Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-298/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (Xarici vətəndaşların hərəkətlərinə görə DMX-nin əməkdaşları barəsində qanunauyğun tədbirinin görülməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “DMX-nin əməkdaşları barəsində qanunauyğun tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1929/202 1 nömrəli iş üzrə 11.10.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 yanvar 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Bakı şəhəri 11 saylı vəkil bürosunda növbətçilik qrafiki üzrə 05 aprel 2020-ci il tarixdə vəkil kimi növbədə olmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təşkilat Nəzarət Baş İdarəsinin baş inspektoru Cəbrayıl Məmmədlinin ABŞ vətəndaşı X6 3 (üç) ay müddətinə Bakı şəhər qanunsuz miqrantların saxlanması Mərkəzinə yerləşdirilməsi barədə məhkəməyə təqdimatı daxil olmuşdur. 05 aprel 2020-ci il tarixdə o, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 7(001)-127/2020 saylı, 05.04.2020-ci il tarixli qərarı ilə ABŞ vətəndaşı X6 dövlət hesabına hüquqlarının müdafi ə edilməsi üçün məhkəməyə dəvət edilmişdir.
2. İddiaçı Binəqədi rayon məhkəməsinə gələrək xidməti vəzifəsini icra edərək ABŞ vətəndaşının X6 hüquqlarını müdafiə etmişdir. Məhkəmə prosesindən sonra ABŞ vətəndaşı X8 məhkəmədə sərbəst hərəkət edərək məhkəmənin inzibati binasında onun liftin qapısından çıxmağını görən kimi dərhal eskalatorun pilləkənlərindən iri addımlarla aşağı enərək hamının yanında onun gözünün içərisinə tüpürərək ünvanına ingilis dilində söyüş söyərək onu təhqir etmişdir. Məhkəmənin inzibati binasında X6 hərəkəti nəticəsində hamının gözü qarşısında onu qadın kimi zəif olmağından istifadə edərək ünvanına söyüş söyməsi, koronovirus pandemiyasının yayıldığı dövrdə gözünün içərisinə tüpürməsi onun həmin gecə və sonrakı günlərində dərin sarsıntı, stres keçirtməsinə səbəb olmuşd ur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdehə qarşı “cavabdehin hərəkət (hərəkətsizliyi) ilə xüsusi karantin zamanın olmasına görə onun gigineya ilə bağlı sərt maddi və mənəvi gözləntilərinə mənfi təsir etdiyindən onun və ailəsinin əsəb, stres və mənəvi sarsıntı keçirdiyini nəzərə alaraq və habelə ictimaiyyət qarşısında işgüzar nüfuzdan düşdüyünə görə dəymiş maddi və mənəvi zərərə görə 30.000 manat miqdarında pulun tutulması, xidmətin təqsirli əməkdaşları barəsində qanuna uyğun tədbirlərin görülməsinin vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
4. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ə rizə ilə müraciət edərək xüsusi karantin zamanında hadisənin baş verməsində Dövlət Miqrasiya Xidmətinin təqsirli əməkdaşları Cəbrayıl Məmmədli, X4 və X5 barəsində qanunauyğun tədbirlərin görülməsini cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, ABŞ vətəndaşı X7 miqrasiya əməkdaşları inzibati qaydada tutarkən inzibati və miqrasiya qanunvericiliyin tələblərinə düzgün riayət etməmişlər. Şəxs barəsində 04.04.2020-ci il tarixdə inzibati qaydada tutma protokolu tərtib edilərkən artıq şəxsin hüquqları məhdudlaşmış hesab 3. edilmiş, 24 saat müddətində Mərkəzdə saxlanılması üçün Mərkəzə yerləşdirilmiş, sonradan məhkəməyə barəsində qərar verilməsi üçün Mərkəzdən gətirilib və aparılmışdır. Bu zaman Mərkəzin iki əməkdaşın müşayiəti ilə ciddi nəzarət altında əli bağlı formada məhkəməyə gətirilib aparılmalıdır. 05.04.2020-ci il tarixdə ABŞ vətəndaşı X6 Binəqədi rayon Məhkəməsinin inzibati binasında sərbəst hərəkəti, məhkəmədə hamının gözü qarşısında vəkil kimi onun ünvanına nalayiq sözlər işlətməsi və gözünün içərisinə tüpürməsinin əsas səbəbkarı birbaşa Miqrasiya Xidmətinin əməkdaşlarının hərəkətsizliyi, əməkdaşların hüquq və vəzifələrinin lazımı qaydada bilməməsi olmuşdur. Baş vermiş hadisədə həmin miqrasiya əməkdaşları Miqrasiya Xidmətinin adına ləkə gətirmiş, onların hərəkətsizliyi, vəzifə səlahiyyətini düzgün icra etməməsi, qanunvericiliyin tələblərinə lazimi əməl etməməsi, xidmətdə səriştəsizliyinin bir daha əyani sübutu olmuşdur. X8 məhkəməyə buna səlahiyyəti çatmayan Miqrasiya Xidmətini n Miqrasiya nəzarəti baş idarəsinin əməkdaşlarının müşaiyəti ilə gətirilmiş və aparılmışdır, habelə müşayiət zamanı qanunvericiliyin tələb olunduğu formada o, xüsusi vasitələrin mühafizəsi altında olmamış müşayiət barədə müşayiət vərəqi (20 nömrəli əlavə) tərtib olunmamışdır.
6. Mərkəzdən kənara çıxarılması zamanı müşayiət edilməsi kimi vəzifə daxil deyildir. Bu səbəbdən də Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin miqrasiya rejiminə nəzarət şöbəsinin baş inspektoru X4 və Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin ölkə hüdudlarından kənara çıxarılma məsələlərin həlli şöbəsinin baş inspektoru X5 ABŞ vətəndaşı X7 Binəqədi məhkəməsinə müşayiət edə bilməzdilər. Bu yalnız rəhbərlik tərəfindən birbaşa göstəriş olduğu hallara istisna olmaqla qanunsuz miqrant ların saxlanılması mərkəzlərinin vəzifəsidir. Ancaq müşayiət zamanı Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin əməkdaşları X2 və X3 bu növ göstəriş verildiyini təsdiq edən “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları’nın 5.44-cü bəndində göstərilən “Müşayiət vərəqi” olmamışdır. Bundan əlavə yuxarıda adları qeyd edilən əməkdaşlar tərəfindən belə müşayiət doğru aparılmamışdır. Belə ki, “İcra Məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən məhkəmə prosesi zamanı məhkəmədə hakim, məhkəmə prosesinin digər iştirakçılarının və onun təhlükəsizliyinin icra məmuru tərəfindən təmin edilməlidir. Lakin məhkəmə iclasından sonra təhlükəsizliyin təmini X7 məhkəməyə gətirən və məhkəmənin şəxs barəsində verdiyi 7(001)-127/2020 saylı, 05.0 4.2020-ci il tarixli qərarın icrası üçün Bakı şəhəri qanunsuz miqrantların saxlanılması mərkəzinə aparan DMX-nın əməkdaşlarının vəzifəsidir. Lakin iclasdan dərhal sonra X8 öz tərcüməçisi ilə birgə, onu müşayiət edən DMX əməkdaşlarından ayrı, öndə, əllərində qandal olmadan, rahat şəkildə məhkəmə binasının 1-ci mərtəbəsinə enmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2-1(112)-1152/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim Aytən Oruczadə) iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsi haqqında Əsasnamənin 2.1., 3.1.9., 5.11., 6.2., 6.3-cü bəndlərinə, İnzibati Prosessual Məcəlləsinin 2.2.3., 52., 68.1., 68.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia əsassızdır.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 15.04.2021-ci il tarixli, 2-1(112)-1152/2021 nömrəli qərarını ləğv edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.10.2021-ci il tarixli, 2-1(103)-1929/2021 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Cahangir Yusifov) qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 15.04.2021-ci il tarixli, 210. 1(112)-1152/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi həmin qənaətə gələrk ən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi və prosessual hüquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək düzgün nəticəyə gəlmişdir.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.10.2021-ci il tarixli, 2-1(103)-1929/2021 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”nın 5.43 və 5.44-cü bəndlərini qeyd etsə də, 5.45-ci bəndin ə diqqət yetirməmişdir. Halbuki, ilkin iddia ərizəsi və apellyasiyya şikayətinin təməlini məhz bu iki bənd təşkil edir. Məhkəməyə görə müşayiət vərəqi Mərkəzdə saxlanılan əcnəbilərin bir Mərkəzdən digər Mərkəzə köçürülməsi və ya Mülki-hüquq, ailə-hüquq münasibətlərində iştirak etmək, yaxud notariusun xidmətlərindən istifadə etmək məqsədi ilə Mərkəzdən kənara çıxmaq zərurəti yarandıqda zamanı təqdim edilir. Məhkəmə sözügedən qərarda məhkəmənin adının birbaşa göstərilməməsi kimi formal əsasa əsaslanaraq dolayısı ilə əcnəbilərin Mərkəzdən məhkəməyə aprılması zamanı vərəqənin tərtibinə gərək olmadığı nəticəsinə gəlir. Lakin bu zaman ortaya məhkəmənin bilərəkdən cavablamaqdan yayındığı sual çıxır: Bəs DMX mövcud olduğu dövr ərzində minlərlə əcnəbini mərkəzdən məhkəməyə apararkən hansı hüquqi pr osedurları gözləmiş və bu prosedurlar hansı qanunvericilikdə öz əksini tapmışdır? Bu suala isə DMX özü cavab vermişdir. Belə ki, iş materiallarında əcnəbiyə dair tərtib olunan müşayiət vərəqi mövcuddur.
14. Yuxarıda qeyd olunanlardan göründüyü kimi DMX-də əcnəbilərin məhkəməyə aparılması zamanı “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”nın tələblərinin gözləndiyi bu tələblərə əsasən müşayiət vərəqəsinin tərtib olunduğu öz təsdiqini tapır.
15. Bu zaman ikinci sual yaranır? Bu müşayiət hansı vəzifəli şəxslər tərəfindən aparılmalıdır. Məhkəmə inzibati orqanın lehinə qərar vermək üçün bu suala formal cavab verərək Qaydalarda məhkəmə sözünün işlədilmədiyini və səlahiyyətin Mərkəzin əməkdaşlarında olmadığını əsas gətirərək əcnəbinin Miqrasiya Nəzarət Baş İdarəsin in əməkdaşları tərəfindən gətirilməsinin qanunsuz olmadığını qeyd edir. Lakin sözügedən vəzifələr Miqrasiya Nəzarət Baş İdarəsinin Əsasnaməsində də öz əksini tapmamışdır. Əsasnamədə ümumiyyətlə məhkəmə sözü işlənmədiyi kimi, əcnəbilərin yerdəyişməsi zamanı onların müşayiəti ilə əlaqədar Baş İdarəyə heç bir hüquq verilməyib və vəzifə müəyyənləşdirilməyib. Bu səbəbdən də bu idarənin əməkdaşları belə bir səlahiyyətə malik ola bilməzdilər. Bu isə özlüyündə əcnəbinin Binəqədi Rayon Məhkəməsinə aparılması zamanı Miqrasiya Nəzarət Baş İdarəsinin əməkdaşları tərəfindən müşayiət olunmas ilə bağlı hərəkətləri qanunsuz edir.
16. Mərkəzdə saxlanılan əcnəbilərin Mərkəzdə mühafizəsini təşkili, Mərkəzdə məcburi yerləşdirilən əcnəbilərin bir Mərkəzdən digər Mərkəzə köçürülməsi və Mərkəzdən kənarda digər h ərəkətləri zamanı onları müşayiət edilməsinə dair vəziflər yalnız Mərkəzin əməkdaşları üçün müəyyən edilmişdir, DMX-nin digər idarə və orqanlarının əsasnamələrində buna dair hüquq və vəzifələr mövcud deyildir.
17. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi əcnəbilərin məhkəməyə aparılması zamanı müşayiət edilməsi Miqrasiya Nəzarət Baş İdarəsinin 13. səlahiyyətləri daxilində deyildir. Bu səbəbdən də onun əməkdaşları əcnəbinin Binəqədi rayon Məhkəməsinə müşayiətini təşkil edə bilməzdilər. TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
19. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Ape llyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Bu mənada hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üz rə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
23. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
24. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər, o cümlədən mübahisə edilən hü quq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər ödənilmiş olmalıdır.
25. Bundan əlavə, həm də nəzərə almaq lazımdır ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Hazırkı mübahisəyə münasibətdə isə iddiaçının tələbi cavabdeh tərəfindən üçüncü şəxs (05.04.2020-ci il tarixdə ABŞ vətəndaşı X6 Binəqədi rayon məhkəməsinin inzibati binasında iddiaçının yazdığına görə sərbəst hərəkəti, məhkəmədə hamının gözü qarşısında vəkil kimi onun ünvanına nalayıq sözlər işlətməs i və gözünün içərisinə tüpürməsi ilə bağlı) barəsində tədbir görülməsi ilə əlaqədardır.
26. Hazırkı qərarın 19-cu bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələrin ilk növbədə yoxlamalı olduğu hallardan biri də inzibati hüquq münasibətlərində tərəflərdən ən azı birinin «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan, mübahisənin isə inzibati mübahisə olub-olmamasıdır.
27. Məhkəmələr tərəfindən qeyd olunan hüquqi mövqeyə uyğun araşdırma aparılmış və müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli, 136 nömrəli Qərarı ilə «İnzibati orqanların Təsnifatı» təsdiq edilmişdir. Həmin Təsnifatda cavabdeh inzibati orqan kimi müəyyən edilmişdir.
28. Eyni zamanda iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə araşdırması zamanı verdiyi izahatından müəyyən olunur ki, iddiaçının tələbi cavabdehin başqalarına münasibətdə məsuliyyət tədbirinin tətbiqi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Bu Qərarın 18-ci bəndində istinad olunan normaya görə həmin qanun cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətə və inzibati xətalara dair işlər üzrə fəaliyyətə şamil olunmur. Bu baxımdan tərəflər arasındakı hüquq münasibəti inzibati hüquq münasibəti, ondan yaranan mübahisə isə inzibati hüquq mübahisəsi kimi qiymətləndirilə bilməz. Mübahisənin inzibati-hüquqi xarakter daşıması isə əsas mümkünlük şərtidir.
29. Məhkəmə koll egiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
30. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 11.10.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
31. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 35.1, 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.10.2021-ci il tarixli, 2-1(103)-1929/2021 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.