Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2922/2025 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abubəkir oğluna qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: apellyasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi; qərarın electron kabinet vasitəsilə təqdim edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abubəkir oğluna qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ) qarşı “cavabdehlərə kompensasiya ödənilməklə tərəfindən fərdi yaşayış evinin boşaldılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyun 2025-ci il tarixli, 2-1(103)-2897/2025 nömrəli qərardadından Cavabdeh3 Abubəkir oğlu tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üç ün alınması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada həmin əmlakın dəyərinin- 27055 manatın cavabdehlər arasında mübahisə həll olunanadək İddiaçı depozit hesabına qoyulmasının nəzərə alınması, bütün cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsinə dair tələb irəli sürmüşdür. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1565/2019 saylı 03 may 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada həmin əmlakın dəyərinin- 27055 manatın cavabdehlər arasında mübahisə həll olunanadək İddiaçı depozit hesabına qoyulması nəzərə alınmaqla, cavabdehlər tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılması qərara alınmışdır.
3. Həmin qərardan narazı qalan cavabdehlər Cavabdeh3, Cavabdeh2, X1, X2 və X3 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və inzibati işin baxışa təyin olunması xahiş edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyun 2025-ci il tarixli, 21(103)-2897/2025 nömrəli qərardadı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2, həmçinin iş üzrə cəlb edilməyən X1, X2 və X3 tərəfindən verilmiş “prosessual müddətin bərpası” barədə ərizə təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)1565/2019 saylı 03 may 2019-cu il tarixli qərarından cavabdehlər Cavabdeh3 və Cavabdeh2, həmçinin iş üzrə cəlb edilməyən X1, X2 və X3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək şikayətin qəbulundan imtina edilmişdir.
5. Apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2- 1(81)-1565/2019 saylı 03 may 2019-cu il tarixli qərarı qəbul edildikdən sonra cavabdehlərin ünvanına göndərilmiş, lakin poçt zərfi “bina sökülüb” qeydi ilə geri qaytarılmışdır. Bundan sonra məhkəmə qərarı xx.xx.2019-cu ildə icraya yönəldilmişdir. Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Sonradan Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək qərarın surətinin ona təq dim olunmasını xahiş etmişdir. İşdə olan xx.xx.2020-ci ildə tərtib olunmuş arayışdan görünür ki, Cavabdeh3 mobil telefonuna zəng edilərək məhkəmə qərarının gəlib götürməsi ona təklif olunsa da, sonuncu qərardan məlumatlı olduğunu bildirmiş, qərarı gəlib götürməmişdir. Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-1565/2019 saylı 21 iyun 2019-cu il tarixli icra sənədində göstərilən tələb təmin olunduğu üçün icra sənədi üzrə icraata xitam verilmişdir. Bundan sonra Cavabdeh3 Abubəkir oğlu xx.xx.2024-cü il tarixdə yenidən ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qərarının ona təqdim olunmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qərarı ona 29 aprel 2025-ci il tarixdə təqdim edilmişdir. Apellyasiya şikayə ti isə məhkəməyə 27 may 2025-ci il tarixdə daxil olmuşdur. Cavabdeh3 Abubəkir oğlu 2-1(81)-1565/2019 saylı 03 may 2019-cu tarixli məhkəmə qərarını 29 aprel 2025-ci il tarixdə qəbzə imza etməklə götürsə də, həmin qərarın mövcudluğundan o və ailə üzvləri daha öncə, yəni məhkəmə qərarının icrası zamanı (2021-ci il tarixdə), ən geci isə mənzilləri xx.xx.2024-cü ildə sökülüb, yerində park salınarkən məlumatlı olmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə əriz ə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 2- 1(81)-1565/2019 saylı 03 may 2019-cu tarixli məhkəmə qərarından apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizə versələr də, həmin ərizədə müddətin məhz üzrlü səbəblərdən ötürülməsini əsaslandıra bilməmişlər və bu barədə müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişlər.
6. Cavabdeh3 Abubəkir oğlu həmin qərardaddan kassasiya şikayəti vermişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Re spublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatı nın xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümu miyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kas sasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış mə hkəmə təcrübəsi ondan ibarətdir ki, əgər inzibati məhkəmə icraatının iştirakçıları qanunla nəzərdə tutulmuş müddəti bu və ya digər səbəbdən ötürmüşlərsə müddətin bərpa edilməsinə dair vəsatətlə birlikdə müddətin üzrsüz səbəbdən ötürülməsi və ya ötürülmədiyi barədə müvafiq sübutlar təqdim etməlidirlər. Belə sübutlar təqdim edilmədiyi təqdirdə apellyasiyanın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin qərardardlarından verilmiş kassasiya şikayətləri də təmin edilmir. (Bununla bağlı bax: xx.xx.2022-ci il tarixli, 2-1(102)-82/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)233/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-785/2022 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)-677/2025 nömrəli xx.xx.2025-ci il tarixli 2-1(102)-384/2025 nömrəli qərarlar).
11. Məhkəmə kollegiyas ı bildirir ki, hazırkı iş üzrə Cavabdeh3 Abubəkir oğlu ilk dəfə xx.xx.2024-cü il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinin qərarının surətinin ona təqdim olunması üçün müraciət etmişdir. Lakin cavabdeh qərarı təxminən 1 ildən sonra gəlib məhkəmədən əldə etmişdir. Bundan əlavə, Cavabdeh3 Abubəkir oğlu 2-1(81)1565/2019 saylı 03 may 2019-cu tarixli məhkəmə qərarını 29 aprel 2025-ci il tarixdə qəbzə imza etməklə götürsə də, həmin qərarın mövcudluğundan o və ailə üzvləri daha öncə, yəni məhkəmə qərarının icrası zamanı (2021-ci il tarixdə), ən geci isə mənzilləri xx.xx.2024-cü ildə sökülüb, yerində park salınarkən məlumatlı olmuşlar.
12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddə t ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassator üçün əlçatan və bəlli olmuşdur.
13. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda, tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələ yə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
14. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərardadının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyun 2025-ci il tarixli, 21(103)-2897/2025 nömrəli qərardadından Cavabdeh3 Abubəkir oğlu tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.