Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-290/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının “X2” publik hüquqi şəxsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: hərəkətlərin qanunsuz hesab edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının “X2” publik hüquqi şəxsinə qarşı “güzəştli kredit məbləğinin geri tələb edilməsi ilə baglı hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair inziba ti iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 28 avqust tarixli, 2-1(103)-2449/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası X1 vəsaiti hesabına maliyyələşdirilmək üçün ASC "xxxx" Bankı tərəfindən təqdim olunmuş sahibkarlıq subyektinin investisiya layihəsinin ekspertizasının nəticələrinə dair rəydən görünür ki, investisiya layihəsinin reallaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X1 vəsaitindən istifadə Qaydası”na, regionların sosial-iqtisadi inkişafına, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, sahibkarlıq fəali yyətinin genişləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və X1 müəyyən etdiyi investisiya layihələrinin qiymətləndirilməsinə dair meyarlar üzrə keçid bal həddinə uyğun olduğundan investisiya layihəsinin X1 güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab edilmişdir.
2. Azərbaycan Respublikası “X2” publik hüquqi şəxsinin qərarına əsasən iddiaçıya "xxxx" Bank ASC-dən xx.xx.2019-cu il tarixdə 4 ha istixana tikintisi üçün illik 4 faizlə 4 milyon manat güzəştli kredit ayrılmışdır. 3. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası X2nda keçirilmiş görüşün protokolundan görünür ki, xx.xx.2019-cu il tarixdə 4 milyon manat güzəştli kredit ayrılmış sahibkar İddiaçı 4 ha istixana kompleksinin yaradılması yönümlü investisiya layihəsi üzrə nəzərdə tutulan işlərin tam başa çatdırılması üçün 2023-cü ilin mart ayının sonunadək möhlət verilməsi, bu müddət ərzində investisiya layihəsinin icrası başa çatdırılmadığı, istixana fəaliyyətə başlamadığı və yeni iş yerləri yaradılmadığı halda ASC "xxxx" Bankı tərəfindən kredit vəsaitinin qalıq məbləğinin vaxtından əvvəl Fonda geri ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
4. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-8/2-1851/2023 nömrəli "xxxx" Bank ASCyə ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası X1 əməkdaşları tərəfindən ASC "xxxx" Bankının sahibkarlıq subyekti üzrə aparılmış monitorinq nəticəsində güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərba ycan Respublikası X1 vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydasının 10.1-ci bəndinə əsasən monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, həmin sahibkarlıq subyektinə verilmiş güzəştli kredit və faiz borcu müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, 10 iş günü ərzində bütövlükdə Fondun hesabına köçürülür. Fondun tələbindən sonra müvəkkil kredit təşkilatı vəsaitin köçürülməsini gecikdirərsə, Qaydanın 3.7-ci bəndinə uyğun olaraq Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə ödəyirlər. Tələb edilən vəsaitin köçürülməsi 30 təqvim gününü keçdiyi təqdirdə, Fond gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür. Yuxarıda qeyd olunanları nəzərə alaraq təyinatı üzrə istifadə edilməyən ümumilikdə 4 000 000 (dörd milyon) manat güzəştli kredit vəsaitinin və ona hesablanan faiz məbləğinin 10 iş günü ərzində Fonda ödənilməsinin təmin edilməsi tələb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (VÖEN **********) Azərbaycan Respublikasının “X2” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “X2” publik hüquqi şəxsin “vəsaitin geri qaytarılması” barədə qəbul etdiyi qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı ayrılmış 4 (dörd) mil yon manat güzəştli kredit məbləğinin və ona hesablanan faiz məbləğinin "xxxx" ASC-dən geri tələb edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilərək həmin hərəkətlərin edilməsindən çəkinmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası “X2” publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya Azərbaycan Respublikası “X2” publik hüquqi şəxsinin qərarına əsasən "xxxx" Bank ASCdən xx.xx.2019-cu il tarixdə 4 ha istixana tikintisi üçün illik 4 faizlə 4 milyon manat güzəştli kredit ayrılmışdır. Müqavilədə nəzərdə tutulmuş təyinata uyğun olaraq istixananın qurulması və müvafiq avadanlıqlarla təmin edilməsi barədə Rusiya Federasiyasının hüquqi şəxsi olan "xxxx" MMC ilə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən podratçı təşkilat tərəfindən avadanlıqların 70 faizə qədəri Azərbaycan Republikasına gətirilməklə işlərin 70 faizi tamamlanmışdır. Cavabdeh və bank görülmüş işlərlə bağlı bir neçə dəfə monitorinq keçirmiş və monitorinq zamanı vəsaitlərin təyinatı üzrə istifadə edildiyi müəyyən edilmişdir. Lakin məlum pandemiya şərtlərinə görə 1 ilə yaxın "xxxx" MMC müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməmişdir. Pandemiyadan sonra ondan öhdəliyin icrası tələb edildikdə "xxxx" MMC-nin Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsinə müraciəti və nümayəndə Ruslan Zaqitoviçin “X2” publik hüquqi şəxsinə müraciəti əsasında cavabdeh tərəfindən 2022-ci ilin oktyabr ayının sonunadək möhlət verilməsini məqsədəmüvafiq hes ab etmiş və bu məqsədlə "xxxx" Banka xx.xx.2022-ci il tarixli məktub ünvanlamışdır. Cavabdeh tərəfindən iddiaçıya möhlət verilsə də, "xxxx" MMC müqavilədən irəli gələn öhdəliklərinin tamamlanması barədə hər- hansı bir hərəkət etmədiyinə və vəsaiti qaytarmadığına görə iddiaçı Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və e-22(113)-2852/2023 saylı iş hal-hazırda məhkəmənin icraatındadır. Göründüyü kimi iddiaçının iradəsindən asılı olmayaraq podratçı şirkət üzərinə düşən öhdəliyi icra etmədiyindən zərərə uğramışdır. Bütün bunlara baxmayaraq iddiaçı "xxxx" Bank qarşısında götürdüyü öhdəliyi digər gəlirləri hesabına vaxtlı-vaxtında ödəmişdir. Eyni zamanda həmin kreditin tələblərinə vaxtlı-vaxtında əməl etməklə yanaşı əmlakı girov qoyularaq təminat verilmişdir. Bank qarşısında gecikmiş öhdəliyi yoxdur. Lakin Bank tərəfindən verilən məlumata əsasən “X2” publik hüquqi şəxsi tərəfindən banka verilmiş kreditlərin təyinatı üzrə istifadə edilməməsi əsası ilə banka ödənilən vəsaitin geri tələb edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh xx.xx.2023 cü il tarixli məktubu ilə həmin vəsaitin geri qaytarılmasını bankdan tələb etmişdir. Bank cavabdehin tələbi üzrə vəsaiti xx.xx.2023-cü il tarixdə geri qaytardığını bildirərək həmin vəsaiti iddiaçıdan tələb edir və ödənmədiyi təqdirdə hər gün üçün həmin vəsaitin illik 30% dərəcəsi ilə penya tətbiq edəcəyini bildirmişdir. Odur ki, cavabdehin hərəkətlərini qanunsuz hesab edir. Cavabdehin etirazları:
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, xx.xx.2019 -cu il tarixdə İddiaçı "xxxx" Bankı ASC vasitəsilə əlavə 4 hektar ərazidə istixana kompeksinin qurulması məqsədilə güzəştli kredit ayrılmışdır. Güzəştli kreditin verilməsi ilə əlaqədar təqdim edilən təşkilati planda sözügedən kompleksin 2020-ci ilin yanvar ayında fəaliyyətə başlaması nəzərdə tutulsa da, cari dövrə qədər işlər yekunlaşdırılmamışdır. İşlərin tam yekunlaşdırılması məqsədilə 2022-ci ilin oktyabr ayının sonuna qədər möhlətin verilməsi ilə bağlı Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəsi Ruslan Mirsayapov tərəfindən İqtisadiyyat Nazirliyinə ünvanladığı müraciətə əsasən X2 tərəfindən sahibkarlıq subyektinə görüləcək işlərin tam həyata keçirilməsi və yeni iş yerlərinin yaradılması məqsədilə 2022-ci ilin oktyabr ayının sonuna kimi möhlət verilmişdir. Göstərilən möh lət müddətinin bitməsi ilə əlaqədar işlərin yekunlaşdırılması vəziyyətinin yoxlanılması məqsədilə 2022-ci ilin oktyabr ayında Fond tərəfindən monitorinq aparılmış və işlərin yekunlaşdırılmadığı müşahidə edilmişdir. Eyni zamanda 2022-ci ilin oktyabr ayında aparılmış monitorinqin nəticələri ilə bağlı xx.xx.2022-ci il tarixdə Fondun, müvəkkil kredit təşkilatının və İddiaçı etibarnamə üzrə nümayəndəsi Samiq İsmayılovun iştirakları ilə iclas keçirilmiş, həmin iclasda S.İsmayılov istixana işlərinin başa çatdırılması, avadanlıqların quraşdırılması, əkin işlərinin aparılması və yeni iş yerlərinin yaradılması məqsədilə 2023-cü ilin mart ayının sonuna qədər möhlət verilməsini xahiş etmiş, sahibkarlıq subyektinin xahişi nəzərə alınmaqla yuxarıda öz əksini tapmış işlərin görülməsi üçün İddiaçı 2023-cü ilin mart ayının sonuna kimi möhlət verilməsi, bu müddətdə investisiya layihəsinin icrasının başa çatdırılmadığı, istixana fəaliyyətə başlamadığı və yeni iş yerləri yaradılmadığı halda ASC "xxxx" Bankı tərəfindən kredit vəsaitinin qalıq məbləğinin vaxtından əvvəl Fonda ödənilməsinin təmin edilməsi qərara alınmış və bu iclasın nəticələrinə dair protokol tərtib edilməklə iclasda iştirak edən şəxslər tərəfindən imzalanmış, eyni zamanda İddiaçı da həmin protokolla tanış edilmişdir. Daha sonra ikinci möhlət müddətinin bitməsi ilə əlaqədar işlərin yekunlaşdırılması vəziyyətinin yoxlanılması sahibkarlıq subyektinin təsərrüfatında 2023-cü ilin may ayında əlavə monitorinq keçirilmiş, monitorinq zamanı işlərin yekunlaşdırılmadığı müşahidə edilmiş və bu səbəbdən də təyinatı üzrə istifadə edilməyən ü mumilikdə 4 000 000 (dörd milyon) manat güzəştli kredit vəsaitinin və ona hesablanan faiz məbləğinin geri ödənilməsi məqsədilə banka məktub ünvanlanmış və həmin vəsaitin ödənilməsi bank tərəfindən təmin edilmişdir. Qeyd olunanları və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X1 vəsaitindən istifadə Qaydası”nın 9.1 və 9.2-ci bəndlərinin tələblərini nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1519/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin dövrdə qüvvədə olmuş “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X1 vəsaitindən istifadə Qaydası”nın tələblərinə əsasən cavabdehin apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlanmışdır. Cavabdehin tərtib etdiyi vəsaitinin istifadəsinə dair xx.xx.2023-cü il tarixli monitorinq aktından göründüyü kimi monitorinq zamanı Abşeron rayonu Zirə-Tərəvəzçilik Südçülük sovxozu ərazisində 4 ha istixananın konstruksiyasının qurulduğu, avandanlıq və hissələrin q ismən mövcud olduğu müşahidə edilmişdir. İstixana kompleksində avtomatik açılıb bağlanan məhsul daşıma qapıları, işçi çıxış qapıları, süzgülü istixana qapıları, dezinfeksiya otağı, elektrik sistemi (idarəetmə panosu, işıqlandırma, qəza siqnalizasiyası), bitkilərin asılması guttenlər, duman yaratma sistemi, məhsulların yığılması üçün arabalar, bitkilərin becərilməsi üçün istifadə olunacaq arabalar, istixananın polietilen örtüyü, Ozmos və su təmizləmə sistemi mövcud olmamış, istixanada əkin işləri aparılmamış, qismən mövcud olan avadanlıqlar tam olaraq qurulmamış, istixana fəaliyyətə başlamamışdır.
11. Məhkəmə qeyd edir ki, iddiaçı gətirdiyi dəlillərə dair, yəni istixananın qurulması və müvafiq avadanlıqlarla təmin edilməsi barədə Rusiya Federasiyasının hüquqi şəxsi olan "xxxx" MMC ilə bağ lanmış müqaviləyə əsasən podratçı tərəfindən avadanlıqların Azərbaycan Republikasına gətirilməklə işlərin 70 faizinin tamamlanması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə iddiaçının gətirdiyi bu dəlillər iş üzrə cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli monitorinq aktında göstərilənlərlə təkzib edilir və iddiaçı da həmin aktı mübahisələndirməmişdir. Qeyd olunmalıdır ki, məlum pandemiya şərtlərinə görə 1 ilə yaxın "xxxx" MMC müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədiyindən pandemiyadan sonra "xxxx" MMC-nin Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Zaqitoviçin cavabdehə edilmiş müraciəti əsasında cavabdeh tərəfindən 2022-ci ilin oktyabr ayının sonunadək 1 dəfə möhlət vermiş və bu məqsədlə "xxxx" Banka xx.xx.2022-ci il tarixli mək tub ünvanlamışdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya 1 dəfə güzəşt edilərək möhlət verilsə də, iddiaçı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə etmədiyindən güzəştli kredit vəsaitinin və ona hesablanan faiz məbləğinin geri ödənilməsi barədə cavabdehin hərəkətləri qanuni olmuşdur. İddiaçının iradəsindən asılı olmayaraq podratçı şirkətin üzərinə düşən öhdəliyi icra etməməsi ilə baglı dəlilləri isə iddiaçı ilə podratçı arasında müqavilə tələblərinin pozulması halında dəymiş ziyanın ödənilməsi tələbini yaratmış olur. Belə ki, həmin hallar “Azərbaycan Respublikası X1 vəsaitindən istifadə Qaydası”nda güzəştli kredit vəsaitinin geri ödənilməsini istisna edən hallar kimi nəzərdə tutulmadığından hazırki iddianın təmin edilməsi üçün əsas sayıla bilməz.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov, Günel Abbasova) 2024-cü il 28 avqust tarixli, 2-1(103)-2449/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 21(112)-1519/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı iddia tələbində və apellyasiya şikayətində qeyd etdiyi dəlillərlə, yəni istixananın qurulması və müvafiq avadanlıqlarla təmin edilməsi barədə Rusiya Federasiyasının hüquq i şəxsi olan "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən podratçı tərəfindən avadanlıqların Azərbaycan Republikasına gətirilməklə işlərin 70 faizinin tamamlanması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə iddiaçının gətirdiyi bu dəlillər iş üzrə cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli monitorinq aktında göstərilənlərlə təkzib edilir və iddiaçı da həmin aktı mübahisələndirməmişdir.
15. Qeyd olunmalıdır ki, məlum pandemiya şərtlərinə görə 1 ilə yaxın "xxxx" MMC müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədiyindən pandemiyadan sonra "xxxx" MMC-nin Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Zaqitoviçin cavabdehə edilmiş müraciəti əsasında cavabdeh tərəfindən 2022-ci ilin oktyabr ayının sonunadək 1 dəfə möhlət vermiş və bu məqsədlə "xxxx" Banka məktub ünvanlamışdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 2 dəfə güzəşt edilərək möhlət verilsə də, iddiaçı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə etmədiyindən güzəştli kredit vəsaitinin və ona hesablanan faiz məbləğinin geri ödənilməsi barədə cavabdehin hərəkətləri qanuni olmuşdur.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı Apellyasiya məhkəməsi işdə olan sübutlara düzgün hüquqi qiymət vermədiyindən, yerli baxış keçirmədən, iddiaçının podrat müqaviləsi üzrə podratçı Rusiya Federasiya sın hüquqi şəxsi "xxxx" MMC ilə cavabdehin iddiaçının başının üstündən sövdələşməsinə yalnış olaraq iddiaçı ilə sövdələşmiş kimi baxışı, inzibati orqanın kredit vəsaitlərinin ayrılması barədə qərarın ləğv edilmədiyini, yəni vəsaitin geri qaytarılması barədə qərar qəbul edilmədiyini, cavabdehin nümayəndəsinin Bakı İnzibati Məhkəməsində keçirilən 1-ci iclasda işin 70% görüldüyü barədə etiraflarını, iddiaçı tərəfindən götürülən kreditlər üzrə aylıq ödənişlərdə heç bir yubanmaların olmadığını və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-105/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini, eləcə də iddiaçı Tunzalə İsmayılovanın cavabdehdən eyni əsaslarla ******* (üç milyon) manat güzəştli kredit götürdüyünü və həmin kredit üzrə bütün öhdəlikləri icra etməsi, cavabdehlə münasibətlərinin hal-hazır da davam etməsini, kreditlərin vaxtlı-vaxtında ödənilməsini nəzərə almadığından, inzibati orqana xüsusi üstünlüklər tanımaqla yalnış qərar qəbul etmişdir.
18. Belə ki, müqavilədə nəzərdə tutulmuş təyinata uyğun olaraq istixananın qurulması və müvafiq avadanlıqlarla təmin edilməsi barədə Rusiya Federasiyasının hüquqi şəxsi olan "xxxx" MMC ilə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən podratçı təşkilat tərəfindən avadanlıqların 70 faizə qədəri Azərbaycan Republikasına gətirilməklə işlərin 70 faizi tamamlanmışdır.
19. Fond və Bank görülmüş işlərlə bağlı bir neçə dəfə monitorinq keçirmiş və monitorinq zamanı vəasitlərin təyinatı üzrə istifadə edildiyi müəyyən edilmişdir. Yəni vəsaitlər parniklərin quraşdırılması üçün avadanlıqların alınmasına və quraşdırılmasına yönəldilmişdir. Həmin vəsai tlər digər məqsədlərə yönəldilməmişdir. Cavabdeh digər məqsədlərə yönəldilməsi barədə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, hüquq pozuntusuna yol verən qanunsuz qərarı ilə podratçı "xxxx" MMC-yə saxta sənədlərlə özünü müflis elan etmək üçün ona lazım olan vaxtı möhlət vermiş podratçı müflis elan etməyə cəhd etmişdir. Fond tərəfindən möhlət verilsə də, "xxxx" MMC müqavilədən irəli gələn öhdəliklərinin tamamlanması barədə hər hansı bir hərəkət etmədiyinə və vəsaiti qaytarmadığına görə tərəflərindən görülməyən işlərə görə vəsaitin qaytarılması və dəymiş zərərin ondan tutularaq iddiaçıya ödənilməsi barədə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş və məhkəmənin e-2-2(113)-105/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə qan uni qüvvəyə mindiyindən tərcümə edilərək apostile edilərək Azərbaycan respublikasının Ədliyyə Nazirliyi vasitəsilə Rusiyya Fedarasiyasına göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)105/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə də işlərin 70% görülməsi öz təsdiqini tapır. b. kassasiya şikayətinə etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz təqdim edilərək kasasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazda işin halları və iddia tələbinə etirazın dəlilləri sadalanmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, m übahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da n əzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gü n müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X1 vəsaiti hesabına güzəştli kreditlərin verilməsi” Qaydası:
1. Ümumi müddəalar 1.1. Bu Qayda Azərbaycan Respublikası X1 (bund an sonra- Fond) vəsaiti hesabına güzəştli kreditin verilməsi mexanizmini və şərtlərini müəyyən edir. 1.2. Fondun güzəştli kredit verilməsi üçün nəzərdə tutulan vəsaiti Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. 1.3. Güzəştli kredit sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən təyinatlı və ünvanlı vəsaitdir. Bu vəsait investisiya layihələrinin həyata keçirilməsi üçün sahibkarlıq subyektlərinə tam və ya mərhələli şəkildə verilə bilər. Güzəştli kreditlərin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və ya bank olmayan kredit təşkilatları (bundan sonra- müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından v ə öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsi istisna olmaqla, ayrılmış güzəştli kreditlər müvəkkil kredit təşkilatlarının aktivi hesab edilmir. Müvəkkil kredit təşkilatları ilə Fond arasında güzəştli kredit vəsaitindən istifadə şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Fond müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyektləri arasında bağlanılacaq müqavilədə məcburi şərtlərin olmasını tələb edə bilər. 1.7. Qaytarılan güzəştli kredit vəsaiti və güzəştli kreditlər üzrə daxilolmalar (faiz, cərimə və sair) həmin daxilolmaların Fondun saxlanılması xərclərinə ayrılan, həmçinin bu Qaydanın 1.8-ci bəndində nəzərdə tutulan hissələri istisna olmaqla, Fondun hesabında saxlanılır və yenidən bu Qaydanın 1.2-ci bəndind ə nəzərdə tutulmuş məqsədlərlə istifadə olunur.....
4. Güzəştli kreditlərin sahibkarlıq subyektlərinə ayrılması və onlardan istifadə 4.1. Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatı 10 (on) iş günündən gec olmayaraq, öz biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarları əsasında investisiya layihələrini təhlil edərək, layihənin maliyyələşdirilməsi və ya maliyyələşdirmədən imtina barədə qərarını sahibkara bildirir. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. Fond investisiya layihəsinin tam və hərtərəfli ekspertizası üçün əlavə məlumat və sənədlər tələb edə bilər. 4.2. Fond 10 (on) iş günü müddətində Fondun güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində, Müşahidə Şurasının müəyyən etdiyi qaydada ilkin monitorinqini aparır. Ekspertizanın nəticəsindən asılı olaraq, Fond müraciətlərin təmin olunmasına və ya ondan imtina edilməsinə dair qərar qəbul edir və bu barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir. 4.3. Sahibkarlıq subyekti ilə kreditləşməyə dair bütün sənədləşmə yekunlaşdırıldı qdan sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərir. Fond 3 (üç) iş günü müddətində vəsaitin müvəkkil kredit təşkilatına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 5 (beş) iş günü müddətində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürərək, Fonda və sahibkarlıq subyektinə bu barədə məlumat verir. 4.4. Fondun güzəştli kreditlərindən istifadə etmək üçün müraciət etmiş bütün sahibkarlıq subyektləri haqqında müvəkkil kredit təşkilatı hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) iş günündən gec olmayaraq Fonda məlumat verməlidir. Təqdim olunacaq məlumatın formasını Fond müəyyənləşdirir. Zəruri hallarda Fond bu məlumatları müəyyən edilmiş müddətdən əvvəl tələb edə bilə r.....
10. Layihənin monitorinqi 10.1. Müvəkkil kredit təşkilatları Fondun müəyyən etdiyi qaydada ildə azı iki dəfə hər bir sahibkarlıq subyektinin Fondun güzəştli kredit vəsaitindən investisiya layihəsi üzrə istifadə etməsinin monitorinqini aparır və bu barədə Fonda hesabat verirlər. Hesabatın strukturunu və formasını Fond müəyyən edir. Müvəkkil kredit təşkilatının apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetiribyetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) iş g ünü müddətində məhz bu layihə ilə bağlı kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunu Fondun hesabına köçürməlidir. 10.2. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər. Fondun apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Fondun hesabına köçürülür. Fondun yazılı tələbindən sonra müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində vəsaitin köçürülməsini gecikdirərsə, bu Qaydanın 3.7-ci bəndi nə uyğun olaraq Fonda cərimə ödəyir. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) iş gününü keçdiyi təqdirdə, Fond gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
26. İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılm ası prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
27. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı ASC "xxxx" Bankı vasitəsilə əlavə 4 hektar ərazidə istixana kompeksinin qurulması məqsədilə güzəştli kredit ayrılmışdır. Güzəştli kreditin verilməsi ilə əlaqədar təqdim edilən təşkilati planda sözügedən kompleksin 2020-ci ilin yanvar ayında fəaliyyətə başlaması nəzərdə tutulsa da, cari dövrə qədər işlər yekunlaşdırılmamışdır. İşlərin tam yekunlaşdırılması məqsədilə 2022-ci ilin oktyabr ayının sonunadək möhlətin verilməsi ilə bağlı Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəsi Ruslan Mirsayapov tərəfindən İqtisadiyyat Nazirliyinə ünvanladığı müraciətə əsasən cavabdeh tərəfindən sahibkarlıq subyektinə görüləcək işlərin tam həyata keçirilməsi və yeni iş yerlərinin yaradılması məqsədilə 2022-ci ilin oktyabr ayının sonunadək möhlət verilmişdir. Göstərilən möhlət müddətinin bitməsi ilə əlaqədar işlərin yekunlaşdırılması vəziyyətinin yoxlanılması məqsədilə 2022-ci ilin oktyabr ayında cavabdeh tərəfindən monitorinq aparılmış və işlərin yekunlaşdırılmadığı müşahidə edilmişdir. 2022-ci ilin oktyabr ayında aparılmış monitorinqin nəticələri ilə bağlı xx.xx.2022-ci il tarixdə c avabdehin, müvəkkil bankın və iddiaçının nümayəndəsinin iştirakları ilə iclas keçirilmiş, həmin iclasda iddiaçı tərəf istixana işlərinin başa çatdırılması, avadanlıqların quraşdırılması, əkin işlərinin aparılması və yeni iş yerlərinin yaradılması məqsədilə 2023-cü ilin mart ayının sonunadək möhlət verilməsini xahiş etmiş, sahibkarlıq subyektinin xahişi nəzərə alınmaqla yuxarıda öz əksini tapmış işlərin görülməsi üçün iddiaçıya 2023-cü ilin mart ayının sonuna kimi möhlət verilməsi, bu müddətdə investisiya layihəsinin icrasının başa çatdırılmadığı, istixana fəaliyyətə başlamadığı və yeni iş yerləri yaradılmadığı halda ASC "xxxx" Bankı tərəfindən kredit vəsaitinin qalıq məbləğinin vaxtından əvvəl cavabdehə ödənilməsinin təmin edilməsi qərara alınmış və bu iclasın nəticələrinə dair protokol tərtib edilməklə iclasda iştirak edən şəxslər tərəfindən imzalanmış, eyni zamanda iddiaçı da həmin protokolla tanış edilmişdir. Daha sonra ikinci möhlət müddətinin bitməsi ilə əlaqədar işlərin yekunlaşdırılması vəziyyətinin yoxlanılması sahibkarlıq subyektinin təsərrüfatında 2023-cü ilin may ayında əlavə monitorinq keçirilmiş, monitorinq zamanı işlərin yekunlaşdırılmadığı müşahidə edilmiş və bu səbəbdən də təyinatı üzrə istifadə edilməyən ümumilikdə 4 000 000 (dörd milyon) manat güzəştli kredit vəsaitinin və ona hesablanan faiz məbləğinin geri ödənilməsi məqsədilə cavabdeh tərəfindən banka məktub ünvanlandığından həmin vəsaitin ödənilməsi bank tərəfindən təmin edilmişdir.
28. Apellyasiya instansiya məhkəməsi cavabdehin hərəkətlərinin qanunvericiliyin tələblərinə uyğun olduğunu hesab edərək, iddia təmin edilməməli olması qənaətinə gəlmişdir.
29. Cavabdeh hesab edir ki, hazırkı işə münasibətdə tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X1 vəsaitindən istifadə Qaydası”nın 9.1-ci və 9.2-ci bəndləri tətbiq olunmalıdır.
30. Belə ki, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X1 vəsaitindən istifadə Qaydası”nın 9.1-ci və 9.2-ci bəndlərinə əsasən, müvəkkil kredit təşkilatları Fondun müəyyən etdiyi qaydada ildə azı iki dəfə hər bir sahibkarlıq subyektinin Fondun vəsaitindən investisiya layihəsi üzrə istifadə etməsinin monitorinqini aparır və bu barədə Fonda hesabat verirlər. Hesabatın strukturunu və formasını Fond müəyyən edir. Müvəkkil kredit təşkilatı apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin və hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) bank günü ərzində məhz bu layihə üzrə əsas kredit və faiz borcunu bütövlükdə Fondun hesabın a köçürməlidir. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər. Fondun apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, Fondun yazılı tələbinə əsasən, həmin sahibkarlıq subyektinə verilmiş güzəştli kredit və faiz borcu müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edibetməməsindən asılı olmayaraq, 10 (on) bank günü ərzində bütövlükdə Fondun hesabına köçürülür.
31. Kollegiya cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, hazırkı mübahisənin həlli istiqamətində doğru nəticəyə gəlinməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı ilə təs diq edilmiş “Azərbaycan Respublikası X1 vəsaiti hesabına güzəştli kreditlərin verilməsi” Qaydasının 10.2-ci bəndinə diqqət yetirilməlidir.
32. Həmin normanın tələblərinə əsasən, vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər. Fondun apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edibetməməsindən asılı olmayaraq kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Fondun hesabına köçürülür.
33. Göründüyü kimi, qüvvədən düşmüş əvvəlki qaydalarda Fondun apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, Fondun yazılı tələbinə əsasən, həmin sahibkarlıq subyektinə verilmiş güzəştli kredit və faiz borcu müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, 10 (on) bank günü ərzində bütövlükdə Fondun hesabına köçürülür. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalara görə isə Fondun apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablan mış faiz borcu Fondun hesabına köçürülür. Kollegiya qeyd edir ki, hazırda qüvvədə olan Qaydalar iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından və iddiaçıya münasibətdə daha əlverişli vəziyyət yaratdığından, hazırkı iş üzrə mübahisənin həll edilməsi istiqamətində həmin Qaydaların müddəaları tətbiq edilməlidir.
34. İş materiallarında olan Azərbaycan Respublikasının X1 vəsaitinin istifadəsinə dair xx.xx.2023-cü il tarixli monitorinq aktında qeyd edilmişdir ki, monitorinq zamanı Abşeron rayonu Zirə-Tərəvəzçilik Südçülük sovxozu ərazisində 4 ha istixananın konstruksiyasının qurulduğu, avandanlıq və hissələrin qismən mövcud olduğu müşahidə edilmişdir. İstixana kompleksində avtomatik açılıb bağlanan məhsul daşıma qapıları, işçi çıxış qapıları, süzgülü istixana qapıları, dezinfeksiya otağı, ele ktrik sistemi (idarəetmə panosu, işıqlandırma, qəza siqnalizasiyası), bitkilərin asılması guttenlər, duman yaratma sistemi, məhsulların yığılması üçün arabalar, bitkilərin becərilməsi üçün istifadə olunacaq arabalar, istixananın polietilen örtüyü, Ozmos və su təmizləmə sistemi mövcud deyildir. İstixanada əkin işləri aparılmamış, qismən mövcud olan avadanlıqlar tam olaraq qurulmamışdır. İstixana hazırda fəaliyyətə başlamamışdır.
35. Kollegiya bildirir ki, sözügedən monitorinq aktından iddiaçı tərəfindən güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməməsi müəyyən olunmamaqla yanaşı, eyni zamanda buna dəlalət edən hər hansı fakt da qeyd olunmamışdır.
36. Akta baxış zamanı iddiaçıya ayrılan vəsaitin hər hansı digər bir layihə üzrə üzrə və ya hər hansı digər məqsədlər üçün istifadə e dilməsi müəyyən edilmir. Eyni zamanda vəsaitin iddiaçı tərəfindən təyinatı üzrə istifadə edilmədiyinə dair cavabdeh tərəfindən aşağı instansiya məhkəmələrinə hər hansı sübut təqdim edilməmişdir.
37. Aktın məzmunundan aydın olur ki, iddiaçı tərəfindən Abşeron rayonu ZirəTərəvəzçilik Südçülük sovxozu ərazisində 4 ha istixananın fəaliyyətə başlanılması üçün müəyyən işlər görülmüş, lakin istixana tam olaraq istismara hazır vəziyyətə gətilməmişdir. Lakin nəzərə alınmalıdır ki, müvafiq layihənin tam başa çatdırılmaması özü-özlüyündə ayrılan güzəştli kreditin təyinatı üzrə istifadə edilməməsi kimi qiymətləndirilə bilməz.
38. İddiaçının məhkəmə kollegiyasının iclasında veridiyi izahatından, kassasiya şikayətinin dəlillərindən, həmçinin təqdim edilən kommersiya məhkəməsinin qətnaməsindən müəyyən ed ilir ki, iddiaçı ilə "xxxx" MMC arasında iddiaçıya güzəştli kreditin ayrılmasına əsas olan layihənin başa çatdırılması ilə bağlı müqavilə bağlanılmış, lakin "xxxx" MMC tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin tamamlanması barədə hər hansı bir hərəkət etmədiyinə və vəsaiti qaytarmadığına görə tərəflərindən görülməyən işlərə görə vəsaitin qaytarılması və dəymiş zərərin ondan tutularaq iddiaçıya ödənilməsi barədə Bakı Kommersiya Məhkəməsinin 2024cü il 15 yanvar tarixli, e-2-2(113)-105/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
39. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1,12.2, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalı, iş həmin normaların tələblərinin təmin olunması və Ali Məhkəmənin bu qərarın 31-ci, 37ci və 38-ci bəndlərində ifadə olunan hüquqi mövqeyinin nəzərə alınması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
40. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət təmin edilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 28 avqust tarixli, 2-1(103)-2449/2024 saylı nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.