Məhkəmə qərarları › İş №2-1(102)-2914/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2914/2025

04.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2914/2025 04.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “X16 və X12 arasında nikahın bağlanması haqqında Cavabdehndə qeydə alınmış xx.xx.2019-cu il tarixli, 48 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyinin cavab dehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 03 iyun tarixli, 2-1(104)-355/2025 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehnə verilmiş “Nikaha daxil olmaq haqqında ərizə”dən görünür ki, X16 və X7 ərizəsi xx.xx.2019-cu ildə 48 № ilə qəbul edilmiş, nikahın qeydiyyatı xx.xx.2019-cu il saat 11:00-a təyin olunmuşdur. 2. xx.xx.2019-cu il tarixli, 2365 və 2366 nömrəli “Nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçdiyi barədə” arayışlardan görünür ki, X16 və X12 tibbi müayinədən keçmiş və onlara müvafiq məsləhətlər verilmişdir. 3. xx.xx.2019-cu il tarixli AZ-İİ 301080 №-li Nikah haqqında Şəh adətnaməyə əsasən, X16 ilə X7 xx.xx.2019-cu il tarixdə nikahı bağlanılmış, ərə Rzayev, arvada Ağayeva soyadı verilmişdir. 4. 29.10.2022-ci il tarixli, AZ-İİ 310959 №-li Ölüm haqqında Şəhadətnamədən görünür ki, X16 xx.xx.2022-ci il tarixdə ölmüşdür.

5. Göygöl rayon Polis şöbəsinin İstintaq bölməsinin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən, qərarın təsviri hissəsindəkilərə əsasən, X3, X1 və X13 vəzifəli şəxs olmadığı üçün, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Korrupsiya cinayətləri və qulluq mənafeyi aleyhinə olan digər cinayətlər” adlı fəslində nəzərdə tutulmuş cinayət əməllərinin o cümlədən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı cinayət əməlinin subyekti hesab edilmədiyindən, Göygöl rayon Mərk əzi Xəstəxanasının sabiq baş həkimi X5 və həmin xəstəxananın digər vəzifəli şəxslərinin əməllərində hər hansı cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən onlar barəsində cinayət təqibi başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X3, X1 və X8 əməllərində Azərbaycan Respublikası CM-in 320-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib hissəsi olsada, həmin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onlar barəsində cinayət təqibi başlanması rədd edilmişdir. -Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçılar İddiaçı1 ilə İddiaçı2 cavabdehlar X12 və Cavabdehnə qarşı nikahın etibarsız hesab olunması tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2 (125)-1522/2023 saylı qətnaməsi ilə iddia təmin edilsə də, X4 Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)1939/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2024-cü il tarixli, 2(102)- 1504/2024 saylı qərarı ilə X4 Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)1939/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Qeydiyyat şöbəsi hesab edir ki, mübahisə ilə bağlı araşdırmalar aparılmış və hüquqi qiymət verilmişdir. Bu səbəbdən iddianın təmin olunmamasını xahiş edilmişdir. -Göygöl rayon Prokrorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı1 mərhum atası Mədəd Rzayevin 2019-cu ildə X12 ilə nikaha daxil olarkən tibbi müayinədən keçmələrinə dair saxta arayışla r əldə etmələri barədə müraciəti əsasında hazırda Göygöl rayon Polis şöbəsinin İstintaq bölməsində araşdırma davam etdirilir və araşdırma nəticəsində yekun qərar qəbul edilməmişdir.

6. Gəncə Şəhər Məhkəməsinin 2023-cü il 02 iyun tarixli 2(125)-1522/2023 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X12 və Cavabdehnə qarşı olan iş üzrə iddia tələbi təmin edilmiş, X16 və X12 arasında Cavabdehndə qeydə alınmış xx.xx.2019-cu ildə 48 nömrəli aktla qeydə alınmış nikahın etibarsız hesab olunması qət olunmuşdur.

7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 11 dekabr tarixli, 2(104)-1939/2023 nömrəli qətnaməsinə əsasən, cavabdehlər X12 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2 (125)-1522/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X12 və Cavabdehnə qarşı nikahın etibarsız hesab olunması tələbi təmin edilməmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2024-cü il 15 may tarixli, 2(102)-1504/2024 nömrəli qərarına əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2023-cü il tarixli 2(104)-1939/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, nikahın bağlanmasına əsas olan qanunsuz olaraq əldə edilmiş “Nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçməsi barədə” 2365 və 2366 nömrəli arayışlar əsasında mərhum X16 və X12 arasında nikahın bağlanması haqqında Cavabdehndə qeydə alınmış xx.xx.2019-cu il tarixli, 48 nömrəli akt qeydinin ləğv edilməsi və AZ-İİ seriyalı, 301080 nömrəli “Nikah haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər.

10. Gəncə İnzibati Məhkəməsinin 2024-cü il 17 oktyabr tarixli, e-2-1(114)-4526/2024 nömrəli qərardadı ilə X12 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin 2024-cü il 22 noyabr tarixli, e-2-1(114)-4526/2024 nömrəli qərardadı ilə iddia tələbi “X16 və X12 aras ında nikahın bağlanması haqqında Cavabdehndə qeydə alınmış xx.xx.2019-cu il tarixli, 48 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçının əsaslandırması:

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıların ataları X16 xx.xx.2019-cu ildə X12 ilə birgə yaşamağa qərar vermişdir. Onların arasında rəsmi nikah olmadığından, iddiaçıların nikah şəhadətnaməsinin mövcudluğundan xəbərləri olmamışdır. Mədəd Rzayev xx.xx.2022-ci il tarixdə ürəyin xroniki işemik xəstəliyi nəticəsində ölmüşdür. Yas mərasimindən sonra Qətibə Ağayeva evi tərk edərək getmişdir. İddiaçılar 03 noyabr 2022ci il tarixdə natariusa müraciət edərək, atalarından qalmış mirası qəbul etmək barədə ərizə vermiş, bu barədə 1 ay sonra məlumatları olmuşdur. Bundan sonra onlar hüquqi müstəvidə məsələni həll etməyə çalışmış və vəkil tutmuşlar. Vəkil sorğusu əsasında əldə edilən məlumata əsasən, məlum olmuşdur ki, X16 və X2 şəhərində qeydiyyatda olmalarına baxmayaraq, nikaha daxil olmaq üçün tibbi arayışı Göygöl Rayon Mərkəzi Xəstəxanasından “əldə etmişlər” və Göygöl Rayon Mərkəzi Xəstəxanası tərəfindən Gəncə şəhər sakinlərinə 2019-cu ildə nikaha daxil olmaq üçün verilmiş saxta tibbi arayış əsasında Cavabdeh tərəfindən nikah şəhadətnaməsi verilmişdir. Hal-hazırda Göygöl Rayon Prokurorluğunda faktla bağlı araşdırma davam edir. İddiaçılar qeydiyyat şöbəsinə nikahın qeydə alınmasına əsas olmuş sənədin saxta olduğu və nikah qeydinin ləğvi ilə bağlı müraciət etsələr də, həmin orqanın imtina etməsi nəticəsində onların subyektiv hüquqları pozulmuşdur. Saxta t ibbi arayış əsasında Nikah şəhədatnaməsi əldə edən üçüncü şəxs Qətibə Ağayeva vərəsə kimi müraciət edərək, onların vərəsəlik hüquqlarını pozmuşdur. X9 daşınmaz əmlak və minik avtomobilindən ibarət miras qalmışdır. Üçüncü şəxsin saxta sənəd əsasında əldə etdiyi nikah şəhadətnaməsini əsas tutaraq vərəsə kimi iştirakı onların miras paylarının azalmasına səbəb olmuşdur. Nikahın bağlanmasına dair qeydin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında aparılmasına əsas olmuş tibbi arayışın arxiv sənədlərində heç bir qeydiyyatı yoxdur və saxta olması sübut olunur. Həmin tibbi arayışın saxtalaşdırılması faktı üzrə Göygöl Rayon Prokurorluğunda araşdırma aparılmış, keçirilmiş kompleks ekspertiza rəyi əldə olunmuş, xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, “Nikaha daxil olmaq istəy ən şəxslərin müayinədən keçməsi barədə” X16 və X7 adına verilmiş 2365 və 2366 saylı arayışlar məsul şəxslər tərəfindən deyil, digər şəxs tərəfindən tərtib edilmiş, məsul şəxsin əvəzindən imzalanmaqla saxtalaşdırılmışdır. Eləcə də X16 və X7 qeyd edilən arayışların verilməsi üçün tələb olunan müvafiq müayinələrdən keçməməsi müəyyən edilmişdir. “Nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçməsi barədə” 2365 və 2366 saylı arayışlar qeydiyyat kitabında başqa şəxslərin adınadır. Mübahisələndirilən nikahın bağlanmasına dair akt qeydinin aparılmasına əsas olmuş tibbi arayışlar saxtadır. Nikah akt qeydinin aparılması üçün hüquqi əsas olmadığından, cavabdeh inzibati orqanın nikahın bağlanması haqqında qeyd aparması qanunsuz olmaqla qanunvericiliyin tələbinə zidd olmuşdur. Üçüncü şəxsin iddiaya etirazı

13. Etirazda göstərilmişdir ki, o, iddiaçıların iddiası əsassız olduğu üçün rədd edilməli olduğunu hesab edir. Gəncə İnzibati Məhkəməsində qaldırılmış hazırkı iddiadan əvvəl iddiaçılar cavabdeh qismində ona və Cavabdehnə qarşı onunla mərhum həyat yoldaşı X16 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikahın etibarsız hesab edilməsi ilə bağlı iddia tələbi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişlər. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1522/2023 №-li qətnaməsi ilə iddia təmin edilərək, üçüncü şəxslə mərhum həyat yoldaşı X16 arasında Cavabdeh tərəfindən bağlanmış xx.xx.2019cu il tarixli, 48 №-li nikah etibarsız hesab edilmişdir. Daha sonra X12 və Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 2(104)-1939/2023 №-li qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X10 və Cavabdehnə qarşı nikahın etibarsız hesab olunması tələbinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiya Məhkəməsinin qətnaməsindən iddiaçılar tərəfindən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(102)1504/2024 №-li qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1939/2023 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə isə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1939/2023 №-li qətnaməsində və Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, e2(102)1504/2024 №-li qərarında onların iddialarının rədd edilməsinin əsası kimi, üçüncü şəxslə mərhum həyat yoldaşı arasında bağlanmış nikahın etibarsız sayılmasına dair məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqlarının olmaması qeyd edilmişdir. Daha dəqiq isə yuxarıda qeyd edilən məhkəmə aktlarında “X11 ölümündən sonra 05 oktyabr 2019-cu il tarixdə 48 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın etibarsızlığının onun uşaqları (iddiaçılar) tərəfindən mübahisələndirilməsi əsassızdır və iddianın təmin olunması özü-özlüyündə hüquqi müəyyənlik prinsipinin tələblərinə zidd olar” qeyd edilmişdir. Göründüyü kimi, həm Gəncə Apellyasiya, həmdə Ali Məhkəmənin məhkəmə tərkibinin yekunda gəldiyi nəticə ondan ibarətdir ki, X12 ilə mərhum həyat yoldaşı arasında bağlanmış n ikahın etibarsız sayılması ilə bağlı iddianı ancaq mərhum həyat yoldaşı sağlığında qaldıra bilərdi. Yəni mərhumun uşaqlarının onların nikahının etibarsız sayılması ilə bağlı məhkəmədə iddia qaldırımaq üçün subyektiv hüquqları yoxdur. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, hazırkı iş üzrə iddiaçılar hüquqlarından sui-istifadə edirlər. Belə ki, qanuni qüvəyyə minmiş məhkəmə aktlarında onlar tərəfindən üçüncü şəxslə mərhum həyat yoldaşı arasında bağlanmış nikahın etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüquqlarının olmadığı qeyd edilməsinə baxmayaraq, onlar hüquqlarından sui-istifadə etməklə yenidən eyni məsələni fərqli iddia tələbi ilə bu dəfə Gəncə İnzibati Məhkəməsində qaldırmışlar. Bununla da onun hüquqları pozulur. Halbuki heç bir kəs öz hüququndan sui- istifadə edərək digərlərinin hüquqlarını poza bilməz. Üçüncü şəxs hesab edir ki, bu məsələ ilə bağlı əgər mülki iddia icraatı qaydasında iddiaçıların iddiası üzrə yekun məhkəmə aktlarında onun mərhum həyat yoldaşı X11 ölümündən sonra 05 oktyabr 2019- cu il tarixdə 48 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın etibarsızlığının onun uşaqları tərəfindən mübahisələndirilməsinin əsassız olduğu qeyd edilibsə, o halda onların hazırda inzibati icraat qaydasında qaldırdığı iddiaya da eyni yanaşma olmalıdır. Çünki, nəticə etibarı ilə iddia tələbi eyni məsələ ilə bağlı olmaqla eyni şəxslər tərəfindən qaldırılıbdır və iddia tələbinin dəyişməsi məsələyə ümumi yanaşmanı dəyişdirə bilməz. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 hərəkətləri qanunvericiliklə nəzərdə tutulm uş hüquqdan sui-istifadəyə yönəlmişdir. Əlavə olaraq bildirir ki, X12 mərhum həyat yoldaşı X16 ilə 05 oktyabr 2019-cu il tarixdə rəsmi qayda nikaha daxil olmuş, və mərhum vəfat edənədək ər-arvad kimi birlikdə yaşamışlar. Bu fakt Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1939/2023 №-li qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Həmçinin o, mərhum həyat yoldaşı X16 ilə nikaha daxil olarkən tibbi müayinələrdən keçmiş və bunun təsdiqi olaraq Göygöl Rayon Poliklinikasının möhürü ilə təsdiq edilmiş “Nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçməsi barədə” xx.xx.2019-cu il tarixli, 2365 və 2366 saylı arayışlar verilmişdir. Göründüyü kimi, onların nikaha daxil olarkən qanunveriliklə nəzərdə tutulmuş tibbi müayinələrdən keçdikəri rəsmi qaydada təsdiq olunduqdan sonra Cava bdeh tərəfindən nikah rəsmi qaydada qeydə alınmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Gəncə İnzibati Məhkəməsinin (hakim R.Tağıyeva) 2025-ci il 09 aprel tarixli, 21(114)-1809/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

15. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli, 2365 və 2366 nömrəli “Nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçdiyi barədə” arayışlara əsasən X16 və X12 tibbi müayinədən keçmiş və onlara müvafiq məsləhətlər verilmişdir. X16 və X7 nikaha daxil olmaq haqqında ərizəsi xx.xx.2019-cu ildə 48 № ilə Cavabdehndə qəbul edilmiş, nikahın qeydiyyatı xx.xx.2019-cu il saat 11:00-a təyin olunmuşdur. X16 ilə X7 xx.xx.2019-cu il tarixdə nikahı bağlanılmış, X16 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Gəncə şəhər Məhkəməsinin 02 iyun 2023-cü il tarixli 2(125)-1522/2023 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X12 və Cavabdehnə qarşı olan iş üzrə iddia tələbi təmin edilmiş, X16 və X12 arasında Cavabdehndə qeydə alınmış xx.xx.2019-cu ildə 48 nömrəli aktla qeydə alınmış nikahın etibarsız hesab olunması qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1939/2023 nömrəli qətnaməsinə əsasən, cavabdehlər X12 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(125)-1522/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh lər X12 və Cavabdehnə qarşı nikahın etibarsız hesab olunması tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1504/2024 nömrəli qərarına əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2023-cü il tarixli 2(104)-1939/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası və kassasiya instansiyası məhkəmələri qeyd olunan mülki iş üzrə nəticələrinin əsası kimi qeyd etmişlər ki, X11 ölümündən sonra 05 oktyabr 2019-cu il tarixdə 48 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın etibarsızlığının onun uşaqları (iddiaçılar) tərəfindən mübahisələndirilməsi əsassızdır və iddianın təmin olunması öz ü-özlüyündə hüquqi müəyyənlik prinsipinin tələblərinə zidd olar. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia mümkün sayıla və iddiaya mahiyyəti üzrə baxıla bilməz. Belə ki, qeyd olunan mülki iş üzrə iddia tələbi X16 və X12 arasında Cavabdehndə qeydə alınmış xx.xx.2019-cu ildə 48 nömrəli aktla qeydə alınmış nikahın etibarsız hesab olunması tələbindən, hazırkı iddia tələbi isə həmin akt qeydinin ləğv edilməsi tələbindən ibarətdir. Məhkəmə hesab edir ki, qeyd olunan iddia tələbləri mahiyyət etibarilə eynilik təşkil edir.

17. Qərardaddan narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin 2025-ci il 09 aprel tarixli, 2-1(114)-1809/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

18. Gəncə Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının (hakimlər A.Bayramov /sədrlik edən və məruzəçi/, R.Mamedov və A.İsgəndərova) 2025-ci il 03 iyun tarixli, 21(104)-355/2025 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin 2025-ci il 09 aprel tarixli, 2-1(114)-1809/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək qeyd olunan qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan müvafiq məhkəmə qətnamələrindən görünür ki, iddiaçıların mülki məhkəmə icraatı qaydasında mübahisələndirdikləri məsələ, yəni nikahın etibarsız sayılması ilə bağlı iddia hazırda inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilən nikah akt qeydini n ləğv edilməsi tələbi ilə oxşar mahiyyətə sahib olmaqla eyni məqsədə xidmət edir. Belə ki, həmin iddiaların qaldırılmasında məqsəd üçüncü şəxs X7 miras əmlakdan pay almaq hüququnu aradan qaldırmaqdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar eyni mahiyyətli iddianı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməklə eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılmasına səbəb olmuşlar.

20. İddiaçı1 həmin qərardaddan kassasiya şikayətİ verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsasland ırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 24. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası A li Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddə sinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normal arı düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üz rə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş fak tiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 03 iyun tarixli, 21(104)-355/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar