Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2954/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinənə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın alqı-satqısına əsasən sadələşdirilmiş verginin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması” tələbinə dair i ş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyun 2025-ci il tarixli, 2-1(103)2436/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AN-İ seriyalı ******* nömrəli 27 fevral 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X5 ünvan 1 ünvanında yerləşən, 0.06534 ha torpaq sahəsinin istifadəsində olan, ü/s 583,9 kv.m.-dən ibarət qeyri-yaşayış binasını (ictimai-iaşə obyektini) "xxxx" MMC-yə satmışdır. 2. 27 fevral 2020-ci il tarixli ödəniş tapşırığına əsasən, İddiaçı 19707 manat məbləğində pul vəsaitini Vergilər Nazirliyi Milli Gəlirlər Departamentinin hesabına ödəmişdir. 3. 31 may 2023-cü il tarixli müqavilənin ləğvinə dair müqaviləyə əsasən, AN-İ seriyalı ******* nömrəli 27 fevral 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə xitam verilmişdir.
4. AN-İ seriyalı ******* nömrəli 06 iyun 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X5 ünvan 1 ünvanında yerləşən, 0.06534 ha torpaq sahəsinin istifadəsində olan, ü/s 583.9 kv.m.-dən ibarət qeyri-yaşayış binasını X1. 5. 06 oktyabr 2023-ci il tarixli ödəniş tapşırığına əsasən, İddiaçı 19707 manat məbləğində pul vəsaitini Vergilər Nazirliyi Milli Gəlirlər Departamentinin hesabına ödəmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiyası məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 və X4 arasında xx.xx.2023-cü il tarixində bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə artıq ödənilmiş 19706,63 manat sadələşdirilmiş verginin ona qaytarılması ilə əlaqədar cavabdehin üzərinə düşən (qaydalara əsasən) öhdəliklərin icra olunması ilə əlaqədar onun üzərinə öhdəliyin qoyulmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 özünə məxsus olan ünvan 2 ünvanında yerləşən 0,06534 torpaq sahəsinin istifadəsində olan 583,9 kv.m. ibarət olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi məqsədilə alıcı "xxxx" MMC ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqavilənin 4 a) bəndinə əsasən, satıcı Emin Qarayevdən daşınmaz əmlakın təqdim edilməsinə görə ümumilikdə 19706,63 manat sadələşdirilmiş əmlak vergisi tutularaq büdcəyə ödənilmişdir. Müqaviləyə əsasən, ümumilikdə əmlakın qiyməti 900000 manat məbləğində müə yyənləşdirilmiş və ilk hissəsi 150000 manat alqı-satqı zamanı, qalan hissəsi isə xx.xx.2020-ci ilə qədər ödənilməli idi. Lakin sonradan, yəni xx.xx.2023-cü il tarixində həmin daşınmaz əmlakın alqı-satqı müqaviləsi tərəflərin qarşılıqlı razılığına əsasən ləğv olunmuş və bu haqda tərəflər arasında müvafiq xx.xx.2023-cü il tarixli “Müqavilənin ləğvinə dair” müqavilə bağlanmış və müqaviləyə əsasən, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilmişdir. Daha sonra xx.xx.2023-cü ildə əmlakın mülkiyyətçisi Emin Qarayev alıcı X4 ilə alqı-satqı müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən, yuxarıda qeyd edilmiş daşınmaz əmlakı ümumilikdə 880000 manata satmışdır. Həmin müqavilənin 4 a) bəndinə əsasən, ümümilikdə 19706,63 manat sadələşdirilmiş əmlak vergisi tutularaq büdcəyə ödənilsə də, b u vergi düzgün tutulmamışdır. Belə ki, bu müqavilə bağlandığı zaman əmlak vergisi tutulmalı deyildi. Çünki 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlandığı zaman əmlak vergisi ödənilmiş və həmin müqavilə 2023-cü ildə ləğv olunmasına baxmayaraq, yenidən bir əmlak üzrə təkrarən vergi tutularaq dövlət büdcəsinə ödənilmişdir. Yaranmış vəziyyətin bərpa olunması məqsədilə iddiaçı cavabdehə ilk dəfə hələ 2023-cü ildə ərizə ilə müraciət etmiş, müraciəti təmin edilməmiş, cavabdeh imtina məktubunda Vergi Məcəlləsinin 85.5-ci maddəsinə istinad edərək, verginin artıq ödənilməsindən (düzgün tutulmamasından) 3 il müddətin keçdiyini, həmçinin Qaydalarda nəzərdə tutulmuş ərizə forması ilə müraciət olunduqdan sonra müraciətə münasibət bildiriləcəyini qeyd etmişdir. Bundan sonra iddiaçı təkrarən müraci ət etsə də, müraciətləri təmin olunmamışdır. Beləliklə, cavabdeh üzərinə düşən vəzifələri yerinə yetirməkdən dolayı yolla boyun qaçırmışdır.
8. Cavabdeh iddia tələbinə yazılı etirazında bildirmişdir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli **********048200 saylı ərizə ilə artıq ödəmə ilə bağlı cavabdehə müraciət ünvanlanmış, xx.xx.2024-cü il tarixli **********302900 saylı məktubla müraciət cavablandırılaraq bildirilmişdir ki, iddiaçı tərəfindən daşınmaz əmlakın mülkiyyət sənədlərinin (alqı-satqı, ləğv müqaviləsi, şəxsiyyət vəsiqələri, çıxarış və sair) əlavə edilmədiyi üçün müraciətə baxılması mümkün olmamışdır. Həmçinin, qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət ediləcəyi təqdirdə, artıq ödəmənin qaytarılması məsələsinə qanunamüvafiq qaydada baxılacağı b ildirilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli, **********904800 nömrəli məktubla cavabdehə müraciət etmiş, 19706,63 manat sadələşdirilmiş vergi məbləğinin geri qaytarılması üçün 3 ildən çox müddət keçdiyindən həmin dövr üzrə müvafiq bəyannaməyə dəqiqləşdirilmiş hesabat verməyin mümkün olmadığını, şəxsi hesab vərəqəsində artıq ödəmənin yaradılmasına və artıq ödəmənin geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmiş, vergi orqanı tərəfindən bildirilmişdir ki, dəqiqləşdirilmiş bəyannamə verməyə münasibətdə müddət başa çatmışdır.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: E.A.Abdullayev) 19 fevral 2025-ci il tarixli, 21(112)-2220/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, X5 və X4 arasında xx.xx.2023-cü il tarixində bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən dövlət büd cəsinə artıq ödənilmiş 19706 (on doqquz min yeddi yüz altı) manat 63 (altmış üç) qəpik sadələşdirilmiş verginin dövlət büdcəsindən iddiaçıya qaytarılması ilə bağlı öhdəliklərin icrası (bununla bağlı rəy tərtib edilməsi) cavabdehə həvalə edilmişdir.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən vergi ödəyiciləri ödəmə dövründən sonra 5 il müddətində artıq ödənilmiş vergilərin dövlət büdcəsindən geri qaytarılmasını tələb edə bilərlər. X5 ilə Gülxar Məmmədova arasında müqavilə xx.xx.2023-cü ildə bağlanmış, iddiaçı isə bundan 5 il müddət keçməmiş həmin müqaviləyə əssən ödənilmiş sadələşdirilmiş verginin geri qaytarılması barədə cavabdehə müraciət etmiş, buna baxmayaraq cavabdeh iddiaçının müraciətinin təmin olunmasından əsassız imtina etmişdir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və E.Ə.Əliyev) 04 iyun 2025-ci il tarixli, 2-1(103)2436/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2-1(112)-2220/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, vergi ödəyiciləri ödəmə dövründən sonra 5 il müddətinə artıq ödənilmiş vergilərin dövlət bü dcəsindən geri qaytarılmasını tələb edə bilərlər. Cavabdehin imtinasının, apellyasiya şikayətinin dəlili dəqiqləşdirilmiş bəyannamə verməyə münasibətdə müddət axımının başa çatmasından ibarətdir. Belə ki, 3 ildən çox müddət keçdiyindən müvafiq dövr üzrə bəyannaməyə dəqiqləşdirilmiş hesabat vermək mümkün olmamışdır. Halbuki işdən göründüyü kimi, X5 ilə "xxxx" MMC arasında 27 fevral 2020-ci il tarixli müqavilə 31 may 2023-cü il tarixində ləğv edilmiş, sözügedən əmlak 06 iyun 2023-cü il tarixli müqavilə ilə X2 və həmin alqı-satqı müqaviləsinə əsasən 19706,63 manat vergi ödənilmişdir. İddiaçı hazırda əvvəlki müqavilənin ləğv edilməsi əsasından çıxış edərək alqı-satqı müqaviləsi üzrə ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə rəy verilməsini tələb edir. Cavabdeh inzibati orqan isə 20 20-ci il üzrə müqaviləyə əsasən ödənilmiş vergi məbləğinin geri qaytarılmasına dair dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsinin texniki cəhətdən mümkünsüz olması dəlilinə istinad edir. İddiaçı 27 fevral 2020-ci il tarixli müqavilənin 31 may 2023-ci il tarixində ləğv ediləcəyini əvvəlcədən bilə bilməzdi və artıq vergi məbləğinin yaranmasına da əsas məhz 2023-cü ildə baş vermişdir. Odur ki, 2020-ci il üzrə bəyannaməyə dəqiqləşdirilmə verilməsinin həyata keçirilə bilməməsi faktiki olaraq əsaslı iddia tələbinin təmin edilməsinə maneə ola bilməz.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlill əri
15. Cavabdeh kassasiya şikayətində işin hallarına və iddia tələbinə etirazdakı dəlillərə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının artıq ödəmənin qaytarılması barədə rəy verilməsi məqsədilə ünvanlanan müraciətinə vergi orqanı tərəfindən imtina verilməmiş, lazımi qaydada müraciət etməsi təklif olunmuşdur. Odur ki, qeyd edilənlərə əsasən iddiaçı qanunvericliklə nəzərdə tutulmuş qaydada vergi orqanına müraciət etmədən məhkəmədə iddia qaldırmaqda haqlı olmamışdır. Bundan əlavə, daşınmaz əmlaka sərəncam müqavilələrinin mötəbərliyini və hüquqi baxımdan icrasının tamlığını təmin etmək məqsədilə tərəflərin biri-birinə ödəməli olduqları pul məbləğləri notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Qeyd edilən bank hesabı notariusun cari hesabı deyil, digər n otariat əməliyyatlarının aparılması üçün nəzərdə tutulmayan, məhz müqavilə üzrə ödənilməli olan məbləğlərin rəsmən və nağdsız qaydada tərəflərin bir-birinə verilməsi üçün açılmış xüsusi depozit hesabıdır. Lakin iddiaçı tərəfindən nə notariusun bankda açdığı depozit hesabından çıxarış, nə də alıcı “RQ-Construction" MMC tərəfindən ödənilmiş məbləğin geri qaytarılmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn i nkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yox dur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmiş, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzu m qalmır.
23. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
24. Hazırkı işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, 7 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, X5 ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasını "xxxx" MMC-yə satmışdır. Alqı-satqı müqaviləsi iddiaçı tərəfindən təsdiq edilmiş və müqaviləyə əsasən ödənilmiş vəsaitdən 19.707 manat sadələşdirilmiş vergi ödənilmişdir. Lakin 31 may 2023-cü il tarixli müqaviləyə əsasən, 27 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsinə xitam verilmiş, bundan sonra X5 06 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin daşınmaz əmlakı X1. Sonuncu müqavilə əsasında da 19.707 manat sadələşdirilmiş vergi məbləği ödənilmişdir.
25. Hazırda iddiaçının hüquqi marağı daşınmaz əmlakın satışına gör ə təkrar ödənilmiş verginin qaytarılmasına yönəlib (ilk alqı-satqı müqaviləsi ləğv edildiyindən).
26. Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.
27. Maddənin məzmunundan göründüyü kimi, sadələşdirilmiş vergi öhdəliyinin yaranması üçün “təqdimetmə” baş verməlidir. Vergi Məcəlləsi “yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi”nə anlayış verməsə də, Məcəllənin 13.2.10-cu maddəsində “malların təqdim edilməsi”nə anlayış verilmiş və qeyd edilmişdir ki, malların təqdim edilməsi mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkha qqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir.
28. Qeyd edilən normadan analogiya üzrə belə bir nəticəyə gəlmək olar ki, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi onların özgəninkiləşdirilməsi, başqa sözlə, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun başqasına verilməsidir. Mülki qanunvericilikdən isə bəllidir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun başqasına keçməsi (ver ilməsi) üçün qüvvədə olan notarial müqavilə olmalıdır.
29. Qeyd edilənlərə əsasən, bu konkteksdə daşınmaz əmlakın təqdim edilməsi ilə bağlı vergi öhdəliyi faktiki hüquqi nəticə doğuran satış əməliyyatı (təqdimetmə) baş verdikdə yaranır və bu zaman vergitutmanın obyekti etibarlı və qüvvədə olan alqı-satqı müqaviləsi əsasında əldə edilən gəlirdir.
30. Hazırkı halda isə ilk dəfə 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə müvafiq olaraq qanunvericiliyə uyğun vergi ödənilsə də, müqavilənin daha sonradan ləğvi zamanı ödənilmiş verginin büdcədən qaytarılması təmin edilməmişdir. Belə ki, hazırkı halda alqısatqı müqaviləsinin ləğvi, müqavilə tərəfinin bu əməliyyatdan gəlir əldə etməsini istisna edir ki, bu hal da sadələşdirilmiş vergi öhdəliyinin predmetini (vergitutma obyektini) aradan qaldırır.
31. Buna baxmayaraq, ləğv edilmiş müqavilənin predmetini təşkil edən daşınmaz əmlakın sonradan təqdim edilməsi zamanı yenidən büdcəyə sadələşdirilmiş vergi ödənilmiş, nəticədə real “təqdimetmə” 1 (bir) dəfə baş verməsinə baxmayaraq, vergi iki dəfə ödənilmişdir. Halbuki, Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, bir dəfə baş tutmuş əməliyyata görə iki dəfə verginin ödənilməsi vergilərin müəyyən edilməsinin və tutulmasının qanunvericiliklə müəyyən edilmiş əsaslarına (Vergi Məcəlləsinin 3-cü maddəsi) ziddir.
33. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 04 iyun 2025-ci il tarixli, 2-1(103)-2436/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.