Məhkəmə qərarları › İş №2-1(102)-2983/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2983/2023

29.12.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2983/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; şikayətin vəkil tərəfindən tərtib edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz i Filialına qarşı “məlumat vərəqəsinin göndərilməsi, müavinətin ödənilməsi və s.” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)1779/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehlərə qarşı “məlumat vərəqəsinin göndərilməsi, müavinətlərin və zərərin ödənilməsi” tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-8546/22 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

4. Apellyasiya icraatı zamanı iddiaçı ona öz hüquqlarını müdafiə etmək üçün d övlət hesabına vəkillə təmin olunmasına dair ərizə ilə müraciət etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(103)-1779/23 saylı qərardadı ilə ərizə təmin edilməmişdir.

6. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(103)-1779/23 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Lakin həmin qərardadda hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat göstərilməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən həmin qərardaddan şikayət verilməmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-c ü il tarixli 21(103)-1779/23 saylı qərardadından iddiaçının vəkilsiz verdiyi kassasiya şikayəti Ali Məhkəməyə göndərilmişdir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 23.2-ci maddəsinin tələbinə görə, hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər.

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü tarixli, 2-1(103)-1779/2023 nömrəli qərardadından şikayət verilməsi üçün İPM-in 23.2-ci maddəsi ilə müəyyən edilmiş 1 illik müddət keçmədiyindən, həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 95.1-ci maddəsində təsbit olunmuş tələblər təmin olunmadığından, həmin maddədə göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında kassasiya şikayəti verən şəxsə yardım edilməsi üçün şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya ünvanlanmış 5.10.2023-cü il tarixli, 2-1(103)-1779/2023 nömrəli məktubda İPM-in 23.2-ci maddəsinin tələbləri (o cümlədən qərardaddan şikayət vermək imkanı) izah olunmuşdur. Lakin iddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)1779/23 saylı qərardadından kassasiya şikayəti verməmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(103)-1779/23 saylı qərardadından iddiaçının vəkilsiz verdiyi kassasiya şikayəti işlə birlikdə yenidən Ali Məhkəməyə göndərilmişdir. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

13. İş Ali Məhkəmənin icraatına daxil olduqdan sonra iddiaçı yeni ərizə ilə Ali Məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1779/2023 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkil ilə təmin olunmasını xahiş etmişdir.

14. İddiaçının nəzərinə çatdırılmışdır ki: - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1779/2023 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına və killə təmin edilmə barədə ərizə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1779/2023 saylı qərardadı ilə təmin edilməmiş, həmin qərardad onun tərəfindən mübahisələndirilməmişdir; - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-1779/2023 saylı qərardadından verilmiş hazırkı şikayət vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir. Kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməməsi, vəkil tərəfindən imzalanmaması, vəkil orderinin şikayətə əlavə olunmaması şikayət üzrə kassasiyanın mümkünsüz hesab edilməsi üçün əsasdır.

15. İddiaçıya göstərilən çatışmazlıqların aradan qaldırılması təklif olunmuş, əks halda, şikayət üzrə kassa siyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İPM: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

17. Azərbay can Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi... əlavə olunur. KASSASİYANİN MÜMKÜNLÜYÜ

18. Məhkəmə kollegiya sı hesab edir ki, iddiaçının ərizəsi təmin edilməməli, şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

19. Bu Qərardadın 16, 17-ci bəndlərində qeyd edilən normaların tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmalı, şikayətə vəkilin orderi əlavə edilməlidir.

20. Bununla bağlı iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişdə kassasiya şikayətində olan çatışmazlıqlar barədə ona məlumat verilmiş, xx.xx.2023-cü il tarixədək həmin nöqsanların aradan qaldırılması təklif olunmuş, əks halda şikayət üzrə kassasiyanın icraatının mümkün sayılmayacağı barədə xəbərdarlıq olunmuşdur. Lakin həmin çatışmazlığın aradan qaldırılması üçün iddiaçı tərəfindən hər hansı tədbir görülməmişdir.

21. Yuxarıda qeyd olund uğu kimi, iş Ali Məhkəmənin icraatına daxil olduqdan sonra iddiaçı yeni ərizə ilə Ali Məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1779/2023 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkil ilə təmin olunmasını xahiş etmişdir.

22. Ərizə təmin oluna bilməz. Belə ki, iddiaçı hazırda mübahisələndirdiyi - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)1779/2023 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət etmiş, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(103)1779/2023 saylı qərardadı ilə ər izə təmin edilməmişdir. Başqa sözlə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1779/2023 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizənin rədd edilməsi barədə məhkəmə aktı - xx.xx.2023-cü il tarixli, 2-1(103)-1779/2023 nömrəli qərardad mövcuddur və həmin qərardad iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

23. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, İPM-in 23.2-ci maddəsinin tələbinə görə, hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü tarixli, 2-1(103)-1779/2023 nömrəli qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 1 illik müddət isə hal-hazırda keçmədiyindən, iddiaçı həmin qərardadı mübahisələndirmək imkanını da itirməmişdir.

24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1779/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar