Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2948/2025 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun reyestrdə qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 s aylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-466/2025 nömrəli 27 may 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-727/2005 saylı xx.xx.2005-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, 3-cü Xrebtovi 12 110, 87 saylı (İ Alatava) yaşayış evinin mənzil yaşayış fondunun balansına götürülməklə, X5 ilə mənzil icarə müqaviləsinin bağlanması barədə müvafiq sərəncam verilməsi və həm in evə üç nəfər ailə tərkibi ilə (özü, anası İddiaçı və bacısı X10 ilə birlikdə) X2 adına order verilməsinin Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qət edilmişdir. 2.Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının “Yasamal Rayon Məhkəməsinin 16 mart 2005-ci il tarixli qətnaməsinin icrası haqqında” xx.xx.2005-ci il tarixli, 345 №-li sərəncamının surətindən müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin 2-727/2005 sayı 16 mart 2005-ci il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən 87 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 91.2 kv. metr olan bir mərtəbəli evin mənzil yaşayış fondunun balansına götürülməklə, mənzilin kirayə müqaviləsinin X5 ilə bağlanması qərara alınmışdır: Ailə tərkibi 3 nəfər:
1. X6;
2. İddiaçı;
3. X7. 3.Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçı sının “xx.xx.2005-ci il tarixli 345 saylı sərəncama əlavə edilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 577 №-li sərəncamında qeyd olunmuşdur ki, MM-nin 48 maddəsini, “Qaydalar”ın 59-cu bəndini və mənzil fondunun özəlləşməsi haqqında qanunları nəzərə alaraq Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 345 saylı sərəncamına aşağıdakı bəndin əlavə edilməsi qərara alınmışdır: Bakı şəhəri 3-cü Xrebtovi 129/110 ünvanındakı 87 saylı evin sahəsi 114,4 kv.metr olan 5 otaq mənzilində yaşayan X4 order verilsin. Orderə daxil edilsin.
1. X6,
2. İddiaçı,
3. X7. 4.Qeyd olunan sərəncam əsasında Bakı şəhəri 3-cü Xrebtovi 129/110 ünvanındakı 5 otaqdan ibarət ümumi sahəsi 114,4 kv. metr olan 87 saylı evə dair X2 adına xx.xx.2005ci il tarixdə 037146 №li order verilmişdir. X1 ilə yanaşı, anası İddiaçı və bacısı X3 adları qeyd olunmuşdur. 5.İddiaçı yuxarıda qeyd olunan 87 saylı yaşayış evinin onun adına özəlləşdirilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli, **********28 saylı cavab məktubunda göstərilmişdir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə mənzilin yaşayış sahəsi 114,0 kv.metr olan 5 otaqdan ibarət olduğu qeyd edildiyi halda, faktiki daşınmaz əmlakın ümumi sahəsi 453.0 kv.metr, yaşayış sahəsi 66.7 kv.metr olan 4 otaqlı, iki mərtəbəli mansardlı fərdi evdir. Təqdim edilmiş razılıq ərizələrində daşınmaz əmlak fərdi ev kimi qeyd edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsinin məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat 6.İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 3-cü Xrebtovi 129/110, 87 saylı yaşayış evinin özəlləşdirilərək, üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması, aparılmış dəyişiklikləri qeyd etməklə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon M əhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-727/2005 saylı qətnaməsinə əsasən iddiaçının adına olan Bakı şəhəri 3-cü Xrebtovi 129/110, 87 saylı (1 Alatava 87) yaşayış evini mənzil yaşayış fondunun balansına götürülməklə oğlu X6 ilə mənzil icarə müqaviləsinin bağlanması barədə müvafiq sərəncam verilməsi və həmin evə üç nəfər ailə tərkibi üzrə (özü, anası İddiaçı və bacısı X7 ilə birlikdə) X2 adına orderin verilməsi Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Qətnamə xx.xx.2005-ci il tarixdə qanuni qüvvəsini almış, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 345 nömrəli sərəncamı ilə ünvan 2 ünvanında yerləşən 87 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 91,2 kv. m. olan birmərtəbəli yaşayış evinin mənzil yaşayış fondunun balansına götürülməklə mənzilin kira yə müqaviləsinin X6 ilə bağlanması (ailə tərkibi 3 nəfər X2 (özü), İddiaçı (anası) və X3 (bacısı) olmaqla) qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 577 nömrəli sərəncamı ilə xx.xx.2005-ci il tarixli 345 nömrəli sərəncama Bakı şəhəri 3-cü Xrebtovi 129/110, 87 saylı) yaşayış evinin sahəsi 144,4 kv. m. olan 5 otaqlı mənzilində yaşayan X4 orderin verilməsi və orderə X2 (özü), İddiaçı (anası) və X3 (bacısı) daxil edilməsi barədə bənd əlavə edilmişdir. Bundan sonra həmin mənzilə dair X2 adına 037146 nömrəli, xx.xx.2005-ci il tarixli order verilmişdir. Həmin mənzil köhnə təmirli və yaşamaq üçün yararsız vəziyyətə düşdüyündən mənzilin əsaslı təmir edilməsinə dair Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edilmiş, Bakı şəhəri Yasa mal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli C51 nömrəli məktubu ilə təmirin aparılmasına razılıq verilmişdir. Beləliklə, həmin mənzil təmir edilərək, yaşayış üçün yararlı hala salınmışdır. Onun ümumi sahəsində əlavə dəyişikliklər olmuşdur. Dəfələrlə müraciət edərək həmin dəyişikliklərin və yaşayış evinin adına dövlət qeydiyyatına alınmasını xahiş etsə də, müraciətinin müsbət həll olunmayacağı bildirilmişdir. Həmin mənzildə oğlu X6, gəlini X8, nəvələri X11, X9 və iddiaçı qeydiyyatdadır. Nəvələri azyaşlı olduğundan gəlini və oğlu həmin yaşayış evinin iddiaçının adına özəlləşdirilməsinə razı olduqlarına dair notarial ərizə də təqdim etmişlər. Mənzilin dövlət reyestrindən qeydiyyatdan keçirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə dəfələrlə etdiyi müraciətl ər (şəxsən və Əmlak Xidmətləri Məkanı vasitəsi ilə) müxtəlif səbəblərlə öz müsbət həllini bu günə kimi tapmamışdır.
8. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6818/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 453.0 kv. metr, yaşayış sahəsi 66.7 kv. metr olan mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. 9.Məhkəmə qeyd etmişdi r ki, mübahisəli mənzildə yenidən qurulma işləri həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının qəza vəziyyətinə düşmüş evin təmir və bərpa edilməsinə icazə verilməsi haqqında 07 iyul 2005-ci il tarixli razılıq məktubuna əsasən aparılmışdır. İş üzrə verilmiş mütəxəssis rəyindən də müəyyən olunur ki, mübahisəli mənzilin hündürlüyü torpaq qatından belə götürüldüyü halda sonuncu mərtəbənin üzərinə qədər 8-11 metr arasında dəyişir ki, bu da Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq 12 metrdən az olmaqla yanaşı, 24 saylı Mənzil Kommunal İstismar Sahəsinin tərtib etdiyi texniki göstəricilərdə göstərilən ölçüləri mövcud vəziyyəti üzrə həmin evin perimetrboyu ölçüləri ilə üst-üstə düşür və kənarlaşma aşkar olunmamışdır. Bu isə o deməkdir ki, evin mövcud ölçüləri evin ilkin vəziyyətinə dair (bir mərtəbəli olan dövr üçün) olan ölçüləri ilə üst-üstə düşür. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyəti üzrə dördbucaqlı formada olduğunu, iki tərəfdən yol ilə, digər iki tərəfdən yol ilə, digər tərəfdən qonşu torpaq sahələri ilə həmsərhəd olduğunu nəzərə alaraq Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozulmamışdır. 10.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-466/2025 nömrəli 27 may 2025-ci il tarixli qərarı ilə (h akimlər: Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, C.Məmmədov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur.
12. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının evinin yerləşdiyi torpaq sahəsinin də aid olduğu Bakı şəhəri, Yasamal rayonu Ə.Salamzadə və Ş.Mehdiyev küçələrinin arasındakı 1-ci Alatava adlanan ərazidə yerləşən 11.33 ha torpaq sahəsinin “X20” MMC-yə ayrılmasına dair rəy bildirilməsi və yerquruluşu planının hazırlanması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumlarının müraciətləri qeydə alınmışdır. Göründüyü kimi, iddiaçı mübahisəli tikilini dövlət mülkiyyətin də olan torpaqda inşa etmiş, yəni həmin tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində, icarəsində və sair deyildir.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini və ya işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
14. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının rəsmi orderlə və Bakı şəhəri Yasamal rayon məhkəməsinin qətnaməsi ilə təsdiq edilmiş 114.4 kv.m 5 otaqlı mənzilinin texniki pasportu, orderi, Bakı şəhəri Yasamal rayon məhkəməsinin qətnaməsi, tikintiyə icazə verilməsi haqqında Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin razılıq məktubu, mənzilin layihəsi h əm inzibati orqana, həm də məhkəməyə təqdim edilmişdir. Verilmiş sorğulara cavab olaraq Bakı şəhəri Yasamal RİH tərəfindən sözügedən məktubun Arxivə verildiyi, Arxivdə isə saxlama müddəti bitdiyi üçün məhv edildiyi bildirilmişdir. Məktubun saxlama müddəti bitdiyi üçün məhv edilməsi onun əslinin məhkəməyə təqdim edilməsini mümkünsüz hala salır. Belə ki, adi yazışmaların 20 il müddətində saxlanılması nəzərdə tutulmamışdır, 5 il müddət keçdikdən sonra məhv edilməsi qanunvericiliklə müəyyən edilmişdir. İddiaçıda qalan surət isə əlavə arxivin mühafizəsi iddiaçının vəzifəsi deyil. Həmin məktub evin təmir və bərpasına icazə vermiş, iddiaçı da məhz həmin evin 5. 6. 7. 8. 9. ölçülərindən kənara çıxmamış, yalnız evin damını "mansard" üslübu ilə bərpa etdirmişdi. Dama çıxan taxta pilləkən inşa edilmi şdir. Evin çöl görünüşünü müasir avadanlıqla etdirmişdir. Məhz həmin məktubda ünvanlanmış şəxsin ünvanı olaraq 3-cü Xrebtovı küçəsi, 129/110, ev 87 ünvanı aşkarca qeyd edilmişdir. Məhkəmənin diqqətindən yayınması anlaşılan deyildir. Məhkəmənin istinad etdiyi hüquq normasına uyğun olaraq bütün sənədlər və sübutlar (yuxarıda sadlanan kimi Bakı şəhəri Yasamal rayon məhkəməsinin qətnaməsi, 114.4 kv.m 5 otaqlı mənzilinin texniki pasportu, orderi, Bakı şəhəri Yasamal rayon məhkəməsinin qətnaməsi, tikintiyə icazə verilməsi haqqında Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin razılıq məktubu, mənzilin layihəsi) məhkəməyə təqdim edilmişdir. Təkrar edilsə də, yuxarıdakı bəndlərdə qeyd edildiyi kimi, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin razılıq məktubu məhkəməyə təqdim edilmişdir. Məhkəm ə mütəxəssis rəyi ilə razılaşmasa da hazırkı iş üzrə mütəxəssis rəyinin olması vacib idi, mənzilin hazırkı vəziyyəti, əvvəlki sahə ilə üst-üstə düşübdüşmədiyi, digər şəxslərin mülkiyyət hüququna müdaxilənin olub-olmaması və s. baxımından mütəxəssis rəyinin olması işin təkzibedilməz hissəsi olmalı idi. Mənzil 2005-ci ildə inşa edilmiş olsa da tikinti normalarına riayət edilib-edilməməsi mütəxəssis rəyi olmasa necə müəyyən edilməli idi? Qanunun 2013-cü il tarixdə qüvvəyə minməsi 2024-cü il tarixdə dövlət qeydiyyatına çıxarışın tələb edilməsi mütəxəssis rəyinin də alınmasını zəruri etmişdir. İddiaçı mübahisəli tikilini dövlət mülkiyyətində olan torpaq sahəsində inşa etməmişdir. İddiaçının bununla bağlı orderi və məhkəmə qətnaməsi, texniki pasportu vardır. Həmin dövrdə qüvvədə olan "Torpaq baz arı haqqında" Qanunun 9-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı Qaydaları"na əsasən fiziki və hüquqi şəxslər inzibati orqan tərəfindən qəbul edilən akta əsasən əldə etdiklərini 10 ildən çox müddət keçdikdən sonra itirə bilməz. Ona görə də iddiaçı hesab edir ki, nənəsindən qalma və sonradan orderlə onun istifadəsinə verilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin qətnaməsi əsasında oğlunun adına dəyişdirilmiş qətnamə üçüncü şəxslər üçün etimad yaratmışdır. Etimad prinsipinin mahiyyəti məhz ondan ibarətdir ki, cəmiyyət inzibati orqanın praktikasına güvənərək hərəkət edir və əldə etdiklərini onun əsasında istifadə edir. Torpaq Məcəlləsinə uyğun olaraq onun qanuni istifadəsində olan əm lakın altında yerləşən torpaq sahəsi onun öz istifadəsinə əvəzsiz verilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ 15.«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarə də və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanun la müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 23.1. qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 16. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 1.Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 17.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yeni dən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəməd ə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhk əməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 18.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 19.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 24.Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri, 3-cü Xrebtovi 129/110, 87 saylı yaşayış evinin özəlləşdirilərək, üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması, aparılmış dəyişiklikləri qeyd etməklə reyestrdən çıxarışın verilməsindən ibarətdir. 25.İş üzrə müəyyən edilmişdir k i, xx.xx.2005-ci il tarixli orderə əsasən iddiaçıya ümumi sahəsi 114.4 kv.m olan 5 otaqlı mənzil verilmişdir. Lakin sonradan həmin mənzilin üzərində əlavə tikinti işləri aparılmış, nəticədə ümumi sahəsi 457.0 kv.m, yaşayış sahəsi 171.9 kv.m. olan ikimərtəbəli və mansard mərtəbəsindən ibarət ayrıca tikili formalaşmışdır. 26.Bununla belə, iddiaçı tərəfindən həmin əlavə tikiliyə münasibətdə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, tikintinin istismara qəbul aktı kimi hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.1 maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş, icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hü ndürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı hüququn qeydiyyata alınması üçün əsasdır. İddiaçı isə həmin sənədləri təqdim etməmişdir. 27.İş materiallarından müəyyən olunur ki, mübahisəli tikili dövlət mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir və həmin torpaq sahəsi iddiaçının mülkiyyətində, icarəsində və ya istifadəsində olmamışdır. İddiaçı tərəfindən təqdim edildiyi bildirilən 07 iyul 2005-ci il tarixli razılıq məktubunun məzmununa görə isə, yalnız qəza vəziyyətində olan evin təmir və bərpasına icazə verilməsi nəzərdə tutulmuş, əlavə mərtəbələrin və ya yeni tikilinin istismara qəbul edilməsi müəyy ən edilməmişdir. 28.Kollegiya həmçinin nəzərə alır ki, iddiaçı 114.4 kv.m. sahəsi olan ilkin mənzildə yenidənqurma işləri aparmış, mərtəbələrarası pilləkənlər inşa etmişdir ki, bununla bağlı nə icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi olmuş, nə də həmin tikililər istismara qəbul edilmişdir. Bu barədə sənədlərin mövcudluğu iş materialları ilə təsdiq edilmir. 29.Əlavə olaraq, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan 87 saylı evin sonuncu balansa götürmə sənədindən açıq şəkildə görünür ki, həmin ev vaxtilə cəmi 114,4 kv.m. sahədə balansa qəbul edilmişdir. Hazırkı mərhələdə isə iddiaçı tərəfindən adına özəlləşdirilməsi tələb olunan 87 saylı evin ölçüləri artmış, ümumi sahəsi 457,0 kv.m.ə çatdırılmışdır. Bu barədə apellyasiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, “Doğrudur ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Lakin göründüyü kimi, xx.xx.2005-ci il tarixli orderdə qeyd olunan daşınmaz əmlakda, yəni sahəsi 114.4 kv.m. olan 5 (beş) otaqlı mənzildə iddiaçı yenidənqurma işləri aparsa da, bununla bağlı müvafiq qurumdan icazə ilə bağlı hər hansı sənəd təqdim etmədiyindən məhkəmə Kollegiyası iddianın qismən- sahəsi 114.4 kv.m olan 5 (beş) otaqlı mənzilə çıxarışın verilməsi hissəsində d ə iddianı əsaslı hesab etmir.” 30.Apellyasiya məhkəməsi bu zaman gəldiyi qənaətini həm də Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 07 iyul 2005-ci il tarixli razılıq məktubunun yalnız qəza vəziyyətinə düşmüş evin təmir və bərpa edilməsinə icazə verilməsi haqqında olması ilə əsaslandırmışdır. 31.İş üzrə iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmasını tələb etdiyi 87 saylı evin altındakı torpaq sahəsi üzərində hər hansı mülkiyyət, istifadə və ya digər əşya hüququnun mövcudluğunu təsdiq edən sübut mövcud deyildir. Təqdim edilmiş sənədlər yalnız 114,4 kv.m. sahənin balansa götürülməsini təsdiq edir ki, bu hal da torpaq sahəsi üzərində müstəqil hüququn yaranmasını və ya daha geniş ərazini əhatə etməsini ehtiva etmir. 32.Bununla belə məhkəmə kollegiyası onu da qey d edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.1-ci maddəsi əvəzinə, 8.0.9.2-ci maddəsinə istinad olunsa da, bu hal məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə “pozuntu” sayılmadığı üçün məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 96.7-ci maddəsinin tələbləri nəzərə alınmaqla şikayəti təmin etmir və hesab edir ki, şikayətin dəlilləri məhkəmə qərarının ləğv edilib iddianın təmin olunması üçün əsas yaratmır. 33.Buna görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 34.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 2-1(103)-466/2025 nömrəli 27 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.