Məhkəmə qərarları › İş №2-1(102)-295/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-295/2021

03.02.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-295/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Nərimanov rayon Məşğulluq Mərkəzinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Nərimanov rayon M əşğulluq Mərkəzinə (bundan sonra cavabdeh) qarşı “iddiaçıya kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1068/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı həbsdən buraxıldıqdan sonra işlə təmin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən x xxxxxx 2015-ci il tarixdə işaxtaran kimi qeydə alınmış, əmək bazarında mövcud iş yerləri barədə məlumatlandırılmış və ona “SOCAR” Ekologiya İdarəsində laborant vəzifəsi (ə/h 380 manat), Biləcəri Bələdiyyəsində nəzarətçi vəzifəsi (ə/h 200 manat) təklif olunmuş, lakin maaşın azlığı, işin uzaqlığı və sair səbəblərdən iddiaçı həmin vəzifələrdən imtina etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1894/2018 saylı, x xxxx 2018-ci il tarixli qərarı ilə iddiaçının yaşı nəzərə alınmaqla onun işlə təmin olunması barədə müraciətinə yenidən baxılması vəzifəsi cavabdehə həvalə olunmuşdur.

3. Cavabdehin xx xxxxxxxx 2018-ci il tarixli məktubunda qeyd olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxx 2018-ci il tarixli qərarının icrası ilə bağlı cavabdeh iddiaçıya bir neçə iş yeri təklif etmiş, iki iş yeri üzrə ona hətta göndəriş verilmiş, digər təklif olunan iş yerləri üzrə iddiaçı onun üçün münasib olmadığını bildirib imtina etmişdir. Mövcud qanunvericiliyə uyğun olaraq Məşğulluq Mərkəzi vətəndaşlara əmək bazarında mövcud olan vakant iş yerlərinə göndəriş verərək həmin iş yerində və təndaşın məcburi işlə təmin olunmasını tələb etmək səlahiyyətində deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, hüquq mühafizə və məhkəmələrin qanunsuz hərəkətləri nəticəsində 4 il 3 ay 18 gün həbsdə saxlanıldıqdan sonra nəhayət Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə bəraət alaraq azadlığa buraxılmışdır. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 8-ci maddəsini rəhbər tutub aidiyyəti üzrə Dövlət Məşğulluq Xidmətinə müraciət etmişdir. Nəhayət uzun-uzadı şikayətlərdən sonra Dövlət Məşğulluq Xidmətinin Nərimanov r ayon Məşğulluq Mərkəzi qanunu pozub onu dərhal işlə təmin etmək əvəzinə müvəqqəti işaxtaran şəxs kimi qeydə almışdır. Qeydə alarkən onu bilərəkdən bəraət almış şəxs kimi yox, cəzaçəkmə müəssisəsindən buraxılmış şəxs kimi qeydə almışlar. Qurumun məqsədi işsiz saxlayarkən ona işsizlik müavinəti verməmək olmuşdur. Məqsədə uyğun da etdilər. Çoxsaylı müraciətlərə əhəmiyyət vermədilər. O, məcbur qalib məhkəməyə müraciət etmişdir. Məhkəmənin gedişində ona Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Ekologiya İdarəsində iş təklif edilmişdir, o isə razılaşmışdır. Lakin onu işə götürməmişlər. Bakı şəhəri Yaşıllaşdırma Birliyinə bağ fəhləsi işi təklif etmişlər, o, yenə də razılaşmışdır. Bu dəfə də, əmək kitabçasının olmamasını bildirib, işə qəbul etməmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi M əhkəməsinin qərarı ilə onun iddiası qismən təmin edilmiş, onun yaşına uyğun işlə təmin olunması öhdəliyi Xidmətin Nərimanov rayon Məşğulluq Mərkəzinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarı icra olunmadığından, məhkəmə 2 dəfə xəbərdarlıq məktubu göndərmişdir. Bu dəfə isə, ona “xxxx” Tikinti Şirkətində fəhlə işi təklif olunmuşdur. İş ağır olduğundan yaşına uyğun olmadığından, o (iddiaçı), həmin iş yerinə getməkdən imtina etmişdir. O, 5 ilə yaxın işsiz saxlanıldığı üçün kompensasiya tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etmişdir. Bu dəfə hakim öz qərarının ziddinə olaraq qərar qəbul etmişdir ki, guya o (iddiaçı), təklif olunan bütün işlərdən bilərəkdən imtina etmişdir. Odur ki, onu iddiası təmin olunmamışdır. Apellyasiya şikayəti isə, Bakı Apellyasiya Məhkəməsinin qərar ı ilə əsassız olaraq təmin edilməmişdir. Hakim şikayəti təmin etməmək üçün əsassız olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.5ci maddəsinə istinad etmişdir. Bundan sonra, o, kassasiya şikayəti vermiş və kassasiya şikayəti xx xxxx 2019-cu il tarixdə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərar ləğv edilmiş, iddia isə mümkün sayılmamışdır. İddiaçı kompensasiya tələbi ilə bağlı ilkin olaraq məşğulluq mərkəzinə müraciət etməli idi. O, Ali Məhkəmənin göstərdiyi nöqsanı aradan qaldırmaq üçün x xxxx 2019-cu il tarixdə aidiyyəti üzrə müraciət etmişdir. X2 müraciətinə cavab vermir. 40 gündən artıqdır heç bir cavab almamışdır. Yəni, qurum kompensasiya verməkdən imtina edir. Odur ki, məhkəmədən xahiş edir ki, iddia ərizəsini təmin edib ona kompe nsasiya verilməsi təmin olunsun. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(82)-3290/2019 saylı iş) x xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının tələbi mahiyyətcə “kompensasiyanın ödənilməsi” olsa da, konkret olaraq kompensasiyanın “maddi” və ya “mənəvi” ziyan kimi tələb olunması aydın olmur. İddiaçı məhkəmə icraatında şifahi şəkildə də bunu ifadə etməmişdir. Lakin bununla belə, məhkəmə hər iki kompensasiya tələbinə hər iki aspektdə qiymət verərək, vurğulayır ki, hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin qanunsuz sayılması, eləcə də bu hərəkət və ya hərəkətsizliklər nəticəsində dəymiş həm maddi, həm də mənəvi ziyanın nədən ibarət olması və bu zərərin n ədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim edilməmiş, habelə göstərilən zərərin iddiaçıya vurulması məhkəmədə işin hər hansı halı ilə sübuta yetirilməmişdir.

7. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X4-məruzəçi, X8 və X5, 2-1(103)1068/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin x xxxxxx 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

9. İddiaçı xx xxxxxx 2020-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

10. Dəfələrlə məşğulluq mərkəzinə müraciət etməsinə baxmayaraq, nə müvafiq işlə təmin etmiş, nə də kompensasiya vermişlər. Bu məqsədlə də onu əksinə, bəraət almış şəxs kimi deyil, cəzaçəkmə müəssisəsindən buraxılmış şəxs kimi qeydə almışlar. İddiaçı məşğulluq mərkəzinin hərəkətsizliyi nəticəsində illərlə işsiz qalmış, ona xeyli maddi və mənəvi ziyan vurulmuşdur ki, məhkəmədən həmin ziyanın ödənilməsini tələb edir. 11. “İnzibati icraat haqında” Qanunun 89-cu maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması barədə məhkəməyə şikayət verə bilər. Maddənin tələbindən görünür ki, inzibati orqa nın hərəkətsizliyi nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə həmin inzibati orqan qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır ki, inzibati orqanın hərəkətsizliyi nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə kompensasiyanın ödənilməsindən imtinaya dair qərarının mübahisələndirilməsini və kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilməlidir.

12. İddiaçı məşğulluq mərkəzinin onun hüquqlarını kobudcasına pozduğunu və bu haqda Bakı İnzibati məhkəməsinə təqdim etdiyi və məhkəmənin də həmin arayışları öz qərarında qeyd etdiyi x xxxx 2018-ci il tarixli iş № 2-l(82)1894/2018-saylı qərarı da əlavə etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişd ir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir.

15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 16. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvaf iq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

17. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (1100-cü maddə). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (1115-ci maddə). 18. “Məşğulluq haqqında” Qanun: Maddə 6.1. İşaxtaran üçün onun təhsili, ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi, səhhəti, təklif edilən iş yerinə ictimai nəqliyyatla gedib-gəlməsi mümkünlüyü nəzərə alınan iş münasib iş sayılır. 6.2. Münasib iş yerinin işaxtaranın yaşayış yerindən maksimum uzaqlığı ilə bağlı şərtlər həmin ərazidə nəqliyyat şəbəkəsinin imkanları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən müəyyən edilir. Maddə 9.1. Məşğulluq sahəsində şəxslər aşağıdakı hüquqlara malikdirlər: 9.1.1. fəaliyyət növü, peşə, məşğuliyyət və iş yerini sərbəst seçmək; 9.1.2. işəgötürənlərə bilavasitə müraciət etmək yolu ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) pulsuz vasitəçiliyi ilə və ya əmək yarmarkaları, əmək birjaları, kütləvi infor masiya vasitələrində və internet resurslarında elanlar verilməsi yolu ilə və qanunla qadağan edilməyən digər vasitələrlə iş yerini sərbəst seçmək; 9.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) məşğulluq növünü, iş yerini və iş rejimini seçmək məqsədi ilə pulsuz peşəyönümü məsləhətləri almaq, peşə hazırlığına və əlavə təhsilə cəlb olunmaq, habelə əmək bazarına dair məlumat əldə etmək; 9.1.4. əmək bazarında həyata keçirilən aktiv məşğulluq tədbirlərində iştirak etmək; 9.1.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) və yaxud onun vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyindən inzibati və ya məhkəmə qaydasında şikayət etmək. Maddə 10.1. Dövlət hər bir şəxsə əmək hüququnun həyata keçirilməsində aşağıdakı təminatları verir: 10.1.1. məşğulluq növünün, o cümlədən müxtəlif rejimli işin sərbəst seçilməsinə; (-). 10.2. Dövlət işaxtaranlara və işsiz şəxslərə aşağıdakı təminatları verir: 10.2.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vasitəçiliyi ilə münasib işin seçilməsinə və işədüzəlməyə köməklik göstərilməsinə; Maddə 14.1. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti (bundan sonra – işədüzəltmədə vasitəçilik fəaliyyəti) yalnız hüquqi şəxslər tərəfindən bu Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir. (-); 14.4. İşaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edirlər. 14.5. İşaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər toplanılmış informasiya ehtiyatlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin edirlər. 18.6. İşəgötürənlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə gəlmiş şəxsləri onlara bilavasitə müraciət etmiş şəxslərlə bərabər əsaslarla işə qəbul edirlər.

19. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli ara şdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məh kəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

20. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. O na görə də şikayət qəbul oluna bilən hesab edilir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İddiaçının əsas dəlili ondan ibarətdir ki, məhkəmə qərarı ilə onun işlə təmin edilməsi cavabdehə həvalə edilməsinə baxmayaraq cavabdeh nə onu işlə təmin etməmiş, nə də kompensasiya ödəməmiş dir.

24. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 25. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxx 2018-ci il tarixli qərarı ilə iddiaçının yaşı nəzərə alınmaqla onun işlə təmin olunması barədə müraciətinə yenidən baxılması vəzifəsi cavabdehə həvalə olunmuşdur.

26. Cavabdehin xx xxxxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, məhkəmə qərarının icrası ilə bağlı cavabdeh iddiaçıya bir neçə iş yeri təklif etmiş, iki iş yeri üzrə ona hətta göndəriş verilmiş, digər təklif olunan iş yerləri üzrə iddiaçı onun üçün münasib olmadığını bildirib imtina etmişdir.

27. Qanunu qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının yaşı nəzərə alınmaqla işlə təmin olunması barədə müraciətinə yenidən baxılması cavabdehə həvalə edilmiş, cavabdeh də “Məşğulluq ha qqında” Qanunun müddəaları həddində iddiaçının müraciətinə baxaraq ona iş yerləri təklif etmiş, bir neçə iş yeri üzrə hətta göndəriş vermiş, bununla da iddiaçını işlə təmin edilməsi ilə bağlı səlahiyyətləri daxilində vəzifəsini icra etmişdir.

28. Yuxarıda sadalanan hüquq normalarının görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

29. Hazırkı iş üzrə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları- cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri və ya hər əkətsizliyi, həmin hərəkət və ya hərəkətsizlik nəticəsində çəkdiyi zərər, bu zərərin nədə ifadə olunması, maddi və ya mənəvi zərərlə bağlılığına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

30. Cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkəti nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur.

31. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir.

32. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

33. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1068/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar