Məhkəmə qərarları › İş №2-1(102)-294/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-294/2025

01.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-294/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası; təyyarə bələdçisi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd xx.xx.1963) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövl ət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2-1(103)-2277/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Belov Enerji Tikinti Texnikumunda təhsil almış, xx.xx.1983-cü il tarixdə əmək fəaliyyətinə başlamış və xx.xx.1989-cu il tarixədək müxtəlif müəssisələrdə çalışmışdır. xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Bakı Mülki Aviasiya Hava Limanında təyyarə bələdçiləri xidmətində təyyarə bələdçisi vəzifəsi nə işləmişdir.

2. Azərbaycan Hava Yollan QSC tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli arayışa əsasən iddiaçı xx.xx.1990-xx.xx.2000 tarixləri arasında 3127 saat uçuş saatına malikdir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh 3-17-1/2-4-67323/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim edilən sənədlərdən görünür ki, güzəştli iş stajı 12 il 06 aydan az (09 il 10 ay 21 gün (xx.xx.1990- xx.xx.2000-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40320.00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14974,13 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 04 may 2013-cü il tarixdən, 50 yaşdan “X3” Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq 01 yanvar 2006-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) bəndinin tələblərinə əsa sən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin və 03 mart 2020-ci il tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X3” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçı xx xxx 1963-cü il tarixdə Rusiya Federasiyasının Prokopyevsk şəhəri ndə doğulmuş, Azərbaycan Respublikası vətəndaşıdır və hal-hazırda ünvan 1 ünvanında yaşayır. Orta təhsilini başa vurduqdan sonra Belovsk Enerji Tikintisi Texnikumunun əyani bölməsinə qəbul edilmiş və 05 mart 1983-cü il tarixdə həmin texnikumu bitirmişdir. 06 aprel 1983-cü ildə X5 Stansiya Tikinti İdarəsində qazanxanada növbə ustası vəzifəsinə işə qəbul edilmişdir. 01 noyabr 1983-cü ildə qazanxanada aparatçı keçirilmişdir. 26 dekabr 1984- cü ildə iqtisadçı keçirilmişdir. 01 sentyabr 1987-ci ildə işdən çıxmışdır. 29 sentyabr 1987- ci ildə Krasnobrodnensk Eneıjitikinti İdarəsində suvaqçı şagirdi işinə qəbul edilmişdir. 29 mart 1988-ci ildə suvaqçı - rəngsaz keçirilmişdir. 22 sentyabr 1988-ci ildə işdən çıxmışdır. 07 fevral 1989-cu ildə Bakı Zərif Mahud Kombinatında anbardar vəzifəsinə qəbul edilmişdir. 29 dekabr 1989-cu ildə işdən çıxmışdır. 19 fevral 1990-cı ildə Mülki Aviasiyanın Bakı X2 Xidmətinə təyyarə bələdçisi işinə qəbul edilmiş və 10 yanvar 2000-ci il tarixədək həmin vəzifədə çalışmışdır. Cavabdehin imtina məktubunu nəzərdən keçirdikdə aydın olur ki, cavabdeh onun əmək kitabçasındakı qeydlər əsasında ümumi iş stajının az olması qənaətinə gəlmişdir ki, bu da kökündən yanlış yanaşma hesab edilməlidir. Belə ki, bu cür yanaşma Azərbaycan Respublikasının mövcud qanunvericilik aktlarına ziddir və mülki aviasiyada xidmət etmiş şəxslərə münasibətdə kütləvi şəkildə hüquqların tapdalanması hallarına gətirib çıxarma ehtimalı olduğu üçün ictimai təhlükəli hərəkət hesab edilə bilər. Məsələ burasındadır ki, cavabdeh iddiaçının təyyarə bələdçisi vəzifəsində çalışdığı dövrü təqvim günləri ilə sayaraq, ümumi iş stajının 25 ildən az olmasını (halbuki bu hazırda qüvvədə olan tələbdir, hüququnun yarandığı vaxt ümumi iş stajı tələbi 20 il idi) bildirmişdir, halbuki həmin iş dövrünün hesablanması qaydası fərqlidir, təqvim günləri ilə deyil, uçuş saatlarının il, ay və günlərlə ifadəsi üçün xüsusi qayda ilə konvertasiyası aparılır. Həmin konvertasiya qaydası isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “X3” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.7-ci maddəsində qeyd edilir ki, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sosial sığorta stajlarının hesablanması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları” ilə müəyyən edilir. “Mülki aviasiya uçuş və uçuş-smaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın (sonradan – Uçuş Qaydaları) 3.1-ci maddəsində öz əksini tapmışdır və orada deyilir: təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. Həmin əsaslarla (həmçinin, sovet dövründə qüvvədə olmuş qaydalar əsasında) Azərbaycan Hava Yollan QSC-nin iddiaçıya təqdim etdiyi 904 nömrəli, 02 de kabr 2008-ci il tarixli arayışda xx.xx.1990-xx.xx.2000 tarixləri arasında topladığı 3127 saat uçuş saatı əvvəlcə 18-ə bölünmüş, alınan nəticə (3127:18=173,72) sonradan 11 aya bölünərək 173,72:12 -14 il 5 ay stajının olduğu öz əksini tapmışdır. Beləliklə, aydın olur ki, 01 yanvar 2006-cı il tarixinə kimi iddiaçının topladığı ümumi sığorta stajı: 1. 2 il 6 ay 4 gün - əyani təhsil dövrü 2. 4 il 4 ay 26 gün – ildə X5 Stansiya Tikinti İdarəsində qazanxanada növbə ustası 3. 0 il 11 ay 24 gün – Krasnobrodnensk Eneıjitikinti İdarəsində suvaqçı şagirdi 4. 10 ay 22 gün - Bakı Zərif Mahud Kombinatında anbardar 5. 14 il 5 ay - təyyarə bələdçisi olmaqla cəmi 23 il 2 ay 12 gün ümumi iş stajının və bununla da cavabdehin iddiaçının güzəştli pensiya təyinatı üçün tələb edilən ümumi iş stajının (20 il) olma ması barədə mülahizəsinin əsassız olması sübuta yetirilir. Əsassız olmasının sübuta yetirilməsi tələb olunan ikinci məsələ cavabdehin iddiaçıya pensiya təyinatı aparılması üçün pensiya kapitalının lazım olan 43200 manatdan az olması mülahizəsidir. “X3” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə - bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir müddəasına görə, iddiaçıya pensiya təyinatı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) bəndinin tələblərinə əsasən aparılmalıdır və bu səbəblə də, iddiaçıdan pensiya kapitalı tələb edilə bilməz, çünki pensiya kapitalı anlayışı 01 yanvar 2006-cı il tarixində qüvvəyə minmiş “X3” Azərbaycan Respublikası Qanununun tələbləri siyahısındadır, geriyə hüquqi qüvvəsi ona görə mümkün deyil ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Belə bir müddəa öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2-1(102)-1949/2022 nömrəli “iddiaçı X1 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı” iş üzrə çıxardığı qərarda da öz əksini tapmışdır. Həmin iddiada iddiaçı olan şəxslə eyni vəzifədə, eyni dövrdə və eyni müəs sisədə işləmişlər.

7. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, “X3” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş sərtlər daxilində yas həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə a lınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yasa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) vasa görə əmək pensiyası hüququ vardır. İşin mübahisələndirilən halları: 1. ümumi sosial sığorta stajı; 2. güzəştli sosial sığorta stajı; 3. fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı. Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 21.1-ci maddəsinə görə, şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “X3” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məh z sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “X3" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İddiaçı ümumi iş stajı 25 ildən az (16 il 02 ay 01 gün (xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989cu il, xx.xx.1990-xx.xx.2000-cı il tarixləri arasındakı dövrlər) ) təşkil edir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “X3” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağı r olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “X3” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.20-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Eləcə də, həmin icmal məktubunda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddə tlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İddiaçı L.Yervominanın güzəştli iş stajı 12 il 06 aydan az (09 il 10 ay 21 gün (xx.xx.1990- xx.xx.2000-ci il tarixləri arasındakı dövr)) təşkil edir. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya müna sibətdə 40320.00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14974,13 manat təşkil edir. Sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı qanunla tələb edilən 25 il ümumi və 12 il 06 ay güzəştli sosial sığorta stajı olmadığından, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq deyil.

8. Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2-1(112)-1195/2024 nömrəli qərarı ilə (hakim A.Almazova) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi iddianı rədd edərkə n aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 13-2/2- 12/4996/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı, xx.xx.1963-cü il təvəllüdlü, Azərbaycan Respublikasının Mülki Aviasiya sistemində xx.xx.1990-ci ildən xx.xx.2000-ci ilə kimi təyyarə bələdçisi vəzifəsində çalışmışdır və onun həmin vəzifədə iş stajı 9 il 10 ay 21 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”ndan: 3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şə rtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-27-102/2- 5240/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”nın (Çikaqo, 07 dekabr 1944-cü il) 6 saylı Əlavəsinə əsasən ekipaj heyətinin üzvü uçuş vaxtı hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin istismarçısı tərəfindən təyin olunan şəxsdir. Ekipaj üzvü uçuş heyəti və kabinə heyəti üzvlərindən ibarətdir. Müvafiq Əlavəyə əsasən uçuş heyəti üzvü uçuş xidməti müddətində hava gəmisinin idarə edilməsi ilə bağlı üzərinə vəzifələr qoyulmuş sertifikatı olan şəxsdir. Kabinə heyəti üzvü xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin sahibinin və ya istismarçının təyin etdiyi şəxsdir və təyyarə bələdçisi kabinə heyəti üzvlərindən biridir. İddiaçının onun umumi və güzəştli iş dövrünün təqvimə əsasən deyil, uçuş saatlarına əsasən hesablanmalı olması ilə bağlı tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 3-cü bəndində "X3" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajının hesablanması qaydaları nəzərdə tutulur. Lakin iddiaçının tutduğu “təyyarə bələdçisi” vəzifəsi uçuş heyətinin deyil, kabinə heyəti üzvüdür.... cavabdeh qurum iddiaçının sığorta stajını uçuş saatları ilə deyil, təqvim (illər, aylar, günlər) əsasında hesablamaqda və iddiçının 25 il ümumi və 12 il 06 ay güzəştli sosial sığorta stajı olmadığını qeyd etməkdə haqlı olmuşdur.

10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2-1(103)-2277/2024 nömr əli qərarı ilə (hakimlər A.Oruczadə /sədrlik edən və məruzəçi/, G.Abbasova və C.Yusifov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək İddiaçı xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 50 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2020-ci il tarixdən (sonuncu xx.xx.2023-cü il müraciət tarixindən geriyə 3 il nəzərə alınmaqla) hal-hazıradək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən iddiaçının stajı hesablanarkən “Mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin sığorta stajlarının hesabl anması” Qaydaları nəzərə alınmamışdır. Belə ki, iddiaçı xx.xx.1990-xx.xx.2000-ci il tarixləri arasındakı dövrdə təyyarə bələdçisi işləmiş və 3138 (üç min bir yüz otuz səkkiz) uçuş saatı toplamışdır. “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarına əsasən uçuş saatlarının sayı ilk öncə 18-ə bölünür (3138:18=174,3), daha sonra alınan rəqəm 12-yə bölünür- 174,3:12 = 14 il 5 ay. İddiaçı ümumilikdə tələb olunandan da artıq güzəştli iş stajını tamamlamışdır. Bundan başqa, iddiaçının 2 il 6 ay 4 gün əyani təhsil dövrü, 4 il 4 ay 26 gün “X5 Stansiya Tikinti” İdarəsində qazanxanada növbə ustası, 11 ay 24 gün Krasnobrodnensk Enerjitikinti İdarəsində suvaqçı şagirdi, 10 ay 22 gün Bakı Zərif Mahud Kombinatında anbardar işlədiyi müddət də toplandıq da ümumi stajı tələb olunan 20 ilin qarşılığında 23 il 2 ay 12 gün təşkil edir.... İddiaçının əvvəlki dövr üzrə ödənilməyən pul məbləğinin ödənilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edilmişdir ki, iddiaçının tələbi həmin hissədə də əsaslı hesab edilməlidir. Belə ki, “X3” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasının 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaq la və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ““X3” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «X3» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin t arixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir və qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri nəzərə alınmaqla ona xx.xx.2020-cu il tarixdən ödənilməmiş pensiya məbləği ödənilməlidir.

13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kasasiya şikayətinin dəlilləri

14. Kassator qeyd etmişdir ki, apellyasiya inst ansiya məhkəməsi “X3” Qanunun 9.1 maddəsinin tələblərini pozaraq iddiaçıya xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 25 il ümumi və 12 il 06 ay güzəştli stajının olmasının qanunvericiliklə tələb edilməsinə baxmayaraq, staj tamamlanmadan maddi qanunvericiliyin tələblərini, eyni zamanda məhkəmə təcrübəsini pozmaqla, iddia tələbini təmin etmişdir. Apellyasiya məhkəməsi əsassız olaraq qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçının stajı hesablanarkən “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydaları nəzərə alınmamışdır. Belə ki, iddiaçı xx.xx.1990-xx.xx.2000-ci il tarixləri arasındakı dövrdə təyyarə bələdçisi işləmiş və 3138 (üç min bir yüz otuz səkkiz) uçuş saatı toplamışdır. “M ülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarına əsasən uçuş saatlarının sayı ilk öncə 18-ə bölünür (3138:18=174,3), daha sonra alınan rəqəm 12-yə bölünür- 174,3:12 = 14 il 5 ay. İddiaçı ümumilikdə tələb olunandan da artıq güzəştli iş stajını tamamlamışdır. Bundan başqa, iddiaçının 2 il 6 ay 4 gün əyani təhsil dövrü, 4 il 4 ay 26 gün “X5 Stansiya Tikinti” İdarəsində qazanxanada növbə ustası, 11 ay 24 gün Krasnobrodnensk Enerjitikinti İdarəsində suvaqçı şagirdi, 10 ay 22 gün Bakı Zərif Mahud Kombinatında anbardar işlədiyi müddət də toplandıqda ümumi stajı tələb olunan 20 ilin qarşılığında 23 il 2 ay 12 gün təşkil edir. Məhkəmənin qeyd edilən arqumetinə cavab olaraq bildirilmişdir ki, iddiaçının onun umumi və güzəştli iş dövrünün təqvimə ə sasən deyil, uçuş saatlarına əsasən hesablanmalı olması ilə bağlı tələbinə münasibətdə “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 3-cü bəndində “X3” Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajının hesablanması qaydaları nəzərdə tutulur. Lakin iddiaçının tutduğu “təyyarə bələdçisi” vəzifəsi uçuş heyətinin deyil, kabinə heyəti üzvüdür. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən hallara hüquqi qiymət vermədən, araşdırma aparmadan qərar qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqd im edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “X3” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.3 Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə k işilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 22.3. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.... 17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260 -İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 18. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.2 Aviasiya - hava məkanından insanın hava gəmisi vasitəsilə istifadə etməsinə və bunun üçün lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət və təsisatlar məcmusudur. 1.0.13 Hava gəmisi - hava ilə qarşılıqlı təsir hesabına atmosferdə qalan (yer və su səthindən əks olunan hava ilə qarşılıqlı təsir istisna olmaqla) hər hansı aparatdır. 1.0.14 Hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzr ə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir. 19. 7 dekabr 1944-cü il tarixdə Çikaqo şəhərində imzalanmış “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydaları Bənd

1. Bu Qaydalar ""X3” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən hazırlanmışdır və mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmini müəyyən e dir. Bənd 2. "X3” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1 hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri); 2.2 uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist); 2.3 komanda-uçuş heyəti, müvafıq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar və digər uçuş xidməti mütəxəssisləri; 2.4 paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə vertolyotdan asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qrupları. Bənd 3. "X3” Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1 təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; 3.2 avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı - uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür.

21. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludu r. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b)Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəx sin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏ Rİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Bu, aşağıdak ı səbəblərdən irəli gəlir.

25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona 50 yaşdan “X3” Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq 01 yanvar 2006-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) bəndinin tələblərinə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə və ödənilməmiş pensiya məbləğinin xx.xx.2020-ci il tarixdən ödənilməsinə yönəlmişdir.

26. Apellyasiya məhkəməsi iddianı təmin edərkən “Mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarına istinad edərək bildirmişdir ki, iddiaçı xx.xx.1990-xx.xx.2000-ci il tarixləri arasındakı dövrdə təyyarə bələdçisi kimi kifayyət qədər uçuş saatı toplamış, eləcə də onun 20 ildən artıq ümumi stajı olmuşdur.

27. Məhkəmə kolleg iyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab etməyərək aşağıdakıları qeyd edir. 28. “X3” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ ver ən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

29. Hazırki işdə iddiaçının işlədiyi "təyyarə bələdçisi” vəzifəsi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısında 12003000 mülki aviasiya bölməsində nəzərdə tutulmuş vəzifələr sırasında, eləcə də həmin siyahının sonuna əlavə edilmiş "Hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin Siyahısı”nda sadalanan vəzifələr arasında nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçının "X3” Qanunun 9.8-ci maddəsi ilə müəyyən edilmiş qaydada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı müəyyən olunur.

30. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının güzəştli iş stajı kimi hesab etdiyi təyyarə bələdçisi stajı xx.xx.2006-cı il tarixə kimi 10 ildən azdır.

31. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 13-2/2- 12/4996/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının Mülki Aviasiya sistemində xx.xx.1990-ci ildən xx.xx.2000-ci ilə kimi təyyarə bələdçisi vəzifəsində çalışmışdır və onun həmin vəzifədə iş stajı 9 il 10 ay 21 gün təşkil edir. İşlədiy i müddətdə İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə kimi (02 il 06 ay 24 gün) sosial məzuniyyətdə olmuşdur. İddiaçı işləmiş olduğu təyyarə bələdçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.3-cü bəndinin (Mülki aviasiya) 8-ci sətrində qeyd edilmişdir.

32. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının işlədiyi təyyarə bələdçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.3-cü bəndinə əsasən zərərli iş hesab edilir. Lakin hazırkı halda həmin vəzifəyə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə nəzərdə tutulmuş yaş həddinə qadınlara - 55 yaşa çatması tələb olunur ki, iddiaçı 50 yaşında olmaqla 55 yaşına çatmamış və onda əmək pensiyasının təyini üçün onun 20 il ümumi və 10 güzəştli iş stajı olmamışdır.

33. Bundan əlavə məhkəmə kollegiyası “X3” Qanunun 9.3-cü maddəsinin tətbiqinə dair qeyd etməyi zəruri hesab edir ki, həmin maddənin tələblərinə əsasən mülki aviasiya sahəsində yaş senzi olmadan, yəni müvafiq yaş həddinə çatması tələb olunmadan işləyən şəxslərin güzəştli şərtlərlə pensiya təyinatı üçün aşağıdakı şərtlər tələb olunur: - şəxs uçuş və uçuş-sınaq heyətində olmalı; - 25 il ümumi iş stajı olmalı; -fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmə k pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli.

34. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilmiş üç əsasdan birinci əsas təmin olunmur. Belə ki, iddiaçının vəzifəsi heyət üzvünə aid olsa da uçuş və sınaq uçuş heytərinə aid deyildir.

35. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”n 2-ci bəndində "X3” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edildiyi kimi 9.3-cü maddəsinin tələbinə müvafıq olaraq yaş məhdudiyyəti olmadan güzəştli şərtlərlə pensiya almaq hüququna malik mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətinə aid vəzifələrin adları sadalanmışdır.

36. Bundan əlavə birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş 3-27-102/2- 5240/2023 saylı xx.xx.2023cü il tarixli məktubda bildirilmişdir ki, “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”nın (Çikaqo, 07 dekabr 1944-cü il) 6 saylı Əlavəsinə əsasən ekipaj heyətinin üzvü uçuş vaxtı hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin istismarçısı tərəfindən təyin olunan şəxsdir. Ekipaj üzvü uçuş heyəti və kabinə heyəti üzvlərindən ibarətdir. Müvafiq Əlavəyə əsasən uçuş heyəti üzvü uçuş xidməti müddətində hava gəmisinin idarə edilməsi ilə bağlı üzərinə vəzifələr qoyulmuş sertifikatı olan şəxsdir. Kabinə heyəti üzvü xidmət göstərilm əsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin sahibinin və ya istismarçının təyin etdiyi şəxsdir və təyyarə bələdçisi kabinə heyəti üzvlərindən biridir.

37. Beləliklə, təyyarə bələdçisi vəzifəsi hava gəmisinin və digər uçuş aparatlarının uçuş heyəti üzvləri, uçuş-təlimatçı və komanda-uçuş heyəti üzvləri, uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən müfəttişlər və ya digər uçuş xidməti mütəxəssisləri vəzifələrinə aid deyildir və Azərbaycan Respublikasının "X3” xx.xx.2006-cı il tarixli 54-İİİQ nömrəli Qanununun 9.3-cü maddəsinə əsasən pensiyaya çıxmaq hüququ vermir. 38. 7 dekabr 1944-cü il tarixdə Çikaqo şəhərində imzalanmış "Be ynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”ya Azərbaycan Respublikasının qoşulması Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1992-ci il tarixli 204 nömrəli qərarı ilə rəsmiləşdirilmişdir. Həmin Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq, 25 mart 1949-cu il tarixdə İCAO Şurası tərəfindən Konvensiyaya 9 nömrəli Əlavə şəklində "Standartlar və tövsiyə edilən təcrübə. Rəsmiyyətlərin sadələşdirilməsi” qəbul edilərək sentyabr 1949-cu ildə qüvvəyə minmişdir. 1948-ci il aprelin 13-də Şura, Razılığa Gələn dövlətlərin diqqətini öz milli qaydalarında, təcrübədə mümkün olduğu dərəcədə, normativ xarakter daşıyan İCAO Standartlarında əks olunan eyni təriflərdən istifadə edilməsinin məqsədəuyğunluğuna, habelə hava hərəkətinin təhlükəsizliyi və müntəzəmliyi üçün əhəmiyyətli olan istənilən əlavə mil li qaydalar daxil olmaqla, Standartlardan kənara çıxmaların göstərilməsinin məqsədəuyğunluğuna yönəltdiyi qətnamə qəbul etmişdir. Yuxarıda göstərilənlərə əsasən, Beynəlxalq Mülki Aviasiya Konvensiyasına "Rəsmiyyətlərin sadələşdirilməsi” adlı 9 nömrəli Əlavəyə uyğun olaraq hava gəmisinin heyəti və uçuş heyəti ilə bağlı aşağıdakı təriflər müəyyən edilmişdir: "Uçuş heyətinin üzvü. Xidməti uçuş müddətində hava gəmisinin idarə edilməsi ilə bağlı vəzifələr həvalə edilmiş və şəhadətnaməyə məxsus heyət üzvü”. "Heyət üzvü. Xidməti uçuş müddətində hava gəmisində müəyyən vəzifələri yerinə yetirmək üçün istismarçı tərəfindən təyin edilmiş şəxs”. Beləliklə, Azərbaycan Respublikasının tam hüquqlu üzvü olduğu beynəlxalq müqavilələrin normalarına və təriflərinə uyğun olaraq uçuş heyəti üzvü və heyət üzvü anlayışları fərqli mənalara malikdir. Yəni təyyarə bələdçiləri sərnişinləri qarşılamaq və yerləşdirmək, uçuş zamanı qidanın təqdim edilməsini təşkil etmək, sərnişinlərin və təyyarənin təhlükəsizliyini təmin etmək, ilk tibbi yardım göstərmək vəzifələri həvalə edilmiş heyət üzvləri olmaqla yanaşı eyni zamanda hava gəmisinin idarə edilməsi ilə məşğul deyillər və buna görə də uçuş heyətinin üzvləri hesab edilə bilməzlər. Təyyarə bələdçiləri, böyük təyyarə bələdçiləri, təlimatçı-təyyarə bələdçiləri, hava gəmilərinin bort operatorları, böyük bort operatorları, təlimatçı-bort operatorları "X3” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsaslanaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdirlər.

39. Göründüyü kimi, aviasiya özü bilavasitə hava gəmisinin idarə edilməsi və hava gəmisinin hərəkəti üçün müvafiq xidmət üzrə fəaliyyətdir. Hava gəmisinin ekipajına uçuş vaxtı hava gəmisinin idarə edilməsi və ya bu idarəetməyə bilavasitə xidmət göstərilməsi üzrə təyin olunan şəxslərdən ibarət olan heyət daxildir.

40. Azərbaycanın Aviasiya Qaydalarının (“İşçi heyətə şəhadətnamələrin verilməsi”) “Anlayışlar və İxtisarlar” adlı 1-ci fəslinin “Anlayışlar” adlı 10001(a) saylı bölməsinə əsasən təyyarə bələdçisi kabinə heyətinin üzvüdür. Xüsusilə, bu anlayışda aşağıdakılar nəzərdə tutulmuşdur: “kabinə heyətinin üzvü - hava gəmisində mü əyyən vəzifə öhdəliklərinin (hava gəmisinə və ya sərnişinlərə xidmət göstərilməsi) yerinə yetirilməsi üçün istismarçı tərəfindən müəyyən olunmuş qaydada təyin edilmiş, xüsusi hazırlıq keçmiş, lakin uçuş heyətinin üzvü olmayan şəxsdir”. Beləliklə, təyyarə bələdçisi vəzifəsi hava gəmisinin və digər uçuş aparatlarının uçuş heyəti üzvləri, uçuş-təlimatçı və komanda-uçuş heyəti üzvləri, uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən müfəttişlər və ya digər uçuş xidməti mütəxəssisləri vəzifələrinə aid deyildir və Azərbaycan Respublikasının "X3” xx.xx.2006-cı il tarixli 54-İİİQ nömrəli Qanununun 9.3-cü maddəsinə əsasən pensiyaya çıxmaq hüququ vermir.

41. Beləliklə, iddiaçının işlədiyi "təyyarə bələdçisi” vəzifəsi onun ƏPQ-nin 9.3-cü maddəsi ilə nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna əsas vermədiyindən cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtina etməsi əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır.

42. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2-1(103)-2277/2024 nömrəli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar