Məhkəmə qərarları › İş №2-1(102)-2920/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2920/2025

28.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2920/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərin göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1N3)-17N6/2N25 nömrəli 5 iyun 2N25-ci il tarixli qərar ından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. 311 saylı hərbi hissə komandirinin N nömrəli N8 may 2NN6-cı il tarixli əmrindən çıxarışa əsasən İddiaçı xx.xx.2NN6-cı il tarixindən 3 №-li sexə 4-cü dərəcəli radiomexanik vəzifəsinə, əmək haqqı işəmuzd mükafatlı qaydada ödənilməklə işə qəbul edilsin. Əsas: İddiaçı ərizəsi və əmək müqaviləsi. 2. 989 saylı hərbi hissə komandirinin N nömrəli N1 dekabr 2N15-ci il tarixli əmrindən çıxarışa əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin 1N noyabr 2N15-ci il tarixli N1N9 nömrəli əmri ilə N nömrəli hərbi hissənin ştat strukturunun və nömrəsinin N nömrəli hərbi hissəyə dəyişdirilməsi ilə əlaqədar olaraq aşağıda adları göstərilən mülki işçilər N1 dekabr 2N15-ci il tarixdən işə qəbul edilsinlər. N nömrəli istehsalat sexi. 12N.İddiaçı, 6-cı dərəcəli radiomexanik. Əsas: sex rəislərinin raportları. 3. 989 saylı hərbi hissə komandirinin 24N nömrəli N7 oktyabr 2N2N-ci il tarixli əmrindən çıxarışa əsasən N7 oktyabr 2N2N-ci il tarixdə getmiş hesab edilsinlər:

2. İddiaçı, istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsi sex № 3-ün radiomexaniki, xidməti zərurəti ilə əlaqədar, 19N nömrəli, 81N nömrəli və N54 nömrəli hərbi hissələrə, N (beş) gün müddətinə, ezamiyyətə. Əsas: hərbi hissənin komandirinin istehsalat üzrə müavini, istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsinin rəisi polkovnik-leytenant O.S.Qəribovun xx.xx.2N2N-ci il tarixli raportu. 4. 989 saylı hərbi hissə komandirinin N nömrəli 12 oktyabr 2N2N-ci il tarixli əmrindən çıxarı şa əsasən 12 oktyabr 2N2N-ci il tarixdə gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsinlər: 2.İddiaçı, istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsi sex № 3-ün radiomexaniki, 19N nömrəli, 81N nömrəli və N54 nömrəli hərbi hissələrdən, ezamiyyətdən Əsas: xx.xx.2N2N-ci il tarixli 1177 nömrəli ezamiyyət vəsiqəsi. 5. 989 saylı hərbi hissə komandirinin 25N nömrəli 15 oktyabr 2N2N-ci il tarixli əmrindən çıxarışa əsasən 15 oktyabr 2N2N-ci il tarixdən getmiş hesab edilsinlər: 2.İddiaçı, istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsi sex № 3-ün radiomexaniki, istehsalat zərurəti ilə əlaqədar, 19N nömrəli və 81N nömrəli hərbi hissələrə, N (beş) gün müddətinə, ezamiyyətə. Əsas: Hərbi hissə komandirinin istehsalat üzrə müavini istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsinin rəisi polkovni k-leytenant O.S.Qəribovun xx.xx.2N2Nci il tarixli raportu. 6. 989 saylı hərbi hissə komandirinin N nömrəli 19 oktyabr 2N2N-ci il tarixli əmrindən çıxarışa əsasən 19 oktyabr 2N2N-ci il tarixdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsinlər: 2.İddiaçı, istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsi sex № 3-ün radiomexaniki, 19N nömrəli və 81N nömrəli hərbi hissələrdən, ezamiyyətdən. Əsas: xx.xx.2N2N-ci il tarixli 1215 nömrəli ezamiyyət vəsiqəsi. 7. 812 saylı hərbi hissə komandirinin N nömrəli N8 oktyabr 2N2N-ci il tarixli əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissənin (Bakı şəhəri) aşağıda adı göstərilən mülki işçisi N8 oktyabr 2N2N-ci il tarixdən N (beş) gün müddətinə ezamiyyətə gəlmiş hesab edilsin. 1.Mülki işçi İddiaçı. Əsas: N nömrəli hərbi hissənin (Bakı şəhəri) xx.xx.2 N2N-ci il tarixli 1177 nömrəli ezamiyyət vəsiqəsi. 8. 812 saylı hərbi hissə komandirinin N nömrəli N9 oktyabr 2N2N-ci il tarixli əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissənin (Bakı şəhəri) aşağıda adı göstərilən mülki işçisi N9 oktyabr 2N2N-ci il tarixdən ezamiyyətdən getmiş hesab edilsin. 1.Mülki işçi İddiaçı. Əsas: N nömrəli hərbi hissənin (Bakı şəhəri) xx.xx.2N2N-ci il tarixli 1177 nömrəli ezamiyyət vəsiqəsi.

9. Ezam olunmuş mülki şəxs barədə arayış-məlumata əsasən döyüş əməliyyatları aparılan zaman (27.N9.-xx.xx.2N2N-ci il tarixlərdə) İddiaçı işlədiyi hərbi hissə (müəssisə) N nömrəli hərbi hissə; Rütbəsi mülki işçi; Vəzifəsi N nömrəli hərbi hissənin istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsi Sex № 3-ün (radiotexniki vasitələrin təmiri sexi) radiomexaniki; İşlədiyi hərbi hiss ədən ezam olunma və qayıtma (tarixlər və əmrin nömrələri göstərilməklə) xx.xx.2N2N №242, xx.xx.2N2N №249, xx.xx.2N2N №252, xx.xx.2N2N №257; Ezam olunduğu hərbi hissə 812, 193, N54 nömrəli hərbi hissələr; Ezam olunduğu hərbi hissələrə daxil olması və çıxması (nizami hissə üzrə əmrlərin nömrələri və tarixləri) 81N nömrəli hərbi hissə №288 xx.xx.2N2N. №289 xx.xx.2N2N, xx.xx.2N2N-xx.xx.2N2N, N54 nömrəli hərbi hissə xx.xx.2N2N-11 1N/2N2N; Ezamiyyət vəsiqəsində aparılan qeydlər (hərbi hissələr, daxil olması və çıxması tarixləri göstərilməklə 81N nömrəli hərbi hissə xx.xx.2N2N - xx.xx.2N2N, xx.xx.2N2N - xx.xx.2N2N. N54 nömrəli hərbi hissə xx.xx.2N2N - 11.1N 2N2N); Ezam olunmasının səbəbi və məqsədi, fəaliyyət növü “maddi-texniki təminatı üzrə tapşırıqları yerinə yetirmək, döyüş əməliyyatları apar ılan ərazilərdə Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə silah və texnikalarının (9АЗЗБ1У13. 9Т217БМ2) daim döyüşə hazır vəziyyətə gətirilməsi və döyüşə hazır vəziyyətdə saxlanması” olub.

10. N54 saylı hərbi hissə komandirinin N nömrəli xx.xx.2N22-ci il tarixli məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissənin mülki işçisi İddiaçı adı xx.xx.2N2N-ci il tarixindən xx.xx.2N2N-ci il tarixinə qədər N54 nömrəli hərbi hissədə nizami hissə üzrə əmrlər kitabında qeydiyyatı aparılmamışdır.

11. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərin göndərilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir.

12. Cavabdeh tərəfindən həmin müraciətə imtina məktubu ilə bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən döyüş əməliyyatl arı aparılan dövrdə ezam olunduğu ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2N24-cü il tarixli iclasın protokoluna əsasən komissiya mülki işçi İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbayca n Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2NN6-cı il tarixdən halhazıradək N №-li hərbi hissədə (hərbi zavodda) çalışır (əsas: N №-li hərbi hissə komandirinin N №-li, xx.xx.2NN6-cı il tarixli əmri, əmrdən çıxarışın təsdiqlənmiş surəti ərizəyə əlavə olunur, qoşma 2), 2N15-ci ildə ştat dəyişikliyi ilə əlaqədar N №-li hərbi hissə N №-li hərbi hissə adlandırılmışdır (əsas: N №-li hərbi hissə komandirinin N №-li, xx.xx.2N15-ci il tarixli əmri, əmrdən çıxarışın surəti əlavə olunur, qoşma 3). 2N2N-ci il tarixdə 44 Vətən Müharibəsi dövründə iddiaçı xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək və xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək döyüş təminatı tapşı rıqlarının yerinə yetirilməsi üçün 193 №-li, N №-li və N54 №-li hərbi hissələrdə xidməti ezamiyyətdə olmuşdur, (əsas: ezamiyyət vəsiqələri, vəsiqələrin təsdiqlənmiş surətləri əlavə olunur, qoşma 1N,11), N №-li hərbi hissənin komandirinin 24N №-li, xx.xx.2N2N-ci il tarixli, 249 №-li, xx.xx.2N2N-ci il tarixli, 25N №-li, xx.xx.2N2N-ci il tarixli, 257 №-li, xx.xx.2N2N-ci il tarixli əmrləri, N №-li hərbi hissə komandirinin N №-li, xx.xx.2N2N-ci il tarixli və 289 №-li, xx.xx.2N2N-ci il tarixli əmrləri, əmrlərin çıxarışların surətləri əlavə olunur, qoşma 4-9), 1177 №-li, xx.xx.2N2N-ci il tarixli və 1215 №-li, xx.xx.2N2N-ci il tarixli ezamiyyət vəsiqələrinin surətləri əlavə olunur. Lakin iddiaçıya müharibə veteran adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin AR Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur (əsas: AR Müdafiə Nazirliyi Katibliyinin 2/26115 №-li, xx.xx.2N24-cü il tarixli imtina məktubu, məktubun surəti əlavə olunur, qoşma 12). İddiaçı imtinanı əsassız və qanunsuz hesab edir. Ezamiyyət vaxtı aşağıdakı döyüş təminatı tapşırıqlarını yerinə yetirmişdir: Maddi-texniki təminat üzrə tapşırıqlar, döyüş əməliyyatları aparılan ərazilərdə Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə silah və texnikalarının (9 АЗЗВМЗ. 9T217BM2) daim döyüşə hazır vəziyyətə gətirilməsi və döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmişdir (əsas: N №-li hərbi hissə tərəfindən ona müharibə veteranı adının verilməsi üçün barəsində tərtib edilmiş və AR Müdafiə Nazirliyinin müvafiq komissiyasına göndərilmiş Arayış-məlumat, surəti əlavə olunur, qoşma 13). AR Müda fiə Nazirinin N6N №-li, xx.xx.2N21-ci il tarixli əmri ilə iddiaçının ezam olunduğu 193, N və N54 №-li hərbi hissələr N günlük Vətən Müharibəsində döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissə hesab olunmuşdur (əmr məxfidir, məhkəmə tərəfindən təqdim olunması cavabdehdən tələb oluna bilər). Həmin hərbi hissələrdə yerinə yetirdiyi fəaliyyət döyüş təminatı ilə əlaqəli olmuşdur. AR Müdafiə Nazirinin xx.xx.2N21-ci il tarixli, 48N №-li müharibə veteranı adının verilməsi üçün meyarlar müəyyən edilmişdir. Həmin əmrin 3-cü bəndində nəzərdə tutulmuş meyarlara əsasən 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində (bu hissədə döyüş əməliyyatlarının aparıldığı ərazilər daxil olmadan həmin əməliyyatlarda iştirak etmiş hərbi qulluqçular nəzərdə tutulur) həmin döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular və mülki işçilər müharibə veteranı adı və vəsiqəsi ala bilərlər. İddiaçının adı işlədiyi N №-li hərbi hissənin komandiri tərəfindən müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün yuxarı komandanlığa (AR Müdafiə Nazirliyinin aparatı nəzdində yaradılmış müvafiq komissiyaya) göndərilmiş siyahıya daxil edilmişdir.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/2N25 nömrəli, xx.xx.2N25-ci il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Müha ribə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3N dekabr 2N21-ci il tarixli 42N Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin meyarlarına uyğun olduğuna görə İddiaçı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməlidir.

17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyun 2N25-ci il tarixli, 2-1(1N3)-17N6/2N25 nömrəli qərarı ilə (hakimlər: E.Əliyev /sədrlik edən və məruzəçi/, G.Abbasova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ ka ssasiya şikayətinin dəlilləri

21. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə

7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ə razi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçin in 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd.

1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə g örə məhkum edilmiş (2NNN-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.... 24. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3N dekabr 2N21-ci il tarixli 42N Qərarı təsdiq ed ilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə: 11-ci abzas - 27 sentyabr 2N2N-ci il tarixdən 1N noyabr 2N2N-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirm iş şəxslərə- hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallar da 1N gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qis mən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları b axımından iddiaçıya müharibə müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Bununla belə, kollegiya hesab edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adın müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsind ə məhkəmə qərarı dəyişdirilməli, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Buna dair mövqeyini kollegiya aşağıdakılarla izah edir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”dəki tənzimləmələrdən göründüyü kimi, ayrı-ayrı kateqoriya şəxslərə münasibətdə müharibə veteranı adının məhz hansı sənədlər əsasında və hansı səlahiyyətli orqanlar tərəfindən veriləcəyi aydın nizamlanmışdır. İddiaçının halına münasibətdə müharibə veteranı adının məhz Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən veril diyi təsbit edilmişdir.

33. Bununla yanaşı, Əsasnamənin “Qeyd” hissəsində həm də belə bir tənzimləmə öz əksini tapmışdır ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

34. Qeyd olunan normanın tətbiqinə münasibətdə kollegiya hesab edir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində müharibə vetera nı adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir. Başqa sözlə, inzibati icraat daxilində şəxsə müharibə veteranı adının verilməsi ilə bağlı məsələni həll edərkən Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir.

35. Bundan fərqli olaraq, şəxsə müharibə veteranı adının verilməsindən imtina olunduqda, hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Müdafiə Nazirliyi tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının müharibə veteranı adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də, məhkəmə mübahisələri yarandıqda cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarını və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanların ı təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.

36. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsinə münasibətdə dəyişdirilməli, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” cavabdehin üzərinə qoyulmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1N3)-17N6/2N25 nömrəli, 5 iyun 2N25-ci il tarixli qərarı “İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması” hissəsində dəyişdirilsin. İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar