Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2903/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, riskli vergi əməliyyatı, əmtəəsiz əməliyyat, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 27 may tarixli, 2-1(105)-521/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.2023-cü il tarixli, **********293200 nömrəli və xx.xx.2023-cü il tarixli, **********683700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin (hakim L.Mirzəyeva) 2025-ci il 06 m art tarixli, 2-1(118)-455/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********293200 nömrəli və xx.xx.2023-cü il tarixli, **********683700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi qərara alınmışdır.
3. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər G.Cabbasrova /sədrlik edən və məruzəçi/, V.Əzizova və İ.Quliyev) 2025-ci il 27 may tarixli, 2-1(105)-521/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəmə sinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 148115 nömrəli elektron qaimə üzrə əldə etdiyi malların dəyərinə münasibətdə ƏDV məbləğinin əvəzləşdirilməli olduğunu əsas gətirmişdir. Cavabdeh inzibati orqan isə həmin malların satıcısı qismində çıxış edən müvafiq MMC riskli vergi ödəyicisi olduğundan, həmin elektron qaimə fakturası üzrə aparılan əməliyyatın riskli hesab olunması halına istinad edərək, iddiaçı ilə müvafiq MMC arasında aparılmış həmin əməliyyatı əmtəəsiz əməliyyat hesab edərək, ƏDV əvəzləşdirilməsinə yol verilmədiyindən, ƏDV üzrə kənarlaşma aşkar etmişdir. Kollegiya bu hissədə işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçı tərəfindən alqısatqı müqavilələri üzrə malların təhvi l alınması, habelə malların dəyərinin ödənilməsi, elektron qaimələrin tərtib edilməsi halı iş materialları əsasında öz təsdiqini tapır. Belə olan halda, kollegiya hesab edir ki, hazırki inzibati iş üzrə sübutetmə yükün bilavasitə cavabdeh vergi orqanının üzərinə düşür. Başqa sözlə desək, cavabdeh iddiaçı ilə müvafiq MMC arasında aparılmış əməliyyatın əmtəəsiz əməliyyat hesab etdiyi halda, onun əsaslarını sübutetmək öhdəliyi daşıyır.
6. İndiki halda isə cavabdeh inzibati orqan qeyd edilən halı yalnız müvafiq MMClərin riskli vergi ödəyicisi hesab olunması və riskli vergi ödəyicisi siyahısına daxil edilməsi (bu barədə qərar qəbul edilməsi) ilə bağlı hallarla əsaslandırmışdır. Kollegiya cavabdehin istinad etdiyi həmin əsasla bağlı onu qeyd edir ki, işin müəyyən edilmiş halları əsasında "xxxx" MMC xx.xx.2022-ci il tarixli qərar, "xxxx" MMC xx.xx.2023-cü il tarixli qərar, "xxxx" MMC isə xx.xx.2023-cü il tarixli qərar əsasında riskli vergi ödəyicisi hesab edilməklə, riskli vergi ödəyicisi siyahısına daxil edildiyi, iddiaçının isə həmin MMC-lərlə apardığı əməliyyatların tarixi isə 2022-ci ilin fevral, iyul və sentyabr ayları olmuşdur. Göründüyü kimi, iddiaçının müvafiq MMC-lərlə əməliyyatları apardığı vaxtda həmin MMC-lər riskli vergi ödəyicisi qismində çıxış etməmiş, həmin əməliyyatlardan sonrakı tarixlərdə qeyd edilən MMC-lər riskli vergi ödəyicisi hesab edilmişlər. Kollegiya qeyd edir ki, vergi qanunvericiliyinin normasında riskli vergi ödəyicisinin anlayışı verilmiş (VM-nin 13.2.82-ci maddəsi), həmin normanın dispozitiv şərtinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiy yəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Göründüyü kimi vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi üçün müvafiq qərar qəbul edilməli, yalnız həmin qərardan sonra riskli vergi ödəyicisi ilə aparılmış əməliyyatlar da riskli hesab olunur. İndiki halda isə i ddiaçı tərəfindən müvafiq əməliyyatlar aparılan zaman müvafiq müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməmiş, habelə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır. Başqa sözlə desək iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektrom qaimə fakturalar üzrə əməliyyatları aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisələrlə aparmışdır. Nəticə etibarilə iddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, əməliyyat tarixində müəssisələrin riskli vegri ödəyicisi olmamasına əmin olmuş, vergi orqanı tərəfindən də bu barədə ona hər hansı xəbərdarlıq edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh inziba ti orqan istinad edilən hala əsaslanmaqla müvafiq qərar əsasında iddiaçı barəsində ƏDV üzrə əlavə vergi məbləğini hesablamaqda haqlı olmamış, həmin hissədə etiraz və şikayətinin dəlilləri əsassız olmuşdur. Kollegiya mənfəət vergisi üzrə əlavə vergi məbləğinin hesablanmasına aid hissədə aşağıdakıları qeyd edir. Bu hissədə kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, cavabdeh vergi orqanı məhz 2022-ci il üzrə "xxxx" MMC-dən 182461,52 manat dəyərindən elektron qaimə fakturalar əsasında mal əldə edildiyi, həmin MMC tərəfindən təsdiqedici sənəd əsasında almadığı malları satdığının müəyyən edildiyini, həmin MMC-yə məxsus olan “X1 Vəlvələçay” adlı təsərrüat subtyektinin xx.xx.2022-ci il tarixdə vergi orqanında uçota alındığı, xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarıldığının m üəyyən edildiyi, bu səbəbdən də həmin MMCnin xx.xx.2022ci il tarixdə riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilməsi halına istinad edərək, riskli vegri ödəyicisindən əldə edilmiş mallara dair tərtib edilmiş elektron qaimələri xərc sənədləri kimi qəbul etməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, vergi qanunvericiliyinin tələbinə əsasən riskli vergi ödəyicisi ilə aparılmış əməliyyatlar üzrə müvafiq sənədlər xərc sənədləri kimi qəbul edilmir. İndiki halda isə qeyd edilən müəssisələr ilə iddiaçı tərəfindən müvafiq əməliyyatların aparıldığı tarixdə həmin müəssisələr riskli vergi ödəyicisi hesab olunmamış, bu barədə hər hansı qərar qəbul edilməmiş, habelə cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq edilməmişdir. Belə olan halda, kolegiya qeyd edir ki, cavabdehin həmin hiss ədə hərəkətləri qanunvericilik normasının dispoztiv şərtlərinə uyğun olmamışdır. Bundan əlavə, kollegiya cavabdehin istinad etdiyi hallarla bağlı qeyd edir ki tərəflər arasında alqı-satqı müqvailəsinin bağlanması, müqavilə üzrə malalrın təhvil verilməsi, ödənişinin həyata keçirilməsi, elektron qaimələrin tərtib edilməsi halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Belə olan halda, kolegiya qeyd edir ki, tərəflər arasında baş tutmuş əməliyyatın əmtəəsiz olduğunu, yəni faktiki olaraq mal (iş, xidmət) təqdim olunmadan əməliyyat aparıldığını cavabdeh müvafiq nəzarət tədbirləri ilə sübuta yetirməlidir. İndiki halda isə cavabdehin yeganə dəlili iddiaçının riskli vergi ödəyicisi ilə əməliyyat aparılması ilə bağlı hal olmuş, həmin hal isə iş materialları əsasında təkzib olunmuşdur (əməliy yatın aparıldığı tarixdə vergi ödəyicisi riskli vergi ödəyicisi olmamışdır). Bundan əlavə, kollegiya cavabdehin istinad etdiyi digər hallarla bağlı onu qeyd edir ki, digər vergi ödəyicisinin satdığı malların aldığı və ya idxal etdiyi malların həcminə uyğun olmaması iddiaçının məsuliyyət sferasına aid edilməməli,bu hallar onun hüququnu məhdudlaşdırmamalıdır. Başqa sözlə desək, iddiaçının malı satan vergi ödəyicisinin ona satılan mallar ilə satıcının aldığı malların həcminin uyğunluğunu yoxlamaq kimi bir səlahiyyəti olmamışdır. Bu hal məhz vergi orqanı tərəfindən həmin vergi ödəyicisinə münasibətdə araşdırılmalı olan hal kimi çıxış etmişdir. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh vergi orqanı məhz riskli vergi ödəyicisi ilə əməliyyat aparılması halına istinad edərək, elektron qai mə sənədlərini xərc sənədi kimi nəzərə almamaqda və bu əsasla iddiaçı barəsində əlavə mənfəət vergi məbləğini hesablamaqda haqlı olmamışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, indiki halda sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşsə də, cavabdeh tərəfindən iddiaçı barəsində qeyd edilən qərarların qəbul edilməsinin əsaslarına dair heç bir sübut təqdim edilməmiş, iddiaçı barəsində qəbul edilmiş qərar ehtimallara əsaslanmaqla, qanunvericiliyin tələbinə uyğun olmamışdır.
7. Cavabdeh mahiyyətcə iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müə yyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara ə saslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin riskli vergi ödəyicisi qrupunda olması da onunla aparılan əməliyyatın birmənalı olaraq əmtəəsiz və ya riskli əməliyyat olması anlamına gəlmir. Yəni iddiaçının riskli vergi ödəyicisi qrupunda olan şəxslə (məsələn, şəxsin obyekti uçota aldırmadığına görə, beşdən artıq müəssisədə direktor olmasına görə və s. əsaslarla riskli qrupa salındığı hallarda) alqı-satqı əməliyyatı apardığı hallarda da həmin əməliyyatın real olduğu istisna olunmur və oluna bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olmasına istinad yetərli deyil, bu zaman həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Həmçinin iddiaçının və ya mal aldığı şəxslərin alışında həmin malların rəsmi şəkildə görünməməsi əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli əsas qismində çıxış edə bilməz. Bununla bağlı faktiki olaraq mal (iş, xidmət) təqdim olunmadan əməliyyat aparıldığını cavabdeh müvafiq nəzarət tədbirləri vasitəsi ilə sübuta yetirməlidir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2208/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-10/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-480/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)943/2024 nömrəli qərarları).
12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mö vcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasın dakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
14. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 27 may tarixli, 2-1(105)-521/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.