Məhkəmə qərarları › İş №2-1(102)-296/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-296/2025

22.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-296/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 22.05.2025 hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs-Əmlak Məsələləri Dövlət Xidməti) “Mingəçevir İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 102 saylı Qərarına əsasən Yolmaş Zavodunun Sağlamlıq Kollektiv bağçılıq təsərrüfatında iddaçı İddiaçı ayrılmış Mingəçevir Bağlar İdarəsi tərəfindən DƏDRX-nin 17 saylı Ərazi idarəsi tərəfindən olan siyahıda iddiaçının adına 18 sıra nömrəsi ilə qeyd olunmuş, 0.06 ha torpaq sahəsinə adına plan və ölçü hazırlanmaqla mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-135/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 102 nömrəli qərarına əsasən yol maşınları zavoduna bağçılıq üçün torpaq sahə si verilmişdir.

2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, iddiaçının adı Yol maşınları zavodunun “Sağlamlıq” kollektiv bağçılıq təsərrüfatının adlı siyasınında 18 sıra nömrəsi ilə qeyd edilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək qanuni istifadəsinə verilmiş 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq Çıxarış və texniki pasport verilməsi barədə cavabdehə ərizə ilə müraciət etmişdir.

4. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim etdiyiniz protokol Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli akta əsasən, DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş arxiv materiallarında öz əks ini tapmadığı üçün 0.05 hektar torpaq sahəsinə plan-ölçü sənədinin hazırlanması və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi İdarənin imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mingəçevir İcraiyyə Komitəsinin xx.xx.1980-cı il tarixli 102 saylı Qərarına əsasən Yolmaş Zavodunun Sağlamlıq Kollektiv bağçılıq təsərrüfatında iddaçı İddiaçı ayrılmış Mingəçevir Bağlar İdarəsi tərəfindən DƏDRX-nın 17 saylı Ərazi idarəsi tərəfindən olan siyahıda iddiaçının adına 18 sıra nömrəsi ilə qeyd olunmuş, 0.06 ha torpaq sahəsinə adına plan və ölçü hazırlanmaqla mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin qoyulması” barədə qərar q əbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun illər Yolmaş zavodunda işləmişdir. xx.xx.1980-cı ildə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 102 saylı qərarına əsasən zavoda Bozdağın ətəyindən bağçılıq üçün 0.06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Mingəçevir Bağlar İdarəsi tərəfindən DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən olan siyahıda iddiaçının adına 18 sıra nömrəsi ilə qeyd olunmuşdur. Həmin torpaq sahəsinə dair zavod həmkarlar komitəsinin bölgü siyahəsəna əsasən Mingəçevir şəhər “Sağlamlıq” kollektiv bağçılıq təsərrüfatından iddiaçının istifadəsinə verilmişdir. Torpaq iddiaçının istifadəsinə verildikdən sonra oradan bağ kimi istifadə etmiş, ağac əkib becərmişdir. O, qanuni istifadəsinə verilmiş 60 0 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq Çıxarış və texniki pasport verilməsi barədə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh xx.xx.2022-ci il tarixli **********80 No-li məktubla ərizənin təmin edilməsindən imtina etmişdir. Cavabdehin etirazları.

7. Cavabdehin iddiaya dair etirazın qeyd edilmişdir ki, vətəndaş tərəfindən təqdim olunmuş protokol Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nın 17 saylı Yevlax ərazi İdarəsinə təhvil verilmiş arxiv materiallarında öz əksini tapmadığı üçün 0.05 ha sahəsinə plan ölçü sənədinin hazırlanması və mülkiyyət hüquqlarınn dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi i darənin imkanı xaricindədir. Adı siyahıda qeyd olunmuş vətəndaş İddiaçı 0.06 ha torpaq sahəsinin yerləşmə vəziyyətini və döngə nöqtələrinin koordinatlarını özündə əks etdirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş yerquruluşu planını 17 saylı Yevlax ərazi İdarəsinə təhvil edəcəyi təqdirdə onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə baxıla bilər. Əlavə olaraq bildirilir ki, Torpaq sahəsi üzərində inventarlaşdırma işləri aparılmış elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin üzərindən 330 kv-luq yüksək gərginlikli hava elektrik xəttləri keçir. Belə olan halda iddiaçıya rəsmi qaydada həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasının qeyrimümkün olduğu bildirilmiş, eləcə də ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə qaydaları”na əsasən torpaq shaəsi ilə elektrik xətti arasında olan mühafizə zolağı müvafiq olaraq 30 metr təşkil edildiyi diqqətinə çatdırılmışdır. Bununla da torpaq sahəsi ilə elektrik xətti arasında olan qoruma zolağı gözlənilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-1991/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə X1 “Sağlamlıq” kollektiv bağçılıq təsərrüfatı tərəfindən iddiaçıya ayrılmış, faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alaraq çıxarış və planölçü sənədinin verilməsi öhdəliyi qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh orqanın iddia tələbinə qarşı dəlili ayrılan torpaq sahəsinin yerləşmə vəziyyətini təsdiq edən sənədin təqdim edilməməsi ilə bağlıdır. İşin Məhkəmə tərəfindən araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı müddət Yolmaş zavodunda çalışmışdır. İddiaçıya torpaq sahəsinin ayrılmasına dair Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv sənədlərinə əsasən xx.xx.1980-ci il tarixli 102 nömrəli qərarına əsasən və Mingəçevir şəhər “Sağlamlıq” kollektiv bağçılıq təsərrüfatının adlı siyasına əsasən də iddiaçının istifadəsində olmuş torpaq sahəsinin müvafiq qaydada ayrıldığı təsdiqini tapmışdır. Təqdim edi lmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində 600 kv.m torpaq sahəsi mövcud olmuşdur.İstifadə olunan torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı məhkəmənin sualına cavab olaraq qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsi “Yolmaş zavodunun Sağlamlıq Kollektiv” bağçılıq üçün ayrılmış ərazi daxilində yerləşir. Bu hal iddia olunan torpaq sahəsinin ona ayrılan torpaq sahəsi ilə eyniləşdirmə aparılmasına imkan yaradır.

10. Məhkəmə hesab etmişdir ki, iddia olunan torpaq sahəsi İddiaçı ayrılan torpaq sahəsi olmaqla onun qanuni istifadəsindədir. Cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsini xahi ş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-135/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-1991/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh torpaq sahəsinin üzərindən 330 kv-luq yüksək gərginlikli hava elektrik xətlərinin keçməsini göstərsə də Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, i stifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarında cavabdeh tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasının qeyd edilən əsaslara görə imtinası nəzərdə tutulmamışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci m addəsinin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası göstərilən maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, 17 saylı Yevlax Ərazi İdarəsi qanunvericiliyin tələblərinə riayət etməklə təqdim edilmiş sənədləri dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlamış və məlum olmuşdur ki, vətəndaş tərəfindən təqdim olunmuş protokol Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş arxiv materiallarında öz əksini tapmamış, 0.06 ha torpaq sahəsinin yerləşmə vəziyyətini və döngə nöqtələrinin koordinatlarını özündə əks etdirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş yerquruluşu planı təqdim edilməmiş, habelə, iddiaçının istifadəsində olan torpaq sahəsinin üzərindən 330 kv-l ıq yüksək gərginlikli hava elektrik xəttləri keçir, eləcə də DWG baza məlumatlarına əsasən təyinatı (kateqoriyaya)-yaşayış məntəqələrinin torpaqları daxilində, dövlət mülkiyyətinə aid torpaq sahəsidir, belə olan halda isə haqlı olaraq iddiaçıya imtina verilmişdir.

16. Kassasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarına əsasən gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbələrinin mühafizəsi qaydalarının 5-ci bəndinə əsasən 110 kv-luq xəttin mühafizə zonası hava elektrik xəttləri boyunca kənar naqillərin meyil etməmiş vəziyyətində hər iki tərəfdən 20 metr, 220 kv-luq xəttdə isə 25 metr məsafədə şaquli müstəvil ərdə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklindədir. Məhkəmə kollegiyası göstərilən maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, İddiaçı iddia ediyi 0,06 ha torpaq sahəsinin üzərindən yüksək gərginlikli hava elektrik xətti keçir. Məhkəmə kollegiyası bununla yanaşı göstərilən maddi hüquq normasını düzgün tətbiq etməyərək göstərmişdir ki, yüksək gərginlikli hava elektrik xətti kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər, halbuki hazırki iş üzrə torpaq sahəsi kənd təsərrüfatı məqsədilə dey il bağçılıq məqsədilə ayrılmışdır, buna görə də məhkəmə kollegiyası buna istinad etməklə həmin maddi hüquq normasının tətbiq edə bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə veril ir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə. 8.0.5. 2 006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). 20. “X2” Qanun: Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə on ların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. (-). Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamentalvacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yal nız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Hazırkı işin hallarında müəyyən olunur ki, iddiaçı uzun müddət Yolmaş zavodunda çalışmışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı hazırkı iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılmasına dair Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv sənədlərinə əsasən xx.xx.1980-ci il tarixli 102 nömrəli qərarına əsasən və Mingəçevir şəhər “Sağlamlıq” kollektiv bağçılıq təsərrüfatının adlı siyasına əsasən də iddiaçının istifadəsində olmuş torpaq sahəsinin müvafiq qaydada ayrıldığı təsdiqini tapmışdır.

27. İş materiallarında olan mütəxəssis rəyinə əsasən də müəyyən edilir ki, iddiaçının faktiki istifadəsində 600 kv.m torpaq sahəsi “Yolmaş zavodunun Sağlamlıq Kollektiv” bağçılıq üçün ayrılmış ərazi daxilində yerləşir.

28. Cavabdehin kassasiya şikayətinin əsas dəlili iddiaçının iddia etdiyi torpaq sahəsinin üzərindən yüksək gə rginlikli hava elektrik xəttinin keçməsi ilə bağlıdır. Kollegiya cavabdehin qeyd olunan dəlilini əsassız hesab edərək bildirir ki, sözügedən hal mübahisə predmeti olan torpaq sahəsinin xüsusi mülkiyyətdə və ya istifadədə olmasını istisna edən hal kimi qəbul edilə bilməz.

29. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın müddəalarına görə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Torpaq mülkiyyət çisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.

30. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107 )-135/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar