Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2929/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “qərarın qismən ləğv edilməsi və tutulmuş pulun geri qaytarılması” tələbinə dair işi üzrə QƏRARİ (Açar sözlər: artıq tutulmuş pensiya ödənişinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “qərarın qismən ləğv edilməsi və tutulmuş pulun geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2471/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya 29 sentyabr 2006-cı il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq aylıq ödəniş yenidən hesablanıb. 1 dekabr 2019-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 2153 25 manat, qulluq illərinə görə əlavəsi 968 96 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər nov əlavələr 850,00 manat olmaqla, orta aylıq əmək haqqı 4.110,21 manat məbləğində təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyasının “Əmək pensiyaları haqqında" Qanunun 20.8.2-cı maddəsinə əsasən 36 il 1 ay 28 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (4110,21 manat) 80 faizi3288,17 manat məbləğində hesablanmalı olduğu halda, 3603,26 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına kö çürülmüşdür. Buna görə də iddiaçıya həmin dövr üzrə ümumilikdə 11343,24 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 2834,75 manat, qulluq illərinə görə əlavəsi 1275,64 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər növ əlavələri 1113,20 manat olmaqla orta aylıq əmək haqqı 5361,59 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 20.8.2-ci maddəsinə əsasən 36 il 1 ay 28 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (5361,59 manat) 80 faizi-4289,27 manat məbləğində hesablanmalı olduğu halda, 2022-ci ilin dekabr ayında iddiaçıya 3603,26 manat ödənilib. B u səbəbdən də həmin ay üzrə ödənilməli olan 686,01 manat pul vəsaiti hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4- cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 4718,20 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 5411,77 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən, cari ilin yanvar ayı üzrə 5411,77 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin ay üzrə 4.657,16 manat ödənilmış, bu səbəbdən də həmin ay üzrə ödənilməli olan 754,61 manat pul vəsaiti hesablanmışdır.
2. İddiaçı cavabdehə müraciət edərək tutulmuş pensiyanın geri qaytarılmasını xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, aparılan araşdırma nət icəsində pensiya məbləğiniz 2023-cü ilin fevral ayından qanunvericiliyə uyğunlaşdırılaraq 5411,77 manat məbləğində müəyyən edilib, həmçinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla son üç il üçün pensiya üzrə ümumilikdə 9902,62 manat artıq pul vəsaitinin ödənildiyi aşkar olunub. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında iddiaçıya 25 iyun 2023-cü il tarixli 3-17-1/2-|-147711/2023 nömrəli məktubla ətraflı məlumat verilib. Əmək pensiyası üzrə keçmiş dövr üçün artıq ödənilmiş 9902,62 manat pul vəsaitinin büdcəyə bərpası ilə əlaqədar müraciətdə qeyd edilənlərin əksinə olaraq əmək pensiyasından bu günədək hər hansı məbləğdə tutulma aparılmayıb. İş üzrə qəbul edilmiş məh kəmə aktları a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən aparılan tutulmaların dayandırılması və iddiaçının pensiyasından tutulmuş 3018,31 manat pulun ona geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əmək pensiyaçısıdır. DSMF-nin Tovuz rayon Şöbəsi tərəfindən 29 sentyabr 2006-cı il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi ona pensiya təyin edilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fi lialı (bundan sonra Mərkəzi Filial) tərəfindən 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayında aparılan yenidən hesablama zamanı 01 yanvar 2023-cü il tarixindən ona aylıq pensiya ödənişi 5411,77 manat məbləğində müəyyən edilərək, internetdə “e-sosial” proqramında şəxsi kabineti və Mərkəzi Filalın ona göndərdiyi məktubda göstərilmişdir. Lakin 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar aylarında təyin edilən pensiya ona tam məbləğdə ödənilməmişdir. Yəni, 2 ayda cəmi 9701,04 manat ödənilməli olduğu halda, həmin müddət ərzində ona 7566,85 manat pul ödənilmişdir. Nəticədə həmin aylar üzrə cəmi 2134,19 manat az vəsait ödənilmişdir. Bundan başqa 01 yanvar 2024-cü il tarixdən hesablanmaqla aparılan indeksləşdirmə ilə əlaqədar əmək pensiyası 606,12 manat artırılaraq, 6.017,89 manat müəyyən edilməsi nə baxmayaraq, yanvar ayında ona 5411,77 manat pul vəsaiti ödənilmiş, həmin ay üzrə pensiyasından 606,12 manat məbləğində fərq çıxılaraq büdcəyə bərpa edilmişdir. “Mərkəzi Filialın” 25 iyun 2023-cü il tarixli məktubunda göstərilir ki, “Mərkəzi Filial” tərəfindən iddiaçının pensiya işi yoxlanılarkən müəyyən edilib ki, ona 2022-ci ilin dekabr ayında 4289,27 manat məbləğində pensiya hesablanmalı olduğu halda 3603,26 manat ödənilmiş və bu səbəbdən də həmin ay üzrə ona ödənilməli olan 686,01 manat məbləğində pul vəsaiti hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 29-cu maddəsinə əsasən, indeksləşdirmə ilə əlaqədar iddiaçıya 5411,77 manat məbləğdə pul vəsaiti hesablanmış və həmin ilin yanvar ayı üzrə 5411,77 manat məbl əğdə əmək pensiyası ödənilməli olduğu halda, həmin ay üzrə 4657,16 manat ödənilmiş və bu səbəbdən də həmin ay üzrə ödənilməli olan 754,61 manat pul vəsaiti hesablanmışdır. Halbuki 2023-cü ilin yanvar ayında iddiaçıya 3963,59 manat məbləğində pensiya ödənilmişdir. Qeyd olunanlara əsasən, xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 9902,62 manat artıq pul vəsaiti hesablanmaqla, həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədi ilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. Bundan başqa həmin məktubda bildirilmişdir ki, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 278,00 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilərək həmin məbləğ cari ilin fevral ayında əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilm işdir. Beləliklə də Mərkəzi Filal tərəfindən 2022-ci il dekabr, 2023-cü ilin yanvar və 2024-cü ilin yanvar aylarında iddiaçıya ödənilən pensiyadan cəmi 3018,31 manat (2740,31+ 278 manat) pul tutulmuşdur. Pensiyadan qanunsuz pul vəsaiti tutulmalarının dayandırılması, qanunsuz tutulan cəmi 3018,31 manat pul vəsaitinin iddiaçıya ödənilməsi üçün xx.xx.2024-cü il tarixli ərizə ilə Mərkəzi Filiala müraciət olunmuşdur. Mərkəzi Filalının iddiaçıya 19 iyul 2024-cü il tarixində daxil olmuş 12 iyul 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2019-xx.xx.2022-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 9902,62 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi aşkar olunmuş və bu günədək hər hansı bir məbləğdə tutulma aparılmamışdır. Əmək pensiyalarının 01 yanvar 2024-cü il tarixindən h esablanmaqla, indeksləşdirilməsi ilə əlaqədar pensiyanın 606,12 manat artırılaraq 6017,89 manat müəyyən edilmiş və yanvar ayı üzrə ona ödənilməli olan 606,12 manat 3 il üzrə artıq ödənilmiş 9902,62 manatdan çıxılaraq büdcəyə bərpa edilmişdir. Göründüyü kimi məktubun əvvəlində əmək pensiyasından bugünədək hər hansı tutulma aparılmaması qeyd olunduğu halda, məktubun sonunda 606,12 manatın tutulub büdcəyə bərpa edilməsi qeyd olunmaqla bir-birinə ziddiyyət təşkil edir. Nəticədə şikayətin mahiyyəti üzrə araşdırılmadan artıq ödənilmiş məbləğdən qalan 9296,50 manat pul vəsaitinin pensiyadan tutulması üçün yazılı razılığının verilməsi xahiş edilmişdir. Məktubda pensiyadan tutulan cəmi 3018,31 manatın iddiaçıya qaytarılmasına toxunulmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin e dilməsini xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-17-1/2-238898/2024 nömrəli məktubuna əlavə olunmuş etirazında qeyd etmişdir ki, iddiaçının pensiya işinə dair sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi tərəfindən 29 sentyabr 2006-cı il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 1 dekabr 2019-cu il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumi likdə vəzifə maaşının orta aylıq məbləği 2153,25 manat, qulluq illərinə görə əlavəsi 968,96 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər növ əlavələri 850,00 manat olmaqla orta aylıq əmək haqqı 4110,21 manat məbləğində təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 36 il 1 ay 28 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (4110,21 manat) 80 faizi- 288,17 manat məbləğində hesablanmalı olduğu halda, 3603,26 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülüb. Buna görə də iddiaçıya həmin dövr üzrə ümumilikdə 11343,24 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dek abr 2022-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 2834,75 manat, qulluq illərinə görə əlavəsi 1275,64 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər növ əlavələri 1113,20 manat olmaqla orta aylıq əmək haqqı 5361,59 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 36 il 1 ay 28 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (5361,59 manat) 80 faizi-4289,27 manat məbləğində hesablanmalı olduğu halda, 2022-ci ilin dekabr ayında iddiaçıya 3603,26 manat ödənilib. Bu səbəbdən də həmin ay üzrə ona ödənilməli olan 686,01 manat pul vəsaiti hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4- cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 4718,20 manat, 29- cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 5411,77 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya cari ilin yanvar ayı üzrə 5411,77 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin ay üzrə 4657,16 manat ödənilib. Bu səbəbdən də həmin ay üzrə ona ödənilməli olan 754,61 manat pul vəsaiti hesablanıb. Qeyd olunanlara əsasən, xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində 9902,62 (11343,24-686,01-754,61) manat artıq pul vəsaiti ödənilib. İddiaçının əmək pensiyası üzrə əmək pensiyasından bugünədək hər hansı məbləğdə tutulma aparılmayıb. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 278,00 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 278,00 manat vəsait 202 3-cü ilin fevral ayında əmək pensiyasından çıxılaraq büdcəyə bərpa olunub. Artıq ödənilmiş maddi yardımın əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilməsi üçün razılıq ərizəsinin olmasına dair qanunvericilikdə hər hansı müddəa mövcud deyil. Eyni zamanda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası cari ilin fevral ayında 6017,89 manata artırılıb, həmçinin yanvar ayı üzrə iddiaçıya ödənilməli olan 606,12 manat fərq məbləği hesablanıb. Həmin 606,12 manat fərq məbləği iddiaçıya son üç il üzrə artıq ödənilmiş 9902,62 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalan 9296,50 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmişdur.
7. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, “cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-1406/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarın 14-cü, yəni ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat qrafasında göstərilən 9902,62 manat artıq ödəmə məbləğinin ləğv olunması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2336/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia “cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-1406/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarın “14-cü, yəni “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” qrafasında göstərilən 9902,62 manat artıq ödəmə məbləği” hissədə ləğv olunması” kimi icraata qəbul edilmişdir.
9. Daha sonra iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə yeni dəqiqləşdirilmə barədə ərizə təqdim edərək, tələbinə əlavə ola raq ondan tutulmuş 884,12 manat pulun (əvəzləşdirilmiş məbləğ daxil olmaqla) ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2336/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin həcmi artırılaraq iddia yenidən dəqiqləşdirilmiş, iddia tələbi “cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-1406/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının “14-cü, yəni “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” qrafasında göstərilən 9902,62 manat artıq ödəmə məbləğinin müəyyən edilməsi hissədə” ləğv olunması, iddiaçıdan tutulmuş 884,12 manat pulun (əvəzləşdirilmiş məbləğ daxil olmaqla) ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul e dilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-2336/2025 nömrəli qərarı ilə (hakim Fərid İsmayılzadə) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-1406/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı “14-cü, yəni “Ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” qrafasında göstərilən 9902,62 manat artıq ödəmə məbləğinin müəyyən edilməsi hissədə” ləğv edilmiş, əvəzləşdirilmiş məbləğ daxil olmaqla iddiaçıdan tutulmuş 884,12 manat pulun iddiaçıya geri ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya münasibət də inzibati icraat aparılmış, cavabdeh tərəfindən hazırda mübahisələndirilən qərar qəbul edilmiş, qərarın 14-cü qrafasında xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrə münasibətdə artıq ödəmə müəyyən edilmiş və faktiki olaraq pul vəsaitinin tutulması qərara alınmış, əvəzləşdirmə və tutma aparılmış, lakin nə inzibati icraatın aparılmasına münasibətdə iddiaçıya məlumat verilməmiş, nə də ki, sözügedən vəsaitin tutulmasına onun razılığı və ya məhkəmə qərarı olmadan iddiaçıdan tutulmalar həyata keçirilmişdir. Yəni cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, icraat bilavasitə onun məlumatı və iştirakı olmadan aparıla raq barəsində əliverişsiz inzibati akt qəbul edilmişdir. 13. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətə görə inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, hansı hallara görə iddiaçı barəsində qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, bunun əvəzinə ondan artıqödəmə altında pul vəsaitinin tutulması məqsədilə yenidən pensiya məbləğinin hesablanması barədə qərar qəbul etmişdir.
14. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 21(103)-2471/2025 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2336/2025 nömrəli 13 fevral 2025ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayəti iddia tələbinə qarşı etirazın və apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılb və əlavə olaraq qeyd olunub ki, baxılan növ işlər üzrə vahid məhkəmə təcrübəsinin dəyişdirilməsinə zərurət vardır: Belə ki, “Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən p ensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Xüsusilə qeyd edirik ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində qanunverici artıq pensiya ödənilmiş şəxsin üzərinə artıq ödənilmiş məbləği müvafiq icra hakimiyyəti orqanına qaytarmaq öhdəliyi qoymuş və bu məcburiyyətlə yükləmişdir. Lakin həmin norma praktikada yalnış şərh edilərək artıq ödənilmiş məbləğin kompensasiya edilməsi yalnız artıq pensiya ödənilmiş şəxsin könüllü seçiminə həvalə edilir. Bu hal isə qanunun “şəxs artıq ödənilmiş pensiyanı müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır” göstərişi ilə ziddiyyət təşkil edir. Hesab edirik ki, artıq ödənilmiş pensiya məbləğinin şəxsdən tutulması imkanı vardırsa, müvafiq icra hakimiyyəti orqanının həmin imkanı məhdudlaşdırılmamalıdır. Yal nız artıq ödənilmiş məbləğin şəxsdən tutulması imkanı olmadığı təqdirdə, həmin məbləğin qaytarılması şəxsin könüllü seçiminə buraxılmalı və məsələ öz həllini tapmadıqda, məhkəməyə müraciət edilməlidir. Əlavə olaraq qeyd edirik ki, təcrübədə artıq ödənilmiş pensiya məbləğinin şəxs tərəfindən könüllü ödənilməsinə dair hər hansı bir nümunəyə rast gəlinməmişdir. Məsələ məhkəmələrdə mübahisələndirildikdə isə etimad hüququna istinad edilərək iddia rədd edilir. Nəticədə qanunun həmin göstərişi (artıq pensiya ödənildiyi hallarda şəxs artıq ödənilmiş pensiya məbləğini müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır) icrasız qalır.
19. Məhkəmə qərar qəbul edərkən maddi hüquq normalarının tələblərini nəzərə almamışlar. b. kassasiya şikayətinə etirazın dəlilləri
20. Kassasiya şikayətinə etiraz tə qdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya) 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddə
39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması (hal hazırda qüvvədə olan redaksiya) 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının r azılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə 1
3. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil ed ir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, lə ğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Resp ublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərc lədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya mar aqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verili r. Maddə
68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktı n məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərarda dını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTA NSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avr opa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. 27.
29. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi ilə bağlı məhkəmələrin mövqeyi qanuni və əsaslı olmuşdur.
30. Belə ki, hüquqi dövlətdə publik (o cümlədən) idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür.
31. İnzibati orqanın hazırki davranışı etimad hüququnun qorunması prinsipinə ziddir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməs i nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 32. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səb əb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur.
33. Eyni zamanda məhkəmə kollegiyas ı bildirir ki, “İnzibati icraat haqqında” Qanunun 39.1-ci maddəsində artıq ödənilmiş məbləğin tutulmasının iki üsulu qeyd edilmişdir: pensiyaçının razılığı, məhkəmə qərarı ilə.
35. İddiaçı hazırkı məzmunda iddianı qaldırdığına görə ondan artıq ödənilmiş pensiyanın tutulmasına razı olmaması barədə iradə ifadəsini bəyan etmişdir ki, bu tələb artıq ödənilmiş pensiyanın tutulmasına dair cavabdehin məhkəmədə iddia verməsinə yönəlmiş preventiv iddia kimi qəbul edilməlidir. Çünki həm qərarın qeyd hissəsində iddiaçının hüququ olmadığından ona artıq ödənilmiş pensiya məbləği göstərilmiş, həmçinin məhkəmə təcrübəsindən və inzibati orqanın praktikasından, cavabdeh inzibati orqanın iddiaçının razılığı olmadan, həmçinin məhkəməyə müraciət etmədən pensiya məbləğindən tutulmalar apardığı müəyyən edilir. Bu isə çoxsaylı məhkəmə mübahisələrinin yaranmasına səbəb olur
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
37. Odur ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası şərh olunanları rəhbər tutaraq qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(103)-2471/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.