Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2915/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial müavinətin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2001-ci ildən xx.xx.2021-ci ilədək sosial müavinətin verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(104)-97/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X4 Dispanserinin Xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı “Yüngül əqli gerilik, davranış pozuntuları ilə” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X4 Dispanserində stasionar müalicədə olmuşdur.
2. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı sağlamlıq vəziyyəti xx.xx.2021-ci il tarixdə tibb müəssisəsinin 0232003AAURA nömrəli göndərişi əsasında qiymətləndirilərək “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz İİİ dərəcə əlillik təyin edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında” xx.xx.2022-ci il tarixli, 20657 nömrəli qərarı ilə vətəndaşın tələb etdiyi dövrlər Əlillik AS-da olmadığına görə müraciətin təmin olunmasından imtina edilmişdir. Eyni zamanda, qərarda vətəndaşa xx.xx.2021-ci il tarixdən müddətsiz İİİ dərəcəli əl illiyin təyin olunduğu və müvafiq olaraq İİİ dərəcəli əlilliyə görə elektron qaydada müavinət təyin edildiyi qeyd olunmuşdur.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” X3n xx.xx.2023-cü il tarixli, T159/2023 nömrəli ekspert rəyinə əsasən, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “V Sinif – psixi pozğunluqlar və davranış pozğunluqları => F70F79-əqli gerilik => F70-yüngül dərəcəli əqli gerilik. Diaqnozun mətni: qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.5.24 gözəçarpan davranış pozuntuları olan debillik (İQ=50-70 arası) və ya yüngül dərəcəli kəmağıllıq (demen siya) (F70-F79)” diaqnozu şəxsin tibb müəssisəsində kliniki, laboratorinstrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Onda olan xəstəliyin anadangəlmə və ya qazanılma olmasının təyini isə məhkəmə-tibb ekspertinin səlahiyyətinə aid deyildir. Qərardadda göstərilən digər sual məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmə k və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.
5. Bərdə rayon Mərkəzi Xəstəxanası X3n xx.xx.2023-cü il tarixli, PHŞ-6-28/2888/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçı xx.xx.2001-ci il təvəllüdlü İddiaçı “Yüngül dərəcəli əqli gerilik” diaqnozu ilə xx.xx.2016-cı il tarixdən xəstəxananın poliklinika şöbəsində dispanser qeydiyyatındadır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə TSEK tərəfindən İddiaçı müddətsiz olaraq İİİ dərəcəli əlillik təyin olunmuşdur.
6. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, anamnestik məlumatlar, obyektiv müayinə nəticələri, ixtisaslaşmış tib b müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədləri əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.24-cü bəndinə müvafiq müddətsiz ümumi xəstəlik səbəbindən üçüncü dərəcə “ilkin” əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatriya Ekspertiza Mərkəzi” X3 xx.xx.2025-ci il tarixli, 11 saylı rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda “Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” müəyyə n edilir. Əqli gerilik intellektin ümumi səviyyəsini müəyyən edən və inkişaf prosesində meydana çıxan vərdişlərin zəifləməsi ilə xarakterizə olunan anadangəlmə ləngimə halı və ya natamam əqli inkişafıdır. 2-ci sual, yəni xəstəlik uşaqlıqdan (anadangəlmə) yaranmışdırsa, həmin vaxtdan onun əlilliyinə səbəb olmuşdurmu və ya xəstəliyi sonradan inkişaf edərək 2021-ci ildə İİİ qrup əlillik dərəcəsinin verildiyi vaxt əlillik səviyyəsinə çatmışdırmı? sualını cavablandırmaq məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətinə aid olmadığından cavablandırılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3n Sosial Öd ənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2001-ci ildən xx.xx.2021-ci ilədək sosial müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2001-ci il tarixində Bərdə rayonu, Çələbilər kəndində anadan olmuşdur. xx.xx.2001-ci il tarixindən anadangəlmə xəstədir, lakin ona ümumi xəstəliklə əlaqədar əlillik dərəcəsi xx.xx.2021-ci il tarixdə təyin edilmişdir. Hazırda ümumi əlil kimi müavinət alır, lakin qanunla ona ödənilməyən müavinətin, yəni müavinət almaq hüququ yarandığı gündən “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılmas ı və saxlanılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 21 sentyabr tarixli, 311 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə qanuna müvafiq olaraq anadan olduğu gündən xx.xx.2001ci ildən xx.xx.2021-ci ilədək fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsi mümkündür. Bu barədə cavabdehə xx.xx.2022-ci ildə müraciət etmiş, lakin cavabdeh müraciətinə cavab verməmişdir, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir.
10. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Mərkəzi Filiala müraciət edərək, xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməyən sosial müavinətin fərq məbləğin birdəfəlik hesablanıb ödənilməsini tələb etmişdir. Daxil olan müraciətə cavab olaraq ünvanlanan xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubda iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməyən sosial müavinətin fərq məbləğin birdəfəlik hesablanıb ödənilməsini qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. İddiaçıya hüququ yarandığı tarixdən qanuna müvafiq olaraq 110 manat sosial müavinət təyin olunmuşdur. Odur ki, xx.xx.2001-ci il tarixdən iddiaçıya sosial müavinətin verilməs i mümkün deyildir. İmtina ilə razılaşmayan iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona anadangəlmə əlil olması səbəbindən sosial müavinətin xx.xx.2001-ci ildən təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Belə ki, işin faktiki hallarına əsasən, xx.xx.2001-ci il təvəllüdlü iddiaçının ilkin əlilliyi xx.xx.2021-ci il tarixdən müəyyən edilmişdir. X1 Sisteminin Əlillik altsistemi proqram təminatına əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz olaraq İİİ dərəcə əlilliyi müəyyən edilmişdir. İddiaçının əlilliyinin müəyyən edildiyi tarixdən yəni, xx.xx.2021-ci il tarixdən İİİ qrup əlilliyə görə 110 manat məbləğində sosial müavinət təyin edilmiş, xx.xx.2024-cü il tarixdən isə 150 manata çatdırılmışdır. Q anunvericiliyin yuxarıda sadalanmış normalarının təhlilindən görünür ki, əlillik yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-cu il tarixdə TSEK qərarı ilə müəyyən olunduğundan inzibati orqanın imtinası əsaslıdır. İddiaçı iddia ərizəsində xəstəliyinin xx.xx.2001-ci il tarixdən başlamasını qeyd etsə də, hesab edirlər ki, bu hal həqiqəti əks etdirmir. Belə ki, iş materiallarında olan əlillik alt sistemindən çıxarışda iddiaçıya ümumi xəstəlikdən müddətsiz İll dərəcə əlillik təyin edildiyi, əlilliyin xx.xx.2021-ci il tarixdən başlanılması qeyd edilmişdir. X1 Sisteminin Əlillik altsistemi ndə xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçının sağlamlıq imkanlarının məhdudluğu və ya əlillik dərəcəsi barədə məlumat aşkar edilməmişdir. Hazırki iş üzrə iddiaçıya xx.xx.2021-ci il tarixdən yəni, əlilliyi müəyyən olunduğu andan-hüququ yarandığı tarixdən sosial müavinət ödənilir. Yuxarıda qeyd olunanlara əsasən inzibati orqan tərəfindən heç bir hüquq pozuntusuna yol verilməmiş, qanunun tələblərinə əsasən müvafiq qərar (vətəndaşın hüququ yarandığı tarixdən sosial müavinətin ödənilməsi barədə) qəbul edilmişdir. Qanunvericiliyə əsasən iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməyən sosial müavinətin fərq məbləğinin birdəfəlik hesablanıb ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.202 4-cü il tarixli, 2-1(114)-2901/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim – G.Əliyeva).
12. Məhkəmə hesab etmişdir ki, əlilliyə görə müavinət onu almaq hüququ yaranan gündən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilir. Əvvəlki 3 il üçün ödəmə isə, yalnız hüququ yarandığı vaxtdan deyil, müəyyən müddət keçdikdən sonra müraciət edəcəyi halda ödənilir. Bu zaman da hüququn yaranma anı əlillik təyinatı barədə qərarın qəbul edildiyi tarixdir, çünki yalnız belə qərarın qəbulundan sonra şəxs əlilliyi olan şəxs hesab edilir.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının xx.xx.2025-ci il tarixli, 21(104)-97/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2901/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Bayramov, hakimlər – R.Mamedov, A.İsgəndərova).
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, apellyasiya icraatı zamanı iddiaçının xəstəliyinin hansı yaş dövründən, uşaqlıdan (anadangəlmə) və ya yetkinlik yaşına çatdıqdan sonra yaradığını, xəstəliyin uşaqlıqdan (anadangəlmə) yarandığı halda, həmin vaxtdan onun əlilliyə səbəb olub-olmamasını və ya xəstəliyin sonradan inkişaf edərək 2021-ci ildə İİİ qrup əlillik dərəcəsinin verildiyi vaxt əlillik səviyyəsinə çatıb-çatm adığını müəyyən etmək üçün məhkəmə psixiatriya ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” X3 xx.xx.2025-ci il tarixli, 11 saylı rəyi ilə iddiaçının hal-hazırda “Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” müəyyən edildiyi, əqli geriliyin intellektin ümumi səviyyəsini müəyyən edən və inkişaf prosesində meydana çıxan vərdişlərin zəifləməsi ilə xarakterizə olunan anadangəlmə ləngimə halı və ya natamam əqli inkişafı olması bildirilmiş, 2-ci sualın isə cavablandırılması isə məhkəmə- psixiatrik ekspertizasının səlahiyyətinə aid olmadığından mümkün olmamışdır. Göründüyü kimi, ekspertiza rəyi ilə şəxsdə mövcud olan diaqnozun anadangəlmə və ya sonradan yaranması halı dəqiq müəyyən edilməmişdir.
16. Digər tərəfdən, m əhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qoyulmuş “Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” diaqnozunun hətta anadangəlmə olması halı özü-özlüyündə hələ onun dərhal anadangəlmə əlil olması nəticəsini doğurmur. Şəxsdə anadangəlmə hər hansı bir xəstəliyin olması mümkündür, lakin bu halın mövcudluğu həmin xəstəliyin məhz anadangəlmə və ya 18 yaşınadək əlillik təyinatı səviyyəsində olması anlamına gəlməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə isə bu halı müəyyən etmək mümkün deyildir. Həmin diaqnozla müəyyən edilmiş xəstəlik qərarın 51-ci bəndində qeyd edilmiş hallara səbəb olmalıdır. Belə ki, Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli göndərişdə xəstəliyin başlama tarixi xx.xx.2003-cü il göstərilsə də, bu tarixin doğruluğu, xəstəliyinin uşaqlıqdan (anadangəlmə) əlilliyinə səbəb olması və ya xəstəliyinin sonradan inkişaf etməsini təsdiq edən sənəd (ixtisaslaşdırılmış tibb müəssisəsinin sənədi, TSEK arayışı və ya müayinə aktından çıxarış) təqdim edilmədiyindən, xəstəliyin başlanma tarixinin doğruluğunu, xəstəliyin ağırlıq dərəcəsinin əlillik təyinatına əsas verməsini təsdiq etmək mümkün deyildir. Digər tərəfdən, tibbi sənədlərdən görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdən xəstəxananın poliklinika şöbəsində dispanser qeydiyyatına alınmış, sonrakı tarixlərdən stasionar və ambulator müalicələrə başlanılmışdır. Bu halların mövcudluğu ona dəlalət edir ki, iddiaçıda olan xəstəlik və davranış pozuntuları ağırlaşaraq yalnız 2021-ci ildə əlillik təyinatı səviyyəsinə çatmışdır.
17. İddiaçı həmin qərardan kassasiya şi kayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılaraq bildirilmişdir ki, o, xx.xx.2001-ci il tarixində Bərdə rayonu, Çələbilər kəndində anadan olmuşdur. xx.xx.2001-ci il tarixindən anadan gəlmə xəstədir, lakin ona ümumi xəstəliklə əlaqədar əlillik dərəcəsi xx.xx.2021-ci il tarixdə təyin edilmişdir. Hazırda ümumi əlil kimi müavinət alır, lakin qanunla ona ödənilməyən müavinətin, yəni müavinət almaq hüququ yarandığı gündən “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında” Azə rbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə qanuna müvafiq olaraq anadan olduğu gündən xx.xx.2001-ci ildən xx.xx.2021-ci ilədək fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsini mümkün hesab etdiyi üçün məhkəməyə müraciət etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinə etiraz apellyasiya şikayətinə verilmiş etiraza uyğun əsaslandırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Sosial müavinətlər bu Qanunla müəyyən edilmiş qay dada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 7.0.3. Əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda verilir. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.2. əlilliyə görə müavinət-əlillik müddətinə. 21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanu n: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin X1 sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-s osial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şi kayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş əlilliyə görə sosial müavinətin ödənilməsinə yönəlmişdir. 3
1. Apellyasiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2001-ci il təvəllüdlü iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2021-ci il tarixdə tibb müəssisəsinin 0232003AAURA nömrəli göndərişi əsasında qiymətləndirilərək “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz İİİ dərəcə əlillik təyin edilmişdir. Buna müvafiq olaraq iddiaçıya xx.xx.2021-ci il tarixdən İİİ dərəcə əlilliyə görə 110 manat məbləğində sosial müavinət təyin edilmiş və məbləği sonradan artırılmışdır.
32. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir 33. “Sosial müavinətlər haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, əlilliyə görə müavinət müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən əlillik müddətinə təyin edilir.
34. Qanunvericiliyin tələbindən göründüyü kimi əlilliyə görə müavinət onu almaq hüququ yaranan gündən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilir. Əvvəlki 3 il üçün öd əmə isə, yalnız hüququ yarandığı vaxtdan deyil, müəyyən müddət keçdikdən sonra müraciət edəcəyi halda ödənilir. Bu zaman da hüququn yaranma anı əlillik təyinatı barədə qərarın qəbul edildiyi tarixdir, çünki yalnız belə qərarın qəbulundan sonra şəxs əlilliyi olan şəxs hesab edilir.
35. Məhz hazırkı iş üzrə də iddiaçıya ümumi xəstəlik səbəbindən müddətsiz İİİ dərəcə əlillik xx.xx.2021-ci il tarixdə təyin edilmiş və əlilliyə görə sosial müavinəti ödəyən orqanın bu müavinəti ödəmək vəzifəsi də həmin qərarın (əlilliyin təyin olunması barədə qərar) qəbul edildiyi tarixdən etibarən başlamışdır.
36. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(104)-97/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.