Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2946/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1996-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2-1(103)-890/20 23 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının təhsil forması qiyabi, tədris dili rus dili olmaqla Rusiya Federasiyası V.M.Kokov adına Kabardin-Balkar Dövlət Aqrar Universitetinin “İstilik energetikası və istilik texnikası” fakültəsində 2015-2019-cu illər ərzində təhsil almasına dair Rusiya Federasiyası V.M.Kokov adına Kabardin-Balkar Dövlət Aqrar Universiteti tərəfindən 100705 ******* qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli bakalavr diplomu verilmişdir. İddiaçının tədris aldığı təhsil proqramı üzrə təhsil yükünün ümumi həcmi 240 təhsil kreditindən, o cümlədən təhsilverənlə birgə fəaliyyət çərçivəsində 1809 akademik saatdan ibarət olmuşdur.
2. İddiaçı həmin diplom un ölkə ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmişdir.
3. Cavabdeh tərəfindən araşdırma zamanı iddiaçının təhsil dövründə tədris ili üçün qanunvericiliklə müəyyən edilmiş 40 həftədən az müddətdə, yəni 1-ci tədris ilində 3 gün, 2-ci tədris ilində 1 gün, 3-cü tədris ilində 2 gün, 4-cü tədris ilində 0 gün təhsil aldığı müəssisənin yerləşdiyi ölkədə olması, həmçinin aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı nəticəsinə gəlinərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Rusiya Federasiyası V.M.Kokov adına Kabardin-Balk ar Dövlət Aqrar Universiteti tərəfindən adına verilmiş 100705 nömrəli, xx.xx.2019-cu il tarixli bakalavr diplomunun Azərbaycan Respubikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-2019-cu illər ərzində Rusiya Federasiyası Ali təhsilin federal dövlət büdcə təhsil müəssisə V.M.Kokov adına Kabardin-Balkar Dövlət Aqrar Universitetində “İstilik energetikası və istilik texnikası” ixtisası üzrə 5 il ərzində ali təhsil almış və bu barədə ona Rusiya Federasiyasının Dövlət İmtahan Komissiyasının qərarına əsasən 100705 nömrəli, xx.xx.2019-cu il tarixli bakalavr diplomu təqdim edilmişdir. Həmin diploma əlavədən göründüyü k imi, iddiaçı ali təhsil aldığı müddətdə qarşısına qoyulan təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirmiş və qanuni əsaslarla təhsilini başa vurmuşdur. İddiaçı diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikasında tanınaraq nostrifikasiya şəhadətnaməsinin verilməsi üçün aidiyyəti üzrə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh iddiaçıya imtina cavabı verərək göstərmişdir ki, onun ixtisası üzrə aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir, belə ki, onun təhsil aldığı müddət müvafiq tədris proqramının mənimsənilməsi üçün kifayət hesab oluna bilməz. Eyni zamanda, digər imtina əsası olaraq isə, onun tədris dilini bilməsinin qənaətbəxş olmadığı göstərilmişdir. Lakin cavabdehin ekspertləri tərəfindən şəxsin “İstilik tex nikası” ixtisasını mənimsəyibmənimsəməməsinin yoxlanılması düzgün deyil və bu ekspert rəyi hesab oluna bilməz. Cavabdeh iddia ərizəsində qeyd edilən bu halları araşdırmadan qərar vermiş və haqsız olaraq iddiaçının ali təhsil alması haqqında olan diplom üzrə ixtisası tanımamışdır. Bu isə, iddiaçının gələcəkdə normal karyera qurmasına və öz təhsil aldığı sahədə mütəxəssis kimi formalaşaraq, xalqına töhfələr verməsinə ciddi maneə törədir. Beynəlxalq aləmdə, o cümlədən Azərbaycanın da daxil olduğu Avropa regionunda diplomların qarşılıqlı tanınması ilə bağlı beynəlxalq konvensiya və bu prosesləri tənzimləyən çoxtərəfli müqavilələr var. Bütün bu qeyd olunanlardan belə məlum olur ki, iddiaçının ali təhsil haqqında diplomu tam olaraq qanuni əsaslarla əldə edildiyindən ölkədə tanınmalı və rəsmiləşd irilməlidir.
6. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olmasını (2014/2015-ci tədris ili üzrə - 3 gün, 2016/2017-ci tədris ili üzrə 1 gün, 2017/2018-ci tədris ili üzrə - 2 gün, 2018/2019-cu tədris ili üzrə - getməyib) müəyyən etmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması, habelə tədris dili üzrə biliklərinin yoxlanılması zamanı tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmama sı səbəbilə ona müvafiq sənədin verilməsindən imtina edilmiş və bu barədə məlumat xx.xx.2022-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Göründüyü kimi, iddiaçının təhsil aldığı ölkə ərazisində olduğu müddət qanunvericilikdə göstərilən təhsilin normativ müddətindən azdır. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2-ci maddəsinə görə ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Eyni zamanda, Konvensiyanın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesfik fənn üzrə araş dırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini qənaətbəxş səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Qeyd edilənlərə əsasən, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim Şəlalə Həsənova) 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-10251/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandı rmışdır ki, iddiaçının qısa müddət ərzində tədris prosesində iştirak etməsi, həmçinin aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması halında sonuncunun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş tədris proqramını mənimsəməsi qeyri-realdır. İddiaçının ali təhsil sahəsində ixtisas almaq üçün müəyyən olunmuş ümumi tədris müddəti ərzində davamiyyətli olaraq tədrisdə iştirak etməməsi və təhsil aldığı dili bilməməsi onun ixtisasının tanınması zamanı mənfi rəyin verilməsi üçün zəmin yaradır. Belə ki, iddiaçının tədris dilini bilməməsi və qısa müddət ərzində tədris prosesində iştirak etməklə müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş tədris proqramını mənimsəməsi qeyrirealdır. Bundan əlavə, yuxarıda sadalanan normalardan göründüyü kimi, xarici dövlətlər in ali təhsil sahəsində ixtisasların tanınması zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsilin məzmunu və ixtisasın keyfiyyətinin kifayət qədər olmasıdır və bu hal Qaydalarda nəzərdə tutulmuş ixtisasın tanınmasından imtina üçün nəzərdə tutulmuş 3.7-ci bəndin geniş təfsirinə əsas verir. Cavabdeh orqanın isə diplomun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirmək hüququ “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçıya V.M.Kokov adına Kabardin-Balkar Dövlət Aqrar Universiteti tərəfindən verilmiş 100705 ******* qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli bak alavr diplomu üzrə ali təhsilə aid kvalifikasiyanın tanınmasından cavabdehin imtinası işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olduğundan iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin obyektiv araşdırılması məqsədilə, iddiaçının distant təhsil alıb-almaması barədə ətraflı məlumatın, əgər distant təhsil almı şdırsa bununla bağlı əmrlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi ilə bağlı Rusiya Federasiyası Ali təhsilin federal dövlət büdcə təhsil müəssisə V.M.Kokov adına Kabardin-Balkar Dövlət Aqrar Universitetinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçı ümumi qaydada qiyabi təhsil formasında “İstilik energetikası və istilik mühəndisliyi” ixtisası üzrə təhsil almış, distant təhsil almamışdır.
11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda nəzərdə tutulmuş normalar əsasında yenidən inzibati icraat aparılması ilə bağlı cavabdehə sorğu verilmişdir.
12. Sorğuya cavab ola raq cavabdeh bildirmişdir ki, iddiaçının tədris aldığı təhsil proqramı üzrə təhsil yükünün ümumi həcmi 240 təhsil kreditindən, o cümlədən təhsilverənlə birgə fəaliyyət çərçivəsində 1809 akademik saatdan ibarət olmuşdur. V.M. Kokov adına Kabardin-Balkar Dövlət Aqrar Universiteti tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən müəyyən edilir ki, iddiaçı Moskva Texnoliji İnstitutunda “İstilik energetikası və texnikası” ixtisası üzrə təhsil almış, ikinci tədris ilində V.M. Kokov adına Kabardin-Balkar Dövlət Aqrar Universitetinin eyni ixtisasına köçürülmüşdür. Sözügedən sənədlərə əsasən ərizəçinin təhsilalma müddətinin 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019-cu tədris illərini əhatə etməsi, təhsilalma formasının isə qiyabi olması müəyyən edilir. İddiaçının təhsil aldığı ölk ədə olması müddətləri aşağıdakı kimi müəyyən edilmişdir: İ tədris ili üzrə - 3 gün, İİ tədris ili üzrə - 1 gün, İİİ tədris ili üzrə - 2 gün, İV tədris ili üzrə - getməyib. “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair ümumi tələblərə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı ”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Yuxarıda göstərilənlərə əsasən iddiaçıya təqdim olunan kvalifikasiyanın “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən tanınması mümkün deyildir.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Rəşid Səmədov) 14 sentyabr 2023-cü il tarixli, 2-1(103)-890/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, inzibati orqanın imtina qərarında iki hala istinad edilmişdir. 1) iddi açının təhsil dövründə tədris ili üçün qanunvericiliklə müəyyən edilmiş müddətdən az təhsil aldığı müəssisənin yerləşdiyi ölkədə olması, 2) aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması. Məhkəmə kollegiyası imtina əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən tanınma üzrə ümumi tələblər sırasında ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin yoxlanılması artıq nəzərdə tutulmadığından məhkəmə kollegiyası imtinanın 1-ci əsasını yoxlayır. İş üzrə araşdırma zamanı iddiaçının hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ mü ddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (İ tədris ili üzrə - 3 gün, İİ tədris ili üzrə - 1 gün, İİİ tədris ili üzrə - 2 gün getmiş, İV tədris ili üzrə - getməyib) tələbinin ödənilmədiyi müəyyən edilmişdir. Beləliklə, iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təş kil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
27. Təhsil haqqında dövlət sənədi 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.... Maddə
29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:... 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək;... Maddə
44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ... 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir.
19. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli, 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi” 1.1. Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 2.2. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:.... 2.2.2. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək;... 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin aşağıdakı vəzifələri vardır:... 3.1.4. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək;... 3.1.8. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublika sının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti” 1.5. Ali təhsil üzrə Ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydaları 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsil in normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir.... Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalm a formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 03 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”
4. Tanınmaya dair tələblər 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisen ziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ m üddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffə qiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiy yətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyiş dirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşd ırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya i nstansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının təhsil forması qiyabi, tədris dili rus dili olmaqla Rusiya Federasiyası V.M.Kokov adına Kabardin-Balkar Dövlət Aqrar Universitetinin “İstilik energetikası və istilik texnikası” fakültəsində 2015-2019-cu illər ərzində təhsil almasına dair Rusiya Federasiyası V.M.Kokov adına Kabardin-Balkar Dövlət Aqrar Universiteti tərəfindən 100705 ******* qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli bakalavr diplomu verilmişdir. İddiaçının tədris aldığı təhsil proqram ı üzrə təhsil yükünün ümumi həcmi 240 təhsil kreditindən, o cümlədən təhsilverənlə birgə fəaliyyət çərçivəsində 1809 akademik saatdan ibarət olmuşdur. İddiaçı həmin diplomun ölkə ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən araşdırma zamanı iddiaçının təhsil dövründə tədris ili üçün qanunvericiliklə müəyyən edilmiş 40 həftədən az müddətdə, yəni 1-ci tədris ilində 3 gün, 2-ci tədris ilində 1 gün, 3-cü tədris ilində 2 gün, 4-cü tədris ilində 0 gün təhsil aldığı müəssisənin yerləşdiyi ölkədə olması, həmçinin aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı nəticəsinə gəlinərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
33. Həmçinin iş üzrə apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçı Rusiya Federasiyası V.M.Kokov adına Kabardin-Balkar Dövlət Aqrar Universitetində ümumi qaydada qiyabi təhsil formasında “İstilik energetikası və istilik mühəndisliyi” ixtisası üzrə təhsil almış, distant təhsil almamışdır.
34. Hazırda iddiaçının hüquqi marağı və məqsədi sözügedən bakalavr diplomunun Azərbaycan Respublikasının ərazisində tanınmasına və bu barədə şəhadətnamənin verilməsinə nail olmaqdan ibarətdir.
35. İş materiallarının ətraflı araşdırılması nəticəsində apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, inzibati orqanın imtina qərarında iki hala istinad edilmişdir. 1) iddiaçının təhsil dövründə tədris ili üçün qanunvericiliklə müəyyən edilmiş müddətdən az təhsil aldığı müəssisənin yerləşdiyi ölkədə olması, 2) aldığı ixti sasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən tanınma üzrə ümumi tələblər sırasında ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin yoxlanılması artıq nəzərdə tutulmadığından məhkəmə kollegiyası imtinanın 1ci əsasını yoxlayır. İş üzrə araşdırma zamanı iddiaçının hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (İ tədris ili üzrə - 3 gün, İİ tədris ili üzrə - 1 gün, İİİ tədris ili üzrə - 2 gün getmiş, İV tədris ili üzrə - getməyib) tələbinin ödənilmədiyi mü əyyən edilmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir.
37. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdiril mədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2-1(103)-890/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.