Məhkəmə qərarları › İş №2-1(102)-2943/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2943/2025

09.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2943/2025 09.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın məcburi icraya yönəldilməsi barədə ərizənin təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabel iyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 10 iyun tarixli, 2-1(103)2109/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-455/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, yaranmış fərq məbləğinin xx.xx.2019-cu il tarixdən hesablanmaqla aylıq pensiya məbləğinə əlavə edilməklə ödən ilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1826/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-455/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2725/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)1826/2024 saylı qərarından verdiyi kassasiya şika yəti üzrə kassasiya icraatı mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-455/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı qanuni qüvvəsini almış və icra edilməsi üçün cavabdehə göndərilmişdir.

5. Cavabdeh 01.11. 2024 və xx.xx.2025-ci il tarixli məktublarında bildirmişdir ki, İddiaçı iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)455/2024 nömrəli qərarı icra edilmişdir.

6. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə verərək qərarın məcburi icraya yönəldilməsini xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, qərar qanuni qüvvəsini aldıqdan sonra da cavabdeh tərəfindən tam icra edilmir. Belə ki, ona çatası məbləğin (4946,46 manat) cüzi bir hissəsi - 2024-cü ilin noyabr və dekabr ayl arında hər birində 502 manat ödənildi (cəmi 1004 manat). Belə çıxır ki, cavabdeh tərəf məhkəməyə də, iddiaçıya da yalan və səhv məlumat vermişdir. Pensiyanın yenidən hesablanmasında və nəticələr barədə iddiaçıya nə yazılı, nə şifahi heç bir məlumat verilməmişdir. İddiaçı ötən ilin noyabrında pensiyaya əlavə olunmuş məbləği bankomatdan götürəndə əmin olmuşdur ki, məsələnin həlli bitmişdir. Lakin 2025-ci il yanvar ayının pensiyasında artım (fərq) verilmədi. Mərkəzi Filial ona hesablandığından 6 dəfə az artım qeydə alaraq, iki ay ödəniş etmiş və bununla da məsələni bitirmişdir.

8. Həmçinin iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində bildirmişdir ki, işdə olan aylar üzrə ona ödənilən pensiyanın ABB xx.xx.2025-ci il tarixli arayışından aydın görmək olur. Qeyd edilən arayış da o, əvvəllər nə qədər pensiya almışsa, indi də həmin məbləğdə pensiya alır. Yəni, cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda guya “məhkəmə qərarı icra edilmişdir” sözləri faktlarla təsdiq edilmir. Əksinə onun pensiyasını 2024-cü ilin noyabr ayından 727,34 manatdan, 715,64 manata endirməklə 11,70 manat azaldılmışdır. Yəni cavabdeh onun xəbəri olmadan “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırma onun iştirakı olmadan aparılmış, onun dinlənilmə hüququnu təmin etməmişdir. Halbuki, xx.xx.2009-xx.xx.2012 illər arasında cavabdeh təqdim etdiyi 2-ci cədvələ əsasən bu 3 il 4 ay ərzində onun fərdi hesabına toplanan pensiy a kapitalı 4585,27 manat təşkil edir. 4585,27:104 (144-40) = 44,09, yəni 2013-cü ilin yanvar ayında aylıq pensiya məbləği 197,15 + 44,09 + 15,79 (indeksləşmə) = 257,03 olmalı idi. Halbuki ABBnin işdə olan arayışda 2013-cü ilin yanvar ayında 197,15, fevralda 248,21, martda 212,94, apreldə 212,94, mayda 212,94 manat pensiya ödənilibdir. Bu hal təsdiq edir ki, cavabdeh 2012-ci ilin dekabr ayında yenidən hesablama aparmamış və bu ayların hər birində ona 44,09 manat əksik pensiya hesablanmışdır (257,03-212,94=44,09). İndi də xx.xx.2013xx.xx.2019-cu illərdə hesablamaya diqqət edək. Əgər bu 6 ildə fərdi hesabda toplanmış PK-nın cəmi məlumdursa, bunun hesablama qaydası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində verilmişdir. Normativlərə uyğun hesablama belə olmalıdır: Fərdi hesabda i llər üzrə PK xx.xx.2013-də 379,5, 2014-də 1382,30, 2015-də 1626,59, 2016-da 1825,15 və 2017-ci ildə 1644,13, 1429.19+026-2019-cu ilin 9 ayında 1218.69 manat təşkil edir. Bu altı ildə (xx.xx.2013- xx.xx.2019) PK-ni toplasaq, 9505,55 manat təşkil edər. 9505:72 = 132,01 manat, yəni xx.xx.2019-cu il tarixdən pensiyanın aylıq məbləğinə 132,01 manat əlavə edilib artırılmalı idi. Cavabdeh qanunvericiliyin bu tələbinə də əməl etməməklə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Beləliklə, xx.xx.2019-cu il tarixdə aylıq pensiya məbləği 477,83 (345.32+132.01) manat olmalı idi. Lakin o dövrdə pensiya məbləği 346,32 manat olaraq qalmışdır (artım olmayıb), yəni 2019-cu ilin oktyabrda 345,32, noyabrda 345,32, dekabrda 345,32 manat aylıq pensiya ödənilmi şdir. Yəni 2019-cu ilin oktyabrından hər ay mənə 132,01 manat əskik pensiya ödənilmişdir. Bu əskik ödəmə 2020-2021-ci illərdə və sonralarda davam etmişdir. Bu əskik ödəmələr 30 noyabr 2023-cü il tarixli AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən də təsdiq edilmişdir. Məhkəmə mühasibat ekspertizasının nəticə hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə və cədvəl məlumatlarına əsasən 2019-cu ilin sentyabr-dekabr ayları üzrə 423,29 manat, 2020-ci ilin yanvar-dekabr ayları üzrə 1976,64 manat az, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1467,20 manat az, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 1079,33 manat az hesablamaqla ümumilikdə 4946,46 manat pensiya məbləğinin az hesablanması müəyyən edilir. Bu əskik hesablama, yəni 4946,46 manat yalnız 2023-cü ilin mart ay ınadək olan əskik hesablamadır. Bu əskik hesablamanın üzərinə 2023-cü ilin 9 ayı, 2024-cü ilin 12 ayı, 2025-ci ilin 2 ayı da əlavə edilməlidir. Lakin cavabdeh Məhkəmə Mühasibat Ekspertizasının qanunvericiliyə uyğun hesablamasına da əməl etmir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-455/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim B.Cəlalov) İddiaçı cavabdehə qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə qərarın icra edilməsi ilə bağlı məcburi icra tədbirlərinin görülməsinə dair ərizə rədd edilmişdir.

10. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2109/2025 nömrəli, xx.xx.20 25-ci il tarixli qərardadı ilə (hakimlər Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, C.Məmmədov, P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-455/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmələr öz mövqeyini onunla əsaslandırmışdır ki, baxılan işdən görünür ki, məhkəmə qərarı üzrə iddia tələbi qismən təmin edilmiş, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası yenidən hesablanmış, yaranmış fərq məbləğinin xx.xx.2019-cu il tarixdən hesablanmaqla aylıq pensiya məbləğinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməsi qərara alınmışdır. İş materiallarından müəyyən edilir ki, qərar icra edilərək iddiaçının əmək pensiyası yenidən hesablanmış və qərarın icrası başa çatdırılmışdır. Belə ki, iş mat erialında olan cavabdehin xidməti məktubunda bildirilmişdir ki, İddiaçı pensiya işi qovluğunda olan sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1955-ci il tarixindən xx.xx.1960-cı il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 50 il 8 ay 23 gün sığorta stajı və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələblərinə əsasən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2006-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 2330,29 manat (2012-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2013-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək 7259,81 manat (2019-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2019-cu il tarixindən (Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-455/2024 saylı qərarına əsasən) 405.35 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2020-ci il tarixindən 472,64 manata, xx.xx.2021-ci il tarixindən 526,52 manata, xx.xx.2022-ci il tarixindən 544,42 manata, xx.xx.2023-cü il tarixindən 643,56 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri də nəzərə alınmaqla) xx.xx.2024-cü il tarixindən 715,64 manata, xx.xx.2025-ci il tarixindən 773,61 manata çatdırılmışdır. Ötən dövr üzrə (xx.xx.2019-cu il tarixindən) hesablanmış fərq məbləği 2024-cü ilin noyabr və dekabr aylarında İdd iaçı pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir. Göründüyü kimi, cavabdeh məhkəmə qərarının icrasını təmin edərək iddiaçının pensiyasını yenidən hesablamış və iddiaçının pensiya məbləği məhkəmə qərarının icrasından sonra 773,61 manata çatdırılmış və xx.xx.2019-cu il tarixindən hesablanmış fərq məbləği 2024-cü ilin noyabr və dekabr aylarında iddiaçının pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir. 2019-cu ilə topladığı pensiya kapitalının 9505,55 manat olması və hesablamanın həmin məbləğə uyğun olaraq aparılması ilə bağlı iddiaçının dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin məbləği iddiaçının fərdi şəxsi hesabından çıxarışa əsasən həmin çıxarış çap olunan və ekspertiza tədqiqatı aparılan zaman müəyyən edilmiş indeksasiya faizləri də nəzərə alınmaqla artırılmış məbləğd ir. Lakin cavabdeh hesablamanı aparan zaman haqlı olaraq 2019-cu ilə olan indeksasiya faizlərini nəzərə almış və iddiaçının topladığı pensiya kapitalını hesablayarkən həmin dövrə, yəni 2019-cu ilə olan istehlak faizlərini nəzərə almış və nəticədə ekspert rəyindən və iddiaçının göstərdiyi məbləğdən azalma baş vermişdir. İddiaçı ilə cavabdeh arasında pensiyanın düzgün hesablanmaması barədə yaranan fərq də bu məsələ ilə bağlı, yəni iddiaçının fərdi şəxsi hesabında yığılmış pensiya kapitalının hesablanma dövrü ilə bağlıdır ki, məhkəmə cavabdehin mövqeyini əsaslı hesab edir. Çünki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələblərinə əsasən 6 il işlədiyinə görə, (xx.xx.2013-cü il tarixindən xx.xx.2019cu il tarixinədək) fərdi şəxsi hesabda yığılmış və 201 9-cu il tarixinə indeksləşdirilmiş 7259,81 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2019-cu il tarixindən (Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-455/2024 saylı qərarına əsasən) 405.35 manat müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, məcburi icra tədbirlərini görülməsindən imtina edilməlidir.

13. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayətində ərizədə göstərdiyi dəlillərə istinad etmiş, əlavə olaraq göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-cі maddəsinə görə yaşa görə əmək pensiyasının pensiya təyin ol unan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan ço x olmamaqla azaldılır. Hazırkı iş üzrə işə baxan məhkəmələr tərəfindən göstərilən maddi hüquq normasının tələbi pozulmuşdur. Belə ki, maddənin tələbinə əsasən iddiaçının pensiyası xx.xx.2013-xx.xx.2019-cu il, yəni 6 il ərzində 7259.81 manat pensiya kapitalını götürsək həmin məbləğ 72 aya bölünməlidir. 7259.81/72=100.83 manat aylıq pensiya məbləğinə əlavə edilməlidir. Azərbaycan Beynəlxalq Bankını verdiyi arayışa əsasən 2019-cu ilin sentyabr ayında iddiaçının pensiyasının aylıq məbləği 345.42 manat olmuşdur. Deməli 2019-cu ilin sentyabr ayında pensiyanın aylıq məbləği 345.42+100.83=446.15 manat olmalı idi. Cavabdehin xidməti məktubunda isə pensiya məbləğinin yenidən hesablanaraq xx.xx.2019-cu il tarixindən (Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-сü il tarixli qərarına əsasən) 405.35 manat mü əyyən edilmişdir. Lakin bu məbləğin necə əldə edilməsi aydın deyil, nə də işə baxan məhkəmələr bu halı aydınlaşdırmamışlar. Bildirir ki, tərəfindən verilmiş apellyasiya şikayətində cədvəllə 2019cu ilin sentyabr ayından 2022-ci ilin mart ayınadək iddiaçıya 4046.77 manat az pensiya hesablanması göstərilmişdir. Həmin məbləğdən cavabdeh tərəfindən 1004 manat ödənilmişdir, yerdə qalan 3042.77 manat isə ona ödənilməmişdir. Bu hal da Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının icra edilməməsini təsdiq edir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəm ə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədə n saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə qərarın məcburi icraya yönəldilməsinə dair ərizənin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Bunu nla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Belə ki, hazırkı iş üzrə tərəflər arasında mübahisə yenidən hesablama ilə bağlı məhkəmə qərarının icrası zamanı yenidən hesablanacaq məbləğlə, yəni məhkəmə qərarının icrası ilə bağlı cavabdeh tərəfindən aparılmış yenidən hesablamanın qanuniliyi əlaqədardır. Məhkəmələr cavabdeh tərəfindən təqdim olunmuş yenidən hesablanmaya dair məlumatları əsaslı saymaqla ərizəni rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin gəldiyi nəticə tərəflərin təqdim etdiyi dəlillərin yoxlanılmasına və qiymətləndirilməsinə əsaslandığından gəlinmiş nəticə əsaslı hesab olunmalıdır.

23. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan kas asiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 10 iyun tarixli, 2-1(103)-2109/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar