Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2978/2025 18.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı QƏRARİ (Açar sözlər: 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “ona 60 yaşdan, yəni 10 noyabr 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-451/2025 nömrəli 19 iyun 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. РВ № 040256 saylı diploma görə, iddiaçı 29 avqust 1983-cü il tarixindən 24 iyul 1988-ci il tarixinədək təhsil almışdır.
2. HЗ № ******* saylı hərbi biletə görə, iddiaçı 18 may 1979-cu il tarixindən 10 iyun 1981-ci il tarixinədək hərbi xidmətdə olmuşdur.
3. İddiaçıya məxsus əmək kitabçasına görə o, xx.xx.198 1-ci il tarixindən xx.xx.1983-cü il tarixədək, həmçinin xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1999-cu il tarixindən xx.xx.2010-cu il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2023-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona 29 avqust 1983-cü il tarixdən 01 avqust 1988-ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun gündüz şöbəsində təhsil aldığı dövrü nəzərə almaqla 60 yaşdan, yəni 10 noyabr 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar q əbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1960-cı il tarixdə Azərbaycan Respublikası Füzuli rayonunun Kürtlar kəndində anadan olmuşdur. 26 avqust 1978-ci il tarixdən 18 may 1979-cu il tarixinə kimi Füzuli rayonunun Lenin adına sovxozun 9 nömrəli briqadasında fəhlə işləmişdir. 18 may 1979-cu il tarixdən 10 iyun 1981-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 21 oktyabr 1981-ci il tarixində Füzuli rayonunun Lenin adına sovxozun 9 nömrəli briqadasından işdən azad edilmişdir. 19 oktyabr 1981-ci il tarixdə Oktyabr İnqilabının 50 illiyi adına “Azərkimya” X2 Sintez zavodunun xlor istehsalatının elektrolitik qələvinin alınması sexində 3-cü dərəcəli aparatçı vəzifəsinə işə qəbul edilmişdir. 29 avqust 1983-cü il tarixdən 01 avqust 1988-ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun gündüz şöbəsində təhsil almışdır. 13 sentyabr 1988-ci il tarixdə “Azərkimyatəmir” Trestinin 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsinə 3-cü dərəcəli təmirçi çilingər vəzifəsinə qəbul edilmişdir. 03 noyabr 1988-ci il tarixdə usta vəzifəsinə keçirilmişdir. 08 yanvar 1994-cü il tarixdə 1 nömrəli sahəyə iş icraçısı təyin edilmişdir. 01 avqust 1994-cü il tarixdə həmin 1 nömrəli sahəyə sahə rəisi təyin edilmişdir. 01 sentyabr 1998-ci il tarixdə işdən azad edilmişdir. 01 iyun 1999-cu il tarixdən 01 dekabr 1999-cu il tarixinə kimi ona işsizlik müavinəti təyin edilmişdir. 10 yanvar 2001-ci il tarixdə “Azərkimya” X2 Sintez zavodunun texnoloji avadanlıqların təmiri və quraşdırılması sexinin qeyri standart avadanlıqların təmiri və quraşdırılması sahəsinə sahə rəisi vəzifəsinə qəbul edilmişdir. 21 fevral 2003-cü il tarixdə təmir-tikinti, korroziyadan mühafizə və əhaliyə məişət xidməti sexinə sahə rəisi vəzifəsinə keçirilmişdir. 01 sentyabr 2005-ci il tarixdə izolyasiya və korroziyadan mühafizə sexinə sahə rəisi vəzifəsinə keçirilmişdir. 01 mart 2006-cı il tarixdə həmin sexdə sex rəisinin müavini vəzifəsinə keçirilmişdir. 20 oktyabr 2008-ci il tarixdə təmir-tikinti, izolyasiya və korroziyadan mühafizə sexinə izolyasiya və korroziyadan mühafizə sahəsinin rəisi vəzifəsinə keçirilmişdir. 01 iyul 2010-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. 02 iyul 2010-cu il tarixdə “Azərkimya” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin 1 saylı Təmir-Tikinti sahəsinə iş icraçısı vəzifəsinə təyin edilmişdir. 05 yanvar 2011-ci il tarixdə 1 saylı Mexaniki-Quraşdırma sahəsinə iş icraçısı vəzifəsinə keçirilmişdir. 01 dekabr 2011-ci il tarixdə izolyasiya sahəsinə 12-ci dərəcəli sahə rəisi vəzifəsinə keçirilmişdir. 10 aprel 2012ci il tarixdə 2 saylı izolyasiya sahəsinə 12-ci dərəcəli sahə rəisi vəzifəsinə keçirilmişdir. 10 iyun 2019-cu il tarixdə 2 saylı izolyasiya sahəsində 13-cü dərəcəli sahə rəisi vəzifəsinə keçirilmiş və hal-hazırda da həmin vəzifədə işləyir. 26 avqust 1978-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək 42 ildən çox ümumi iş stajına, 15 ildən çox ağır zərərli şəraitdə işlədiyi iş stajına malikdir. O, 15 ildən çox ağır zərərli şəraitdə işlədiyi iş stajına malikdir. SOKAR Təmir Tikinti idarəsinin 6 iyun 2023-cü il tarixli 14 nömrəli arayışı onun ağır zərərli şəraitdə işlədiyi iş staj ını yox, ümumi iş stajını təsdiq edən arayışdır. Cavabdeh orqanın həmin arayışa istinad edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtinası başa düşülən deyil. Beləliklə, o hesab edir ki, onun 26 avqust 1978-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək 42 ildən çox ümumi iş stajına, 15 ildən çox ağır zərərli şəraitdə işlədiyi iş stajına malik olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir.
6. Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdeh orqana müraciət edərək təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya verilmiş cavab məktubunda iddiaçının qanunla tələb edilən güzəştli iş stajı olmadığından güzəştl i şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. İddiaçının cavabdeh orqana təqdim etdiyi SOCAR Təmir-Tikinti idarəsinin 06 iyun 2023-cü il tarixli, 14 nömrəli arayışında xx.xx.2010-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Təmir-tikinti və mexaniki quraşdırma sahələrində iddiaçının iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən İddiaçı iş stajına aid məlumatların yerində yoxlanılması nəticəsində çalışdığı müəssisədə vaxtilə attestasiya zamanı işlədiyi iş icraçısı vəzifəsinin zərərli peşə hesab edilmədiyi üçün məzuniyyət və əmək haqqına əlavə hesablanmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx" İstehsalat Birliyi “Təmir-Tikinti” idarəsinin 7 iyul 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Əlavə olaraq bildirilir ki, SOCAR Təmir-Tikinti idarəsi tərəfindən İddiaçı dair verilmiş sözügedən arayışda da işlədiyi sahə və vəzifənin güzəştli əmək pensiyası hüququ verən iş olması barədə yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan hər hansı sahə və vəzifəyə istinad edilməmişdir. İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 10 gün (xx.xx.1981 -xx.xx.1983-cü il, xx.xx.1988-xx.xx.1994-cü il, xx.xx.2005-xx.xx.2005-ci il və xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əs asən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz.
7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-344/2025 nömrəli 30 yanvar 2025-ci il tarixli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilmiş, İddiaçı 29 avqust 1983-cü il tarixdən 01 avqust 1988-ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun gündüz şöbəsində təhsil aldığı dövrü nəzərə almaqla 60 yaşdan, yəni 10 noyabr 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, X1-Polietilen zavodu tərəfindən verilmiş 164 saylı, 06 iyun 2023-cü il tarixli və 165 saylı, 06 iyun 2023-cü il tarixli, 166 saylı, xx.xx.2023-cü il tarixli arayışlarda qeyd edilir ki, iddiaçının çalışdığı vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının, 8-ci bölməsinin 8.1.1 bəndinə əsasən (xlor, kaustik soda; antikorroziya tərkiblərinin və örtük sexlərinin işçiləri) həmin vəzifələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. Göründüyü kimi, iddiaçının fəaliyyət göstərdiyi vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda birbaşa nəzərdə tutulmaması iddiaçının hüquqlarının pozulmasına əsa s olmamalıdır. Cavabdeh inzibati işin icraatı zamanı qeyd etdiyi arqumenti təsdiq edəcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq yuxarıda adı qeyd olunan iş materiallarında olan vəzifə təlimatları və arayışlarla iddiaçının məhz həmin işlə məşğul olduğu öz təsdiqini tapmışdır. Bundan başqa iddiaçının pensiya kapitalı və iş stajı ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisənin olduğu, cavabdehin həmin dövrlərin sosial sığorta stajı kimi qəbulundan imtinası müəyyən edilmir.
9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-451/2025 nömrəli, 19 iyun 2025-ci il tarixli qərarı ilə (hakimlər: İ.Quliyev /sədrlik edən və məruzəçi/, G.Cabbarova və V.Əzizova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 30 yanvar 2025-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı 29 avqust 1983-cü il tarixdən 01 avqust 1988ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun gündüz şöbəsində təhsil aldığı dövr onun ümumi iş stajı, 18 may 1979-cu il tarixdən 10 iyun 1981-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olduğu dövr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmək hüququ verən iş stajı hesab edilərək ona 60 yaşının tamam olduğu 10 noyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmuşdur.
11. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının 11 il 10 ay 10 gün güzəştli staja malik olması işin mübahisələndirilməyən halıdır. Bununla yanaşı, iddiaçının 18 may 1979-cu il tarixdən 10 iyun 1981-ci ilədək hərbi xidmətdə olduğu 2 il 23 gün iddiaçının güzəştli stajına əlavə edildikdə onun tələb olunan güzəştli iş stajının 12 il 6 aydan çox olması iş materialları ilə öz təsdiqini tapır. Bununla da, iddiaçının qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına malik olması halı da öz təsdiqini tapmışdır. Nəticə etibarilə iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan digər şərt də ödənilir. Eyni zamanda iddiaçının “Azərkimyatəmir” Trestinin 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsində 01 avqust 1994-cü il tarixindən 01 sentyabr 1998-ci il tarixinədək 1 nömrəli sahədə “sahə rəisi” vəzifələrində işlədiyi dövrlərin onun güzəştli iş stajına daxil edilməsi xahiş olunmuşdur. Kollegiya hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən (analoji müəssisə tərəfindən sorğuya cavab olaraq göndərilmiş məktub) sözügedən “sahə rəisi” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na ai d olmadığından həmin dövrlər iddiaçının güzəştli iş stajına daxil edilməməli, ərizə həmin hissədə təmin olunmamalıdır.
12. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunan hissəsində rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) mütəxəss islər yarımbəndində (b) tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı dair Mərkəzi Filialda mövcud olan sənədlərdə onun “Azərkimyatəmir” Tresti 1 saylı Təmir-Tikinti-Quraşdırma-İdarəsində xx.xx.1988-xx.xx.1994-cü il tarixləri dövr ərzində usta, xx.xx.1994-xx.xx.1994-cü il tarixləri dövr ərzində iş icraçısı və xx.xx.1994xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində isə “sahə rəisi” vəzifələrində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən şəxsin işlədiyi “sahə rəisi” vəzifəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” (29) bəndində nəzərdə tutulmamışdır. Həmçinin, iddiaçının cavabdeh orqana təqdim etdiyi SOCAR Təmir-Tikinti ida rəsinin 06 iyun 2023-cü il tarixli 14 nömrəli arayışında xx.xx.2010-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Təmir-tikinti və mexaniki quraşdırma sahələrində iddiaçının iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən İddiaçı iş stajına aid məlumatların yerində yoxlanılması nəticəsində çalışdığı müəssisədə vaxtilə attestasiya zamanı işlədiyi iş icraçısı vəzifəsinin zərərli peşə hesab edilmədiyi üçün məzuniyyət və əmək haqqına əlavə hesablanmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx" İstehsalat Birliyi “Təmir-Tikinti” idarəsinin 7 iyul 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 10 gün (xx.xx.1981xx.xx.1983-cü il, xx.xx.1988-xx.xx.1994-cü il, xx.xx.2005-xx.xx.2005-ci il və xx.xx.2006xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamə: 109-cu bənd: Yeraltı işlərdə, əmək şəraiti zərərli olan işlərdə və çox isti sexlərdə, eləcə də əmək şəraiti ağır olan başqa işlərdə işləyən fəhlə və qulluqçulara güzəştli şərtlərlə qocalığa (yaşa) görə pensiya təyin edilərkən pensiya təyin edilməsi üçün müraciət edənin arzusu ilə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət dövrü hərbi xidmət dövründən əvvəlki işə, yaxud da həmin dövrdən sonra gələn işə bərabər tutulur. 15. “Əmək pensiya ları haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirak çılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenid ən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkə mədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. K ASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tələblərinə düzgün riayət edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
20. Məhkəmə kollegiyası apellyasiya instansiy ası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
21. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona 60 yaşdan, yəni 10 noyabr 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə yönəlmişdir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
23. İlk öncə qeyd edilməlidir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan yaş həddinə- 60 yaşına xx.xx.2020-ci ildə çatmışdır. Cavabdeh iddiaçının 25 il ümumi iş stajının mövcudluğu ilə bağlı mübahisə açmır. Mübahisələndirilən məsələ xüsusi stajın toplanılması ilə bağlıdır.
24. İşə apellyasiya qaydasında baxmış məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, “Məhkəmə kollegiyası tərəfindən cavabdeh inzibati orqanın dəlillərinin ətraflı araşdırılması ilə əlaqədar analoji müəssisəl ərə müvafiq sorğular edilməklə aşağıdakı məlumat əldə olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti "xxxx" İstehsalat Birliyinin 20 may 2025-ci il tarixli, 14-2-3/2-363/2025 nömrəli məktubundan görünür ki, “Azərkimyatəmir” Tresti 1 saylı Təmir-Tikinti-Quraşdırma İdarəsi müstəqil hüquqi şəxs statusuna məxsus olmuş və heç bir zaman nə "xxxx" Dövlət Şirkətinin, nə də SOCAR-ın "xxxx" İstehsalat Birliyinin strukturuna daxil olmamışdır. Həmin İdarənin arxiv məlumatları Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialında saxlanılır. Yuxarıda adı çəkilən idarənin sahə rəisi vəzifəsinin əmək funksiyalarına uyğun olan "xxxx" İB-nin Təmir-tikinti İdarəsinin Mexaniki quraşdırma sahəsinin “sahə rəisi” vəzifəsinə dair vəzifə təlimatı əlavədə təqdim edilmiş və eyni zamanda məlumat ü çün bildirilmişdir ki, qeyd edilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına aid deyil.
25. Göründüyü kimi, iddiaçının xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" İB-nin Təmir-tikinti İdarəsində çalışdığı “sahə rəisi” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına aid olmadığından onun güzəştli iş stajına daxil edilməməlidir.”
26. Bununla yanaşı apellyasiya məhkəməsi qərarında onu da qeyd etmişdir ki, “SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109cu bəndinin müddəalarına əsasən, yeraltı işlərdə, əmək şəraiti zərərli olan işlərdə və çox isti sexlərdə, eləcə də əmək şəraiti ağır olan başqa işlərdə işləyən fəhlə və qulluqçulara güzəştli şərtlərlə qocalığa (yaşa) görə pensiya təyin edilərkən pensiya təyin edilməsi üçün müraciət edənin arzusu ilə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət dövrü hərbi xidmət dövründən əvvəlki işə, yaxud da həmin dövrdən sonra gələn işə bərabər tutulur.
27. İddiaçıya məxsus H3 seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı 18 may 1979-cu il tarixdən 10 iyun 1981-ci ilədək (2 il, 23 gün ) hərbi xidmət keçmişdir. İddiaçının hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək işlədiyi dövr cavabdeh inzibati orqan tərəfindən güzəştli iş stajı kimi qəbul edildiyindən SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109cu maddəsinin tətbiqi üçün əsaslar mövcud olur.”
28. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin araşdırmalarını əsaslı hesab etməyərək bildirir ki, iddiaçının əmək kitabçasındakı qeydlərdən də göründüyü kimi, o, xx.xx.1978-ci ildə Lenin adına üzümçülük sovxozunun 9№-li briqadasında fəhlə qəbul edilmiş, 18 may 1979-cu il tarixdən 10 iyun 1981-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, hərbi xidmə tdən qayıtdıqdan təxminən 4 ay sonra- 19 oktyabr 1981-ci il tarixində Oktyabr İnqilabının 50 illiyi adına "Azərkimya” X2 Sintez zavodunun xlor istehsalatının elektrolitik qələvinin alınması sexində 3-cü dərəcəli aparatçı vəzifəsinə işə qəbul edilmiş və bununla bağlı 21 oktyabr 1981-ci il tarixdə Füzuli rayonunun Lenin adına sovxozun 9 nömrəli briqadasından işdən azad edilmiş, 29 avqust 1983-cü il tarixdən 01 avqust 1988-ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun gündüz şöbəsində təhsil almış və daha sonra əmək fəaliyyətini müxtəlif müəssisələrdə davam etdirmişdir.
29. Apellyasiya məhkəməsi hesab etmişdir ki, SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqq ında” Əsasnamənin 109-cu bəndinə əsasən iddiaçının hərbi xidmət dövrünün onun güzəştli iş stajına daxil edilməsi mümkündür. Belə ki, həmin normaya əsasən, müəyyən hallarda hərbi xidmət dövrü xidmətə qədərki və ya ondan sonra gələn güzəştli iş stajı dövrünə bərabər tutula bilər.
30. Lakin işə baxmış məhkəmə nəzərə almamışdır ki, bu müddəanın tətbiqi üçün əsas şərt ondan ibarətdir ki, hərbi xidmətdən əvvəl və ya dərhal sonra şəxs faktiki olaraq güzəştli şərtlərlə əmək fəaliyyəti göstərmiş olmalıdır.
31. Hazırkı işdə isə iddiaçı 18 may 1979-cu ildə hərbi xidmətə Lenin adına üzümçülük sovxozunun 9№-li briqadasında fəhlə vəzifəsində işləyərkən getmiş, 10 iyun 1981-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra da adı çəkilən sovxozun 9№-li briqadasında fəhl ə vəzifəsinə qayıtmış, bundan təxminən 4 ay sonra isə, yəni 19 oktyabr 1981-ci il tarixində Oktyabr İnqilabının 50 illiyi adına "Azərkimya” X2 Sintez zavodunun xlor istehsalatının elektrolitik qələvinin alınması sexində 3-cü dərəcəli aparatçı vəzifəsinə işə qəbul edildiyi üçün 21 oktyabr 1981-ci il tarixdə Lenin adına sovxozun 9 nömrəli briqadasında çalışdığı fəhlə işindən azad edilmişdir.
32. Bununla da müəyyən olunur ki, iddiaçı hərbi xidmətdən 10 iyun 1981-ci il tarixdə qayıtdıqdan sonra onun xidmətə gedərkən sonuncu iş yeri olan sovxozdakı fəhlə işində işləməyə davam etmiş, zərərli işdə işləməyə isə bundan 4 ay sonra, yəni 19 oktyabr 1981ci il tarixdə başlamışdır, başqa sözlə, iddiaçı zərərli işdə işləməyə hərbi xidmətini bitirəndən dərhal sonra başlamamışdır. Buna görə də onun hərbi x idmət dövrü həmin zərərli iş stajına bərabər tutula bilməz. Məhkəmə kollegiyası bu barədə apellyasiya instansiyası məhkəməsinin qənaətini əsassız hesab edir.
33. Bundan əlavə məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, apellyasiya instansiyası məhkəməsinin qərarında oxşar iş kimi istinad edilən Azərbaycan Respublikasının Ali Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərarındakı işin faktiki halları hazırkı işin faktiki halları ilə eynilik təşkil etmir.
34. Kollegiya hesab edir ki, iş üzrə əsas araşdırılmalı məsələ iddiaçının güzəştli iş stajının olduğunu iddia edərkən istinad etdiyi vəzifələrin, o cümlədən sahə rəisi, iş icraçısı, usta, aparatçı və s. peşələrin faktiki olaraq güzəştli şərtlərlə ona pensiya təyin olunması üçün əsas verib-vermədiyinin yoxlanılmasından ibarətdir. 35. “Əmək pe nsiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur.
36. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
37. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən həmin sənəd (güzəştli arayış) məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, arayışda ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit o lunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, pensiya işlərinə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.
38. Eyni zamanda məhkəmə kollegiyası bildirir k i, Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağı instansiya məhkəmələrinə ünvanlamış olduğu xx.xx.2020-ci il tarixli icmal məktubda qeyd edilir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adl arının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.
39. Həmçinin adı çəkilən icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquq varisindən, hüquq varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş st ajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər.
40. Belə olan halda, iddiaçının müvafiq müəssisələrdə işlədiyi peşələr üzrə güzəştli stajının olub-olmaması ilə bağlı icmal məktubda qeyd edilənlərə uyğun araşdırma aparılmalıdır.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, işə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
42. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-451/2025 nömrəli 19 iyun 2025-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.