzibati orqan olmaması; mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmasının yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” X1rşı “dəymiş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2025-ci il tarixli, 2-1(103)-2729/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, təqaüdünün hesablanmayan hissəsinin düzgün şəkildə hesablanaraq pensiya kapitalının, aylar boyu ona vurulan maddi və mənəvi ziyana görə 5000 (beş min) manat məbləğində pulun ödənilməsi və məhkəməyə qədər çəkdiyi xərclərin qaytarılmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Binəqədi rayonu 20 saylı Uşaq poliklinikasında həkim-pediator vəzifəsində çalışmışdır. 2018-ci il tarixdə yaşı ilə əlaqədar olaraq işdən azad olunmuşdur. Onun əmək pensiyasının hesablanmasında mübahisələr yaranmışdır. Belə ki, Xətai rayon pensiya qurumuna pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etdikdə məlum olmuşdur ki, ona səkkiz il iş stajı nəzərə alınmadan pensiya hesablanmışdır. Bu hal 2007-ci, 2008-ci, 2010-2015-ci illəri əhatə edir. Bu səbəbdən işlədiyi poliklinikanın mühasibat və kadrlar şöbəsinə müraciət etmiş, bu səhv düzəldilərək ona arayış verilmiş və o, həmin arayışı Bakı Baş Səhiyyə İdarəsinə təqdim etmişdir. Bundan sonra poliklinikada etdikləri səhvi düzəltdiklərini bildirmişlər. 2021-2022-ci illər ərzində o, “İdrak” Liseyində işləmiş, əmək pensiyasının yenidən hesablanması üçün 3 saylı Bakı Dost Mərkəzinə müraciət etmişdir. Orada sözügedən həmin səkkiz il iş stajının yazılmadığı bildirilmişdir. Bu da azmış kimi həmin iş stajı onunla eyni ad və soyadda olan şəxsə yazılmışdır. Həmin şəxs müəllimə vəzifəsində, iddiaçı isə həkim vəzifəsində çalışmışdır, doğum tarixləri və yaşayış yerləri də tam fərqlidir. O, yenidən Bakı Baş Səhiyyə İdarəsinə müraciət etdikdə “gözümüzdən yayınıb, işimiz çoxdur” deyə səbəb gətirərək, yenidən bu problemi həll edəcəklərinə söz vermişlər. Bir müddətdən sonra işinin yenə həll olunmadığını bilib, Bakı Baş Səhiyyə X2 Şəxsin direktoruna müraciət etmişdir. Lakin verilmiş cavab onu qane etməmişdir. Bir ildir ki, maddi və mənəvi zərər çəkir, idarələr onu bir-birinin üstünə göndərir. Bakı Baş Səhiyyə Mərkəzi onun şikayətini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyinə yönləndirmişdir.
3. Bakı İnzibati Məhkəməsinin (hakim: T.R.Məlikov) 08 oktyabr 2024-cü il tarixli, 21(112)-10862/2024 nömrəli qərardadı ilə Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin (hakim: T.R.Məlikov) xx.xx.2025-ci il tarixli, 21(112)-1723/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. Birinci instansiya məhkəməsinin əsaslandırması: 5.1. Hazırkı işin müəyyən edilmiş hallarına görə, iddiaçının tələbi və məqsədi 2 hissədən ibarət olmaqla aşağıdakıları ehtiva edir: 1) 2007-ci, 2008-ci, 2010-2015-ci illərdə 20 saylı Poliklinikada işlədiyi dövrdə sosial sığorta ödəmələrinin onun hesabında əks olunmaması ilə əlaqədar həmin dövrün sığorta stajına sonradan daxil edilməsi ilə əlaqədar ümumi əsaslarla yaşa görə əmək pensiyası yenidən hesablanarkən, həmin dövrdə topladığı pensiya kapitalı nəzərə alınmadığından pensiyasının yenidən hesablanaraq fərq məbləğinin ödənilməsi, 2) 2007-ci, 2008-ci, 2010-2015-ci illərdə əmək fəaliyyəti dövründə əmək haqqından tutulan sosial sığorta ödəmələrinin səhvən başqa şəxsin hesabına ödənilməsi və bu səhvin gec aradan qaldırılması ilə əlaqədar cavabdehin qanunazidd hesab etdiyi hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi. Tələbin birinci hissəsi ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsin in 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Fondun vəzifələrinə aid edilmişdir. Belə olan halda, iddiaçının əmək pensiyasının yenidən hesablanması hazırkı cavabdeh tərəfindən deyil, müvafiq pensiya təyin edən orqan tərəfindən həyata keçirilən fəaliyyət olduğundan, h əmin tələb cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” X1rşı yönəldilə bilməz. Odur ki, tələb düzgün olmayan cavabdehə qarşı yönəldildiyindən iddia qeyd olunan hissədə mümkün sayılmamalıdır. 5.2. Tələbin ikinci hissəsi ilə bağlı qeyd olunur ki, tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından işə inzibati qaydada baxıla bilməz. Belə ki, bu tələb, cavabdehin ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, işçi ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərindən irəli gəlir. Buna görə də iddiaçının bu tələbinə inzibati qaydada baxılması inzibati prosessual qanunvericiliyin tələbinə zidd olduğu üçün yolverilməzdir. İddiaçı arzuladığı məqsədə ça tmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Ona görə də iddia bu hissədə də mümkünsüz sayılmalıdır.
6. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasın xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, N.X.Nəbizadə və M.N.Tağızadə) 12 iyun 2025-ci il tarixli, 21(103)-2729/2025 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN V Ə ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
10. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda kassasiya şikayətinə qarşı etirazlar təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvaf iq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) də yişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarı
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamas alma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetir ir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 14. “İn zibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bi ldirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, fo rmal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanm adığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiya sı məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
20. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
21. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ona 1) 2007-ci, 2008ci, 2010-2015-ci illərdə 20 saylı Poliklinikada işlədiyi dövrdə sosial sığorta ödəmələrinin onun hesabında əks olunmaması ilə əlaqədar həmin dövrün sığorta stajına sonradan daxil edilməsi ilə əlaqədar ümumi əsaslarla yaşa görə əmək pensiyası yenidən hesablanarkən həmin dövrdə topladığı pensiya kapitalı nəzərə alınmadığından pensiyasının yenidən hesablanaraq fərq məbləğinin ödənilməsi, 2) 2007-ci, 2008-ci, 2010-2015-ci illərdə əmə k fəaliyyəti dövründə əməkhaqqından tutulan sosial sığorta ödəmələrinin səhvən başqa şəxsin hesabına ödənilməsi və bu səhvin gec aradan qaldırılması ilə əlaqədar cavabdehin qanunazidd hesab etdiyi hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsinə nail olmaqdan ibarətdir.
22. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə b ağlı məhdudiyyətlərə tabedir.
23. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə, inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
24. İddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olubolmaması, cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması və cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə, iddianın mümkünlük şərtlərini yoxlamalıdır.
25. Məhkəmə kollegiyası tələbin birinci hissəsi ilə bağlı qeyd ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması hazırkı cavabdeh tərəfindən deyil, müvafiq pensiya təyin edən orqan, yəni Dövlət Sosial Müdafiə X4 Şəxsi tərəfindən həyata keçirilən fəaliyyət olduğundan həmin tələb cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” X1rşı yönəldilə bilməz. Odur ki, tələb düzgün olmayan cavabdehə qarşı yönəldildiyindən iddia qeyd olunan hissədə mümkün sayılmamalıdır.
26. Tələbin ikinci hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələbin ikinci hissəsi mülki-hüquqi xarakter daşıdığından, həmin mübahisə ilə bağlı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz, mülki mühakimə icraatı qaydasında aidi yyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Belə ki, iddia tələbinin ikinci hissəsi cavabdehin ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, işçi ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərindən irəli gəlir. Buna görə də tələbə inzibati qaydada baxılması inzibati prosessual qanunvericilik baxımından yolverilməzdir. Ona görə də iddia bu hissədə də mümkünsüz sayılmalıdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış id dialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
28. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2025-ci il tarixli, 21(103)-2729/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.