Məhkəmə qərarları › İş №2-1(102)-2949/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2949/2025

09.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2949/2025 09.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi; işin hallarının araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ər azi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınması” tələbinə dair iş üzrə Bakı Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2025-ci il tarixli, 2-1(103)-87/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Əzizbəyov rayonu Şüvəlan Bələdiyyəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.2004-cü il tarixli 43 №-li sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yaşayan İddiaçı Şüvəlan qəsəbəsində ev tikmək üçün 1000 kv. metr torpaq sahəsi ayrılmış, bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi ilə “Satıcı” Əzizbəyov rayonu Şüvəlan Bələdiyyəsi “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq, Şüvəlan Bələdiyyəsinin 43 saylı qərarı əsasında Bakı şəhəri Əzizbəyov rayonunda yerləşən ümumi sahəsi 1000 kv.m olan torpaq sahəsini “Alıcı” İddiaçı satmışdır. Satılan torpaq sahəsi “Fərdi ev tikmək” məqsədilə alıcının mülkiyyətinə verilmişdir (müqavilənin 1.4-cü bəndi).

2. Əzizbəyov rayonu, Şüvəlan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 43 saylı sərəncamına əsasən, Şüvəlan qəsəbəsində İddiaçı ayrılmış torpaq sahəsinin cizgi və xəritədən çıxarışı tərtib olunmuşdur. Cizgi və xəritədən çıxarış Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsinin nümayəndəliyi və Şüvəlan Bələdiyy əsinin sədri tərəfindən təsdiq olunmuşdur.

3. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh 03 mart 2022-ci il tarixdə müraciətə cavab olaraq bildirmişdir ki, təqdim edilmiş bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqavilələri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şüvəlan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 43 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində onun mülkiyyətinə verilmiş 1000 kv. metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şüvəlan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 43 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində ev tikmək üçün 1000 kv. metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair onunla bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Eyni zamanda Şüvəlan Bələdiyyəsi tərəfindən torpaq sahəsini n cizgisi tərtib edilərək, ona təqdim edilmişdir. Torpağı aldığı vaxtdan istifadə edir. Həmin torpağa dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu məsələnin müsbət həllindən imtina etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 26 aprel 2022-ci il tarixli, 21(112)-7438/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

7. Cavabdehin iddia ərizəsinə etirazının əsası imtina məktubu ilə eynilik təşkil etmişdir.

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********70 nömrəli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində, göstəri lən sahənin vahid elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyətində olduğu, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin şimal qonşularının kollektiv bağçılıq yoldaşlıq təsərrüfatlarına aid ərazilər olduğu qeyd edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 13 dekabr 2022-ci il tarixli, 21(112)-7438/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon Şüvəlan Bələdiyyəsinin “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2004-cü il tarixli 43 nömrəli sərəncamı ilə İddiaçı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində ayrılmış 1000 kv. metrdən ibarət torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, buna dair onun adına Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması üçün ona torpaq sahəsinin ayrılması barədə Şüvəlan Bələdiyyəsinin sərəncamını və eləcə də, həmin sərəncam əsasında bağlanmış xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsini, torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışı cavabdehə təqdim etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Şüvəlan Bələdiyyəsinin sərəncamı və eləcə də, həmin sərəncam əsasında bağlanmış xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi qüvvədədir. Qeyd olunmalıdır ki, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə həmin sərə ncamın hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sərəncam qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Bakı şəhər Əzizbəyov (Xəzər) rayon Şüvəlan Bələdiyyəsinin torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan xx.xx.2004-ci il tarixli, 43 saylı sərəncamı əsasında həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin sərəncam Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestr i haqqında” Qanunun 8.0.1-ci və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

11. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1660/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində ziddiyyətli məqamın aradan qaldırılması, həmçinin iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi, həmin torpaq sahəsinin Şüvəlan Bələdiyyəsinin torpaqlarına aid olub- olmamasının müəyyən edilməsi məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir.

13. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2023-cü il tarixli, 10/4814 nömrəli ekspert rəyində qərardadda qoyulmuş suallara cavab olaraq qeyd edilmişdir ki, İddiaçı iddia etdiyi Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şüvəlan qəsəbəsində onun mülkiyyətinə verilmiş 1000 kv.metr torpaq sahəsi faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşir və AR Torpaq Məcəlləsini, “Bələdiyyələrin statusu haqqında” AR Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, 19-cu maddəsinin 4-cü bəndini, 33-cü maddəsinin 3-cü bəndini, “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” AR Qanununun müvafiq tələblərini Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbə bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eski z cizgisini, o cümlədən təqdim olunan torpaq sahəsinin baxış zamanı əldə olunan texniki parametrləri ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbə bələdiyyəsi tərəfindən tərtib olunmuş cizginin üst-üstə düşdüyünü nəzərə alaraq, İddiaçı ayrılmış torpaq sahəsinin, həmin torpaq sahəsi ayrılan zaman (xx.xx.2004-cü il) Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şüvəlan Bələdiyyəsinə məxsus ərazinin hüdudları daxilində yerləşdiyi və Şüvəlan Bələdiyyəsinin mülkiyyətində olduğu müəyyən edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə (məruzəçi), K.H.Əkbərov və R.Ə.Səmədov) 24 avqust 2023-cü il tarixli, 2-1(103)1660/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-1(112)-7438/2022 nömrəl i qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, ekspert rəyi ilə cavabdehin “torpaq sahəsinin dövlət mülkiyyətində olması” dəlili əsassızdır, belə ki, ekspert rəyi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin, həmin torpaq sahəsi ayrılan zaman Şüvəlan Bələdiyyəsinə məxsus ərazinin hüdudları daxilində yerləşməsi və Şüvəlan Bələdiyyəsinin mülkiyyətində olması müəyyən edilmişdir. Bundan əlavə, qeyd olunan torpaq sahəsinin şimal qonşularının kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatına aid ərazilərin olması inzibati akt əsasında iddiaçının satın aldığı və sahiblik, istifadə etdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasına maneə olan hal (imtina əsası) hesab edilə bil məz.

16. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ( hakimlər: R.S.Nəbizadə (məruzəçi), S.Ə.Kərimov və Z.M.Quliyevdən ibarət tərkibdə) 24 yanvar 2024-cü il tarixli, 2-1(102)-217/2024 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2023-cü il tarixli, 2-1(103)-1660/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

18. Qərar onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi ekspert və mütəxəssis rəylərini qarş ılıqlı şəkildə müqayisə etdikdən sonra bu qənaətə gəlmişdir ki, ekspert rəyi əsaslıdır. Lakin apellyasiya instansiyası məhkəməsi mütəxəssis rəyi ilə razılaşmama səbəblərini qərarda göstərməmiş, ekspert rəyi ilə mütəxəssis rəyi arasında kəskin ziddiyyətlərin olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi rəy vermiş mütəxəssis və eksperti məhkəməyə dəvət edib ziddiyyətin aradan qaldırılmasını, eləcə də təkrar ekspertiza təyin edilməsi məsələsini müzakirə etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ziddiyyətli halların aradan qaldırılması məqsədi ilə işə təkrar baxan apellyasiya məhkəməsi tərəfindən müvafiq sorğular verilməli və həmin torpaq sahəsinin bələdiyyəyə təhvil verilən torpaq sahələrinə aid olub-olmaması yoxlanılmalıdır. Bundan əlavə, torpaq sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən ərazinin elektron kadastr baza məlumatlarına baxış keçirilməli, həmin məlumatlar kağız formatında tələb edilib işə əlavə olunmalı, torpaq sahəsinin dövlət mülkiyyətində, yaxud bələdiyyəyə məxsus olması, ümumi istifadə edilməsi üçün nəzərdə tutulan ərazidə yerləşməsi yoxlanılmalı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətindən məlumatlar əldə edilməlidir. Bu səbəbdən də, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman qeyd edilən hallar araşdırmalı, aparılan araşdırmalar nəticəsində mübahisə predmeti olan torpaq sahəsinə zərurət olduqda tərəflərin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin müəyyən etdiyi mütəxəssis və ekspertin iştirakı ilə birgə baxış keçirməli, ərazinin sxemi tərtib edilib işə əlavə edilməlidir. ç) apellyasiy a instansiyası məhkəməsində ikinci icraat

19. Təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-217/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarındakı hüquqi göstərişlərə uyğun olaraq məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/7253 saylı ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı iddia etdiyi Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şüvəlan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 43 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində onun mülkiyyətinə verilmiş 1000 kv.metr torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilmişdir. xx.xx.2004-cü il tarixli “Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi”nə əsasən, İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin “Bələdiyyənin statusu haqqında” “Bələdiyyə əraziləri və Torpaqları haqqında” və “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq ayrılmasını, eyni zamanda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbə bələdiyyəsi tərəfindən İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin tərtib olunmuş torpaqayırma cizgisinin faktiki naturaya uyğun olmasını nəzərə alaraq, İddiaçı ayrılmış torpaq sahəsinin həmin torpaq sahəsi ayrılan zaman (xx.xx.2004-cü il) Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şüvəlan Bələdiyyəsinə məxsus ərazinin hüdudları daxilində yerləşdiyi və mülkiyyətində olduğu müəyyən edilmişdir. Şüvəlan bələ diyyəsinin hal - hazırda mövcud olan bələdiyyə xəritəsi təqdim olunmadığından, həmin torpaq sahəsinin hazırda bələdiyyə mülkiyyətinə aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı iddia etdiyi torpaq sahəsi ilə Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şüvəlan Bələdiyyəsinin xx.xx.2004- cü il tarixli 43 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində onun mülkiyyətinə verilmiş 1000 kv.metr torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şüvəlan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 43 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində İddiaçı ayrılan torpaq sahəsinin naturada mişar daşı ilə hasarlanaraq onun istifadəsində olmasını və “kadastrportali.az” kadastr portalında qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şüvəlan qəsəbəsində İddiaçı mülkiyyətinə verilmiş 1000 kv.metr torpaq sahəsinin başqa hüquqi və ya fiziki şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova (məruzəçi), C.B.Məmmədov və P.A.Hüseynov) 27 may 2025-ci il tarixli, 2-1(103)-87/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7438/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur.

21. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 21.1. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisəyə mahiyyəti üzrə baxarkən, ətraflı araşdırma aparmadan iddianın təmi n edilməsi barədə qərar qəbul etmişdir. Belə ki, iş üzrə ekspert rəyi tam aydın olmasa da və mütəxəssis rəyi ilə tam uzlaşmasa da, məhkəmə kollegiyasının iclasında ekspertin ifadəsi ilə müəyyən edilmişdir ki, elektron kadastr sistemində və “Kadastrportalı.az” saytında da həmin ərazi ayrıca bələdiyyə sahəsi kimi göstərilməyib. Belə ki, mütəxəssis X2 izahatında bildirmişdir ki, mütəxəssis rəyində qeyd olunduğu kimi, rəydə göstərilənlər elektron kadastr mərkəzinin verdiyi məlumatlara əsasən qeyd olunub. Elektron kadastrlar Bakı Şəhər İcra Hakimiyyəti və Əmlak Xidməti tərəfindən təsdiq olunmuşdur və həmin kadastr məlumatlarına əsasən həmin ərazinin Bağlar ərazisində yerləşdiyi məlum olmuşdur. Həmin ərazi bələdiyyə torpaqlarına aid deyil. 21.2. Təkrar apellyasiya baxışı zamanı Şüvəlan Bələdiy yəsinin mülkiyyətinə torpaq sahəsi verilməsinə dair xəritənin təqdim edilməsinə dair məhkəmə sorğusuna cavab olaraq, Şüvəlan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Şüvəlan Bələdiyyəsinə xəritənin təhvil verilmədiyi bildirilmişdir. Həmçinin, Şüvəlan Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsinə dair ayrıc aktının məhkəməyə təqdim olunması barədə məhkəmənin sorğusuna cavab olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubu ilə Şüvəlan Bələdiyyəsinin sənədləri və ayrıc aktlarının İcra Hakimiyyətinin arxivində aşkar edilmədiyi bildirilmişdir. 21.3. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli sorğu göndərilərək Əzizbəyov rayonu Şüvəlan Bələdiyyəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.2004-cü il tarixli 43 nömrəli sərəncamı ilə İddiaçı Şüvəlan qəsəbəsində ev tikmək üçün ayrılmış 1000 kv. metr torpaq sahəsinin, yəni iddia olunan torpaq sahəsinin dövlət mülkiyyətində olduğu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddia edildiyindən, həmin torpaq sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən ərazinin elektron kadastr baza məlumatlarının kağız formatda məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Həmin sorğuya xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən, mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olduğu istinad edilən vahid elektron kadastr bazasından çıxarış məhkəməyə təqdim edilmişdir. 21.4. Bundan başqa, təkrar apellyasiya baxışı zamanı m əhkəmə sorğu göndərərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən hazırkı iş üzrə iddiaçının iddia etdiyi 1000 kv.metr torpaq sahəsinə qonşu torpaq sahələrinə dair verilmiş çıxarışların və həmin çıxarışlara əsas olan sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə 65 vərəqdən ibarət, iddiaçının iddia etdiyi 1000 kv.metr torpaq sahəsinə qonşu torpaq sahələrinə dair verilmiş çıxarışların və həmin çıxarışlara əsas olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərdən müəyyən olunmuşdur ki, qonşu torpaq sahələrinə dair çıxarışların verilməsinə əsas olan sənədlər bələdi yyə qərarları deyil, X1 və İstismarı Birliyinin bağların istifadəyə verilməsinə dair müqavilələridir. 21.5. Beləliklə, iddiaçı Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon Şüvəlan Bələdiyyəsinin “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2004-cü il tarixli 43 nömrəli sərəncamı ilə ona Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində ayrılmış 1000 kv. metrdən ibarət torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etsə də, iddia etdiyi 1000 kv. metrdən ibarət torpaq sahəsinin Şüvəlan Bələdiyyəsinə ayrılmış torpaq sahələrinə deyil, dövlət mülkiyyətində olan torpaq sahələrinə aid oldu ğu müəyyən edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

22. Məhkəmə kollegiyası ekspert və mütəxəsssis rəyini qarşılıqlı tədqiq edərək o nəticəyə gəlmişdir ki, ekspert rəyi tam aydın olmasa da və mütəxəsssis rəyi ilə tam uzlaşmasa da, məhkəmə kollegiyasının iclasında ekspertin ifadəsi ilə müəyyən edilmişdir ki, elektron kadastr sistemində və “Kadastrportalı.az” saytında da həmin ərazi ayrıca bələdiyyə sahəsi kimi göstərilməyib. Belə ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni heç bir qanunvericiliyə istinad etməklə əsaslandırmamış və eləcə fərziyyələrlə cavabdeh inzibati orqanın mütəxəssis rəyini əsas götürmüşdür. Belə ki, ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbləri aydınlaşdırılmalıdır. Məhkəmə öz qərarında və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Apellyasiya instansiyası məhkəməsi mütəxəssis rəyi ilə ekspert rəyinin qarşılıqlı tədqiqi nəticəsində ekspert rəyini iş üzrə digər sübutlarla birgə qiymətləndirərək, mötəbər sübut kimi qəbul etməmiş və ekspertin rəyi ilə məhkəmənin razılaşmaması qərarda əsaslandırılmamışdır. Bu isə onu sübut edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar prosessual qaydalara uyğun olaraq qəbul edilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilmə mişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin tə min edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən – apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

28. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan hallarına əsasən, iddiaçıya bələdiyyə qərarı əsasında torpaq sahəsi satılmışdır və onun hüquqi marağı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə aldırmağa nail olmaqdır.

29. Tərəflər arasında mübahisə və aşağı insta nsiya məhkəmələrinin araşdırma predmetini bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinin dövlət, yaxud bələdiyyə mülkiyyətində olması təşkil edir.

30. İşə ilk dəfə baxan kassasiya instansiyası məhkəməsinin məhkəmə tərkibi torpaq sahəsinin bələdiyyəyə təhvil verilən torpaq sahələrinə aid olub-olmaması istiqamətində müvafiq araşdırma aparılmalı olması ilə bağlı göstərişlər vermişdir. Təkrar apellyasiya baxışında məhkəmə bu istiqamətdə müəyyən araşdırmalar aparsa da, məhkəmə kollegiyası bu araşdırmaları iş üzrə nəticəyə gəlmək üçün yetərli hesab etmir.

31. Belə ki, yuxarıda qeyd edildiyi kimi, mübahisənin həlli torpaq sahəsinin dövlət, yaxud bələdiyyə mülkiyyətində olmasının müəyyən edilməsindən asılıdır.

32. Məlumdur ki, ölkədə bələdiyyələr 1999-cu il 02 iyul tarixli Azərbaycan Res publikasının Qanunu ilə yaradılmışdır. Həmin Qanunun 2-ci maddəsində verilən anlayışa əsasən, bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur. Həmin Qanunun 54.1-ci maddəsinə əsasən, dövlət yerli əhəmiyyətli məsələlərin həlli üçün zəruri olan torpaq payı və dövlət mülkiyyəti obyektlərini bələdiyyələrin mülkiyyətinə verir. 33. “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq bələdiyyələrin mülkiyyətinə verilən dövlət əmlakı bələdiyyə əmlakının yaranması mənbələrindən biridir. Həmin Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən, bələdiyyə mülkiyyətinə torpaqların verilməsi “Bələdiyyə lərin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir. 34. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən isə bələdiyyələrin siyahısı təsdiq edilmiş və bələdiyyələrin əraziləri bu siyahıya uyğun müəyyənləşdirilmişdir. Həmçinin, həmin maddəyə əsasən, bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. Bundan əlavə, həmin Qanunun 2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər, habelə sənədlərin hazırlanması və torpaqların bələdiyyələrə təhvil verilməsi müddəti icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. 35. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1999-cu il tarixli Fərmanının 2-ci hissəsinə əsasən, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Qanunun 2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “müvafiq ic ra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (ilkin redaksiyada Dövlət Torpaq Komitəsi, daha sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi) və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. 36. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır.

37. Həmin Qanunun 4-cü maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilin də səlahiyyətləri sadalanmışdır.

38. Yuxarıda qeyd edilənlərə əsasən belə nəticə hasil olur ki, respublika ərazisində bələdiyyələr yaradılanadək torpaq üzərində iki növ mülkiyyət mövcud idi: dövlət və xüsusi mülkiyyət. Bələdiyyələrin yaradılması ilə dövlət mülkiyyətindəki torpaqların bir hissəsi onlara ayrıldı. Başqa sözlə, bələdiyyə torpaq fondu dövlət torpaq fondu əsasında formalaşmışdır.

39. Hazırkı halda, təkrar apellyasiya baxışında aparılan araşdırma zamanı həm bələdiyyə, həm də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bələdiyyəyə ayrılmış torpaq sahələrinə dair xəritələrin və ayrıc aktlarının mövcud olmadığı bildirilsə də, bu mövqe mövcud qanunvericilik, hüquqi məntiq və dövlət idarəçiliyi prinsipləri baxımından əsaslı hesab edilə bilməz.

40. Belə ki, Azərbaycan Respublikasında bələdi yyələr 2 iyul 1999-cu il tarixli Qanunla yaradılmış və həmin Qanunun 2-ci maddəsinə əsasən bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması kimi tanınmışdır. Bu anlayışın özündə artıq bələdiyyənin konkret əraziyə malik olması, həmin ərazi daxilində səlahiyyətlərini həyata keçirməsi və mülkiyyətinin mövcudluğu hüquqi aksiom kimi təsbit olunur. Həmin Qanunun 54.1-ci maddəsinə əsasən, dövlət yerli əhəmiyyətli məsələlərin həlli üçün zəruri olan torpaq payını və dövlət mülkiyyəti obyektlərini bələdiyyələrin mülkiyyətinə verir. Bu norma bələdiyyə mülkiyyətinin təsadüfi deyil, dövlət tərəfindən məqsədli və hüquqi prosedur əsasında formalaşdırıldığını göstərir. Dövlət tərəfindən verilən torpaq payı isə mütləq şəkildə müəyyən edilmiş hüdudlara, sənədlərə və planlaşdırma materiallarına əsaslanmalıdır. 41. “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Qanunun 3-cü maddəsi bələdiyyə əmlakının formalaşma mənbələrindən biri kimi dövlət əmlakının bələdiyyə mülkiyyətinə verilməsini nəzərdə tutur. Eyni Qanunun 1-ci maddəsinin ikinci hissəsi isə torpaqların bələdiyyə mülkiyyətinə verilməsinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna uyğun həyata keçirilməli olduğunu açıq şəkildə müəyyən edir. Bu isə o deməkdir ki, torpaqların bələdiyyələrə verilməsi mexanizmi xəritə, plan, yerquruluşu və təhvil-təslim sənədləri olmadan mümkün deyil. 42. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əsasən bələdiyyələrin siyahısı və əraziləri təsdiq edilmiş, bələdiyyə ərazilərinin hüdudlarının müəyyən edilməsi isə bələdiyyə mülkiyyətin ə verilmiş torpaq sahələrinin müvafiq inzibati ərazi vahidinin sahəsinə əlavə edilməsi yolu ilə aparılmışdır. Qanunun 2-ci maddəsi açıq şəkildə müvafiq icra hakimiyyəti orqanının bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri üzrə şəhərsalma və yerquruluşu sənədlərini hazırlayaraq, torpaq növlərini, ölçülərini və hüdudlarını göstərməklə bələdiyyələrə təhvil verməli olduğunu təsbit edir. Bu tələbin özü xəritə və plan sənədlərinin mövcudluğunu hüquqi zərurətə çevirir. 43. 1999-cu il 24 dekabr tarixli Prezident Fərmanı ilə bu səlahiyyətlərin müvafiq dövlət orqanları tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. Bu isə dövlətin torpaq münasibətləri sahəsində nəzarətçi və tənzimləyici rolunu bir daha təsdiqləyir. Dövlətin bu sahədə maraqlı olduğu və prosesin müvafiq sən ədləşmə olmadan aparılmasının mümkün olmadığı aydın görünür. 44. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqları hesab olunur. Bu normanın tətbiqi üçün də torpaq fondunun bölgüsünü əks etdirən dəqiq uçot və xəritə məlumatları zəruridir. Əks halda, hansı torpağın dövlətə, hansının bələdiyyəyə aid olduğunu müəyyən etmək mümkün olmaz. Bu baxımdan, bələdiyyə və icra hakimiyyəti orqanlarının “bələdiyyəyə ayrılmış torpaq sahələrinə dair xəritə və aktların olmaması” barədə mövqeyi hüquqi baxımdan qəbul edilə bilməz. Əgər belə sənədlər mövcud deyilsə, o halda Şüvəlan bələdiyyəsi və Xəzər Rayon İcra Hakimiyyəti 1 999-cu ildən bu günədək torpaq münasibətlərini necə tənzimləmiş, torpaq satışı, icarəsi, məqsədli istifadə və planlaşdırma səlahiyyətlərini hansı hüquqi əsasla həyata keçirmişdir sualı ortaya çıxır. Bu isə hüquqi müəyyənlik, hüquqi təhlükəsizlik və dövlət idarəçiliyinin davamlılığı prinsiplərinə ziddir.

45. Başqa sözlə, yuxarıda qeyd edilən qanunvericilik aktlarının icrası istiqamətində dövlət orqanları tərəfindən görülən işlərin nəticəsi mütləq ki mövcuddur və 1999-cu ildən indiyədək icra hakimiyyəti və bələdiyyə tərəfindən torpaq sahələrinin istifadəyə, icarəyə və mülkiyyətə ayrılması zamanı torpağın kimin mülkiyyətində olması ilə bağlı məsələ müvafiq dövlət orqanlarında aparılan inzibati icraatın predmeti olmuşdur. Eyni zamanda, cavabdeh də ötən dövr ərzində Şüvəlan bələdiyyəsi tərəfind ən verilən inzibati aktlardan irəli gələn hüquqların qeydiyyatı zamanı torpağın mülkiyyətçisi ilə bağlı məsələni hansısa qaydada araşdırmışdır.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mövcud qanunvericilik və hüquqi məntiq onu göstərir ki, bələdiyyə torpaqlarının hüdudlarını, növlərini və mənsubiyyətini müəyyən edən xəritə və yerquruluşu sənədlərinin mövcud olmaması mümkün deyil. Bu sənədlərin olmaması ilə bağlı verilən cavablar onların mövcud olmaması ilə bağlı deyil, “təqdim edilməmə”si ilə bağlı ehtimal yaradır.

47. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan qanunvericilik aktlarının icrası istiqamətində Şüvəlan Bələdiyyəsinə ayrılan (ayrılmalı olan və ya ayrılması nəzərdə tutulan) torpaqların sərhədləri ilə bağlı ətraflı araşdırma aparılmalıdır. Cavabdeh kadastr məlumatlarına əsasən hansı ərazilərin Şüvəlan Bələdiyyəsinin aid olduğu və həmin məlumatların hansı normativ sənədlər əsasında daxil edildiyi barədə məlumatları verməli, belə məlumatlar olmadığı halda, bugünədək Şüvəlan bələdiyyəsinin inzibati aktlarından irəli gələn hüquqların qeydiyyatı zamanı bu məsələnin hansı qaydada həll edilməsi ilə bağlı inzibati praktikasını bildirməlidir.

48. Yalnız qeyd edilən məsələlərin araşdırılması ilə mübahisəli ərazinin dövlət, yaxud bələdiyyə mülkiyyətində olması ilə bağlı nəticəyə gəlmək olar.

49. Həmçinin o da nəzərə alınmalıdır ki, torpaqların elektron kadastrında müvafiq ərazinin dövlət torpağı kimi göstərilməsi həmin torpağın dövlət mülkiyyətində saxlanılan və bələdiyyəyə ayrılması nəzərdə tutulmayan torpaq sahəsi olması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas verməməlidir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, bələdiyyələrin torpaq fondu dövlət torpaqları mənbəyi hesabına formalaşmışdır ki, elektron kadastra müvafiq dəyişikliklərin edilməməsi indiki halda iddiaçının təqsiri deyildir və bu hal, onun ziyanına şərh oluna bilməz.

50. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2025-ci il tarixli, 21(103)-87/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar