Məhkəmə qərarları › İş №2-1(102)-2947/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2947/2025

04.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2947/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyata alınmadan imtina; mənzilin özbaşına tikili olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X19, X7, X8 və X17) qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2025-ci il tarixli, 2-1(103)-1207/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının şəxsiyyət vəsiqəsinin məlumatlarına görə o, Cəlilabad rayonu, Privolnoye kəndində qeydiyyatdadır.

2. Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 8 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. 3. “ASAN 6” tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X7, X8 və X17 ünvan 1 ünvanında yerləşən əmlakda yaşayış yeri üzrə qeydiyyatdadırlar.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.20 20-ci il tarixli, 2(011)-2412/2020 nömrəli qətnaməsi aşağıdakı formada qət edilmişdir: “İlkin iddia qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 13/6 saylı evin 1-ci mərtəbəsində yerləşən dəhliz, sanitar-qovşaq sahəsi, mətbəx, zal tikilisinin sahəsi və 2 yataq otağının sahəsi X14, həmin fərdi yaşayış evinin ikinci mərtəbəsində dəhliz sahəsi, qonaq otağı, 2 yataq otağı, hamam otağı, anbar sahəsi, mətbəx sahəsi, ayaqyolunun sahəsi X1 istifadəsinə verilməklə fərdi yaşayış evindən istifadə qaydası müəyyən edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X18 və İddiaçı cavabdehlər X9 və X10 qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dai r iddiası rədd edilsin.”

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-1485/2021 nömrəli qətnaməsi ilə X19, X18 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2412/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı cavabdeh orqana müraciət edərək ünvan 1 ünvanına qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-13-55/2-Q-12705 nömrəli məktubla iddiaçının müraciətindən imtina edərək göstərmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verə n sənəd təqdim etməlidir. Faktiki yaşadığı sənədsiz evin sənədləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına və ya sözügedən evə qeydiyyata alınma tələbi ilə bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq inzibati qaydada məhkəməyə müraciət etməyi məqsədəmüvafiq hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla qayınatası X19 tərəfindən 2008-cı il tarixdə inşa edilmişdir. Onun oğlu X18 ilə olan rəsmi nikahdan anadan olmuş iki azyaşlı uşaqla birlikdə sözügedən bu özbaşına tikili olan yaşayış evinə 2008-ci il tarixdə daimi yaşamaq üçün qayınatası tərəfindən köçürülmüşdür. Artıq 16 ildir ki, qeyd edilən ünvanda yaşayır. Kommunal xidmətlərlə əlaqədar qaz, su, işıq təchizatı ilə bağlı müvafiq qurumlarla bağlı müqavilələr onunla bağlanmışdır və müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən icra olunur. Özbaşına tikili 2 mərtəbəli yaşayış evi olmaqla hər mərtəbəsində iki yaşayış otağından və yardımçı sahələrdən ibarətdir. Birinci mərtəbəsində iki uşağı, həyat yoldaşı X18 və qayınatası Məmməd Rakidə ilə birlikdə yaşayır, evin 2-ci mərtəbəsində isə X7 özünün yaxın qohumu olan iki nəfərlə yaşayırlar. Fərdi yaşayış evində istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı X6 ilə qayınatası Rakidə Məmməd arasında məhkəmə müstəvisində mübahisə olmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(011)-2412/2020 nömrəli qətnaməsi ilə sözügedən evdə istifadə qaydaları müəyyən edilərək evin birinci mərtəbəsində yerləşən iki yaşayış otağı və bu otaqlara aid həmin birinci mərtəbədə yerləşən yardımçı sahələr qayınatası X14 istifadəsinə, həmin yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 2 otaq və yardımçı sahələr qayınatasının keçmiş arvadı X1 istifadəsinə verilmişdir. Cəmilə X5 ilə 2008-2018-ci illərdə rəsmi nikahda olmuşlar. Qeyd edilən ünvanda yerləşən evin istifadəçisi kimi qayınatası X14 hüququ məhkəmə qaydasında tanınmışdır. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən istifadə hüququ mülki yyət hüququnun tərkib elementidir. Həmin evə daimi yaşamaq üçün köçməyinin səbəbi və əsası X14 övladı X18 ilə rəsmi nikahda olmağı ilə əlaqədardır. Artıq 16 ildən çox bir müddətdə yaşadığı ünvan 1 ünvanda qeydiyyata alınmaq üçün cavabdehə müraciət etmiş, cavabdeh yazılı müraciətinə cavab olaraq həmin ünvana qeydiyyata alınmadan imtina etmişdir, imtinanın səbəbini cavabdeh “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində nəzərdə tutulan sənədlərin olmaması ilə əsaslandırmışdır. Hesab edir ki, cavabdehin onun həmin ünvana qeydiyyata alınmağı ilə bağlı münasibətinin səbəbini bilməsə də qərəzlidir. Ona görə ki, cavabdeh tərəfindən həmin ünvana X7 və həmin evə heç bir aidiyyəti olmayan X17, X3 yaşayış yeri kimi pasport qeydiyyata aldığı halda onlardan istinad etdiyi qanun normasında nəzərdə tutulan sənədləri tələb etməmişdir.

9. Cavabdeh iddiaya dair yazılı etirazını təqdim etməmişdir.

10. Üçüncü şəxs X7 iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçı iddia ərizəsində gözlənti hüququnun olmasını qeyd etmişdir. Gözlənti hüququ isə şəxsin sahibliyi və istifadəsində olduğu halda yarana bilər. İddiaçının isə sözügedən fərdi yaşayış evinə dair hər hansı bir hüququnun olmadığı bundan öncə çıxarılmış və qanuni qüvvəsini almış yekun aktla öz təsdiqini tapmışdır. Beləliklə, şəxsin ünvan 1 ünvanına pasport qeydiyyatına alınması üçün müəyyən edilmiş hüquqi sənəd olmadığından İddiaçı tələbi əsassızdır.

11. Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9611/2024 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmetini təşkil edən daşınmaz əmlak üzərində iddiaçının hər hansı bir hüququ, yəni mülkiyyət, icarə və ya istifadə hüquqları əmələ gəlməmişdir. Başqa sözlə desək, iddiaçı sözügedən əmlaka qeydiyyata alınması üçün hər hansı üç hüquqdan birinə (mülkiyyət, icarə, istifadə), yəni qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud qanunvericilikdə nəzərdə tutulmuş başqa sənəd) yalnız birinə malik olmalı olduğu halda, iddiaçının həmin hüquqlarının olması və ya hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən edilməmişdir. Qeyd olunan fərdi yaşayış evind ə digər şəxslər qeydiyyatda olsalar da, bərabərlik hüququ baxımından belə iddiaçının həmin yaşayış sahəsinə qeydiyyata alınması istisna olunur. İşin faktiki hallarından göründüyü kimi özbaşına tikili olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini X19 və Hüseynova (Rakidə) Cəmilə Məhəmmədəli qızı birgə nikahda olduqları dövrdə, yəni 2013-cü ildə əldə edib, sonradan həmin evdə əsaslı tikinti işləri apararaq, yaşayış sahəsini əhəmiyyətli dərəcədə artırmışdırlar. Nəzərə alınmalıdır ki, adıçəkilən şəxslər həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olsalar da, onların mülki məhkəmə icraatı çərçivəsində mübahisə predmeti olan fərdi yaşayış evi ilə bağlı mübahisələrinə baxılmış və məhkəmə qətnaməsi ilə onların fərdi yaşayış evindən istifadə qaydaları müəyyən olunmuşdur. Eyni zaman mülki məhk əmə icraatı çərçivəsində həmçinin iddiaçının da tələbinə baxılmış, lakin məhkəmə hesab etmişdir ki, onun yaşayış sahəsinə dair hər hansı hüququnun mövcudluğu müəyyən olunmadığından, onun yaşayış sahəsinə istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı tələbi rədd edilmişdir. Göründüyü kimi üçüncü şəxslərdən fərqli olaraq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçının sözügedən fərdi yaşayış evinə hər hansı hüququnun mövcudluğu müəyyən olunmamış, hətta fərdi yaşayış evinə dair istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı tələbi təmin olunmamışdır ki, nəticə etibarı ilə onun həmin sahəyə münasibətdə digər şəxslərdən fərqli üstün hüquqa malik olmadığı görünür.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2025-ci il tarixli, 2-1(103)-1207/2025 nömrəli qərarı ilə (hakimlər: M.Tağızadə – məruzəçi, K.Əkbərov və N.Nəbizadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9611/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikay ətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

18. Kassator əlavə olaraq qeyd edir ki, məhkəmə kollegiyası mübahisəni araşdırarkən yalnız istinad edilən qanunun 5-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsinə dair “mülkiyyət hüququnun olmasını təsdiq edən çıxarışın, icarə, kirayə müqaviləsinin və orderin olmaması hallarına istinad edərək mübahisəni bu şərtlər daxilində həll etmişdir. Lakin məhkəmə kollegiyası iş üzrə araşdırma apararkən həmin maddədə müəyyən edilən yaşayış sahəsinə köçmək üçün Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş sənədin olub-olmaması kimi əsasın mövcudluğunu araşdırmamışdır.

19. Qanunda nəzərdə tutulmuş “başqa sənəd” anlayışına yaşayış sahəsinə hüququ (səlahiyyəti) olan şəxs tərəfindən İddiaçı istifadəsində olan yaşayış sahəsi nə köçürülmə barədə iradə ifadəsi (ərizə) (Mənzil Məcəlləsinin 29, 30.1, 30.2-ci maddələri) və iddiaçının həmin yaşayış sahəsində onu yaşayış sahəsinə köçürən şəxslə (iş üzrə üçüncü şəxs) uzun müddətə, davamlı, stabil qaydada birgə ev təsərrüfatını idarə etməsi daxildir. Məhkəmə istinad edilən hüquq normalarına uyğun olan faktiki halları araşdırmamışdır. Yaşayış sahəsinə köçmək üçün qanunda nəzərdə tutulan “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ilə bağlı göstərilir ki, belə bir hal iş üzrə mövcuddur. Belə ki, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X19 iddiaçının qayınatasıdır. Yuxarıda qeyd edildiyi kimi hər iki məhkəmə instansiyasında məhkəməyə müraciət edərək istifadəsində olduğu yaşayış sahəsinə iddiaçı olan gəlini İddiaçı ailə üzvü qismində köçürtdüyünü və qeydiyyata alın ması barədə qərar çıxarmasını məhkəmələrdən xahiş etmişdir.

20. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2412/2020 nömrəli, xx.xx.2020ci il tarixli qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1 hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Cavabdeh əsas qanundan irəli gələn bu müddəanı pozmuşdur. Belə ki, məhkəmə qərarında müəyyən edildiyi kimi ünvan 4 ünvanda yerləşən evin 2-ci mərtəbəsində yerləşən yaşayış sahəsi Hüseynova Cəmiləyə məxsus olmaqla istifadə hüququ əsasında onun sahibliyindədir. İş üzrə üçüncü şəxs Cəmilə Hüseynovanın razılığı ilə bacısı Sevinc Hüseynovanı və onun övladı Orxan Məmmədlini qeydiyyata almışdır. Lakin cavabdeh Cəmilə Hüseynovadan “Yaşayış yeri və olduğu yer üzrə q eydiyyat haqqında” Qanunun 5-ci maddəsinin 2-ci hissəsində qeydiyyat üçün tələb edilən sənədlərdən heç birini tələb etməmişdir. İddiaçının qeydiyyata alınması barədə müraciətə cavabdeh sözügedən qanunun 5-ci maddəsində nəzərdə tutulan sənədlərdən birini təqdim etmədiyinə görə qeydiyyata alınmasından imtina edilmişdir. Göründüyü kimi bir ünvan üzrə qeydiyyata alınması üçün müraciət edən iki şəxsdən birinin ərizəsini təmin etmiş, digər şəxsin ərizəsini təmin etməmişdir, yəni cavabdeh qanunun tətbiqində ikili standarta yol verməklə Konstitusiyanın 25-ci maddəsində təsbit edilmiş müddəanı pozmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Üçüncü şəxs X7 iddiaçının kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhk əməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyət ində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsi qənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.... Maddə

8. Yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilməsi Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə (bu Qanunun 5-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla); 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mə nzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi va sitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyiş dirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Kassasiya instansiyası m əhkəməsinin mövqeyi

27. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri m əqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtər əfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı özbaşına tikili olan ünvan 1 ünvanına qeydiyyata alınmaqla bağlı qanunda sadalanan sənədlərdən hər hansı birini, o cümlədən, daşınmaz əmlakın dövlət reyestrindən çıxarı ş, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi nə cavabdeh qeydiyyat orqanına, nə də ki məhkəməyə təqdim edə bilməmişdir.

33. İddiaçı kassasiya şikayətində başqa sənəd anlayışına həmin yaşayış evinə istifadə hüququ olan qayınatası X14 razılığının mövcudluğunu göstərsə də, məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən ev üzərində X14 qanunda nəzərdə tutulan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi mövcud olmadığından onun razılıq ərizəsi təklikdə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində nəzərdə tutulan sənədlərin mövcudluğunu ehtiva edə bilməz.

34. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hətta X14 razılığı olsa belə, qanuni qüvvəsin i almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)2412/2020 nömrəli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının qeydiyyata alınmasını tələb etdiyi yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir.

35. Kassatorun digər dəlili isə ondan ibarətdir ki, mübahisələndirilən yaşayış evinin özbaşına tikili olmasına baxmayaraq üçüncü şəxs X1, onun qohumları X2 və X13 həmin evə qeydiyyata alınması halında iddiaçının oxşar müraciətindən imtina edilməsi onun bərabərlik hüququnu pozmuşdur.

36. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, X1 mübahisələndirilən yaşayış evindən istifadə qaydası qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2412/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş dir. İş materiallarından müəyyən edilir ki, X7 xx.xx.2013-cü il tarixdən müddətsiz İ qrup əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əlilliyi olan şəxslərə qulluq haqqında arayışdan görünür ki, X8 İ qrup əlil olan X4 qulluq edən şəxsdir. X17 isə X2 övladıdır.

37. Göründüyü kimi, X8 və X17 ilə müqayisədə iddiaçı bərabərlik hüququnun pozulduğunu iddia etsə də, iş materialları ilə müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi yaşayış evinə istifadə hüququ barədə tələbi məhkəmə aktı ilə rədd edilmiş, həmçinin, iddiaçı ilə X19 arasında sadəcə qohumluq münasibəti olsa da, X7 ilə digər üçüncü şəxslər arasında qohumluq münasibətindən başqa həm də İ qrup əlilə qulluq edilmə ilə bağlı hüquqi bağlılıq mövcuddur. Belə olan halda, iddiaçının ona münasibətdə bərabərlik hüququnun pozulması ilə bağlı dəlili əsassız hesab olunmalıdır.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeydiyyata alınmasından imtina ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2025-ci il tarixli, 21(103)-1207/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar